Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Smor
Smor- ABŞ və Kanadada populyar olan istirahət düşərgələrində tonqal ətrafında hazırlanan qəlyanaltı növü. İki parça qraham peçenyesi arasında tonqalda közərdilmiş zefir və şokolad parçasından ibarətdir. Hər il avqustun 10-u Milli Smor Günü olaraq qeyd edilir.
Sor Sor
Sor Sor — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Qarasuçayın sahilində yerləşir. Etnooykonimdir. Oykonim özündə Azərbaycanın sorsor/sorsur tayfasının adını əks etdirir. Sorsorlar XV əsrdə Səfəvi hökmdarı I Şah İsmayıl Xətainin hakimiyyətə gəlməsində və Səhvilər dövlətinin möhkəmlənməsində yaxından iştirak etmiş qızılbaş tayfalarından biri olmuşdur. Sonralar onlar Azarbaycanın müxtəlif zonalarında məskunlaşmışdılar. XVI əsrin əvvəllərində sorsorlann bir qismi Şirvanda yaşayırdı. Sorsor etnotoponiminə tarixən Azərbaycanın müxtəlif yərlərində rast gəlinirdi, məsələn: Göyçay quberniyasında Sorsor kəndi, Qubada Sursur Bilici kəndi, Şamaxıda Sorsor kəndi, Lənkəranda Son, Sorə kəndi, Cəbrayılda Sur kəndi və s. == Əhalisi == 2022-ci ilin siyahıyaalınmasına əsasən kənddə 2320 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Bor
Bor (B) – D.İ.Mendeleyevin elementlərin dövri sistemində 5-ci elementdir. == Tətbiqi == Amorf bor, fərqli olan yaşıl rəngli olduğu üçün pirotekni (fişəng) sahəsində və atəşləyici olaraq raketlərdə istifadə edilir. Tennis raketlərinin, nüvə stansiyalarında istifadə edilən tənzimləyicilərin və istiliyə dayanıqlı şüşə məhsullarının istehsalında da əhəmiyyət daşıyır. Borun ən əhəmiyyətli ticarət qarışığı, izolyasiya məqsədilə şüşə lifinin və bir ağardıcı olan natrium perboratın istehsalında istifadə edilir. Digər bor birləşmələri də, borosilikat şüşələrin istehsalında istifadə edilir. Toxuculuq sahəsində əhəmiyyət daşıyan bir digər bor qarışımı isə, bor turşusudur. Elektrikə qaşı izolyatorik davranarkən, bir metalinkinə bənzər istilik keçiriciliyi göstərən boron nitrit qarışığı, eyni zamanda, qarışdırıldığı hər hansı bir maddəni almaz sərtliyinə gətirici xüsusiyyətdədir. Titan və volfram ilə birlikdə istifadəsi nəticəsində, çəkisi aşağı olur ancaq istiliyə qarşı müqavimətli ərintilər əldə edilir. Boron-10 izotopu, nüvə stansiyalarında mühitdəki neytronları sürətlə əmərək reaksiyaları ləngitmək və ya dayandırmaq üçün, nüvə radiasiyasına qarşı qalxan olaraq və neytron müəyyənləşdirici alətlərdə istifadə edilir. Yaxın zamanda artrit (oynaqların iltihabı) müalicəsində istifadə edilməyə başlanan bor birləşmələri də ümid vəd edir.
Sor
Sor (əvvəlki adı: Tsur) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binədərəsi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Tsur kəndi Sor kəndi adlandırılmışdır. 1993-cü ilin avqust ayından 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Sor kəndi 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd XIX əsrin 20-ci illərində İrandan gəlmiş erməni ailələrinin məskunlaşmasından sonra Tsur adlanmışdır. 1992-ci ildə kənd əvvəlki adı ilə rəsmləşdirilmişdir. Sor sözü türkdilli xalqların toponimiyasında coğrafi termin kimi "duzlu çöl", "bataqlıq", "kiçik göl", "aşağı yer, ətək" mənalarında işlənir. Konkret olaraq dağ ətəyində yerlaşən bu kəndin adı məhz "aşağı yer, ətək" mənasındadır. == Tarixi == Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Sur kəndi olaraq keçir. Kənd ilk dəfə 1992-ci ilin əvvəllərində erməni quldurlarının əlinə keçmişdir.
Sor-Sor xalçaları
Sor-Sor xalçaları — Şirvan xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Sor Sor bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
NTV Spor
NTV Spor — "Doğuş Grubu" adlı şirkətin tabeliyində olan idman kanalı. 17 mart 2008-ci il tarixində yayıma başlamışdır. Türkiyə Milli Futbol Komandasının bəzi hazırlıq oyunlarını, Türkiyə Milli Basketbol Komandasının qarşılaşmalarını, La Liqanı və "Turkish Airlines Euroleague"in yayım hüquqları "NTV Spor"a məxsusdur. Kanal 2010-cu ildə "Kral TV"nin analoq yayım tezliklərində yayımlanmağa başlamış və bununla da tamaşaçılarının sayı artaraq ölkə kanalına çatmışdır. 23 iyul 2012-ci il tarixində 16:9 (geniş ekran) formatlı yayıma keçmişdir.
TRT Spor
TRT Spor — TRT tərəfindən yaradılan idman kanalıdır. 2010-cu ildə TRT 3-ün bağlanması planlaşdırılırdı və bu kanal TRT Spor ilə əvəzləndi, lakin TRT-nin 3-cü kanalının televiziya verilişləri səbəbiylə başqa bir kanala ehtiyac yarandı. == Yayınladığı tədbirlər == İtaliya Kuboku Qadınlar Basketbol Super Liqası Əfəler Liqi Dünya Kuboku Yay Olimpiya Oyunları == TRT Spor HD == 8 dekabr 2014-cü ildə yayımına başlayan TRT Spor HD, TRT Spor və TRT 3-Spor kanalları HD görüntü keyfiyyəti ilə eyni vaxtda yayımlanır. Türksat 3A 11054 V 30000 3/4 frekans, Eutelsat 7A 10762 V 30000 5/6 frekans, D-Smart 86-cı kanal, Digiturk 86-cı kanal, Filbox 74-cü kanal, CableTV 222-ci kanal və Tivibu 93-cü kanal, Turkcell TV + 70-ci kanaldan izləmək mümkündür.
Bor (Niğdə)
Bor (türk. Bor) — — Niğdə ilinin ilçəsi.
Bor (Rusiya)
Bor — Rusiya Federasiyasının Nijeqorod vilayətində şəhər.
Bor (şəhər)
Bor — Rusiya Federasiyasının Nijeqorod vilayətində şəhər.
Bor hadisəsi
Bor hadisəsi— dünyanın bir çox rayonlarında çaylar ensiz körfəzlərə (estuarilərə) tökülür. Su qalxaraq çaylara daxil olan zaman qabarma dalğalarının hündürlüyü kəskin şəkildə yüksəlir. Bu hadisə bor adlanır. Ona həmçinin maskare (Çində) və ya pororoka da (Amazonda) deyilir. Bor Böyük Britaniyada, Bristol körfəzinə tökülən Severn çayının mənsəbində müşahidə edilir. Cənubi Amerikada olan Amazon çayında 5–6 metr hünürlüyü olan pororoka yüksək sürətlə axın boyu üzü yuxarı hərəkət edir. Çində axan Fuçuntszyan çayı özünün maskaresi ilə məşhurdur. Burada qabarma səddinin hündürlüyü 3 metrə çatır.
Bor maqnetonu
Bor maqnetonu — elektronun maqnit momentini xarakterizə edən fiziki sabit və ya təbii ölçü vahidi. BS vahidlərində aşağıdakı şəkildə ifadə olunur: μ B = e ℏ 2 m e {\displaystyle \mu _{\mathrm {B} }={\frac {e\hbar }{2m_{\mathrm {e} }}}} SQS vahidlərində isə aşağıdakı kimi verilir: μ B = e ℏ 2 m e c {\displaystyle \mu _{\mathrm {B} }={\frac {e\hbar }{2m_{\mathrm {e} }c}}} Bu düsturlarda e elementar yük, ħ Plank sabiti, me elektronun kütləsi, c isə işıq sürətidir. Bor maqnetonunun düsturunu elektron barədə söhbət açmadan, daha ümumi şəkildə yazmaq olar: μ B = q ℏ 2 m q c {\displaystyle \mu _{\mathrm {B} }={\frac {q\hbar }{2m_{q}c}}} SQS vahidlərində q hər hansı bir zərrəciyin yükünü, mq isə kütləsini ifadə edir.
Bor mikrogübrəsi
Bor mikrogübrəsi Bor təbiətdə geniş yayılmışdır.Demək olar ki, bora hər yerdə rast gəlmək olar. Bor bütün torpaqlarda, süxurlarda , suda, çayda, göllərdə , dəniz bitkilərinin tərkibində və heyvan orqanizmində olur. Borun müxtəlif birləşmələrinin (əsasən bor turşusu və boraks) toxumun cücərməsinə və müxtəlif bitkilərin böyüməsi və inkişafına təsirini öyrənmişlər. Uzun müddət tədqiqatçılar borun bitkiyə yalnız zərərli olduğunu təsdiq etmişdir.Bunun səbəbi o idi ki, təcrübələrdə bitkiyə normadan artıq bor birləşmələri verilirdi. Məsələn , 1 faizli bor turşusu , belə doza bitki üçün zərərlidir. Sonra bor birləşmələrinin duru məhlulunu işlətdikdə müəyyən edilmişdir ki, bor bitkinin böyüməsinə müsbət təsir göstərir. Hazırda məlumdur ki, 100-dən çox kənd təsərrüfatı bitkisi – çuğundur, günəbaxan, tütün , pambıq və s.borsuz inkişaf edə bilmir. Hər bir bitkinin orqanizmində bor mütləq vardır. Lakin borun miqdarı bütün bitkilərdə eyni deyil və 1kq quru qalıqda 2-3 mq-dan 100 mq-a qədər dəyişir. == Bitkilərdə borun çatışmamazlığının əlamətləri == Ayrı-ayrı bitkiərdə bor çatışmamazlığı müxtəlif şəkildə meydana çıxır ki, bunun ümumi xarakterik əlamətləri vardır.
Bor modeli
Bor atom modeli — Nils Henrik Bor tərəfindən 1911-ci ildə, Rezerford atom modelindən yararlanılaraq önə sürülmüşdür. Bor atom modelindən əvvəl digər atom modellərində, atomun nüvəsində, + yüklü protonların olduğu, nüvənin ətrafında isə dairəvi hərəkət istiqamətində hərəkət edən - yüklü elektronların olduğu ifadə edilmişdir.Bu elektronların nüvə ətrafında hansı istiqamətdə hərəkət etdiyi onların sürət və impulsu haqqında heç bir fikir irəli sürülməmişdir.Bor isə nəzəriyyəsində elektronların hərəkətini bu nöqteyi nəzərdən təcrübə etdi. == Bor postulatları == 1913-cu ildə Nils Bor, hidrogen atomunun spektr xətlərini və Plank'ın kvant qanunlarından istifadə edərək Bor postulatlarını irəli sürdü.Bu məlumatlar əsasında Bor qanunları (postulatları) aşağıdakı kimidir: Bir atomdakı elektronlar nüvədən müəyyən uzaqlıqdakı orbitallarda hərəkət edə bilər və bu orbitalların bucaq impulsu ℏ(h/2π)-in tam misilləridir( burada h, Plank sabitidir). Hər dayanıqlı halın sabit bir enerjisi vardır. Hər-hansı bir dayanıqlı enerji səviyyəsində elektron dairəvi bir istiqamətdə hərəkət edir. Bu istiqamətlərə isə enerji səviyyələri və ya energetik səviyyələr deyilir. Elektron stasionar halda olarkən atom enerji şüalandırmaz. Ancaq yüksək enerji səviyyəsindən daha aşağı enerji səviyyəsinə keçərkən, səviyyələr arasındakı enerji fərqinə bərabər bir enerji şüalandırar. Burada ∆E = Eson-Eilk=hυ Elektronun hərəkətinin mümkün olduğu stasionar səviyyələr, K, L, M, N, O kimi hərflərlə və ya ən kiçik enerji səviyyəsi 1 götürülmək şərti ilə, hər enerji səviyyəsi + bir tam ədəd ilə müəyyən olunur və ümumi olaraq "n" İlə göstərilir. (n: 1,2,3 ...¥) === Həyəcanlanmış atom === Bor atom modelinə görə, nüvəyə ən yaxın enerji səviyyəsində dairəsəl hərəkət edən elektron stasionar haldadır, enerji şüalandırmaz.
Bor oksidi
Bor oksidi–B2O3 – bor turşusunun anhidridi , rəngsiz , şüşəvari və ya kristallik, acı dada malik dielektrikdir. Şüşəvari təbəqəli quruluşa malikdir. ( təbəqələr arasındakı məsafə 0,185 nm).B2O3 kristallik maddədir , 450ºC-də əriyir, 2250ºC-də qaynayır, ərintini soyutduqda şüşəyəbənzər faza əmələ gəlir. Şüşə halında B2O3 polimerdir, quruluşunda mərkəzdə B və təpələrdə O atomları olan üçbucaq fraqmentlər yerləşir. == Xassələri == B2O3 hiqroskopikdir.Su ilə əvvəlcə ümumi formulu (HBO2)n olan müxtəlif metaborat turşuları əmələ gəlir.Sonrakı sulaşma orta borat turşusunun H3BO3 əmələ gəlməsinə səbəb olur. Ərimiş B2O3 bir çox elementlərin oksidlərini yaxşı həll edir.Metal oksidləri ilə borat duzları əmələ gətirir. B2O3 turşu anhidrididir, çox zəif amfoterlik əlamətləri var. Bor oksidinin 1000°C yüksək temperaturda elementar borla qızdırdıqda, buxarda termiki davamlı O=B-B=O xətti molekulu mövcuddur. Buxarın 300°C-dən aşağı temperatura sürətli soyutsaq müəyyən ərimə temperatur nöqtəsinə malik olmayan (B2O2)n ağ bərk polimeri əldə etmək olar.60 min atmosfer təzyiq altında və 1500°C temperaturda bor oksidi elementar borla aşağıdakı reaksiya ilə qarşılıqlı təsirə girir.Bu bor oksidi qrafit kimi təbəqəli quruluşa malikdir. == Alınması == Ən təmiz bor borhidroksidin pirolizi ilə alınır.
Böyük şor
Böyükşor — Azərbaycan Respublikasının Bakı şəhərinin Nərimanov rayonunun inzibati ərazi vahidində qəsəbə. Qəsəbə Böyükşor gölünün yaxınlığındadır. Adını eyniadlı göldən almışdır. == Xarici keçidlər == Nardar Bayramlı. "Nərimanov rayonu Böyükşor qəsəbəsində seçicilərlə görüş keçirilib". "Yeni Azərbaycan" qəzeti (az.). yeniazerbaycan.com. 04-12-2009. İstifadə tarixi: 2014-07-09.
Dağlıq Şor
Dağlıq Şor (rus. Горная Шория, şor. Tağlığ Şor), Kemerovo vilayətinin cənubunda Altay, Sayan və Aba-Tura Aladağı (Alatau) qovuşan yerdə dağlar və meşələrdən ibarət (Tayğa) bölgə. Məşrut olaraq, bölgəni Altay Dağ sisteminə salmaq olar. Şoran öz adını bu yerdə tarix boyu dəmirçilik ilə məşğul olan və o işə görə Sibirdə peşəkar bilinən azsaylı bir türk xalqı Şorlardan (keçmiş adı Aba-Tura tatarları) aldı.
Hovard Şor
Hovard Lesli Şor (ing. Howard Leslie Shore; 18 oktyabr 1946, Toronto) — kanadalı bəstəkar və dirijor, çoxsaylı Hollivud filmləri üçün musiqi müəllifidir. Rejissor Devid Kronenberqla uzunmüddətli əməkdaşlıqıynan tanınır. Piter Ceksonun çəkdiyi «Üzüklərin Hökmdarı» və "Hobbit" trilogiyalarının həmdə Conatan Demminin "Quzuların səssizliyi" filminin musiqi müəllifidir. == Həyatı == Hovard Şor 18 oktyabr 1946-cı ildə Kanadanın Toronto şəhərində yəhudi ailəsində anadan olub. Valideynləri Bernis və Mak Şordur. 8 və ya 9 yaşında musiqini öyrənməyə başlayıb. Bostonda Berkli Musiqi Kollecini bitirib. 70-ci illərin əvvəllərində bir növ mütərəqqi hard rok oynayan "Lighthouse" qrupunun saksofonçusu idi. Qrupdan ayrıldıqdan sonra Şor illüzionist Doug Henning'in "Spellbound" şousunun musiqisini yazmışdı.
Nils Bor
Nils Henrik David Bor (7 oktyabr, 1885 – 18 noyabr 1962) – Danimarkalı fizik, müasir fizikanın banilərindən biri. Atomun ilk kvant nəzəriyyəsini hazırlamış, atomun quruluşu və kvant mexanikasının əsaslarının işlənilməsində iştirak etmişdir. Eyni zamanda atom nüvəsi nəzəriyyəsi və nüvə reaksiyaları məsələlərinə fundamental töhfələr vermişdir. O həmçinin Manhetten layihəsi üzərində işləmiş fiziklər qrupuna daxil idi. Oğlu Age Nils Bor da atası kimi XX əsrin böyük fiziklərindən biri olmuş və 1922-ci ildə Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Nils Bor Kopenhagen Universitetinin fiziologiya fakultəsi professoru Kristian Bor və nüfuzlu yəhudi əsilli bankir və parlamentarilər ailəsindən olan Ellen Adlerin ailəsində anadan olmuşdur. 1908-ci ildə Bor Kopenhagen universitetini bitirir. Burada o özünün maye axınlarının rəqsi hərəkəti və metalların klassik elektron nəzəriyyəsinə dair ilk elmi tədqiqatlarına başlayır. 1911-1912-ci illərdə Kembricdə C.C.Tomsonun və Mançestrdə E. Rezerfordun laboratoriyalarında çalışır. 1913-cü ildə Rezerfordun nəzəriyyələri əsasında özünün atomun quruluşu modelini irəli sürür.
Norman Bor
Norman Loftus Bor (irl. Norman Loftus Bor; 2 may 1893 – 22 dekabr 1972[…]) — İrlandiya botaniki. == Elmi fəaliyyəti == Norman Loftus Bor toxumlu bitkilər üzrə ixtisaslaşıb.. == Şərəfinə adlandırılmış taksonlar == Borinda Stapleton cinsi Norman Loftus Borun şərəfinə adlandırılmışdır. == İstinadlar == == Ədəbiyyat == Barnhart, J. H. Biographical Notes Upon Botanists. — Vol. 1. — P. 220.
Sosnovu Bor
Sosnovu Bor (rus. Сосно́вый Бор, tərc. "Şam ağacı meşəsi") — Rusiyanın Leninqrad vilayətində şəhər (1973-cu ildən).
Şor Dəniz
Urmiya gölü, Urmiyə gölü (az.-əbcəd اۇرمیه گؤلۆ‎) və ya Urmu gölü (az.-əbcəd اۇرمۇ گؤلۆ‎) — Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında, Türkiyə ilə sərhəddən bir qədər aralıda yerləşən qapalı, duzlu göl. Əgər coğrafi ədəbiyyatda göl adlandırılan Xəzər dənizi nəzərə alınmazsa Urmiya gölü nəyinki Azərbaycanın həm də Qərbi Asiyanın ən böyük gölü sayılır. Duzluluq dərəcəsinə görə isə dünyada üçüncü yeri tutur. Göl özünün əsrarəngiz gözəlliyi ilə seçilir. Köçəri quşların mühüm miqrasiya xətti üzərində qərarlaşdığından onun əhəmiyyəti artır. Burada xüsusi ilə köç mövsümündə quşların sayının artdığını müşahidə etmək olur. Gölün tarixi yatağı 6,000 km² çatırdı. Hazırda isə fasiləsiz quraqlıq, gölə axan çayların üzərində su anbarlarının inşası ilə əlaqədar gölün qurumasına baş verir. Göl quruyaraq səviyyəsi azalır və yerində min tonlarla duzlaqlar meydana gəlir. Bu hal davam edəcəyi halda bitki və heyvanlarla yanaşı insanların həyatına böyük təhlükə törədə bilər.
Şor Göl
Şorgöl (Bünab) Şorgöl (Biləsuvar) Şor Göl (Salmas) Şorgöl — Ağcabədi rayonu ərazisində süni təpə. Hündürlüyü 10 m. Şorgöl — Ağcabədi rayonu ərazisində göl. Mil düzündədir; Şorgöl — Bakı şəhəri Suraxanı rayonu ərazisində göl.
Şor bulaq
Şor Bulaq (Xoy) —
Bora-Bora
Bora-Bora adası - Sakit Okeanda Fransanın xarici ümumiliyində adadır. Ada təxminən 230 kilometr şimal-qərbi, laqun ilə və maneəli mərcan rifinin əhatə edilir. Adanın mərkəzində iki pikə, Pahia iki Dayağına və Otemanu-ya, 727 metrdə ən yüksək nöqtəyə qalxan nəsli kəsilmiş vulkanın qalıqlarıdır. Taiti dildə adanın orijinal adı Pora Pora kimi daha yaxşı verilə bilər, "Əvvəl Apardı" bildirərək ; erkən transkripsiya 18-cidə tapdı və 19-cu əsr hesabları, Bolabolla-dır və ya Bollabolla-dır. Əsas tənzimləmə , Vaitape adanın qərbi tərəfindədirlər, əsas kanalın qarşısında laquna. Adanın məhsulları əsasən məhdudlaşdırılır, nə tarixən olan kopra üçün iqtisadi əhəmiyyətdən dənizdən və hindqozu ağaclardan əldə edilə bilər. 2007 avqust siyahıyaalması ərzində, adada əhali təxminən 8 880 əhali var idi.