BOŞGƏZƏN
BOŞLAMAQ
OBASTAN VİKİ
Boşqab
Boşqab - üzərində yemək verilə bilən geniş, əsasən düz qabdır. Bir boşqab mərasim və ya dekorativ məqsədlər üçün də istifadə edilə bilər. Boşqabların əksəriyyəti dairəvidir, lakin onlar istənilən formada ola bilər və ya suya davamlı materialdan hazırlana bilər.
Yaponiya Uçan Boşqab Tədqiqat Assosiasiyası
Yaponiya Uçan Boşqab Tədqiqat Assosiasiyası (日本空飛ぶ円盤研究会, Nihon Soratobu Enban Kenkyukay) – Yaponiyada uçan naməlum obyektləri araşdırmaq və tapmaq üçün yaradılmış təşkilat. Yaponiyadakı ilk belə ufologiya təşkilatıdır. Yaponiya Uçan Boşqab Tədqiqat Assosiasiyası 1955-ci ildə Yaponiyadakı UNO tədqiqatlarının qabaqcılı olmuş Kiniçi Aray tərəfindən qurulmuşdur. 1950-ci illərdə Yaponiyada UNO-larla bağlı hadisələrin və hekayələrin artdığını müşahidə edən Aray UNO-larla bağlı geniş müzakirələr aparmaq üçün bu təşkilatı yaratmaq qərarına gəlmişdir. Təşkilat pik nöqtəsində 1000-ə yaxın üzvə malik olmuşdur. Təşkilatın məşhur üzvləri arasında yazıçılar Yukio Mişima, Şinichi Hoşi, Ciro Nitta, Şintaro İşihara, Yaponiya raketçiliyinin atası Hideo İtokava, bəstəkar Toşiro Mayuzumi kimi şəxslər olmuşdur. 1957-ci ildə üzv olmuş Mişima təşkilatın ən aktiv üzvlərindən biri olmuş, 1957-ci ildə Tokionun Hibiya bölgəsində baş tutmuş UNO müşahidə tədbirində iştirak etmişdir. Yaponiya Uçan Boşqab Tədqiqat Assosiasiyası 1957-ci ildə digət təşkilatlarla birlikdə "universal sülh" birgə bəyannaməsini buraxmışdır. Xəbərdarlıq xarakterli bu bəyannamədə nüvə yarışının bəşəriyyətin gələcəyinə təhlükə təşkil etdiyi bildirilmiş və uçan boşqabların gəlişinə hazırlaşmaq üçün dövlətlər və irqlər arasındakı fərqliliklərin öhdəsindən gəlmək barədə çağırış edilmişdir. Həmin il SSRİ-nin Aya nüvə başlığı olan raket göndərməyə hazırlaşdığı xəbəri yayılmış və təşkilat bu cür raketin göndərilməməsi üçün SSRİ-nin Yaponiyadakı səfirinə məktub yazmışdır.

Значение слова в других словарях