Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sergey Kirovun heykəli
Sergey Kirovun heykəli — 1939-cu ildə Sergey Kirovun şərəfinə inşa edilib. 20 Yanvar hadisəsindən sonra, 5 yanvar 1991-ci ildə sökülüb. == Tarixi == Heykəl 1939-cu ildə, məşhur memar Pinxos Sabsay və Lev İlin tərəfindən hazırlanmışdır. 1990-cı ildə 20 Yanvar hadisəsi baş verdikdən sonra, əhali Şəhidlər Xiyabanı ilə eyni ərazini bölüşən heykəli istəmirdilər. Ona görə də Azərbaycan rəhbərliyi, Kommunist Partiyasının 1-ci katibi Ayaz Mütəllibov və hakim sovet elitası heykəlin götürülməsi ilə bağlı qərar verirlər. Ancaq Moskvanı qəzəbləndirməmək üçün hansısa bir ciddi səbəb göstərmək lazım idi. Bunun üçün heykəlin yerləşdiyi relyefdən istifadə etmək qərara alınır. Rəsmi açıqlama yayılır və orada elan olunur ki, Bayıl yamacında başlanan sürüşmə heykəlin yıxılması üçün ciddi təhlükə yaradıb. Fəsadları aradan qaldırmaq üçün heykəlin sökülməsi vacibdir. Bundan sonra xüsusi texnika ilə heykəl sökülür, hissələrə bölünərək maşınlara yüklənir və Dağüstü Parkdan bidəfəlik aparılır.
Sergey Kirovun qətli
Sergey Kirovun qətli — 1934-cü il dekabrın 1-də Smolnıda Leninqrad partiya təşkilatının rəhbəri, Siyasi Büro, Orqbüronun üzvü və Ümumittifaq Bolşevik Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Sergey Mironoviç Kirovun qətli həyata keçirilib. Qətl Leonid Nikolayev tərəfindən törədilib. == Hadisələrin gedişi == === Qətl === Nikolayev Kirova ilk sui-qəsd cəhdini 1934-cü il oktyabrın 15-də etməyi planlaşdırırdı. Həmin gün o, Kirovun Kamennoostrovski prospektindəki evinin yaxınlığında mühafizəçilər tərəfindən saxlanılsa da, partiya bileti və silah icazəsi təqdim edildikdən sonra sərbəst buraxıldı. 1934-cü il dekabrın 1-də saat 16:30 radələrində Nikolayev Kirovun Smolnıdakı evinin üçüncü mərtəbəsindəki dəhlizdəki kabinetinin yaxınlığında pusquya saldı və onun başına tapançadan atəş açdı. Qatil özünü ataraq intihar etmək istəsə də, huşunu itirdi. O, şok vəziyyətdə hadisə yerində saxlanılaraq 2 saylı psixiatriya xəstəxanasına yerləşdirilib və orada lazımi prosedurlar aparıldıqdan sonra axşam saat 9 radələrində özünə gəldi. === İstintaq, məhkəmə və icra === Nikolayev və onun NKVD-dən olan tanışlarına qarşı “Leninqrad mərkəzi”nin rəhbərlik etdiyi gizli Zinovyev təşkilatında iştirak ittihamı ilə cinayət işi başlandı. NKVD-nin rəhbərləri Q.Yaqoda və onun müavinləri keçmiş müxalifətçilərin - Zinovyevin, Kamenevin və onların tərəfdarlarının Kirovun qətlində əli olması ilə bağlı Stalinin onlara tətbiq etdiyi versiyanı "yumşaq" təxribat etməyə çalışırdılar. Bununla belə, N. İ. Yejov çekistlərin narazılığına səbəb olaraq istintaqı “düzgün” istiqamətə yönəltdi.
Sergey Kirovun öldürülməsi

S. M. Kirovun heykəli (Rostov-na-Donu)
S. M. Kirovun heykəli — Rostov-na-Donu şəhərində yerləşən monumental abidələrdən biri. Seqey Mironoviç Kirovun şərəfinə ucaldılmışdır. Abidənin müəllifləri hekəltaraş Zinovi Moiseeviç Vilekski və arxitektor Viktor Vasileviç Barinov olmuşdur. Abidə Puşkinskaya küçəsi ilə Kirovski prospektlərinin kəsişdiyi yerdə ucaldılmışdır. Abidə 1939-cu ildə ucaldılmışdır. Regional mədəni irs siyahısına daxildir. == Tarixi == Sergey Mironoviç Kirov Rostovda 1918-ci ilin yazında olmuşdur. O, burada Don Respublikası sovetlərinin I qurultayında iştirak etmişdir. Kirovun abidəsi 1939-cu ilin 30 aprel tarixində çox saylı insan topluluğunun keçirdiyi mitinqdə açılışı gerçəkləşdirilmişdir. Əvvəllər bu yerdı Pokrovskaya kilsəsi yerləşirdi.
Qırqovul
Qırqovul (lat. Phasianus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. == Növləri == Adi qırqovul (P. colchicus) Yapon qırqovulu (P. versicolor)Azərbaycanda yayılan yaşlı fərdlərin qanadının uzunluğu 22–25 sm, kütləsi 0,8–1,3 kq-dır. Quyruğu uzun, ucuna tərəf tədricən nazikləşir. Lələk örtüyü erkəklərdə yaşıl, qırmızı, narıncı, qarışıq əlvan və metal parlaqlı, dişilərdə az parlaq bozumtul rəngdədir. Dimdiyi möhkəm olub üst hissəsi aşağıya doğru bir az əyridir; qanadı qısa və enlidir. Ön Qafqaz, Şimali Qafqaz, Volqa çayının deltası, Orta və Mərkəzi Asiyadan tutmuş Primorye və Cənub-Şərqi Çinə qədər yayılmışdır. 30-a yaxın coğrafi forması var. Azərbaycanda düzənliklərdən dağətəklərinə qədər əlverişli yerlərdə: su hövzələrinə yaxın meşələrdə, kolluqlarda, mədəni landşaftlarda yaşayır. Yerdə düzəltdiyi yuvaya 8–18 yumurta qoyur.
Qovun
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Adi qırqovul
Adi qırqovul (lat. Phasianus colchicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin qırqovul cinsinə aid heyvan növü. Azərbaycanda Qafqaz qırqovulu qrupundan 3 yarımnöv yayılmışdır. == Yarımnövləri == Phasianus colchicus alashanicus Alpheraky & Bianchi, 1908 Phasianus colchicus bergii Phasianus colchicus bianchii Buturlin, 1904 Phasianus colchicus chrysomelas Severtzov, 1875 Phasianus colchicus colchicus Linnaeus, 1758 — Cənubi Qafqaz qırqovulu Phasianus colchicus decollatus Swinhoe, 1870 Phasianus colchicus edzinensis Sushkin, 1926 Phasianus colchicus elegans Elliot, 1870 Phasianus colchicus europaeus Phasianus colchicus formosanus Elliot, 1870 Phasianus colchicus hagenbecki Rothschild, 1901 Phasianus colchicus karpowi Buturlin, 1904 Phasianus colchicus kiangsuensis Buturlin, 1904 Phasianus colchicus mongolicus Brandt, 1844 — Mancuriya Phasianus colchicus pallasi Rothschild, 1903 — Uzaq Şərq və ya Ussuriya Phasianus colchicus persicus Severtzov, 1875 Phasianus colchicus principalis P. L. Sclater, 1885 Phasianus colchicus rothschildi La Touche, 1922 Phasianus colchicus satschuensis Pleske, 1892 Phasianus colchicus septentrionalis Lorenz, 1888 — Şimali Qafqaz qırqovulu Phasianus colchicus shawii Elliot, 1870 Phasianus colchicus sohokhotensis Buturlin, 1908 Phasianus colchicus strauchi Prjevalsky, 1876 Phasianus colchicus suehschanensis Bianchi, 1906 Phasianus colchicus takatsukasae Delacour, 1927 Phasianus colchicus talischensis Lorenz, 1888 - Talış qırqovulu. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.
Qiromun oğlu Drust
Qiromun oğlu Drust və ya IV Derst - müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri - 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. == Həyatı == Qiromun oğlu Drust və ya IV Derst Qiromun üç oğlundan biridir. "Piktlərin xronikası"nda xəbər verildiyi kimi IV Drest III Drestlə eyni vaxtda hakimiyyətdə olmuşdur. Müxtəlif mənbələrə görə o, bir ildən on beş ilədək hakimiyyətdə olmuşdur. Qiromun oğlu Drust və ya IV Derstin iki qardaşı I Qartnark və Keyltran sonralar Piktlər krallığının davamçıları olmuşdur. Onların başçısı Qvined krallığının hökmdarı Maylquna ərə getmişdir. == Mənbə == Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Перевод с англ. Н. Ю. Чехонадской.
Qovun sukatı
Qovun sukatı — Qovundan hazırlanmış quru mürəbbə == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, "Gənclik", 2010.