braun

adj. 1. qəhveyi, darçını, buğdayı; qarayanız, qarabuğdayı, əsmər; 2. (Pferd) kəhər at; 3. (Haare) xurmayı saç; ~ werden qaralmaq (günəşdən), əsmərləşmək; ~ gebrannt qaralmış (gündən)
Brauerei
braungebrannt
OBASTAN VİKİ
Den Braun
Den Braun (ing. Dan Brown, 22 iyun 1964[…], Ekseter[d], Nyu-Hempşir) — amerikan yazıçı, jurnalist və musiqiçisidir. Den Braun əsas sujet xətti simvolizm və gizli cəmiyyətlər olan Rəqəmsal qala, Mələklər və iblislər, Da Vinçi şifrəsi, Yalan nöqtəsi, İtirilmiş simvol, Cəhənnəm, Başlanğıc kimi bestsellerlərin müəllifidir. Den Braun, 22 iyun 1964-cü ildə ABŞ, Nyu Hempşir ştatı, Ekseter şəhərində anadan olub. Den riyaziyyat və musiqinin vəhdət təşkil etdiyi bir ailədə böyüyüb. Atası-professor Riçard Braun Fillips-Ekseter akademiyasında riyaziyyat müəllimi olub. Professor Riçard Braunun yazdığı dərs vəsaiti ilə indi də ABŞ orta məktəblərində dərs keçirlər. Anası-Konstansiya Braun həmin təhsil müəasisəsində müsiqi dərsi deyib. Den Braun Fillips-Ekseter akademiyasının nəzdində olan orta məktəbi bitirdikdən sonra, elə həmin akademiyadan da məzun olur. Akademiyanın diplomunu aldıqdan sonra təhsilini Massaçusetsin Amxerst kollecində davam etdirən Den, sonuncu kursunu İspaniyanın Seviliya Universitetində oxuyur və 1986-cı ildə linqvistika üzrə bakalavr dərəcəsi alır.
Eduard Braun
Eduard Qranvil Braun (ing. Edward Granville Browne; 7 fevral 1862 – 5 yanvar 1926, Kembric) — Böyük Britaniya şərqşünası, yazıçısı, tərcüməçisi, alimi. Bəhai dinini qəbul etmişdir. Babın Bəyan kitabını ingilis dilinə tərcümə etmişdir. "İran ədəbiyyatı tarixi", 1906 Э. Г. Браун. Конспект Персидского Байана A YEAR AMONGST THE PERSIANS — IMPRESSIONS AS TO THE LIFE, CHARACTER, & THOUGHT OF THE PEOPLE OF PERSIA — Received during Twelve Months' Residence in that Country in the Year 1887—1888. The Persian Revolution of 1905—1909 Arxivləşdirilib 2009-01-08 at the Wayback Machine, by Edward G. Browne, with a new introduction by Abbas Amanat in the Persia Observed series by Mage Publishers (1995, 2006) E.G. Browne. Literary History of Persia. (Four volumes, 2,256 pages, and twenty-five years in the writing). 1998.
Eva Braun
Eva Braun (tam adı – Eva Anna Paula Braun; 6 fevral 1912[…], Münxen – 30 aprel 1945[…], Fürerbunker) — Adolf Hitlerin sevgilisi, sonralar isə həyat yoldaşı.
Herbert Braun
Herbert Braun(ing. Herbert Charles Brown; 22 may 1912[…], London[…] – 19 dekabr 2004[…], West Lafayette[d], İndiana) —amerika kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1979). Amerika kimyaçısı Herbert Çarlz Braun 1912-ci ilin mayın 22-də Londonda anadan olmuşdur. 1938-ci ildə Çikaqo universitetini bitirərək fəlsəfə doktoru dərəcəsi almışdır. 1943-cü ilə qədər orada, 1943–1947-ci illərdə Uens universitetində (Detroytda) işləmişdir. 1947-ci ildən İndiana ştatında Pradyu universitetində professor işləmişdir. Əsas tədqiqat sahəsi bor kimyası olmuşdur. Herbert Braun Diboranın sintezinin sadə üsullarını işləyib hazırlamışdır. 1959-cu ildə doymamış üzvi birləşmələrin hidroborlaşması reaksiyasını kəşf etmişdir. Bu reaksiya kompleks borhidridlərin və ya diboranın B-H əlaqəsinin qırılması ilə ikiqat əlaqə yerindən (C=C, C=O, C≡C, C=N, C≡N) birləşməsindən ibarətdir.
Karl Braun
Karl Ferdinand Braun (alm. Karl Ferdinand Braun;‎ 6 iyun 1850[…], Fulda, Almaniya ittifaqı – 20 aprel 1918[…], Nyu-York, Nyu-York ştatı) – Alman elektrik mühəndisi, ixtiraçı, fizik və Fizika üzrə Nobel mükafatı laureatı. Braun radio və televiziya texnologiyasının inkişafına əhəmiyyətli dərəcədə töhfə vermişdir: O, 1909-cu ilin Fizika üzrə Nobel mükafatını "Radioteleqrafın inkişafında verdikləri töhfələrinə görə" Qulyelmo Markoni ilə bölüşdü. Braun Almaniyanın Fulda şəhərində anadan olub və Marburq Universitetində təhsil alıb və 1872-ci ildə Berlin Universitetindən doktorluq dərəcəsi alıb. 1874-cü ildə bir təmas nöqtəsi yarımkeçiricinin dəyişən cərəyanı yaratdığını kəşf etdi. 1895-ci ildə Fizika İnstitutunun direktoru və Strasburq Universitetində fizika professoru oldu. 1897-ci ildə ilk elektron-şüa borusu və elektron-şüa borusu osiloskopunu qurdu. Radionun inkişafı dövründə radioteleqrafiya üzərində işləmişdir. 1897-ci ildə Braun radio qabaqcılları sırasına qatıldı. Braun teleqrafiya mövzularında çoxlu elmi məqalə yazmışdı və "Electrician" və digər elmi jurnallara verdiyi çoxlu töhfələr sayəsində tanınmışdı.
Karolin Braun
Karolin Braun (ing. Carolyn Browne; d. 19 oktyabr 1958, Yorkşir, İngiltərə) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı (2007-2011) və Qazaxıstandakı (2013-cü ildən) fövqəladə və səlahiyyətli səfiri.
Kolton Braun
Kolton Braun (8 oktyabr 1991) — ABŞ-lı cüdoçu. Kolton Braun ABŞ-ni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Kolton Braun birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Sudanın nümayəndəsi İslam Monir Suliman ilə üz-üzə gəldi. Həmin görüşdə Kolton Braun rəqibinə 100:0 hesabı ilə qalib gəldi. Daha sonra Kolton Braun 1/8 final mərhələsində Fransa təmsilçisi Aleksandre İddir ilə üz-üzə gəldi. Həmin görüşdə Kolton Braun rəqibinə 0:10 hesabı ilə uduzdu.
Kris Braun
Kristofer Mauris Braun (d. 5 may 1989, Tappahannok, Virciniya) amerikan müğənni, reper, bəstəkar, rəqqas və aktyor. Kris ilk vaxtlar kilsə xorlarına və bir neçə yerli istedad proqramlarına qatılmışdır. 2004-cü ildə ilk albomu olan Chris Brown çıxmışdır. Ammika Harris ilə evliliyindən Aeko Catori Brown adlı oğlu var. Digər bir qızı isə Royalty Browndur.
Maksim Braun
Maksim Braun (16 aprel 1993) — Qazaxıstanlı biatlonçu. Maksim Braun Qazaxıstanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Maksim Braun birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Braun 27:46.7 saniyəlik nəticəsi ilə 87 atlet arasında 85-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Mayk Braun
Mayk Braun (ing. Michael E. Brown; 5 iyun 1965, Hantsvill, Alabama) — Erida və bir sıra Neptunxarici cisimi kəşf edən ABŞ-lı astronom. Mayk Braun 2003-cü ildən Kaliforniya Texnologiya İnstitutunda planetlərlə bağlı sahədə professor kimi fəaliyyət göstərir. Komandası ilə birlikdə Erida kimi Neptunxarici cisimlər kəşf etmişdir. Özünü "Plutonu öldürən insan" kimi qəbul edir, çünki Erida kimi Plutondan böyük Neptunxarici cisimləri kəşf etdikdən sonra, Pluton cırtdan planetlər sırasına daxil edilmişdir. 2010-cu ildə "Plutonu kim öldürdü?" adlı kitabı dərc olunmuşdur. Mayk Braun ABŞ-nin Alabama ştatının Hantsvill şəhərində anadan olmuşdur. Bu şəhərdə yerləşən Virgil Qrissom məktəbinin məzunudur. Prinston Universitetində fizika təhsili almışdır. Prinston Şəhər klubunun üzvüdür.
Qaston Braun
Qaston Alfanso Braun (ing. Gaston Alfonso Browne; 9 fevral 1967, Villa[d]) — Antiqua və Barbudanın hazırkı Baş naziri. Braun 9 fevral 1967-ci ildə Antiqua və Barbudada Villa məntəqəsində anadan olub. Özünün sözlərinə görə, gənclik həyatı son dərəcə ağır keçib. Uşaq ikən "Gray's Farm"-də kasıb və ahıl ata nənəsi ilə birlikdə yaşayıb. Nənəsinin ölümündən sonra adanın başqa səmtindəki yoxsul bir ərazidə böyüyüb. Orta təhsilini ümummilli qəbul imtahanlarını müvəffəqiyyətlə verdikdən sonra Villada yerləşən ibtidai məktəbdə, daha sonra Şahzadə Marqaret Məktəbində almışdır. Orta təhsilini başa vurduqdan sonra Qaston İngiltərədəki "City Banking College"-ə daxil oldu və burada Bank və Maliyyə ixtisası üzrə təhsilini davam etdirmişdir. Daha sonra alaraq Mançester Universitetini magistr dərəcəsi ilə bitirmişdir. Əmək fəaliyyətinə Antiqua və Barbudadakı "Swiss American Banking Group"-da menecer vəzifəsində başlamışdır.
Qordon Braun
Ceyms Qordon Braun qısaca Qordon Braun (20 fevral 1951[…], Qiffnok) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri və İşçi Partiyasının ümumi başçısıdır. 1997 ilə 2007 illəri arasında Toni Bleyerin hökumətində Maliyyə Nazirliyi etmişdir.
Sara Braun
Sara Braun (31 oktyabr 1963) — Böyük Britaniyanın baş naziri Qordon Braunun xanımı. Sara Braun 1963-cü ilin oktyabrın 31-də anadan olub. Braun Bristol Universitetinin psixologiya fakültəsini bitirib. O, 2000-ci ildə Britaniyanın baş naziri Qordon Braunla ailə həyatı qurub. Onların Con və Ceyms Fraser adlı iki övladı var. 2001-ci ildə doğulan ilk övladı Cenifer Con isə dünyasını dəyişib. Braun ədəbiyyatla maraqlanır. O, yazıçı C.K. Rovlinqin yaxın dostudur.
Yeva Braun
Eva Braun (tam adı – Eva Anna Paula Braun; 6 fevral 1912[…], Münxen – 30 aprel 1945[…], Fürerbunker) — Adolf Hitlerin sevgilisi, sonralar isə həyat yoldaşı.
A.Braun
Aleksandr Karl Henrix Braun (alm. Alexander Carl Heinrich Braun‎; alm. Alexander Karl Heinrich Braun‎; alm. Alexander Braun‎, 10 may 1805 – 29 mart 1877) — Alman bioloqu,, botaniki, mikoloqu və paleontoloqu. 1831: Untersuchung über die Ordnung der Schuppen an den Tannenzapfen. 1842: Nachträgliche Mitteilungen über die Gattungen Marsilia und Pilularia. 1850: Betrachtungen über die Erscheinung der Verjüngung in der Natur, insbesondere in der Lebens- und Bildungsgeschichte der Pflanze. 1851: Betrachtungen über die Erscheinung der Verjüngung in der Natur, insbesondere in der Lebens- und Bildungsgeschichte der Pflanze. 1852: Über die Richtungsverhältnisse der Saftströme in den Zellen der Characeen. 1853: Das Individuum der Pflanze in seinem Verhältnis zur Spezies etc.
Addison Braun
Addison Braun (ing. Addison Brown; 21 fevral 1830, Qərbi Nyubari[d], Massaçusets – 9 aprel 1913, Nyu-York, Nyu-York ştatı) — ABŞ botaniki. An illustrated flora of the northern United States: Canada and the British possessions from Newfoundland to the parallel of the southern boundary of Virginia, and from the Atlantic ocean westward to the 102d meridian, three volumes. 1896–1898, yeni nəşr. — 1913. The Elgin Botanical Garden and its Relation to Columbia College and the New Hampshire Grants. 1908. Addison Brown (ing.) Britton, Nathaniel; Addison Brown. An illustrated flora of the northern United States, Canada and the British Possessions From Newfoundland to the Parallel of the Southern Boundary of Virginia, and from the Atlantic Ocean Westward to the 102d Meridian. Volume III, Apocynacea to Compositae; Dogbane to Thistle.
Aleksandr Braun
Aleksandr Karl Henrix Braun (alm. Alexander Carl Heinrich Braun‎; alm. Alexander Karl Heinrich Braun‎; alm. Alexander Braun‎, 10 may 1805 – 29 mart 1877) — Alman bioloqu,, botaniki, mikoloqu və paleontoloqu. 1831: Untersuchung über die Ordnung der Schuppen an den Tannenzapfen. 1842: Nachträgliche Mitteilungen über die Gattungen Marsilia und Pilularia. 1850: Betrachtungen über die Erscheinung der Verjüngung in der Natur, insbesondere in der Lebens- und Bildungsgeschichte der Pflanze. 1851: Betrachtungen über die Erscheinung der Verjüngung in der Natur, insbesondere in der Lebens- und Bildungsgeschichte der Pflanze. 1852: Über die Richtungsverhältnisse der Saftströme in den Zellen der Characeen. 1853: Das Individuum der Pflanze in seinem Verhältnis zur Spezies etc.
Braun-Blanq.
Jozias Braun-Blanket (fr. Josias Braun-Blanquet; doğulanda adı alm. Josias Braun‎, 3 avqust 1884, Kur[d] – 20 sentyabr 1980, Monpelye) — XX əsrin görkəmli geobotaniklərindən biridir.
Braun Universiteti
Braun Universiteti (ing. Brown University) — ABŞ-nin Rod-Aylend ştatının paytaxtı Providens şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1763-cü ildə Nyu-Cersi Kollecinin məzunu olmuş keşiş Ceyms Menninq Baptist (xristian məzhəblərindən biri) Kilsələri Assosiasiyası tərəfindən Rod-Aylend ştatına kollec axtarmağa göndərilir. Elə həmin vaxt başda Yel Kollecinin gələcək prezidenti Ezra Stayls olmaqla konqreqasionalistlər (kilsə icmaları birləşməsi) bu məqsədə xidmət edirdilər. Kollec Korporasiyası Cəmiyyətinin ilk toplantısı Rod-Aylend ştatında Nyuportda yerləşən Qədim Ev adlanan binada baş tutur. Yeni kollecin yaradılmasında Rod-Aylend ştatının qubernatorları və gələcəkdə Amerika inqilabçılarından olan Stivens Hopkins və Samuil Uord böyük rol oynayırlar. 3 mart 1764-cü ildə Böyük Britaniya kralı III Georq Rod-Aylend ştatında yeni kollec yaradılması haqqında xartiya imzalayır. Ali məktəbə Rod-Aylend Kolleci adı verilir. Xartiyanı kraldan başqa 60-dan çox şəxs imzalayır, bunların arasında kollecin təşkilatçılıq, maliyyələşmə və idarəolunmasında böyük xidmətləri olan Braun ailəsinin üzvləri (Con, Nikolas və Mozes qardaşları) də olur. Hazırda universitetin adını daşıdığı (1804-cü ildən) Nikolas Braun kollecə böyük miqdarda yardım edir.
Ceyms Braun
Ceyms Braun (ing. James Joseph Brown, 3 may 1933, Cənubi Karolina - 25 dekabr 2006, Atlanta) - ABŞ-lı ifaçı, musiqi sözlərinin müəllifi, soul və funk musiqisi janrılarının yaradıcısıdır. Bir sıra filmlərdə rol almışdır. Məşhur filmləri sırasında olan 1985-ci ildə çəkilmiş "Rokki 4" adlı filmdə epizodik rolda çıxış etmişdir. 20-ci əsr pop-musiqisinin ən tanınmış nümayəndələrindən biri. Yoxsul ailədə doğulmuşdur. 1954-cü ildə The Famous Flames musiqi kollektivinə üzv olan Braun tezliklə onun liderinə çevrildi. Braunun 1956-cı ildə buraxılmış “Please Please Please” sinqli emosional ifa tərzi ilə (sonralar bu “soul” adlandı və ritm-end-blüz çartlarına daxil oldu) seçilirdi. 1960-cı illərin ortaları Braunun musiqi karyerasında qızıl dövr adlanır: onun populyarlığı bütün ölkəni fəth etdi. “İt’s a Man’s, Man’s, Man’s World” balladası, “I Got You (I Feel Good)” mahnısı, “Qremmi” mükafatına layiq görülmüş “Papa’s Got a Brand New Bag” kompozisiyası və s.
Con Braun
Con Braun (ing. John Brown; 9 may 1800[…] – 2 dekabr 1859[…]) — Amerikalı abolisionist. Con Braunun quldarlıqa qarşı mübarizəsi 1834-cü ildən başlayır. 1839-cu ildə Braun Nyu-York şəhərinə köçmüşdür. Burada digər bir Abolisionist Gerit Smit ilə tanış olur. Sonralar Braun Gerit Smit tərəfindən hədiyyə olunan ərazilərdə yaşamağa başlamışdır. Con Braunun məşhurlaşmasında 1845-ci ildə Kanzas ştatında baş vermiş hadisələrin rolu böyükdür. Həmin ildə Kanzas ştatında dövlətə məxsus istifadəsiz ərazilərin pulsuz olaraq yerli əhaliyə paylanaçağı xəbəri insanlarda çaşqınlıq yaratmışdır. Qara dərili insanların ağır şərtlərdə yaşadığı Kanzasa gələn Con Braun burada qiyamın təşkil edilməsinə rəhbərlik edir. Braun silahı mübarizəyə 1855-ci ildə başlamışdır.
Silviya Braun
Silviya Braun (ing. Sylvia Browne) - amerikalı ekstrasens medium, hipnoterapist və yazıçıdır. Yəhudi bir ata və protestant bir ananın qızıdır, ancaq özünə qabiliyyətinin nənəsindən (ana tərəf) Ada Kolendən keçdiyini deyir (nənəsi də ekstrasensdir). Anasının bu mövzuları bir "axmaqlıq" olaraq adlandırmasından ötrü nənəsi ilə daha yaxın olmuşdur. Özü reinkarnasiyaya inanır və hər kəsin əslində özündən aslı bir ruhani rəhbəru olduğunu, qabiliyyətli olaraq adlandırılan insanların digər insanlardan tək fərqinin öz ruhani rəhbərləri ilə əlaqə qura bilmələri olduğunu diqqətə çatdırır. O biri dünyada həyat adlı kitabı o biri dünya həyatı ilə əlaqəli ən çox oxunan kitablardan biri olmuşdur.
Kalani Braun
Kalani Braun - 21 mart 1997-ci ildə anadan olub. WNBA-nın Dallas Wings və Maccabi Bnot Ashdod üçün Amerikalı peşəkar basketbolçudur. O, basketbolçu karyerası ərzində bir çox mükafatlar alıb və 2017 və 2018 mövsümlərindən sonra Qadın Basketbol Məşqçiləri Assosiasiyası (WBCA) tərəfindən Ümumamerikalı adına layiq görülüb. 2 fevral 2023-cü ildə Braun Dallas Wings ilə təlim-məşq toplanışı zamanı müqavilə imzaladı. Braun Wingslə təlim-məşq toplanışından keçdi, lakin onların etdiyi son əsas heyətdə yer ala bilməyən basketbolçulardan biri oldu və o, 2023 Açılış Gecəsi siyahısında yer almadı. O, bir neçə həftə sonra Wings-ə qayıtdı, çünki o, Wings-in komandada zədələri olduğuna görə Çətinlik Müqaviləsi imzaladı. 23 iyun 2023-cü ildə Braun Wingslə Çətinlik Müqaviləsindən azad edildi. Bir gün sonra Wings ilə başqa bir Çətinlik Müqaviləsi ilə qayıtdı. Çətinlik Müqaviləsi sadalanan tərəflərin öhdəliklərini tarazlaşdırmağa kömək etmək üçün müqavilələrə çətinliklə bağlı müddəalar daxil edilir. Vəziyyətlər dəyişirsə və bir tərəf indi qeyri-bərabər öhdəlik götürürsə, çətinlik bəndi müqavilələrin şərtlərinin dəyişdirilməsinə imkan verir.
Mather Braun
Mather Braun- (11 oktyabr 1761-ci ildə vəftiz olunub — 25 may 1831) Amerikalı rəssam. O, Braun Qaven və Elizabet (Byles) Braunun oğlu idi. 1773-cü ildə (12 yaşında) Gilbert Stuartın şagirdi olub. O, Benjamin Vestin emalatxanasında təhsilini davam etdirmək üçün 1781-ci ildə Londona gəldi, 1782-ci ildə Kral Akademiyasının məktəblərinə daxil oldu. Bir il sonra rəsmlərini sərgiləməyə başladı. 1784-cü ildə o, St. Mary's-in-the-Strand kilsəsi üçün iki dini rəsm çəkdi, bu da Braunun bu və digər əsərlərinin sərgi və qravüraların satışı vasitəsilə kommersiyalaşdırılması üçün rəssam Daniel Orme ilə tərəfdaşlıq qurmasına səbəb oldu. Çəkdiyi rəsm əsərlərinin arasında ingilis tarixindən səhnələrin böyük rəsmləri, eləcə də Şekspirin pyeslərindən səhnələr var idi. Onun ilk uğurları 1784–85-ci illərdə Con Adams və ailəsini çəkdiyi rəsm oldu. Bu rəsm indi Boston Afinadadır.
Mark Braun
Mark Stiven Braun (ing. Mark Stephen Brown; 28 fevral 1963, Avarua) — Kuk adalarının Baş naziri.
Cəhənnəm (Den Braunun əsəri)
Cəhənnəm (ing. Inferno) — ABŞ yazıçısı Den Braun tərəfindən 2013-cü ildə mistik-triller janrında yazılmış romandır. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər Mələklər və iblislər, Da Vinçi şifrəsi və İtirilmiş simvol romanlarından sonra dördüncü romandır. Əsər ilk dəfə 14 may 2013-cü ildə "Doubleday" nəşriyyatı tərəfindən yayımlanmışdır. Yayımlanmasından sonra ilk on bir həftə ərzində New York Times Best Seller siyahısına rəhbərlik edən əsər ilk on yeddi həftə ərzində də elektron kitablar siyahısına rəhbərlik etmişdir. Harvard Universitetinin simvolistika üzrə professoru Robert Lenqdon oyanarkən başından yara aldığını və son günlərdə nə baş verdiyini xatırlamadığını görür. O, sonuncu dəfə Harvard Universitetində olduğunu xatırlasa da, tezliklə Florensiyada olduğunu anlayır. Ona xidmət edən həkimlərdən biri olan Sienna Bruks bildirir ki, professor xəstəxanaya gətirilərkən huşu özündə olmayıb və başından güllə yarası almış olub. Bu zaman Roberti təqib edən qadın qatil Vayenta xəstəxanaya girərək onu öldürməyə cəhd edir, lakin həkim Sienna Bruksun köməkliyi ilə Robert Lenqdon xəstəxanadan qaça bilir. Siennanın xəstəxanada baş verənləri söyləməsindən sonra Robert pencəyinin gizli cibində üzərində biotəhlükə işarəsi olan naməlum silindr tapır və ABŞ konsulluğuna zəng etmək qərarına gəlir.
Eduard Qranvil Braun
Eduard Qranvil Braun (ing. Edward Granville Browne; 7 fevral 1862 – 5 yanvar 1926, Kembric) — Böyük Britaniya şərqşünası, yazıçısı, tərcüməçisi, alimi. Bəhai dinini qəbul etmişdir. Babın Bəyan kitabını ingilis dilinə tərcümə etmişdir. "İran ədəbiyyatı tarixi", 1906 Э. Г. Браун. Конспект Персидского Байана A YEAR AMONGST THE PERSIANS — IMPRESSIONS AS TO THE LIFE, CHARACTER, & THOUGHT OF THE PEOPLE OF PERSIA — Received during Twelve Months' Residence in that Country in the Year 1887—1888. The Persian Revolution of 1905—1909 Arxivləşdirilib 2009-01-08 at the Wayback Machine, by Edward G. Browne, with a new introduction by Abbas Amanat in the Persia Observed series by Mage Publishers (1995, 2006) E.G. Browne. Literary History of Persia. (Four volumes, 2,256 pages, and twenty-five years in the writing). 1998.
Elifalet Braun Cunior
Elifalet Braun Cunior (ing. Eliphalet Brown Jr.; 1816, Nyuberiport[d], Massaçusets – 23 yanvar 1886, Nyu-York, Nyu-York ştatı) – ABŞ fotoqrafı, dagerotipisti, litoqrafı və rəssamı. Yaponiyaya göndərilmiş Perri ekspedisiyasının rəsmi fotoqrafı olmuşdur. Yaponiyada çəkilmiş ilk fotoların müəllifidir. Elifalet Braun 1816-cı ildə ABŞ-də doğulmuşdur. 1846–48-ci illərdə Nyu-York şəhərində dagerotipist qardaşı Ceyms Sidni Braunla işləmişdir. 1848-ci ildə litoqraf Çarlz Severinə qoşulmuşdur. "Currier and Ives" şirkəti üçün işləyərkən 1852-ci ildə Perri ekspedisiyasının fotoqrafı seçilmişdir. O, ekspedisiya boyunca rəssam Vilhelm Heyne və teleqrafdan məsul olan Vilyam Dreyperlə əməkdaşlıq etmişdir. Metyü Perri 1853-cü ilin avqustunda Makaoda yazdığı jurnal qeydlərində Braundan bəhs etmiş və onun kalotipiya təcrübələri apardığını qeyd etmişdir.
Emili Brauninq
Emili Ceyn Brauninq (ing. Emily Jane Browning; 7 dekabr 1988, Melburn) — Avstraliya aktrisası. Debüt işi "The Echo of Thunder" (1998) telefilmi olmuşdur.
Glaucium corniculatum var. braunianum
Sarı buynuzlalə (lat. Glaucium flavum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin buynuzlalə cinsinə aid bitki növü. İkiillik ot bitkisi olub, hündürlüyü 50sm-ə qədər olur. Gövdəsi düz, dəyirmi olub, budaqlanandır. İnkişafının birinci ilində çətiri böyük liraşəkilli-lələkvari yarılmış, yarpaqları sıxtükcüklü olmaqla, uzunluğu 35 sm-ə qədərdir. Gövdəyəbənzər yarpaqları çoxsaylı, şişkin, göyümtül, oturaq, yuxarı hissəsi qısa, oval, demək olar ki, kənarları bütövdür. Çiçəkləri tək, iri, diametri 1,5-3sm, ləçəkləri 4, böyük tərsyumurtaşəkilli və ya dairəvi, uzunluğu 3,5 sm, parlaq-sarı və ya tünd-sarıdır. Toxumları böyrəkşəkilli, qəhvəyi və ya qaradır. Bitkinin bütün hissələri şirəli soka malik olub, şirəsi çıxarıla bilir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr ayında isə meyvələri yetişir.
Jozias Braun-Blanket
Jozias Braun-Blanket (fr. Josias Braun-Blanquet; doğulanda adı alm. Josias Braun‎, 3 avqust 1884, Kur[d] – 20 sentyabr 1980, Monpelye) — XX əsrin görkəmli geobotaniklərindən biridir.
Mənşə (Den Braunun əsəri)
Başlanğıc (ing. Origin) — ABŞ yazıçısı Den Braun tərəfindən 2017-ci ildə mistik-triller janrında yazılmış romandır. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər Mələklər və iblislər, Da Vinçi şifrəsi, İtirilmiş simvol və Cəhənnəm romanlarından sonra beşinci romandır. Əsər ilk dəfə 3 oktyabr 2017-ci ildə "Doubleday" nəşriyyatı tərəfindən təqdim edilmişdir.
Verner fon Braun
Verner Maqnus Maksimilian Frayher fon Braun (alm. Wernher Magnus Maximilian Freiherr von Braun‎; 23 mart 1912[…] – 16 iyun 1977[…], Aleksandriya[d], Virciniya) — alman-amerika raket mütəxəssisi, kosmik uçuşların pioneri, ilk ballistik raketin yaradıcısı, ABŞ və SSRİ-nin kosmik yarışında Sergey Korolyovun əsas rəqibi. ABŞ-də amerikan kosmik proqramının banisi hesab olunur. O, 23 mart 1912-ci ildə Almaniyanın Virsitç dairəsinin Posen provinsiyasında (indiki Virzisk, Polşa) anadan olmuşdur. Fau-2 adlı raketin hazırlanmasında alman faşistləri ilə əməkdaşlığına görə onun şəxsiyyəti mütəxəssislər tərəfindən mübahisəli sayılır. Verner von Braun Posendə Maqnus von Braun və onun həyat yoldaşı Emminin ikinci ovladı kimi dünyaya gəlmişdir. Onun ana babası Prussiya dövlətinin mülkiyyətçisi və dövlətin zadəganlar evinin üzvü olmuşdur. Böyük qardaşı Ziqismund fon Braun alman diplomatı idi. Birinci dünya müharibəsi qurtardıqdan sonra Braunlar ailəsi Şlezienə köçürlər. Hələ uşaq vaxtlarında Braun musiqi və təbiət elmləri ilə maraqlanır.
Yel-Braun obsessiv-kompulsiv simptomlar cədvəli
Yel-Braun obsessiv-kompulsiv simptomlar cədvəli (ing. Yale-Brown obsessive-compulsive scale) Yel və Braun universitetlərində Veyn Qudman (ing. Wayne Goodman) və onun əməkdaşları tərəfindən işlənib hazırlanmışdır. Yel-Braun cədvəli xəstədə olan obsessiv və kompulsiv simptomların ağırlıq dərəcəsini müəyyən etmək üçün klinik vəsaitdir. Cədvəl obsessiv və kompulsiv simptomların ifadə formasından asılı olmayaraq onların ağırlıq dərəcəsini təyin edir. Y-BOCS cədvəli obsessiv-kompulsiv posuntuların (sarışan halların) ağırlıq dərəcəsini təyin etməklə müalicə zamanı pozuntunun kliniki dinamikasını müşahidə etmək imkanı verir. Bu cədvəl geniş yayılmış və əsaslı validizasiya olunmuş (effektivliyi təsdiq olunmuş) klinik vəsaitdir.
Yel-Braun obsessiv-kompulsiv simptomların cədvəli
Yel-Braun obsessiv-kompulsiv simptomlar cədvəli (ing. Yale-Brown obsessive-compulsive scale) Yel və Braun universitetlərində Veyn Qudman (ing. Wayne Goodman) və onun əməkdaşları tərəfindən işlənib hazırlanmışdır. Yel-Braun cədvəli xəstədə olan obsessiv və kompulsiv simptomların ağırlıq dərəcəsini müəyyən etmək üçün klinik vəsaitdir. Cədvəl obsessiv və kompulsiv simptomların ifadə formasından asılı olmayaraq onların ağırlıq dərəcəsini təyin edir. Y-BOCS cədvəli obsessiv-kompulsiv posuntuların (sarışan halların) ağırlıq dərəcəsini təyin etməklə müalicə zamanı pozuntunun kliniki dinamikasını müşahidə etmək imkanı verir. Bu cədvəl geniş yayılmış və əsaslı validizasiya olunmuş (effektivliyi təsdiq olunmuş) klinik vəsaitdir.
Çarlz Brokden Braun
Çarlz Brokden Braun (d. 17 yanvar 1771, Filadelfiya - 22 Fevral 1810) — ABŞ-lı romançı və qəzet yazarı. Ədəbiyyatla məşğul olmaq üçün vəkil işindən əl çəkdi.Fransız inqilabına və V.Qodvini inqilabi əsərlərinə böyük heyranlıq bəslədi.Esse və siyasi yazılarla bərabər bir sıra romanlar yazdı.Qadın haqlarını müdafiə edən "Alkuinin dialoqu"(The Dialogue of Alcuin)(1797) əsərindən sonra "Vieland və ya dəyişmə" (Wieland or the Transformation)(1798) əsəri ilə böyük uğur qazandı. Bəzi cəhətləri ilə C.F.Kuper,E.A.Po və Hautornenin öncülü sayılır.Davranışları və sosial nəzəriyyələrinə görə "Amerikanın Qodvin"i olaraq xatırlanır.