brouillard
bruissant
OBASTAN VİKİ
Bru-Verne
Bru-Verne (fr. Broût-Vernet, oks. Brot e Vernet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03043. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1175 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 699 nəfər (15-64 yaş arasında) arasında 510 nəfər iqtisadi fəal, 189 hərəkətsiz (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə 70.0%) olmuşdur. Fəal 510 nəfərdən 468 nəfər (256 kişi və 212 qadın) işləyir, 42 nəfər işsizdir (18 kişi və 24 qadın).
Irn-Bru
Irn-Bru (azərb. Ayn-Bru‎) — 1901-ci ildə Şotlandiyada yaradılmış sərinləşdirici içkilər istehsal edən A.G. Barr şirkəti tərəfindən satışa çıxarılan qazlı sərinləşdirici içkidir. == Tarixi == 1901-ci ildə Şotlandiyanın Folkirk şəhərində, hazırlanmış yeni sərinləşdirici alkoqolsuz içkinin adı "Iron Brew" (azərb. Dəmir içki‎) qoyulur. Hal-hazırda Irn-Bru dünyanın 45 ölkəsində istehsal olunur.
Acacia brunioides
Acacia brunioides (lat. Acacia brunioides) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Aechmea brueggeri
Aechmea bruggeri (lat. Aechmea bruggeri) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Aleksey Brusilov
Aleksey Alekseyeviç Brusilov (rus. Алексей Алексеевич Брусилов; 3 avqust 1853, Tiflis – 17 mart 1926[…], Moskva) — rus və sovet hərb xadimi və hərbi pedaqoqu, kavaleriya generalı (6 dekabr 1912-ci ildən), general-adyutant (10 aprel 1915-ci ildən), Rus ordusunun Ali baş komandanı (22 may — 19 iyul 1917), Qırmızı Ordunun baş kavaleriya inspektoru (1923). == Həyatı == Aleksey Brusilov mənşəcə Brusilovlar zadəgan ailəsindəndir. 1853-cü ildə Tiflisdə rus generalı Aleksey Nikolayeviç Brusilovun ailəsində anadan olub (1787-1859). Anası Mariya-Luis Antonovna mənşəcə polyak idi və kollec assessoru A. Nestoyskinin ailəsindən olmuşdur. 27 iyun (9 iyul) 1867-ci ildə Pajeski Korpusuna daxil olmuşdur. 17 iyul 1872-ci ildə korpusu bitirmiş və 15-ci Draqun Tver alayı sıralarına daxil olmuşdur. 1873-1878-ci illərdə - alayın adyutantı olmuş, Qafqazda 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsinin iştirak etmişdir. Türk qalaları Ərdahan və Qarsın ələ keçirilməsində fərqlənmiş, buna görə də 3-cü və 2-ci dərəcə Müqəddəs Stanislav ordeni və 3-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilmişdir. 1879-1881-ci illərdə eskadron komandiri və alay təlim komandasının rəisi olmuşdur.
Argiope bruennichi
Argiope bruennichi (eşşəkarısı hörümçəyi) argiope cinsinin növlərindən biri. Şimali Avropa, Şimali Afrika, Asiyanın bəzi hissələri və Azor adaları boyunca yayılmışdır,həmçinin ABŞ-nin Şimali Karolina və Ohayo ştatlarında görülmüşdür. Argiope cinsinin digər növləri kimi qarın hissəsində sarı-qara zolaqları var. == Toru == Hörümçək adətən uzun otların içərisində yerdən bir az yuxarı gecə yaxud şəfəq vaxtı spiral tor hörür, toru hörməsi təxminən bir saat çəkir. Torun ortasında nəzərə çarpan zigzaqlı, stabilimentum və ya tor dekorasiyası adlanan şəkil var. Bunun funksiyası qeyri-müəyyən olsa da həşəratların cəlb edilməsi üçün olduğu düşünülür. Tora hər hansı həşərat ilişdikdə Argiope bruennichi tez onu hərəkətsiz hala gələnə kimi tora sarar. Sonra hörümçək ovunu sancaraq iflic edici zəhər və zülal həll edən ferment injeksiya edər. == Seksual dimorfizm == Argiope bruennichinin dişisi və erkəyi arasında böyük fərqliliklər vardır. Belə ki, dişinin ortalama bədən uzunluğu 15 mm ikən erkəyin ortalama bədən uzunluğu 4,5 mm-dir.
Art Brut
Xam sənət — Kənar sənət öz-özünə öyrədilmiş və ya sadəlövh sənət ustaları tərəfindən sənətdir. Tipik olaraq, kənar sənətkarlar kimi etiketlənənlərin əsas sənət dünyası və ya sənət qurumları ilə əlaqəsi azdır. Çox hallarda, işləri yalnız ölümlərindən sonra aşkarlanır. Çox vaxt kənar sənət həddindən artıq zehni vəziyyətləri, qeyri-ənənəvi fikirləri və ya inkişaf etdirilmiş fantaziya dünyalarını təsvir edir. Kənar sənət termini sənətşünas Roger Cardinal tərəfindən 1972-ci ildə sənət qəddarlığı üçün İngilis sinonimi (Fransızca: (French: [aʁ bʁyt], "raw art" or "rough art"), Fransız rəssamı Jean Dubuffet tərəfindən sənəti təsvir etmək üçün yaratdığı etiket olaraq işlənmişdir. rəsmi mədəniyyət hüdudlarından kənarda yaradılan; Dubuffet, nümunə olaraq psixiatrik xəstəxana xəstələri və uşaqları istifadə edərək qurulmuş sənət səhnəsinin xaricində olanlar tərəfindən sənətə yönəldildi. == Art Brut == Fransızca bir termin olan "art brut"un mənası "xam sənət" deməkdir. "Art brut" professional olmayan, özlüyündən yaranmış bir sənətdir. 1948-ci ildə Dübüffet, Breton və Tapiye "art brut"u qurdular. Bu sənətin məqsədi; özü özünü yetişdirənlərin, məşhur olmayanların, məhbusların və ruhi xəstələrin məhsullarını ortaya çıxarmaq idi.
Azərbaycan–Bruney münasibətləri
Azərbaycan–Bruney münasibətləri — Azərbaycan Respublikası ilə Bruney-Darüssalam arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin noyabr ayının 24-də qurulmuşdur.
Banksia brunnea
Dryandra brownii (lat. Dryandra brownii) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Belinda Bruks
Belinda Brooks (d. 3 fevral 1977) — Avstraliyanı təmsil edən su poloçusu. Belinda Brooks, Avstraliya yığmasının heyətində 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Belinda Brooks, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Brunnera
Brunnera (lat. Brunnera) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi. İriyarpaqlı brunnera (B. macrophylla) (Anchusa myosotidiflora) — sallaq budaqlı, düzgövdəli çoxillik bitkidir. Bitkinin çiçəkləri süpürgəçiçək qrupuna toplanmışdır. Gülləri yaddaşçiçəyinin güllərinə oxşardır. İriyarpaqlı brunneranın vətəni Qafqazdır. Gülçülükdə 1825-ci ildən istifadə edilir. Sibir brunnerası (B. sibirica) əvvəlki növdən iri yarpaqları və çiçəkləri ilə fərqlənir. Brunneranı toxumla, kol pöhrələri və qələmlə çoxaldırlar. Qələmləri yay ərzində tez kök atır.
Bruno Alves
Bruno Alves (27 noyabr 1981) — Fənərbaxça PFK-da forma geyinən müdafiəçi.
Bruno Bozzetto
Bruno Bozetto (3 mart 1938[…], Milan) — İtaliya animasiya rejissoru və ssenarist. == İstinadlar == == Xarici keçidlər == Bruno Bozzetto — Internet Movie Database saytında.
Bruno Cakometti
Bruno Cakometti (it. Bruno Giacometti; 24 avqust 1907 — 21 mart 2012) — İsveçrəli memar və mesenat. == Həyatı == Bruno Cakometti 1907-ci il avqustun 24-də İsveçrədə rəssam ailəsində doğulub. Bruno memarlığı Sürixdəki Ali Texniki Məktəbdə öyrənib. Məktəbi bitirəndən sonra Karl Egenderin memarlıq bürosunda çalışıb. Hallenstadion-un layihəsində və İsveçrə Milli Sənət Sərgisinin qurulmasında iştirak edib. Sonralar müstəqil fəaliyyətə üstünlük verib və daha böyük uğurlara imza atıb. Bruno Cakometti XX əsrin ikinci yarısının ən görkəmli İsveçrə memarı sayılırdı. 1965-ci ildən o qardaşı Albertonun adına açılan Fonda çox böyük əmək sərf etmiş, fondun inkişafı üçün yardım göstərmişdir. 2006-cı ildə Bruno Cakometti həmin fonda müasir sənətin ən bahalı heykəltaraşı sayılan qardaşı Albertonun 90 əsərini, o cümlədən 15 bürünc heykəlini bağışlamışdır.
Bruno Cordano
Bruno Cordano (it. Bruno Giordano; 13 avqust 1956, Roma) — İtalyalı keçmiş futbolçu. Mərkəz hücumçusu mövqeyində oynayıb. 1978/79 mövsümündə İtaliya çempionatının bombardiri olub. 2013-cü ildən — Askoli klubunun baş məşqçisidir. == Karyera == === Klub === Cordano peşəkar karyerasına karyerasının çox hissəsini keçirdiyi "Latsio" klubunda başlayıb. "Latsio"nun heyətində 1978/79 mövsümündə A Seriyasının bombardiri olub. 1985-ci ildə "Napoli"yə keçir. Cordano burada Maradona və Kareko ilə birlikdə məşhur Ma-Gi-Ka hücum triosunu yaradır. Futbolçu Napoli ilə birlikdə İtaliya çempionluğunu və İtaliya Kubokunu qazanır.
Bruno Giacometti
Bruno Cakometti (it. Bruno Giacometti; 24 avqust 1907 — 21 mart 2012) — İsveçrəli memar və mesenat. == Həyatı == Bruno Cakometti 1907-ci il avqustun 24-də İsveçrədə rəssam ailəsində doğulub. Bruno memarlığı Sürixdəki Ali Texniki Məktəbdə öyrənib. Məktəbi bitirəndən sonra Karl Egenderin memarlıq bürosunda çalışıb. Hallenstadion-un layihəsində və İsveçrə Milli Sənət Sərgisinin qurulmasında iştirak edib. Sonralar müstəqil fəaliyyətə üstünlük verib və daha böyük uğurlara imza atıb. Bruno Cakometti XX əsrin ikinci yarısının ən görkəmli İsveçrə memarı sayılırdı. 1965-ci ildən o qardaşı Albertonun adına açılan Fonda çox böyük əmək sərf etmiş, fondun inkişafı üçün yardım göstərmişdir. 2006-cı ildə Bruno Cakometti həmin fonda müasir sənətin ən bahalı heykəltaraşı sayılan qardaşı Albertonun 90 əsərini, o cümlədən 15 bürünc heykəlini bağışlamışdır.
Bruno Hildebrandt
Bruno Hildebrandt (alm. Bruno Hildebrand‎; 6 mart 1812[…] – 29 yanvar 1878[…], Yena, Saksen-Veymar-Eyzenax hersoqluğu[d]) — Almaniya iqtisadçısı və statistiki, Almaniyanın və İsveçrənin bir sıra universitetlərində siyasi iqtisad professoru.. == Həyatı == == Fəaliyyəti == Bruno Hildebrandt(1812–1898-ci illər)-alman iqtisadçısı və statistiki, Almaniyanın və İsveçrənin bir sıra universitetlərində siyasi iqtisad professoru. Əsas əsəri iqtisadi təzahürlərin tarixi tədqiqat metodunu irəli sürdüyü "İndinin və gələcəyin siyasi iqtisadı" əsəridir ki, bu kitab 1848-ci ildə nəşr olunub. 1864-cü ildə Hildebrandtın "Natural təsərrüfat, pul təsərrüfatı və kredit təsərrufatı" əsəri işıq üzü görür, burada o, millətin tarixinin aşağıdakı dövrlərə ayrılmasını göstərir: 1) orta əsrlərin təbii təsərrüfatı (natural təsərrüfat nəzərdə tutulur) 2) pul təsərrüfatı 3) kredit təsərrüfatını o, təsərrüfatın ali tipi hesab edirdi, belə ki, kredit kapitalı olmayan işgüzar adamlara sahibkar olmağa imkan verir. Hildebrandt krediti pulların və kapitalın hökmranlığına son qoymağa və müasir kapitalist dünyasını ədalət əsasında dəyişdirməyə qabil olan qüvvə hesab edirdi. Onun fikrincə, kredit təsərrüfatı pul təsərrüfatının antiporu deyil, yalnız gələcək inkişafıdır. Ona görə Hildebrandtın krediti pulların və kapitalın hökmranlığına son qoymağa, onun müasiri olan kapitalist dünyasını ədalət əsasında dəyişəcəyinə qadir olan hər hansı yaradıcı qüvvə kimi təqdim etməsi əsassızdır.
Bruno Körbi
Bruno Körbi (ing. Bruno Kirby; 28 aprel 1949) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Bruno Latur
Bruno Latur (fr. Bruno Latour; 22 iyun 1947[…], Bon[d], Kot-d’Or, Burqundiya—Franş—Konte, Fransa – 8 oktyabr 2022, XIII arondisman (Paris)[d], Paris, İl de Frans, Fransa) — fransız elm sosioloqu və filosofu, Yeni Zaman Yoxdu kimi kitabların müəllifi. Simmetrik antropologiyaya dair esselər, "Laboratoriya həyatı" və "Fəaliyyətdə olan elm". Mişel Kallon və Con Lo ilə birlikdə o, aktor-şəbəkə nəzəriyyəsinin yaradıcılarından biridir. == Bioqrafiyası == Şərabçı ailəsində anadan olub. Fəlsəfi və antropoloji təhsil almışdır. O, London İqtisadiyyat Məktəbində və Harvard Universitetinin Elm Tarixi Departamentində mühazirələr oxuyub. Bruno Latour — Təşkilati Sosiologiya Mərkəzi ilə əlaqəli, onun tədqiqat fəaliyyəti üzrə vitse-prezidenti. O, "Laboratoriya həyatı" (ing., 1979), "Fransanın pasterizasiyası" (1984), "Aramis və ya texnologiya eşqi" kitablarının və simmetrik antropologiyaya dair "Modern ola bilməyəcəyik" ing. essesinin müəllifidir.
Bruno Manser
Bruno Manser (25 avqust 1954[…], Bazel – 10 mart 2005, Kalimantan) İsveçrə ətraf mühit aktivisti olub. 1984-cü ildən 1990-cı ilə kimi Malasiyanın Penan qəbiləsində (Sarawak ştatı) yaşayıb və ağac tədarükü edən şirkətlərə qarşı dəfələrlə mübarizələr təşkil edib. 1990-cı ildən başlayaraq o, tropik meşələrin qorunması və yerli xalqların, xüsusən də Penanlıların insan hüquqları uğrunda ictimai fəaliyyətə başladı və bu fəaliyyəti onunla Malaziya hökuməti arasında münaqişəyə səbəb oldu. O, 1991-ci ildə İsveçrə qeyri-hökumət təşkilatı (QHT) Bruno Manser Fondunu yaradır. Bruno Manser 2000-ci ilin mayında Sarawaka son səfəri zamanı yoxa çıxır və ölü olduğu qəbul olunur. == Gənclik illəri və təhsili == Bruno Manser 25.08.1954-cü ildə Bazeldə çox uşaqlı ailədə doğulub. Manser gənclik illərində müstəqil düşüncəli insan olub. Manser Mahatma Qandinin (Satyagraha) şiddətə qarşı olan idelogiyalarının dönməz tərəfdarları olaraq İsveçrə ordusunda məcburi hərbi xidmət keçməkdən imtina etdiyi üçün 19 yaşında 3 ay Lucerne həbsxanasında qalmalı olmuşdur. 1973-cü ildə həbsxananı tərk etdikdən sonra o, İsveçrə Alp otlaqlarında 12 il xırda və iri buynuzlu maldarlıqla məşğul olur. Manser bu dövrdə əl işləri, müalicə və mağaralar ilə maraqlanır.
Bruno Mars
Piter Cin Ernandes (d. 8 oktyabr 1985, Honolulu) — Bruno Mars adı ilə məşhur ABŞ müğənnisi, bəstəkar və prodüser. Peter Amerikanın Honolulu şəhərində anadan olmuşdur. Just The Way You Are və Grenade mahnılar ilə tanınan Bruno Mars Vokal, gitara, bateri alətlərində mükəmməl ifa bacarığına malikdir.
Bruno Qanz
Bruno Qanz (22 mart 1941[…], Sürix – 16 fevral 2019[…]) — İsveçrə aktyoru.
Bruno Rodriqes
Bruno Rodriqes — Argentinalı iqlim fəalıdır. Argentinada "Gələcək üçün cümə günləri" hərəkatının lideridir. O, 2019-cu ildə Birləşmiş Millətlər Təşkilatının Gənclər İqlim Sammitində nümayəndə olub. O, İşçi Partiyası və Amnesty International ilə əməkdaşlıq etmişdir. 2021-ci ildə IPCC Altıncı Qiymətləndirmə Hesabatı əsasında namizədlərə açıq məktub kampaniyası təşkil edir.
Bruno Sutkus
Bruno Sutkus (14 may 1924 – 29 avqust 2003, Almaniya Federativ Respublikası) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş, alman qoşunlarında döyüşmüş litvalı snayper. == Həyatı == Bruno Sutkus 1924-cü ildə o vaxtlar Almaniyanın tərkibində olan Tannenvelde (indiki Çkalovsk) qəsəbəsində anadan olub. Onun atası milliyətcə litvalı olub. 1938-ci ildə Hitler Gənclər Hərəkatına üzv olub. 18 yaşında Alman Nasional Sosialist Fəhlə Partiyasının hərbi qanadına üzv yazılıb. Onun çox sərrast atəş açma qabiliyyəti Vermaxt rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi və bu qabiliyyətinə görə Brunoya öz şəxsi snayper tüfəngi verildi. 1941-ci ildə Almaniya vətəndaşlığını alıb. 1943-cü ildə Vilnusda snayper kurslarında təhsil alıb. Onun hesabında təkcə 1944-cü ilin 6 ayında (iyun-noyabr ayları) 209 öldürülmüş düşmən əsgəri olub. 1945-ci ilin yanvarında vəzifəsi yüksəldilib və snayper məktəbində instruktor vəzifəsinə təyin edilib.
Brunoniella
Ruelliya (lat. Ruellia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin akantkimilər fəsiləsinə aid bitki cinsi.
Brunov mahmızçiçəyi
Brus-le-Şato
Brus-le-Şato (fr. Brousse-le-Château, oks. Brossa) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Rom-de-Tarn kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12037. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 40 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 165 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 104 yaşda olan (15-64 yaş arasında) 62 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 59,6%, 1999-cu ildə bu göstərici 69,8%).