brouillard
bruissant
OBASTAN VİKİ
Bru-Verne
Bru-Verne (fr. Broût-Vernet, oks. Brot e Vernet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03043. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1175 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 699 nəfər (15-64 yaş arasında) arasında 510 nəfər iqtisadi fəal, 189 hərəkətsiz (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə 70.0%) olmuşdur. Fəal 510 nəfərdən 468 nəfər (256 kişi və 212 qadın) işləyir, 42 nəfər işsizdir (18 kişi və 24 qadın).
Irn-Bru
Irn-Bru (azərb. Ayn-Bru‎) — 1901-ci ildə Şotlandiyada yaradılmış sərinləşdirici içkilər istehsal edən A.G. Barr şirkəti tərəfindən satışa çıxarılan qazlı sərinləşdirici içkidir. == Tarixi == 1901-ci ildə Şotlandiyanın Folkirk şəhərində, hazırlanmış yeni sərinləşdirici alkoqolsuz içkinin adı "Iron Brew" (azərb. Dəmir içki‎) qoyulur. Hal-hazırda Irn-Bru dünyanın 45 ölkəsində istehsal olunur.
Acacia brunioides
Acacia brunioides (lat. Acacia brunioides) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Aechmea brueggeri
Aechmea bruggeri (lat. Aechmea bruggeri) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Aleksey Brusilov
Aleksey Alekseyeviç Brusilov (rus. Алексей Алексеевич Брусилов; 3 avqust 1853, Tiflis – 17 mart 1926[…], Moskva) — rus və sovet hərb xadimi və hərbi pedaqoqu, kavaleriya generalı (6 dekabr 1912-ci ildən), general-adyutant (10 aprel 1915-ci ildən), Rus ordusunun Ali baş komandanı (22 may — 19 iyul 1917), Qırmızı Ordunun baş kavaleriya inspektoru (1923). == Həyatı == Aleksey Brusilov mənşəcə Brusilovlar zadəgan ailəsindəndir. 1853-cü ildə Tiflisdə rus generalı Aleksey Nikolayeviç Brusilovun ailəsində anadan olub (1787-1859). Anası Mariya-Luis Antonovna mənşəcə polyak idi və kollec assessoru A. Nestoyskinin ailəsindən olmuşdur. 27 iyun (9 iyul) 1867-ci ildə Pajeski Korpusuna daxil olmuşdur. 17 iyul 1872-ci ildə korpusu bitirmiş və 15-ci Draqun Tver alayı sıralarına daxil olmuşdur. 1873-1878-ci illərdə - alayın adyutantı olmuş, Qafqazda 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsinin iştirak etmişdir. Türk qalaları Ərdahan və Qarsın ələ keçirilməsində fərqlənmiş, buna görə də 3-cü və 2-ci dərəcə Müqəddəs Stanislav ordeni və 3-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilmişdir. 1879-1881-ci illərdə eskadron komandiri və alay təlim komandasının rəisi olmuşdur.
Argiope bruennichi
Argiope bruennichi (eşşəkarısı hörümçəyi) argiope cinsinin növlərindən biri. Şimali Avropa, Şimali Afrika, Asiyanın bəzi hissələri və Azor adaları boyunca yayılmışdır,həmçinin ABŞ-nin Şimali Karolina və Ohayo ştatlarında görülmüşdür. Argiope cinsinin digər növləri kimi qarın hissəsində sarı-qara zolaqları var. == Toru == Hörümçək adətən uzun otların içərisində yerdən bir az yuxarı gecə yaxud şəfəq vaxtı spiral tor hörür, toru hörməsi təxminən bir saat çəkir. Torun ortasında nəzərə çarpan zigzaqlı, stabilimentum və ya tor dekorasiyası adlanan şəkil var. Bunun funksiyası qeyri-müəyyən olsa da həşəratların cəlb edilməsi üçün olduğu düşünülür. Tora hər hansı həşərat ilişdikdə Argiope bruennichi tez onu hərəkətsiz hala gələnə kimi tora sarar. Sonra hörümçək ovunu sancaraq iflic edici zəhər və zülal həll edən ferment injeksiya edər. == Seksual dimorfizm == Argiope bruennichinin dişisi və erkəyi arasında böyük fərqliliklər vardır. Belə ki, dişinin ortalama bədən uzunluğu 15 mm ikən erkəyin ortalama bədən uzunluğu 4,5 mm-dir.
Art Brut
Xam sənət — Kənar sənət öz-özünə öyrədilmiş və ya sadəlövh sənət ustaları tərəfindən sənətdir. Tipik olaraq, kənar sənətkarlar kimi etiketlənənlərin əsas sənət dünyası və ya sənət qurumları ilə əlaqəsi azdır. Çox hallarda, işləri yalnız ölümlərindən sonra aşkarlanır. Çox vaxt kənar sənət həddindən artıq zehni vəziyyətləri, qeyri-ənənəvi fikirləri və ya inkişaf etdirilmiş fantaziya dünyalarını təsvir edir. Kənar sənət termini sənətşünas Roger Cardinal tərəfindən 1972-ci ildə sənət qəddarlığı üçün İngilis sinonimi (Fransızca: (French: [aʁ bʁyt], "raw art" or "rough art"), Fransız rəssamı Jean Dubuffet tərəfindən sənəti təsvir etmək üçün yaratdığı etiket olaraq işlənmişdir. rəsmi mədəniyyət hüdudlarından kənarda yaradılan; Dubuffet, nümunə olaraq psixiatrik xəstəxana xəstələri və uşaqları istifadə edərək qurulmuş sənət səhnəsinin xaricində olanlar tərəfindən sənətə yönəldildi. == Art Brut == Fransızca bir termin olan "art brut"un mənası "xam sənət" deməkdir. "Art brut" professional olmayan, özlüyündən yaranmış bir sənətdir. 1948-ci ildə Dübüffet, Breton və Tapiye "art brut"u qurdular. Bu sənətin məqsədi; özü özünü yetişdirənlərin, məşhur olmayanların, məhbusların və ruhi xəstələrin məhsullarını ortaya çıxarmaq idi.
Azərbaycan–Bruney münasibətləri
Azərbaycan–Bruney münasibətləri — Azərbaycan Respublikası ilə Bruney-Darüssalam arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin noyabr ayının 24-də qurulmuşdur.
Banksia brunnea
Dryandra brownii (lat. Dryandra brownii) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Belinda Bruks
Belinda Brooks (d. 3 fevral 1977) — Avstraliyanı təmsil edən su poloçusu. Belinda Brooks, Avstraliya yığmasının heyətində 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Belinda Brooks, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Bruce Lee
Brüs Li (ing. Bruce Lee; çin. 李振藩 Li Jun-fan; 27 noyabr 1940[…], San-Fransisko, Kaliforniya – 20 iyul 1973[…]) — döyüş sənəti üzrə məşhur döyüş ustası, rejissor, ssenarist, idmançı və aktyor, Cit Kun Do döyüş sənətinin yaradıcısı, filosof == Həyatı == 1940-cı ilin səhərində Çin təqviminə görə Əjdaha ilində Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olan Brüs Linin əsl adı Jun-fan Lidir. Atası və anası, Çin operasında aktyor idi. Anası Qreysin sözlərinə görə, ona bir Amerikan adı verməyi fikirləşmirdi. Xəstəxanada işləyən həkimlərdən biri bu körpəyə Brüs deməyə başladı buna görə də anası bu adı dəyişdirməyib ona Brüs adını verdi. Bundan sonra adı Brüs Li oldu. Ailə çox qısa bir müddət sonra Honq Konqa geri döndü. 6 yaşı olanda da o tündxasiyyət idi. Brüs Honq Konqda film karyerasına 8 yaşında başladı.
Bruce Schneier
Brüs Şnayer (ing. Bruce Schneier; 15 yanvar 1963, Nyu-York, Nyu-York ştatı) Amerikalı kriptoqraf, kompüter təhlükəsizlik mütəxəssisi, məxfilik mütəxəssisi və yazıçıdır. Ümumi təhlükəsizlik, kompüter təhlükəsizliyi və kriptoqrafiya mövzusunda bir neçə kitabın müəllifidir.
Brucen
Bürucin-— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Bürucin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 49,077 nəfər və 12,828 ailədən ibarət idi.
Brucen şəhristanı
Bürucin şəhristanı- İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bürucin şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 113,795 nəfər və 27,963 ailədən ibarət idi.
Brucerd
Bürucird (lurca: vorūgerd və ya borūgerd) – İranın Luristan ostanının şəhərlərindən və Bürucird şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 227,547 nəfər və 59,388 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində (Bürucird dialekti) danışırlar və şiə müsəlmandırlar.
Brucerd şəhristanı
Bürucird şəhristanı— İranın Luristan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bürucird şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 320,547 nəfər və 82,676 ailədən ibarət idi.
Bruch
Karl Fridrix Bruç (ing. Carl Friedrich Bruch;11 mart 1789, Çvaybrükgen – 21 dekabr 1857, Mayns) – Alman ornitoloqu. == Bruçun təsnif etdiyi quşlar == Pelecanus crispus Larus hartlaubii Larus hemprichii Ichthyaetus hemprichii Rissa brevirostris.
Bruchidae
Dənyeyən böcəklər (lat. Bruchinae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinə aid heyvan yarımfəsiləsi. Xırda böçəklər olub, bədəni qabarıq, başı qabaq döşə tərəf çəkilmişdir. Qanadüstlükləri qarıncığın arxa ucunu örtmür. Ağ sürfələri yoğun, ayaqsız, S-şəkillidir. 900-dək növü məlumdur. Bunlardan 50-dən çox növünə Azərbaycanda rast gəlinir. Əsasən, paxlalı, həmçinin ot, sarmaşıq, çətirçiçəklilər fəsiləsindən olan bitkilərin toxumlarında yaşayır. Noxud və lobya dənyeyəni çox zərərlidir.
Bruchinae
Dənyeyən böcəklər (lat. Bruchinae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinə aid heyvan yarımfəsiləsi. Xırda böçəklər olub, bədəni qabarıq, başı qabaq döşə tərəf çəkilmişdir. Qanadüstlükləri qarıncığın arxa ucunu örtmür. Ağ sürfələri yoğun, ayaqsız, S-şəkillidir. 900-dək növü məlumdur. Bunlardan 50-dən çox növünə Azərbaycanda rast gəlinir. Əsasən, paxlalı, həmçinin ot, sarmaşıq, çətirçiçəklilər fəsiləsindən olan bitkilərin toxumlarında yaşayır. Noxud və lobya dənyeyəni çox zərərlidir.
Bruco
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər.Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər. Məqsədi təbiətin üzvi gücünü sahiplenmektir və də bu gücü dilədiyincə istifadə etməkdir.
Brudzinski simptomu
Brudzinski simptomu — Meningitlər zamanı qeydə alınan əsas nevroloji simptomlardan hesab edilir. ► Brudzinski (yuxarı) simptomu – arxası üstə uzanmış xəstədə həkim ənsə əzələlərinin rigidliyini yoxladıqda, passiv olaraq başı önə əyir, bu zaman ətraflar diz və bud-çanaq oynağında bükülür. ► Brudzinski (orta) simptomu – qasıq nahiyəsinə təzyiq göstərdikdə reflektor olaraq ətraflar diz və bud-çanaq oynağında bükülür. ► Brudzinski (aşağı) simptomu – Kerniq simptomunda olduğu kimi bükülmüş ətrafı diz oynağında açırlar. Bu zaman digər ətraf diz oynağında bükülür.
Brugmansia waymanii
Hindistan dəlibəngi (lat. Datura metel) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. == Sinonimləri == Brugmansia waymanii Paxton Datura aegyptiaca Vis. Datura alba Rumph. ex Nees Datura alba F.Muell. Datura alba var. africana Mattei Datura bojeri Delile Datura chlorantha Hook. Datura cornucopia Pitcher & Manda Datura dubia Rich. Datura dubia Bianca ex Tod. Datura fastuosa L. Datura fastuosa var.
Bruk Kendi
Bruk Dayen Kendi (ing. Brooke Dyan Candy; 20 iyul 1989, Oksnard[d], Kaliforniya) — ABŞ repçisi, müğənnisi və bəstəkar.
Bruk Teylor
Bruk Teylor (ing. Brook Taylor; d.18.8.1685, Edmonton — v.29.12.1731, London) — ingilis riyaziyyatçısı. == Bioqrafiya == Teylor 1685-ci il avqustun 18-də Edmonton şəhərində anadan olub və 1701-ci ildə Müqəddəs İohan kollecinə daxil olub, 1709-cu ildə bakalavr dərəcəsi aldı və 1714-cü ildə hüquq doktoru oldu. London Kral Cəmiyyətinin üzvü (1712), funksiyanı qüvvət sırasına ayırmaq üçün ümumi düstur vermiş, simin rəqsinə dair məsələnin riyazi öyrənilməsinin başlanğıcını qoymuşdur. Sonlu fərqlər nəzəriyyəsinin öyrənilməsində böyük rolu olmuşdur. Teylor perspektiv, yırğalanma mərkəzi, mərminin uçuşu, maqitlərin qarşılıqlı təsiri, kapillyarlıq və s. sahələrdə də əsərlər yazmışdır. == Xatirəsi == 1935-ci ildə Beynəlxalq Astronomiya İttifaqı Teylorun adına ayın görünən tərəfində krateri adlandırıb.
Bruk dukeri
Bruk dukeri (lat. Cephalophus brookei) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin duker cinsinə aid heyvan növü.
Brukfild hamamı
Brukfild hamamı BLB 701 və BLB702 — Neft məhsullarının dinamiki özlülüyünü təyin edən aparat. == BLB seriyalı aşağı temperaturlu Brukfild hamamı == BLB seriyalı aşağı temperaturlu Brukfild hamamı – neft məhsullarının ASTM D2983 üsulu ilə geniş temperatur intervalında (-700C-+300C) dinamiki özlülüklərini ölçən stolüstü cihazdır. Sınaq üçün lazım olan aşağı temperatur - çihazın içində quraşdırlımış hermetik refrijeratorun (soyuducunun) istifadəsi nəticəsində əldə edilir. Cihaz rəqəmsal temperatur nəzarətçisi, Brukfild viskozimetri, 12 yuva saxlayıcı və iri nəzarət pəncərəsi ilə təchiz olunub. == Şüşə yuvası və şpindel == Yuvasaxlıyıcıların unikal konstruksiyası nümunələrin temperaturunun stabil olmasını təmin etməklə bərabər maksimal dəqiq nəticələrin əldə edilməsinə imkan yaradır. Eyni zamanda hər bir yuvacıqla ayrı-ayrılıqda işləmək mümkündür. Cihazın içində quraşdırlımış çərəyan sistemi analizin fasiləsiz yerinə yetirilməsini təmin edir. Bu da onun ümumi elekrik şəbəkəsindən asılı olmasını aradan qaldırır. == Brukfild aşağı temperatur hamamının texniki göstəriciləri == Texniki göstəricilər İş temperaturların diapazonu,0C - BLB 701 modeli üçün: -40...+30 BLB702 modeli üçün: -70...+30 Temperaturun saxlama dəqiqliyi, 0C - ±0,1 Hamamın ölçüsü, sm - 42x53x66 Rezervuarın həcmi, litr - 11,5 Soyutmanın orta sürəti, 0C/saat - 30 Elektrik qidalanma - 220V; 1 faza; 10A: 50...60Гц Qızdırma gücü, Vatt, B - 600 == Mənbə == http://www.soctrade.com. ASTM ASTM D2983.