Oralxan Bukeyev
Oralxan Bökey (28 sentyabr 1943 – 17 may 1993, Dehli) — qazax yazıçısı.
Oralxan Bökey 1943-cü ildə Qazaxıstanın Qaton-Qarağay rayonunun Çinqistau kəndində doğulubdur.
1961-ci ildə Sultanmahmud Torayğırov adına orta məktəbi bitirdikdən sonra bir müddət pioner dəstə rəhbəri, daha sonra Altay sovet təsərrüfatının traktorçusu olubdur.
1968-ci ildə Kirov adına Qazaxıstan Dövlət Universitetinin jurnalistika fakültəsini qiyabi bitirən Bukeyev bir müddət "Əmək bayrağı" adlı rayon qəzetində korrektor, tərcüməçi, redaktor əvəzi, əyalət qəzeti olan "Kommunizm bayrağı"nda ədəbi əməkdaş olaraq çalışmışdır. sonra Alma-Ataya köçmüş, əvvəlcə respublika gəncləri qəzeti "Leninçi gənclər"də, daha sonralar isə uzun illər (1974-1983) "Ulduz" dərgisində şöbə müdiri, 1991-ci ildən isə "Qazax ədəbiyyatı" dərgisinin baş redaktoru vəzifəsində işləmişdir.
Bökey 1991-ci ildə qazax ədəbi birliyi "Ağ quş"u yaratmış və ona rəhbərlik etmişdir.
Oralxan Bökey 1993-cü ilin may ayında Hindistanda ezamiyyət zamanı qəfildən dünyasını dəyişmişdir.
"Dəstələr", 1971
"Hardasan, qaçqalı dayçam", 1973
"Buz dağı", 1975
"Yuxusuzluq", 1987
"İldırım izi" (azərbaycan dilində), Bakı, "Elm və təhsil", 2012.
Nərmin Azadgil, "Sadəcə sözün sahibi" (ön söz), Oralxan Bukeyev, "İldırım izi" kitabı (azərbaycan dilində), Bakı, "Elm və təhsil", 2012.