Buklet

fr. bouclette – kitab. üzük 1) bir səhifədə çap olunan, sonra qatlanan və qatı açılmadan çap olunan reklam prospektinin növü; 2) mətn və ya şəkillərlə müşayiət edilən informasiya materiallarından ibarət iri formatlı çap məhsulu; 3) şəkilli broşüra; 4) üz qabığı olmayan və şirma kimi açılaraq oxunan qeyri-dövri çap nəşri; 5) mətn və şəkillərlə müşayiət edilən informasiya materialından ibarət iri formatlı çap məhsulu; şəkilli broşura.
Brouzer
Buraxılış
OBASTAN VİKİ
Buklet
Buklet (fransızca-bouclette-üzük) — qrafik dizaynda istifadə olunan materialdır. Məqsədi müştərinin məhsulu, şirkəti tanıması və lazım olduqda əlaqə saxlamasını təmin etməkdir. Buklet hər hansı üsulla iki və ya daha çox sayda qatlanmış bir vərəqlik çap materialı şəklində olur. Əsasən sərgi və yarmarkalar da paylanılır. Bukletdə uzun və mürəkkəb mətnlərdənsə şəkillərə daha çox yer verilir. Stadart ölçüsü A4 100x210 mm olur. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.

Значение слова в других словарях