BÖLÜŞ

сущ. паюнин ва я пай хьунин къайда, саягъ.
BÖLÜNMƏZLİK
BÖLÜŞDÜRMƏK
OBASTAN VİKİ
Reç Pospolitanın bölüşdürülməsi
Reç Pospolitanın bölüşdürülməsi, Polşanın bölüşdürülməsi (pol. Rozbiory Polski, rozbiory Rzeczpospolitej) — XVIII əsrin sonunda Polşa-Litva dövləti (Reç Pospolita) ərazilərinin Prussiya krallığı, Rusiya imperiyası və Habsburq monarxiyası arasında 1772, 1792 və 1795-ci illərdə bölünməsi. Polşanın dördüncü bölünməsi 1815-ci ildə Vyana konqresində baş vermişdir. 1918-ci ildə müstəqillik qazanmış Polşanın beşinci bölünməsi isə, 1939-cu ildə Sovet İttifaqı ilə Nasist Almaniyası arasında baş verdi. XVIII əsrin ortalarında Reç Pospolita artıq tam müstəqil deyildi. Polşa krallarının seçilməsinə Rusiya imperatorlarının birbaşa təsiri var idi. Bu təcrübə, Reç Pospolitanın sonuncu hökmdarı, Rusiya imperatoru Böyük Yekaterinanın sevimlisi Stanislav Avqust Ponyatovskinin taxt-taca seçilməsinin timsalında xüsusilə aydın görünür. IV Vladislavın hakimiyyəti dövründə (1632-1648) liberum veto hüququndan getdikcə daha çox istifadə olunurdu. Bu parlament proseduru Reç Pospolitanın qanunverici orqanının - Seymin bütün zadəgan nümayəndələrinin bərabərliyi konsepsiyasına əsaslanırdı. Belə ki, hər bir qərar yekdil razılıq tələb edirdi.

Значение слова в других словарях