Bılıktax Arıta
Bılıktax Arıta — Yakut dilindən tərcümədə lilli ada mənasını verir. Laptevlər dənizinin Olenok körfəzi ərazisində yerləşən kiçik ada. İnzibati cəhətdən Yakutiyanın Bulunski rayonu ərazisində yerləşir.
Olenok çayının deltasında, materikdən 2,4 km aralıda yerləşir. Bıtıktax-Tyebyoleqe, Tiqyan-Tyebyoleqe qolları ilə əhatələnmişdir. Ada güclü şəkildə bataqlıqlaşmışdır. Ən hündür nöqtəsi 4 metrdir.