BƏZƏKLİ

прил.
1. нарядный, украшенный, разукрашенный. Bəzəkli don нарядное платье
2. убранный, нарядно обставленный. Bəzəkli otaq нарядно обставленная комната
3. узорчатый, с узорами, рисунчатый, расписной. Bəzəkli parça узорчатая ткань
BƏZƏKLƏNMƏK
BƏZƏKLİLİK
OBASTAN VİKİ
Bəzəkli
Bəzəkli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Hamamlı kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 8 km cənub-qərbdə, Qarasu çayının sol sahilində yerləşir. == Tarixi == "Bəzəkli" toponiminin Bozox oğuz boylarının adı ilə əlaqədar olduğu, tədricən deyiliş təhrifinə uğrayaraq Bəzəkli halına gəldiyi ehtimal edilir. == Əhalisi == Kənddə 1870-ci ildə 19 ailədə 159 nəfər, 1926-cı ildə 70 ailədə 405 nəfər azərbaycanlı yaşayırdı. 17–24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 763 nəfər əhalinin 97 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 778 nəfər əhali yaşayır. == Təhsil == Kənddə bir baza məktəbi (doqquzillik) fəaliyyət göstərir. Azərbaycandilli olan məktəbdə 113 nəfər şagird təhsil alır.
Bəzəkli dağı
Bəzəkli dağı - Kəngərli rayonu ərazisində dağ (hünd. 1978,0 m). Dərələyəz silsiləsinin suayırıcısında, Çalxanqala kəndindən 2,5 km qərbdə yerləşən zirvə. Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batım hissəsində müşahidə edilən eyniadlı qılıcvari antiklinalın şimal-şərq qanadında yerləşir. Zirvə hissəsi və şimal-şərq yamacından cənub-şərq istiqamətli üstəgəlmə keçir.
Bəzəkli qalası
Bəzəkli qalası, Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunda arxeoloji abidə. == Bəzəkli qalası I == Qalanın mərkəzində narınqala yerləşir. Qala üçbucaq formalı quruluşa malikdir. O bir tərəfdən iri qaya parçalarından hörülmüş divarla əhatə olunmuşdur. Divar qalıqları bəzi yerlərdə 1 m hündürlükdə qalmışdır. Divarlar yanlarda iri daşlardan tikilmiş, onların arası isə kiçik həcmli qaya parçalan ilə doldurulmuşdur. Qala cənub tərəfdən iki qat divarla əhatə olunmuşdur. Sahəsi 1125 m2-dir. Sahəsi kiçik olduğu üçün onun gözətçi məntəqəsi kimi istifadə olunduğunu söyləmək olar. Qala kənd yerinə gedən yolun üzərində strateji cəhətdən əlverişli mövqedə yerləşdirilmişdir.
Bəzəkli qərənfil
Parlaq qərənfil (lat. Dianthus superbus) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Bəzəkli çökükburun
Hindistan bəzəklicəsi, Bəzəkli çökükburun (lat. Vanellus indicus) — bibikinə cinsinə aid quş növü.
Bəzəkli ağ akasiya
Robinia hispida (lat. Robinia hispida) — yalançı akasiya cinsinə aid bitki növü. == Təbii yayılması: == Şimali Amerika, Virciniya, Kentukkidən Gürcüstan və Alabamaya qədər olan ərazilərdə bitir. == Botaniki təsviri: == Hündürlüyü 5 metrə çatan, kürəvari çətirə malik, hər tərəfə çoxlu kök pöhrələri verən koldur. Ləçəklərindən başqa bitkinin bütün hissələri sərt, bir qədər uzun, qırmızımtıl-palıdı rəngdə tükcüklərlə örtülüdür. Budaqları tikansız, sarımtıl-qonur, ikiillik budaqları isə qırmızımtıl-qəhvəyi rəngdədir. Yarpaqları parlaq yaşıl rəngli, təklələkvari, 7-13 yarpaqcıqdan ibarət olub, 15-23 sm uzunluqdadır. Yarpaqcıqları dairəvi-ellips formalı, 2-5 sm uzunluqda, 1,5-3,5 sm enindədir. Qısa saplaqlıdır. Çiçəkləri çox gözəl quruluşlu, çəhrayı və ya qırmızımtıl-çəhrayı rəngdə olub, qoxusuz.
Bəzəklicə
Bibikinə (lat. Vanellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinə aid heyvan cinsi. == Təsnifatı == Azərbaycanda Bibikinə cinsinə 1 növ daxildir: Çibiş bibikinə (Vanellus vanellus Linn., 1758) == İstinadlar == == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
Bəzəklilentşəkillikimilər
Bəzəklilentşəkillikimilər (lat. Lampriformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.
Hindistan bəzəklicəsi
Hindistan bəzəklicəsi, Bəzəkli çökükburun (lat. Vanellus indicus) — bibikinə cinsinə aid quş növü.
Bəzəklik mağaraları
Bəzəklik Min Budda mağaraları (uyğ. بزقلیق مىڭ ئۆيى, çin. sadə. 柏孜克里克千佛洞 ; pinyin: Bózīkèlǐkè Qiānfódòng) - Çinin Turfan və Piçan vilayətləri arasında yerləşən və V əsrdən XIV əsrə qədər böyük bir tarixi əhatə edən Buddist qrotlardan ibarət mağaralar kompleksi. Mağaralar Təkləməkan səhrasının şimal-şərqində, Yanan dağlarının Mutou vadisində yerləşir və burada qədim Karahoca xarabalıqları da var. Qərbi Mutou vadisinin qayalıqlarında yerləşən və günümüzə qədər gəlib çatan mağaraların əksəriyyəti X-XIII əsrlər arasında Qərbi Uyğur Krallığından qalmadır. Klassik uyğur üslubunda rəsmlərin ən qədim nümunələrinin aşkar edildiyi Bəzıklik mağara kompleksi Qızıl dağ bölgəsində qayalara oyulmuş çoxlu məbədlərdən ibarətdir. Mağaralar düzbucaqlı və ya kvadrat şəklindədirlər. Onlar əksəriyyəti beşik tağlı, bəziləri günbəzlə örtülmüş, çoxsaylı və yan-yana Buddist ibadət tikililəridir. Bu mağaraların plan sxemləri Buddaya və ya başqa bir tanrıya həsr olunmuş daxili məbəddən və onun ətrafındakı monastırdan və ətraf məkanlardan ibarətdir.

Значение слова в других словарях