cəhd
cəhdli
OBASTAN VİKİ
Adolf Hitlerə qarşı sui-qəsd cəhdlərinin siyahısı
Bu tamamlanmamış olan sənədləşdirilmiş, Hitlerə qarşı hazırlanmış və üstü açılmış sui-qəsd cəhdlərinin siyahısıdır. İşarə edilmiş qeydlərdən savayı bütün sui-qəsd cəhdləri Üçüncü Reyx ərazisində və Üçüncü Reyx vətəndaşları tərəfindən həyata keçirilmişdir. 1933-cü ildən öncə: Gücə sahib olmadan öncə buraya 4 cəhd, həmçinin Kayzerhof mehmanxanasında zəhərləmə cəhdidə daxildir (1930). 1933-cü ildən sonra: 10 cəhd, həmçinin buraya Ştrumabteylunq dəstəsinin naməlum üzvünün Obersalzberqdə və Lütner qrupunun Köniqsberqdə həyata keçirdiyi cəhd daxildir.
Azərbaycan Xalq Cümhuriyyətinin ABŞ-da lobbiçilik cəhdləri
Azərbaycan Xalq Cümhuriyyətinin ABŞ-də lobbiçilik cəhdləri — Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə özünə tərəfdaş toplaması, ABŞ-la yaxınlaşmaq və beynəlxalq ictimamiyyət tərəfindən müstəqil dövlət kimi tanınmaq üçün etdiyi cəhdlərdən biri. Ən mühüm məqsədlərdən biri isə dövlət müstəqilliyinin ABŞ tərəfindən tanınmasına nail olmaq idi. == Arxa fon == Azərbaycan Respublikası və onun Parisdə olan nümayəndələri ABŞ-la iqtisadi və siyasi əlaqələr yaradılmasına, xüsusilə, Birləşmiş Ştatlar tərəfindən tanınmağa böyük səy göstərirdilər. Bu xeyli dərəcədə onunla bağlı idi ki, ənənəvi Avropa dövlətləri ilə yanaşı, Birinci dünya müharibəsindən sonra ABŞ iqtisadi cəhətdən çox qüvvətlənmiş və əslində dünya siyasətini müəyyən edən dövlətlərdən birinə çevrilmişdi. Müharibədən sonrakı ilk illərdə Birləşmiş Ştatlar dünyanın əsas bankiri rolunu oynayırdı, yaxud ABŞ dövlət katibi Lansinqin dili ilə desək, Amerika dünyanı iqtisadi cəhətdən idarə edirdi və siyasi cəhətdən də onu idarə etməyə hazırlaşırdı. Bundan əlavə, prezident Vudro Vilson dünya müharibəsindən sonra yaranan dünya sisteminin əsas memarı, yeni yaranmış dövlətlərin müdafiəçisi, kiçik xalqların dostu kimi tanınırdı. Paris Sülh konfransı dövründə Vilsonun Qafqaz respublikalarına soyuq münasibəti onunla bağlı idi ki, bir növ bu respublikalar Polşa, Finlandiya, Çexoslovakiya, Yuqoslaviya və digərlərindən fərqli olaraq, "gözlənilmədən" yaranmışdılar, yaxud Vilsonun 1918-ci ilin yanvarında elan edilmiş on dörd sülh prinsipində kiçik xalqların təyini müqəddəratı hüququ təsbit edilsə də, həmin prinsiplərdə Rusiya imperiyasının dağılması nəzərdə tutulmamışdı. Bir növ Vilson üçün Rusiyanın dağılması və onun hüdudlarında Gürcüstan və Azərbaycan adlı respublikaların yaranması tamamilə gözlənilməz bir hadisə idi. Qafqazda "qəflətən" meydana çıxan bu respublikalar haqqında, nəinki Amerika prezidentinin və siyasi dairələrinin, eləcə də Birləşmiş Ştatların ictimaiyyətinin məlumatı çox az idi. Bunu nəzərə alaraq Ə. M. Topçubaşov Azərbaycan və Gürcüstanı ABŞ-də təbliğ etməyi, onları siyasi cəhətdən tanıtmağı öz üzərinə götürmüş, Nyu-York şəhərindən ABŞ Konqresinin nümayəndələr palatasının üzvü, vəkil Valter Çandler vasitəsilə sentyabr ayının 26-da prezident V. Vilsona məktub və bir sıra materiallar göndərmişdi.
Pakistandakı dövlət çevrilişi cəhdləri (1995)
1995-ci ildə baş vermiş Pakistandakı çevriliş cəhdi, istefasız hərbçilər tərəfindən və Pakistanın Baş naziri Bənazir Bhutto hökumətinə qarşı gizli bir hiylə idi. Hərbçilər konstitusiya hökumətini devirmək və Pakistanda Hərbi Qayda qurmaq məqsədi güdürdülər. Kəşfiyyat qurumları Pakistan Ordusunu tərk etdikdən sonra fitnə pozulmuşdu. Bənazir Bhuttonun partiyası olan Pakistan Xalq Partiyası, Məhəmməd Ziya ül-Həqqin 11 illik Diktaturasının ölümü ilə kəskin sona çatdıqdan sonra 1988-ci il ümumi seçkisində qalib gəldi. 1989-cu ildə Pakistan Ordusunun kəşfiyyat və casusluq agentliyi üzvləri Benazir Bhutto hökumətini devirmək istədikləri üçün hiyləgər bir əməliyyat hazırladı. Əməliyyatın tərəfdarı olan mayor Əmir, Şərifi siyasi lider kimi sevdiyini və cənab Şərifi yeni Baş nazir etmək istədiyini söylədi. Şərifin siyasi düşərgəsinin bir hissəsi olduğunu və Şəriflərin siyasi karyeralarına başlamış və partiyalarına dövlət fondlarına çıxış imkanı verən Məhəmməd Ziyaülhaqqın gündəmini davam etdirəcəyini söylədi.
Əcəvitə edilən sui-qəsd cəhdləri
Mustafa Bülənd Ecevit (türk. Mustafa Bülent Ecevit, 28 may 1925[…], Konstantinopol – 5 noyabr 2006[…], Ankara) — şair, jurnalist, publisist, partiya sədri, baş nazir və siyasət adamı. Müxtəlif dövrlərdə Ankara, Zonquldağ və İstanbuldan millət vəkili olmuşdur. Təmsilçilər Məclisinin üzvü, Cümhuriyyət Xalq Partiyası və Demokratik Sol Partiyasının sədri seçilmişdir. Türkiyə Çalışma Bakanı, dövlət naziri, baş nazir köməkçisi və baş nazir kimi fəaliyyət göstərmişdir. Ali təhsili olmadığı üçün Türkiyə prezidentliyinə namizəd ola bilməmişdir. Atası əslən güneydoğudan köçərək gəlmiş bir kürd kökənli müderrisin oğlu Kastamonu doğumlu Əhməd Fəxri Əcəvit Ankara Hüquq Fakültəsində professor idi . Anası Fatma Nazlı (milliyyətcə boşnak) isə rəssamdı. 1944-cü ildə Robert kolecini bitirən Bülənd Ecevit elə həmin il fəaliyyətinə Basın Yayın Genel Müdirliyində tərçüməçiliklə başladı. 1946-cı ildə sınıf yoldaşı Rahşan (Aral) Ecevit ilə ailə həyatı qurdular.
Azərbaycan Xalq Cümhuriyyətinin ABŞ-də lobbiçilik cəhdləri
Azərbaycan Xalq Cümhuriyyətinin ABŞ-də lobbiçilik cəhdləri — Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə özünə tərəfdaş toplaması, ABŞ-la yaxınlaşmaq və beynəlxalq ictimamiyyət tərəfindən müstəqil dövlət kimi tanınmaq üçün etdiyi cəhdlərdən biri. Ən mühüm məqsədlərdən biri isə dövlət müstəqilliyinin ABŞ tərəfindən tanınmasına nail olmaq idi. == Arxa fon == Azərbaycan Respublikası və onun Parisdə olan nümayəndələri ABŞ-la iqtisadi və siyasi əlaqələr yaradılmasına, xüsusilə, Birləşmiş Ştatlar tərəfindən tanınmağa böyük səy göstərirdilər. Bu xeyli dərəcədə onunla bağlı idi ki, ənənəvi Avropa dövlətləri ilə yanaşı, Birinci dünya müharibəsindən sonra ABŞ iqtisadi cəhətdən çox qüvvətlənmiş və əslində dünya siyasətini müəyyən edən dövlətlərdən birinə çevrilmişdi. Müharibədən sonrakı ilk illərdə Birləşmiş Ştatlar dünyanın əsas bankiri rolunu oynayırdı, yaxud ABŞ dövlət katibi Lansinqin dili ilə desək, Amerika dünyanı iqtisadi cəhətdən idarə edirdi və siyasi cəhətdən də onu idarə etməyə hazırlaşırdı. Bundan əlavə, prezident Vudro Vilson dünya müharibəsindən sonra yaranan dünya sisteminin əsas memarı, yeni yaranmış dövlətlərin müdafiəçisi, kiçik xalqların dostu kimi tanınırdı. Paris Sülh konfransı dövründə Vilsonun Qafqaz respublikalarına soyuq münasibəti onunla bağlı idi ki, bir növ bu respublikalar Polşa, Finlandiya, Çexoslovakiya, Yuqoslaviya və digərlərindən fərqli olaraq, "gözlənilmədən" yaranmışdılar, yaxud Vilsonun 1918-ci ilin yanvarında elan edilmiş on dörd sülh prinsipində kiçik xalqların təyini müqəddəratı hüququ təsbit edilsə də, həmin prinsiplərdə Rusiya imperiyasının dağılması nəzərdə tutulmamışdı. Bir növ Vilson üçün Rusiyanın dağılması və onun hüdudlarında Gürcüstan və Azərbaycan adlı respublikaların yaranması tamamilə gözlənilməz bir hadisə idi. Qafqazda "qəflətən" meydana çıxan bu respublikalar haqqında, nəinki Amerika prezidentinin və siyasi dairələrinin, eləcə də Birləşmiş Ştatların ictimaiyyətinin məlumatı çox az idi. Bunu nəzərə alaraq Ə. M. Topçubaşov Azərbaycan və Gürcüstanı ABŞ-də təbliğ etməyi, onları siyasi cəhətdən tanıtmağı öz üzərinə götürmüş, Nyu-York şəhərindən ABŞ Konqresinin nümayəndələr palatasının üzvü, vəkil Valter Çandler vasitəsilə sentyabr ayının 26-da prezident V. Vilsona məktub və bir sıra materiallar göndərmişdi.

Значение слова в других словарях