Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arxeoloq
Arxeologiya (yun. arxayos - qədim, loqos - bilik "köhnə haqqında bilik") deməkdir. Arxeologiya qədim maddi mədəniyyət nümunələrini öyrənən elm olub, tarix fənninə kömək edir. İlk ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması tarixinin öyrənilməsi arxeologiya elminin ən əsas vəzifələrindən biridir. Arxeologiya elmi insanlığın uzaq keçmişini maddi mədəniyyət qalıqları vasitəsilə öyrənir. Arxeoloji abidələr və qədim əşyalar əsas arxeoloji mənbələr olub tarixi proseslərin araşdırılmasında mühüm rol oynayır və tarixin digər tədqiqat obyektlərindən, o cümlədən yazılı mənbələrdən öz spesifikliyi ilə fərqlənir. Arxeoloji mənbələr. Arxeoloji mənbələr öz xarakterinə və daşıdığı informasiyanın növünə uyğun olaraq xüsusi qrupa aid edilir və aşağıdakı növlərə bölünür: Əmək alətləri Silahlar Məişət əşyaları Dini-inanc xarakterli əşyalar Bəzək əşyalarıArxeoloji abidələrə qədim yaşayış məskənləri, qəbirlər,qayaüstü rəsmlər- petroqliflər aid edilir. == Azərbaycanda arxeologiyanın tarixi == Azərbaycan tarixinin öyrənilməsində, xalqın təşəkkülü və formalaşması prosesinin izlənilməsində arxeologiya elminin rolu son dərəcə böyükdür. Bəşər cəmiyyətinin bütün dövrlərinə aid zəngin abidələr diyarı olan Azərbaycan hələ kecən əsrdən dünyanın müxtəlif ixtisas sahiblərinin diqqətinin cəlb etmişdir.
Arif Abbasov (etnoqraf)
Arif Abbasov (tam adı: Arif Akim oğlu Abbasov) — 22 dekabr 1937-ci il Naxçıvan şəhərində anandan olmuşdur. 21 aprel 2005-ci ildə Bakı şəhərində vəfat etmişdir) tarixçi-etnoqraf. Tarix elmləri doktoru (1995), AMEA-nın müxbir üzvü (2001), general-mayor Akim Abbasovun oğludur. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yanında təbiətşünaslıq və texnika tarixi elmi şurasının elmi katibi (1973--78), AMEA Tarix İnstitutunun direktor müavini və etno-sosioloji tədqiqatlat şöbəsinin rəhbəri (1978-93), 1993-cü ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru. == Həyatı == Arif Abbasov 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmiş və Azərbaycan Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda elmi-tədqiqat işlərinə başlamış, bir müddət Moskvada keçmiş SSRİ Elmlər Akademiyasının Etnoqrafiya İnstitutunda təcrübə keçmişdir. Moskvadan qayıtdıqdan sonra o, Azərbaycan EA-nın Tarix İnstitutunun direktor müavini və etnososioloji tədqiqatlar şöbəsinin müdiri (1978-1993), Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru (1993-2005) işləmişdir. A.Abbasov 1974-cü ildə Azərbaycanın dağ-mədən sənayesi fəhlələrinin müasir məişət və mədəniyyəti mövzusunda namizədlik, 1995-ci ildə Azərbaycanın yeni şəhərlərinin həyat tərzi (etnososioloji tədqiqatlar üzrə) mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Professor A.Abbasovun müasir Azərbaycan etnoqrafiyasının inkişafında böyük xidmətləri olmuşdur. Azərbaycan etnoqrafiyasında bir çox problemlərin tədqiqi bilavasitə onun adı və elmi yaradıcılığı ilə bağlıdır. Alim monoqrafiyalarında və məqalələrində etnik xüsusiyyətlərin göstərilməsi ilə kifayətlənməmiş, həm də onların müəyyən sosial-iqtisadi şəraitdə perspektivlərini araşdıraraq müasir ictimai elmdə mühüm əhəmiyyət kəsb edən nəticələr əldə etmişdir.
Nikolay Aristov (etnoqraf)
Nikolay Aleksandroviç Aristov (rus. Николай Александрович Аристов; 1847 - 1910)—Rusiya etnoqrafı. == Həyatı == Nikolay Aleksandroviç Aristov 1847-cı ildə anadan olmuşdur. Araşdırmaları «Живая старина» jurnalında yayımlanmışdır. Elmi marağı etnologiyadır. «Заметки об этническом составе тюркских племен и народностей и сведения об их численности» adlı çalışması bu günə qədər aktuallığını saxlamışdır. Nikolay Aristov Yeddisu hərbi qubernatorunun köməkçisi vəzifəsində çalışmışdı (1881 — 1889). Nikolay Aristov 1883-cü ildən Rusiya Coğrafiya cəmiyyətinin üzvü idi. Nikolay Aristov 1910-cu ildə vəfat edib. == Elmi fəaliyyəti == Nikolay Aristov da «sak»/»saka» və onun təhrif edilmiş törəməsi sayılan «skif» kəlməsinin ilkin variantının məhz «sa» sözü olduğunu, «k» şəkilçisinin isə cəmlik bildirdiyini qeyd etmişdir.
Arif Məmmədov (arxeoloq)
Arif Məhəmməd oğlu Məmmədov (25 fevral 1961, Qızılhacılı, Qasım İsmayılov rayonu) — AMEA-nın müxbir üzvü (2017). == Həyatı == 25 fevral 1961-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşdur. 1989–1994-cü illədə Azərbaycan Dövlət Neft Akademiyası; 1995–2004-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti; 2004–2014 Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filial. AMEA Rəyasət Heyətinin Fəxri fərmanı; Ali Hərbi Dənizçilik Akademiyasının Fəxri fərmanı; Bərdə rayon İcra Hakimiyyətinin Fəxri fərmanı; Salyan rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunmuşdur. Hazırda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. == Fəaliyyəti == Bərdədə aparılmış arxeoloji qazıntıların nəticələri orada 3000 illik şəhər mədəniyyətinin olduğunu sübuta yetirmişdir. Gəncədə aparılan arxeoloji qazıntılar nəticəsində Antik və İlk orta əsr şəhər yeri müəyyənləşdirilmişdir Salyanda aparılmış arxeoloji qazıntılar nəticəsində Muğan – Babazanlı abidəsinin 2800 illiyi müəyyənləşdirilmişdir Gəncəbasar IV–XIII əsrlərdə (tarixi-arxeoloji tədqiqat) namizədlik dissertasiyasının müdafiə etmişdir. Qoşqarçay və İncəçay hövzəsinin tarixi-arxeoloji tədqiqi (III – XVII əsrlər) doktorluq dissertasiyasını müdafiə etmişdir. 6 müəlliflik şəhadətnamələrinin və patentinə sahibdir. İndiyədək 15-i xaricdə olmaqla, 115 əsəri çapdan çıxmışdır.
Nəsib Muxtarov (arxeoloq)
Nəsib Mirsaleh oğlu Muxtarov — Azərbaycan arxeoloqu. == Həyatı == Nəsib Muxtarov 3 oktyabr 1951-ci il tarixdə Nuxa şəhərində anadan olmuşdur. Əsgəri xidmətdən sonra Bakı şəhərindəki 21 saylı tikinti idarəsində fəhlə işləyir, 1974-1979-cü ilərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində əyani ali təhsil alır. Bundan sonra Şəkidəki R.b.Əfəndiyev adına Diyarşünaslıq muzeyində baş fond mühafizəçisi, daha sonra bu muzeyin direktoru, 1982-ci ildən isə Şəki rayon Mədəniyyət şöbəsində tarixi abidələrin baş mühafizi vəzifəsində işləyir. Şəki rayon Mədəniyyət şöbəsində işləyərkən, “Biz diyarı öyrənirik” adlı könüllülər qrupunu yaradır (Daha sonra bu qrupun bazasında “Ocaq” ədəbi-ictimai birliyi təşkil edilmişdir). Nəsib Muxtarov 1981-ci ildən Yevlax-Balakən dəmir yolunun çəkilişi ilə əlaqədar rayon ərazisində arxeoloji qazıntı işləri aparan ekspedisiyanın işini yaxından izləmiş və bu iş onun üçün o qədər maraqlı görünmüşdür ki, bundan sonra həyatını arxeologiyaya həsr etməyə qərar vermişdir. O, 1990-cı ildən Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki arxeologiya-folklor qrupunun baş elmi işçisidir. Onun iştirakı, yaxud rəhbərliyi altında fəaliyyət göstərən arxeoloji ekspedisiyalar Respublikanın şimal-qərb bölgəsində çoxlu sayda arxeoloji qazıntı işləri həyata keçirmiş və keçirməkdədirlər. 2015-ci il 17 apreldə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Xalça Muzeyində təşkil olunmuş “Milli irs-2015” mükafatının təqdimat mərasimində Nəsib Muxtarov diplom və pul mükafatı ilə təltif olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Şəkillər: 1, 2, 3.
Ələsgər Ələkbərov, arxeoloq
Ələsgər Kazım oğlu Ələkbərov — Azərbaycan sovet arxeoloqu və etnoqrafı, ölkəşünas və folklorşünas. == Həyat və fəaliyyəti == Ələsgər Ələkbərov 1895-ci ildə Bakı şəhərində, xırda sənətkar ailəsində anadan olmuşdu. Uşaq yaşlarında ata-anasını itirir. Əvvəlcə mollaxanada, sonra Bakı rus-tatar məktəbində, 1906–1914-cü illərdə isə Bakı realnı məktəbinin pansionunda təhsil alır. 1914-cü ildə Kiyev Ticarət İnstitutuna daxil olur, lakin xəstəliyi səbəbindən, orada təhsilini başa vura bilmir. Sonralar təhsilini Azərbaycan Dövlət Universiteti Tarix və lisanə (filologiya) fakültəsinin Şərq şöbəsində davam etdirir. 1926-cı ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Universitetdə oxuyarkən V.V.Bartold, N.Y.Marr və İ.Meşaninov kimi görkəmli şərqşünas alimlərin mühazirələrini dinləmiş, sonuncunun rəhbərlik etdiyi etnoqrafik və arxeoloji ekspedisiyalarda iştirak etmişdi. 1927-ci ildən isə özü ekspedisiyalara rəhbərlik edir (1928-ci ildə Talışda və Gəncə rayonunda, 1931-ci ildə Qarabağda və Kürdüstanda, 1935–1937-ci illərdə Naxçıvanda). Örənqala qazıntılarının ilk təşkilatçılarından və tədqiqatçılarından biri olur, – qazıntıların nəticələri sonralar onun "Örənqala qazıntıları" adlı məqaləsində geniş şərh edilmişdi.
Ələsgər Ələkbərov (arxeoloq)
Ələsgər Kazım oğlu Ələkbərov — Azərbaycan sovet arxeoloqu və etnoqrafı, ölkəşünas və folklorşünas. == Həyat və fəaliyyəti == Ələsgər Ələkbərov 1895-ci ildə Bakı şəhərində, xırda sənətkar ailəsində anadan olmuşdu. Uşaq yaşlarında ata-anasını itirir. Əvvəlcə mollaxanada, sonra Bakı rus-tatar məktəbində, 1906–1914-cü illərdə isə Bakı realnı məktəbinin pansionunda təhsil alır. 1914-cü ildə Kiyev Ticarət İnstitutuna daxil olur, lakin xəstəliyi səbəbindən, orada təhsilini başa vura bilmir. Sonralar təhsilini Azərbaycan Dövlət Universiteti Tarix və lisanə (filologiya) fakültəsinin Şərq şöbəsində davam etdirir. 1926-cı ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Universitetdə oxuyarkən V.V.Bartold, N.Y.Marr və İ.Meşaninov kimi görkəmli şərqşünas alimlərin mühazirələrini dinləmiş, sonuncunun rəhbərlik etdiyi etnoqrafik və arxeoloji ekspedisiyalarda iştirak etmişdi. 1927-ci ildən isə özü ekspedisiyalara rəhbərlik edir (1928-ci ildə Talışda və Gəncə rayonunda, 1931-ci ildə Qarabağda və Kürdüstanda, 1935–1937-ci illərdə Naxçıvanda). Örənqala qazıntılarının ilk təşkilatçılarından və tədqiqatçılarından biri olur, – qazıntıların nəticələri sonralar onun "Örənqala qazıntıları" adlı məqaləsində geniş şərh edilmişdi.
Fonoqraf
Fonoqraf (yun. φωνή — səs və γράφω — yazmaq sözlərindən əmələ gələn söz) — səsin yazılması və dinlənilməsi üçün ilk qurğu. Fonoqraf Tomas Alva Edison tərəfindən icad edilmiş və 1877-ci il noyabrın 21-də ictimaiyyətə təqdim olunmuşdur. Bu, o dövrünün ən heyrətamiz icadlarından biri olmuşdur. Fonoqrafın inkişafı nəticəsində qramofon və patefon meydana gəlmişdir.
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi — 2008-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında yaradılmış muzey kompleksi. == Tarixi == Qala kəndi Abşeron yarımadasının mərkəzində, strateji əhəmiyyətli bir təpədə yerləşir. Qala kəndinin qədim hissəsi 1988-ci ildə tarixi-etnoqrafiya qoruğu elan edilmiş və 216 tarixi, arxeoloji və memarlıq abidələrini əhatə etmişdir. Kənddə 5 məscid, qala qalıqları, 3 hamam, 170-dən çox ev, habelə məqbərələr, türbələr və s. yerləşir. Abşeron yarımadasında tapılmış e.ə. 2-3-cü minilliklərdən ortə əsrlərə qədər olan dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları muzey kompleksində cəmlənmişdir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Abşeron” arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə qazıntı işləri aparmışdır. Qazıntılar zamanı e.ə. 3-2 minilliklərə, həmçinin 14-15-ci əsrlərə aid müxtəlif tapıntılar aşkar edilib.
Arxeoloji abidələr
Arxeoloji abidələr (yun. archaios — qədim) — insanların yaratdığı qədim maddi mədəniyyət abidələri. Arxeoloji abidələrə, əsasən, əmək alətləri, silahlar, məişət əşyaları, insan məskənləri, şəhər və qala xarabalıqları, qaya təsvirləri, torpaq sədlər, sərdabəlar, emalatxana qalıqları, qəbirlər, qədim yazılar (daş və s. üzərində), suvarma kanalları, su kəmərləri və s. daxildir. Arxeoloji abidələr insan cəmiyyətinin tarixini öyrənir.
Arxeoloji mədəniyyət
Arxeoloji mədəniyyət — Eyni dövrə aid, özünəməxsus yerli cəhətləri ilə fərqlənən və müəyyən ərazidə cəmlənən arxeoloji abidələrin ümumiliyini bildirən termin. == Haqqında == Arxeoloji mədəniyyət adətən, əmək alətləri, evlərin quruluşu, saxsı məmulatının forma və naxışları, dəfn adətləri və digər əlamətlərə əsasən adlandırılır (məsələn, küp qəbirləri mədəniyyəti, boyalı qablar mədəniyyəti və s.). Arxeoloji mədəniyyət əsasında məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişaf səviyyəsi, tayfanın və xalqın tarixi, yayıldığı ərazi və s. mühüm məsələlər öyrənilir. == Azərbaycanda arxeoloji mədəniyyətlər == Azərbaycan üçün Kür-Araz, Boyalı qablar, Xocalı-Gədəbəy, Naxçıvan, Yaloylutəpə, Leylatəpə, Quruçay, Köndələnçay mədəniyyətləri və s. xarakterikdir. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası. I cild, səh.416.
Arxeoloji turizm
Arxeoturizm və ya Arxeoloji turizm — mədəni turizmin bir növü olub arxeologiyaya olan ictimai marağı təbliğ etmək və tarixi ərazilərin gələcək üçün qorunması məqsədini daşıyır. Arxeoloji turizm arxeologiyanın ictimaiyyətdə təbliği, arxeoloji ərazilərə, muzeylərə, izahat mərkəzlərinə səfərlər, tarixi hadisələrin canlandırılması, yerli əhalinin qədim adətlərinin bərpası, festivallar və teatrlarla əlaqəli bütün məhsulları əhatə edir. Arxeoloji turizm arxeoloji və mədəni irs ərazilərinin təbliği ilə yanaşı, həm də bu ərazilərə onlara zərər vura da bilər və buna görə də bəzən müdaxilə turizminə çevrilmək təhlükəsi yaranır. Arxeoloqlar hesab edirlər ki, turizm keçmişə baxışları və bilikləri təşviq edir. Lakin, arxeoloji obyektlər turizm qurumları tərəfindən idarə olunanda, bilet və suvenir satışlarından daxilolmalar daha böyük əhəmiyyət kəsb etməyə başlayır və sual yaranır ki, ərazini ictimaiyyətə açıq saxlamaqmı daha dəyərlidir, yoxsa qapalı saxlayıb dəyə biləcək zərərlərdən qorumaq. Arxeoloji materiallara vurulan zərər yalnız birbaşa dağıtma, yerdəyişmə, oğurlama şəklində deyil, bəzən də bilavasitə yollarla mümkün olur. Məsələn, düzgün planlaşdırılmamış yol, restoran, mağaza və otel tikintisi sürüşmələrə, sel basqınlarına və torpağın aşınmasına səbəb olur. == İstinadlar == == Xarici keçidlər == ArqueotuR Arxivləşdirilib 2021-01-18 at the Wayback Machine (2010) — arxeoloji turizmin təbliği və yerli inkişaf üçün institusional şəbəkə. Barselona Universiteti tərəfindən koordinasiya olunur.
Etnoqrafik etüdlər (film, 1996)
== Məzmun == Film Tovuz və Xızı bölgələrində kəndlilərin dağ və yaylaq həyatlarından, adət-ənənələrindən söhbət açır.
Araz (arxeoloji ekspedisiya)
“Araz” Arxeoloji – Etnoqrafik Ekspedisiyası – AMEA Tarix İnstitutunun Naxçıvan şəhəri yaxınlığında, Araz çayı üzərində SES tikintisi zamanı su altında qalacaq arxeoloji abidələri tədqiq etmək məqsədilə 1968 – ci ildə təşkil etdiyi kompleks ekspedisiya. == Fəaliyyəti == Üç dəstədən ibarət olan ekspedisiya hazırda su altında qalmış, böyük tarixi əhəmiyyəti olan Xarabaşəhər, Astabad, Bulqan, Təzəkənd, Qaraçuq, Qızılburun, Qaraxanbəyli, Böyükdüz, Şahtaxtı və digər abidələri tədqiq etmişdir. Azərbaycan mütəfəkkiri Nəiminin vətəni olan Astabad şəhərində, habelə, XIX əsrin əvvəllərində Qacarlar sülaləsindən olan Azərbaycan hakimi Abbas Mirzənin tikdirdiyi Abbasabad qalasında, Ölənşəhr və Muncuqtəpə yaşayış yerlərində qazıntılar aparılmışdır. Astabad şəhər qalıqlarında aparılmış arxeoloji tədqiqatlar nəticəsində şəhərin tarixinə dair bir sıra məsələlər aydınlaşdırılmış və onun yaşayış məskənləri, istehsal mərkəzi aşkara çıxarılmışdır. Xarabaşəhərin Naxçıvan şəhərindən səkkiz km cənubda yerləşən Qaraçuq kəndi yaxınlığındakı qalıqlarında aparılan tədqiqatlar nəticəsində yaşayış evləri, son orta əsrlərin (XIV – XVII əsrlər) təsərrüfat həyatı və mədəniyyətinə aid zəngin faktlar aşkar edilmiş, dəmirçixana, 20 kvadratmetrlik emalatxana, dəmir ərintisi nəticəsində alınmış dəmir pasası, istehsalı başa çatdırılmamış kərənti, oraq, balta, dəhrə və digər əmək alətlərinin hissələri tapılmışdır. Ekspedisiya II Kültəpə yaşayış yerində də tədqiqat işləri aparmış, e.ə. II – I minilliyin əvvəllərinə aid mədəni təbəqələrdən qala divarının bünövrəsi, tikinti qalıqları, sadə və boyalı keramika, daş və sümük alətlər aşkar olunmuşdur.
Azərbaycan Arxeoloji Komitəsi
Azərbaycan Arxeoloji Komitəsi (AAK; Азәрбајҹан Археоложи Комитәси) — Azərbaycan SSR-də tarixi abidələri qeydə almaq, mühafizə etmək və öyrənməklə məşğul olmuş komitə. Azərbaycan Arxeoloji Cəmiyyəti və Abidələri Mühafizə Komissiyasının birləşdirilməsi nəticəsində, 1923-cü ildə yaradılmışdır. Sədri Tağı Şahbazi Simurğ olmuşdur. Akademik Vasili Bartold komitəyə fəxri üzv seçilmişdi. 3 may 1925-ci ildə AAK-ın nizamnaməsi təsdiq olunmuşdur. AAK Abşeron, Lənkəran, Salyan və s. yerlərdə tədqiqat işləri aparmışdı. AAK-ın "Xəbərləri" nəşr olunurdu. 1927-ci ildə Azərbaycanda Asari-ətiqə, İncəsənət və Təbiəti Mühafizə Komitəsinə çevrilmişdir. 1930-cu ildə bu komitə ləğv olunmuş, səlahiyyəti abidələri mühafizə edən Azərbaycan mərkəzi idarəsinə verilmişdir.
Banbhore arxeoloji muzeyi
Banbhore arxeoloji muzeyi və ya Banbhore muzeyi Pakistanın Sind əyalətinin Banbhore adlı məntəqəsində yerləşən arxeoloji muzeydir. Bu muzey 1960-cı il, 21 avqust tarixində Pakistan hökümətinin Arxeologiya və Muzeylər bölməsi tərəfindən yaradılıb. Muzeyin açılış tarixi 1967-ci il, 14 may tarixinə təsadüf edir. 2010-cu ilin may ayında Banbhore məntəqəsi muzeylə birlikdə Sind Hökümətinin Mədəniyyət bölməsinin sərəncamına verildi. == Tarixi == Banbhore muzeyi 2100 ildən çox yaşı olan qədim şəhərin qalıqlarını özündə ehtiva edən qədim yaşayış məntəqəsi və muzeydir. Bu məntəqə Heydərabad dairəsinin Kəraçi şəhərindən 64 km aralıda yerləşir. Bu məntəqə təxminən X əsrdə Bamboo Raca hakimlərinin paytaxtı olub və onların adını daşıyır. Tarixi kitabların əksəriyyətində, eləcə də bəzi tarixçilər, alimlər və arxeoloqlara görə Banbhor Debal tərəfindən tanınıb və adlandırılıb. Bu şəhər islam mədəniyyətinə aid şəhərlərdən biri kimi tanınır, çünki İslam bu subkontinentə məhz Banbhor şəhərindən daxil olub. Bu ərazidə ilkin qazıntılar 1928-ci ildə Macumdar və 1951-ci ildə Alkok tərəfindən aparılıb.
Göytəpə Arxeoloji Parkı
Göytəpə (ing. Goytepe) — Gəncə-Qazax bölgəsində ən iri arxeoloji abidələrindən biri olan Göytəpə qədim yaşayış yeri (neolit kəndi) Kür çayının sağ sahilinin orta axarında, Tovuz şəhərindən 10 km şərq tərəfdə yerləşir,Qovlar şəhəri ərazisində yerləşir == Göytəpə Arxeoloji Parkı == Neolit dövrünə aid olan Göytəpə qədim yaşayış yeri digər neolit dövrünə aid təpələrin (Hacıəlləhmanlı, Hüseynqulu. Qarğalartəpə, Töyrətəpə) əhatəsində olub, bu günümüzədək ən yaxşı vəziyyətdə qalmış abidələrdən biridir. Göytəpə q.y.y. Kiçik Qafqaz sıra dağlarının şərq hissəsinin arealına daxildir. Abidə magistral yoldan 340 metr aralıda olub 2 hektara yaxın ərazini əhatə edir. Onun diametri 145 metr, hündürlüyü isə 9 metrdir. Araşdırmalara əsasasən əldə olunan nəticələr Göytəpə qədim yaşayış yerinin, Azərbaycanda və ümumən Cənubu Qafqazda e.ə. VI minilliyə aid son neolit dövrünün inkişaf etmiş mərhələsini əks etdirən erkən kəndlərdən olduğunu təsdiq edir. == Arxeologiya == 2008-ci ildə tanınmış Azərbaycan arxeoloqu professor, AMEA-nın müxbir üzvü İdeal Nərimanovun yetirməsi olan tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev Göytəpə qədim yaşayış yerində əsaslı arxeoloji qazıntılara başlamışdır.
Kernave arxeoloji bölgəsi
Kyarnave (lit. Kernavë) – Litvada yerləşən və 10000 il əvvələ aid insan izləri aşkarlanan YUNESKO-nun Dünya irsi siyahısına daxil olan arxeoloji bölgə, qədim şəhər. == Tarixi == === Roma İmperiyası dövründə === Şimalı Litvada paytaxt Vilnüsdən 35 km məsafədə yerləşən Kyarnave arkeoloji bölgəsi 194,4 hektarlıq böyüklüyü ilə bu bölgədə insan məskunlaşmasının 10.000 illik tarixinə şahidlik etmiş bir bölgədir. Bəzı arxeoloqlar tərəfindən Litvanın Troyası olaraq adlandırılan bölgə Xristianlıq dövrü əvvəli haqqında vacib məlumatlar verməkdədir. Burada ilk yaşayış izləri e.ə IX əsrdə Payauta vadisindəki Neris çayı sahilində tapılmışdır. Xristianlığın ilk dövrlərində Baltik bölgəsi insanları üçün qızıl dövr olaraq xatırlanmaqdadır. Bataqlıqdan çıxarılan dəmir, əkin və heyvandarlığın inkişafı əhalinin də artmasına səbəb olmuş, IV əsrə qədər Payauta vadisindəki yaşayış yerlərinin sayı daima artmıştır. Roma dövrünün sonunda baş verən böyük köçlə birlikdə Aukuro Kalnasdaki yaşayış yerləri köçənlər tərəfindən yandırılmış və Payauta vadisi tərk edilmişdir. İqlimin sərtləşməsi ilə bərabər yeraltı sularının da ortaya çıxması bölgədə yaşayışı imkansız hala gətirmişdir. === Orta əsrlərdə === XIII əsrdə feodal bəylərin bölgədə qalalar qurması ilə bir zamanlar tərk edilmiş olan Payauta vadisi yenidən hərəkətlənməyə başladı.
Mahidaşt (arxeoloji abidə)
Mahidaşt — İran və ya İran İslam Respublikası ərazisində Kirmanşah şəhəri yaxınlığında Mərkəzi Zaqrosun dağlıq düzənliklərində yerləşən arxeoloji abidə.
Mingəçevir arxeoloji kompleksi
Mingəçevir arxeoloji kompleksi - ilkin brünc (e. ə. III minillik) - son orta əsrlərə (XVII əsr) aid olan Bozdağ silsiləsinin cənub ətəklərində Kür çayının hər iki sahilində yerləşən arxeoloji abidə. Cənubi Qafkazın ən iri arxeoloji abidələrindən biri. Dörd yaşayış yerindən və dörd iri qəbiristanlıqdan ibarətdir. İlk dəfə burada 1871-ci ildə həvəskar arxeoloq Fridrix Bayern tərəfindən səthi tədqiqat işləri aparılmışdır. Bayern Mingəçeviri dirəklər üzərində qurulmuş şəhər kimi təsvir etmişdir. Bundan sonra Mingəçevir uzun illər arxeloqların diqqət mərkəzində olmamışdır. Yalnız 1935-ci ildə professor Yevgeni Paxomovun rəhbərliyi altında qazıntılara başlanmış, iki qədim yaşayış məskəni və müxtəlif qəbir növləri aşkar edilmişdir. Mingəçevir ərazisinin sistemli və planlı tədqiqi Böyük Vətən Müharibəsindən sonra burada Su-elektrik stansiyasının tikintisi ilə əlaqədar Respublika EA-nın Rəyasət Heyətinin qərarı ilə 1946-53-cü illərdə mərhum tarixçi-alim Saleh Qazıyevin rəhbərliyi altında Bozdağ silsiləsinin cənubunda, Kür çayının hər iki sahilində aparılmış və daha 2 yaşayış yeri və 4 böyük qəbristanlıq aşkar edilmişdir.
Tiya (arxeoloji ərazi)
Tiya — mərkəzi Efiopiyada arxeoloji ərazidir. Əddis-Əbəbədən cənubda yerləşən Quraqe zonasındadır. == Təsviri == Tiya Efiopiyanın Soddo bölgəsində yerləşir. Arxeoloji yeri, UNESCO-nun Ümumdünya İrsi ərazisi, böyük daş sütunları ilə diqqət çəkən bir çox formalaşmaya sahibdir. 32-si üzərində müəmmalı simvollar həkk olunmuş menhirlər ibtidai icmaya aid böyük bir məzarlıq kompleksini qeyd edir. Alman etnoqrafik ekspedisiyası 1935-ci ilin aprel ayında əraziyə baş çəkmiş və bir saatlıq səyahət zamanı üzərində qılınc simvolu olan daş monolitləri tapmışdır. Arxeoloji sahə 1980-ci ildə Ümumdünya irsi siyahısına daxil edilmişdir. Tiyada az araşdırma aparılmışdır və bu tip yerləri arxeoloji baxımdan anlamaqda bir sıra çətinliklər var. Birincisi meqalit qurucularının kimliyini müəyyənləşdirmək çətindir. İkincisi arxeoloqlar şifahi tarixi hesablar vasitəsilə etnik tarixlərin yenidən qurulması ilə məşğuldurlar, lakin bunlar bir çox hallarda əlçatmaz və ya məlumatsızdır.Tiyadakı yerüstü tapıntılar Qademotta və Kulkulettidə tapılan alətlərə texnoloji cəhətdən oxşar Orta Daş dövrü alətlərinin bir seçimini ehtiva edir.
Şərifan (arxeoloji abidə)
Şərifan yaşayış yer — Zəngilan rayonu ərazisində qədim şəhər xarabalığı. == Haqqında == Şərifan şəhər yeri Həkəri çayının sağ sahilində, onun Araz çayına töküldüyü yerin yaxınlığında, Zəngilan rayonunun Şərifan kəndindən şimal-qərbdə yerləşir. Düzbucaqlıya yaxın plan quruluşuna malik ş əhər yeri təxminən 9 hektar sahəni əhatə edir. Şəhər xarabalıqları bir tərəfdən dağla, digər tərəfdən isə çay ilə hüdudlanır. Abidənin ərazisinin şimal-qərb sərhədində, təpə üzərində XIV əsrə aid türbənin qalıqları vardır. 1974-cü ildə Şərifan şəhər yerinin mərkəzində iki sahədə aparılan arxeoloji qazıntılar orada mədəni təbəqə yatımının qalınlığının 3 m-ə çatdığını göstərmişdir. Üzə çıxarılan tikili qalıqları arasında bişmiş kərpicdən inşa olunmuş hamam kompleksi diqqətəlayiqdir. 1979-cu ildə şəhər yerində daha iki sahədə geniş qazıntılar aparılmış və abidə ərazisində 6 yerdə yoxlama qazıntıları qoyulmuşdur. Şimal yamacda 144 kv.m-lik ərazini əhatə edən, şərti olaraq III qazıntı adlanan sahədə mədəni təbəqə yatımının qalınlığının 2-2,75 m olduğu müəyyənləşdirilmişdir. Aparılmış qazıntılar nəticəsində yaşayış evlərinin bünövrələri, çəltik anbarı, təndirlər və külli miqdarda məişət əşyaları aşkara çıxarılmış, metalişləmə istehsalı ilə bağlı qalıqlar qeydə alınmışdır.
"Qala" Dövlət Tarix-Etnoqrafya Qoruğu
"Qala" Dövlət tarix-etnoqrafiya qoruğu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 aprel 1988-ci il, 135 saylı qərarı ilə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Qoruğun ərazisi 81.5 ha-dır. Bu ərazidə 266 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e.ə III minilliyə aid olan qədim insan yaşayış məskəni olub. Deməli 5 min il ərzində Qala kəndi ərazisində insanlar yaşayıb fəaliyyət göstərmişlər. Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan, qəsrin qalıqları, məqbərə, sərdabələr və yaşayış evləri olmuşdur. == Qala kəndi == Qala: Abşeron yarımadasında Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı, 32 qəsəbə yerləşir. Abşeron rayonunun inzibati ərazisi 1407,5 m². Respublika ərazisinin təqribən 7%-ni əhatə edir. Yarımada 70–80 km məsafədə dənizin icərilərinə uzanır.
Qala Dövlət Tarix Etnoqrafya Qoruğu
"Qala" Dövlət tarix-etnoqrafiya qoruğu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 aprel 1988-ci il, 135 saylı qərarı ilə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Qoruğun ərazisi 81.5 ha-dır. Bu ərazidə 266 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e.ə III minilliyə aid olan qədim insan yaşayış məskəni olub. Deməli 5 min il ərzində Qala kəndi ərazisində insanlar yaşayıb fəaliyyət göstərmişlər. Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan, qəsrin qalıqları, məqbərə, sərdabələr və yaşayış evləri olmuşdur. == Qala kəndi == Qala: Abşeron yarımadasında Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı, 32 qəsəbə yerləşir. Abşeron rayonunun inzibati ərazisi 1407,5 m². Respublika ərazisinin təqribən 7%-ni əhatə edir. Yarımada 70–80 km məsafədə dənizin icərilərinə uzanır.
Baktria-Margiyana Arxeoloji Kompleksi
Baktriya-Margiyana Arxeoloji Kompleksi (və ya BMAC, həmçinin Oksus sivilizasiyası kimi də tanınır) indiki Türkmənistan, Əfqanıstanın şimalı, Özbəkistanın cənubu, qərbi Tacikistan Seyhun (Oksus) çayının yuxarı axarlarını əhatə edən, eramızdan əvvəl 2200-1700-cü illər arasında mövcud olmuş Mərkəzi Asiyanın Tunc dövrü mədəniyyəti üçün müəyyənləşdirilmiş müasir arxeoloji təyinatdır. Yaşayış məntəqələrinin kəşfi və adlandırılması sovet arxeoloqu Viktor Sarianidi (1976) tərəfindən həyata keçirilmişdir. Baktriya indiki Əfqanıstan ərazisindəki Baktra adlanan regionun yunanca, Margiyana isə bu gün Türkmənistanın Mərv şəhərinin paytaxtı olduğu Fars satraplığı Marqunun yunanca adı idi.