CƏNNƏTİ

ə. behiştlik, behişt əhli.

CƏNNƏT
CƏNNƏTMƏKAN
OBASTAN VİKİ
Slovakiya Cənnəti
Slovakiya cənnəti və ya Slovak cənnəti (slovak. Slovensko raj və ya slovak. Slovenský raj) — Şərqi Slovakiyada dağ silsiləsi. Spiş-Qemer Karstın bir hissəsidir. Spiş-Qemer Karst isə öz növbəsində Qərbi Karpatların böyük bir yarımşöbəsi olan Slovenske Rudohoriye dağları sisteminə daxildir. Şimaldakı Spişska Nova Ves qəsəbəsi ilə cənubdakı Dobşina qəsəbəsi arasında yerləşir. Xüsusilə dərələri və şəlalələri ilə tanınır. Dərələr şəlalələr arasından keçən qeyri-adi yollara sahib olduna görə, turistlər üçün çox məşhur bir yerdir. Sabit nərdivanların dırmaşmaq üçün istifadə edildiyi çox sayda hissələr var. Ərazi Slovakiya Cənnəti Milli Parkına (slovak.
Əbdülxalıq Cənnəti
Əbdülxalıq Cənnəti (1855–1931) — Azərbaycan şairi Şair Əbdülxalıq Cənnəti 6 iyun 1855-ci ildə Bakıda anadan olmuşdur. Dini təhsil almışdır. Bakıda fəaliyyət göstərən “Məcməüş-Şüəra” ədəbi məclisinin fəal üzvlərindən, eyni zamanda "Füyuzat" jurnalı ətrafında birləşən maarifçi azərbaycanlılardan biri olmuşdur. Klassik üslubda Azərbaycan və fars dillərində şeir və qəzəllər yazmışdır. O, həmçinin “Qız qalası”, “Qılınc və qələm” poemalarının müəllifidir. 1931-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Verilənlər cənnəti
Verilənlər cənnəti — korporativ cənnət və ya vergi cənnəti kimi, fasiləsiz və ya tənzimlənməyən məlumat üçün sığınacaq. Verilənlər cənnətləri məlumatı sərbəst saxlayan və hətta onun məzmununu və əlaqəli məlumatları qoruyan kompüter şəbəkəsi anlayışına uyğun hüquqi mühitə malik yerlərdir. Onlar üç kateqoriyaya uyğun gəlir: zəif informasiya sistemi tətbiqi və ekstradisiya qanunlarına malik fiziki ərazi, məlumatların qəsdən güclü mühafizəsi olan fiziki ərazi və hər hansı hüquqi qüvvədən asılı olmayaraq texniki vasitələrlə (şifrələmə kimi) məlumatların təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulmuş virtual domenlər. Məlumat cənnətlərinin yaradılmasının səbəbləri arasında internet senzurasının tətbiq olunduğu ölkələrdə istifadəçilər üçün siyasi ifadə azadlığına çıxış daxildir. Digər səbəblərə aşağıdakılar aid edilə bilər: DMCA kimi qanunları pozan proqram təminatı, verilənlər və ya nitq paylanması Müəllif hüquqlarının pozulması İnformasiya məxfiliyi qanunlarından yayınma Onlayn qumar Pornoqrafiya Kibercinayətkarlıq Britaniya hökumətinin Verilənlərin Mühafizəsi Komitəsinin 1978-ci il hesabatında müxtəlif ölkələrdəki fərqli məxfilik standartlarının şəxsi məlumatların mühafizəsi zəif olan ölkələrə ötürülməsinə səbəb olacağından narahatlıq ifadə edilmişdir. Odur ki, Britaniyanın "verilənlər cənnətinə" çevriləcəyindən qorxulurdu. Həmçinin, 1978-ci ildə Adrian Norman geniş spektrli məlumat cənnəti xidmətləri göstərən şirkətin yaradılmasının məqsədəuyğunluğu ilə bağlı "Project Goldfish" adlı saxta konsaltinq tədqiqatını nəşr etdi. Elmi-fantastika yazıçısı Vilyam Gibson bu termini "Sıfırıncı qraf" və "Mona Liza Overdrayv" romanlarında, Brüs Sterlinq də "Şəbəkədəki adalar"da bu termindən istifadə etmişdir.
Əhməd Cənnəti
Əhməd Cənnəti və ya Ayətullah Əhməd Cənnəti, (fars. احمد جنتی‎; 22 fevral 1927, İsfahan) — İranlı din xadimi, siyasətçi və hakimdir. O, Konstitusiyanın Müdafiəsi Şurası və Ekspertlər Məclisinin sədri, həmçinin də Tehranın müvəqqəti imam-cüməsidir. Xalq Mücahidləri Təşkilatının üzvü olmuş olan oğlu Hüseyn Cənnəti İran təhlükəsizlik qüvvələri tərəfindən küçə qarşıdurması nəticəsində öldürülmüşdür. Digər oğlu olan Əli Cənnəti isə İrşad və Mədəniyyət Naziridir. Hakkani Mədrəsəsinin yaradıcılarından biri olan Əhməd Cənnəti 1980-ci ildən bəri Konstitusiyanın Müdafiəsi Şurasının üzvü, 1992-ci ildən bəri isə sədri vəzifəsindədir. O, eyni zamanda da Ekspertlər şurasının sədri vəzifəsini də icra edir. Məhz bu səbəblərə görə də İran siyasətini formalaşdıran şəxslərdən biri hesab edilir.
Slovakiya Cənnəti Milli Parkı
Slovakiya Cənnəti Milli Parkı (slovak dili. Národný park Slovenský raj)- Slovakiyanın doqquz milli parkından biridir. Milli Park SLovakiya Cənnəti dağlarının təbiətinin qorunması ilə məşğul olur. 21 avqust 1964-cü ildə Slovakiya Cənnəti Milli Parkı yaradılıdı. Bu Milli Park Slovakiyada yaradılan ilk milli parkdır. Ərazi 18 yanvar 1988-ci ildə milli park statusunu alır və 2000-ci ildə burada yerləşən Dobşinskaya mağarası YUNESKO-un ümumdünya mirasına daxil edilir. 2004-cü ildə parkın ayrı-ayrı rayonları Natura 2000 ekoloji şəbəkəsinin bir hissəsi olur. Milli Park Banska Bistritsa diyarı (Brezno rayonu), Preşov diyarı (Poprad rayonu) və Koşitse diyarı (Roznava və Spiska Nova Ves rayonu) ərazisində yerləşmişdir. Slovakiya Cənnəti Milli Parkı Spiska-Qemerskiy Karst regionun şimalında yerləşmişdir. Bu ərazi qərbdən Aşağı Tatra ilə, cənubdan Rudoqorem dağı ilə və şərqdən, şimal-şərqdən isə Xornadskoy çuxuru ilə həmsərhəddir.
1492: Cənnətin fəthi (film, 1992)
1492: Cənnətin fəthi (ing. 1492: Conquest of Paradise) — ABŞ, İngiltərə, Fransa və İspaniyanın birgə istehsal etdiyi tarixi film. Filmin buraxılışı Yeni Dünyanın Kolumb tərəfindən rəsmi kəşfinin beş yüzilliyinə təsadüf etmişdir. Filmdə Xristofor Kolumb tərəfindən Yeni Dünyanın kəşfindən, bu kəşfin Amerikanın yerli əhalisinə, Avropaya və Kolumbun özünə təsiri haqqında danışılır. 1492: Cənnətin fəthi — Internet Movie Database saytında.
Cənnətin krallığı (film, 2005)
Cənnətin krallığı (ing. Kingdom of Heaven) — 2005-ci ildə çəkilən Amerika filmi, rejissor Ridli Skottun tarixi eposu. Film 1189-1192-ci illərin Üçüncü Səlib yürüşündən əvvəl sərbəst şəkildə təqdim olunmuş tarixi hadisələrə əsaslanır: Yerusəlim krallığı ilə Əyyubilər arasında müharibə və Səlahəddin tərəfindən Yerusəlimin fəthi (1187). Cənubi Fransa. 1184-cü il. Baron Qotfrid İbelinski bir kəndə gəlir, orada yaşayan dəmirçi Baliyanın oğlu vəfat etmiş və onun həyat yoldaşı intihar etmişdir. Qotfrid gəncliyini xatırlayır və Baliyana onun atası olduğunu söyləyir. Baliyanı Fransada daha heçnə saxlamadığını görən Qotfrid onu Yerusəlimə getməyə və həyata yenidən başlamağa dəvət edir. Baliyan təklifdən imtina edir. Axşam Baliyanın ögey qardaşı olan keşiş dəmirçixanaya gəlir və arvadının günahını yumaq üçün onu Müqəddəs Torpağa getməyə inandırmağa çalışır.
Cənnətin uşaqları
Cənnətin uşaqları (fars. بچه‌های آسمان‎) — İran kinorejissoru Məcid Məcidinin 1997-ci ildə çəkdiyi film. Məcid Məcidi bu filmi çəkərək 1999-cu ildə Oskar mükafatına namizədliyi qazanır. Bundan əvvəl İran kinematoqrafiyası belə bir uğuru heç vaxt yaşamamışdır. İlk İran filmi idi ki, Oskar mükafatına namizədlər sırasına daxil olmuşdu. Təəssüf ki, bu film mükafat qazana bilmir. Ancaq buna baxmayaraq film çox güclü ekran işi kimi dəyərləndirilir. Cənnətin uşaqları — sənədli film janrında çəkilmiş və insanın həyata baxışını dəyişəcək gözəl bir filmdir. Məzmun kifayət qədər sadədir. Günlərin bir günü Əli bacısının ayaqqabısını itirir.
Cənnətin uşaqları (film, 1997)
1492: Cənnətin fəthi
1492: Cənnətin fəthi (ing. 1492: Conquest of Paradise) — ABŞ, İngiltərə, Fransa və İspaniyanın birgə istehsal etdiyi tarixi film. Filmin buraxılışı Yeni Dünyanın Kolumb tərəfindən rəsmi kəşfinin beş yüzilliyinə təsadüf etmişdir. Filmdə Xristofor Kolumb tərəfindən Yeni Dünyanın kəşfindən, bu kəşfin Amerikanın yerli əhalisinə, Avropaya və Kolumbun özünə təsiri haqqında danışılır. 1492: Cənnətin fəthi — Internet Movie Database saytında.
Cənnətin buğası
Səma buğası, həmçinin Səma öküzü, Göy buğası, Göyün buğası, Cənnət buğası və ya Cənnətin buğası — qədim Mesopotamiya mifologiyasında qəhrəman Gilqameşin döyüşdüyü mifik heyvan. Səma buğası hekayəsinin iki fərqli versiyası var. Onlardan ilki erkən şumercə yazılmış şeirdə, digəri isə standart Akkad dilində yazılmış Şumer şeiri olan "Gilqameş dastanı"nda yer alır. Şumer poeziyasında öküz tanrıça İnanna tərəfindən anlaşılmaz səbəblərdən Gilqameşə hücum etsin deyə göndərilir. "Gilqameş dastanı"nın VI lövhəsində akkadca verilən hesablarda tanrıça İştar (İnannanın şərqi sami dillərində ekvivalenti) Gilgameşə seksual xarakterli bir təklif irəli sürür, lakin Gilqameş bu təklifi rədd edir. Bundan qəzəblənən İştar atası Anunun yanına gedir və ondan Səma buğasını istəyir. Beləliklə, İştar Gilqameş və onun dostu Enkiduya hücum etmək üçün buğanı Uruk şəhərinə göndərir, amma ikisi həmin buğanı öldürür. Buğaya qalib gəldikdən sonra Enkidu onun sağ budunu İştara ataraq İştarı ələ salır. Buğanın kəsilməsi tanrıların Enkidunu ölümə məhkum etməsinə səbəb olur. Bu hadisə Gilqameşin ölüm qorxusunun yaranmasına səbəb olur və dastanın qalan hissəsini istiqamətləndirir.

Значение слова в других словарях