CEYL
CEYYİD
OBASTAN VİKİ
Ceyş əl-Mühacirin vəl-Ənsar
Ceyş əl-Mühacirin vəl-Ənsar (ərəb. جيش المهاجرين والأنصار‎ Mühacirlər və Dəstəkçilər Ordusu) — Suriya vətəndaş müharibəsinin iştirakçısı olan silahlı birləşmə. Keçmiş adı olan «Mühacirlər Briqadası» («Kətibət əl-Mühacirin») adıyla da tanınır. == Tarixi == Silahlı qruplaşma etnik çeçen Əbu Ömər əl-Şişaninin başçılığı ilə «Mühacirlər Briqadası» («Kətibət əl-Mühacirin») adı altında 2012-ci ilin yayında yaradılıb. 2013-cü ilin mart ayında isə suriyalı islamçı Kətibət Xəttab və Ceyş Muhəmməd qruplaşmaları ilə birləşən «Mühacirlər Briqadası» («Kətibət əl-Mühacirin») «Ceyş əl-Mühacirin vəl-Ənsar» («Mühacirlər və Dəstəkçilər Ordusu») adını alıb. == Qruplaşmanın tərkibi == Əsasən çeçen, azərbaycanlı, dağıstanlı və digər Qafqazlı döyüşçülərdən təşkil olunan qruplaşmada digər MDB ölkələrindən olan döyüşçülərə də rast gəlinir.2013-cü ilin sentyabr ayında Rusiya Federal Təhlükəsizlik Xidməti rəsmisinin bildirdiyinə görə Suriya vətəndaş müharibəsində döyüşmək üçün 300-400 Rusiya vətəndaşı ölkəni tərk edib.