CHERISH

v 1. oxşamaq, əziz tutmaq; nazlamaq; He cherished the memory of his dead wife O, mərhum arvadının xatirəsini əziz tuturdu; 2. məc. bəsləmək; to ~ hopes ümid bəsləmək; to ~ a hatred nifrət bəsləmək; 3. unutmamaq; saxlamaq; to ~ the memory of smb. / smth. bir kəsi / şeyi xatirində saxlamaq; The girl still cherished an affection for him Qızın qəlbində hələ də ona qarşı məhəbbət vardı; 4. yüksək qiymətləndirmək; qədrini bilmək; He was a man who cherished his friends O, dostlarının qədrini bilən adam idi; to ~ ideals of freedom and independence azadlıq və müstəqillik ideallarını yüksək qiymətləndirmək; to ~ a just and lasting peace ədalətli və möhkəm sülhün qədrini bilmək; 5. saxlamağa çalışmaq, yapışmaq; üstün tutmaq; to ~ fame şöhrəti / adı saxlamağa çalışmaq; He cherishes fame O, şöhrəti hər şeydən üstün tutur; 6. əzizləmək, nazını çəkmək, qayğıkeşliklə böyütmək (uşağı); She cherishes her children O, uşaqlarını qayğıkeşliklə böyüdür; 7. d.d. nəvaziş göstərmək. sevmək; The old man cherished the girl as if she were his daughter Qoca kişi qıza elə nəvaziş göstərirdi ki, elə bil öz qızı idi

CHEQUERS
CHERISHINGLY
OBASTAN VİKİ
Cherish the Day
Cherish the Day – ingilis musiqi qrupu Sadenin 1993-cü ildə çıxardığı sinql. Mahnı Sade qrupunun 1992-ci ildə çıxardığı dördüncü studio albomu olan Love Deluxe albomundan olan dördüncü və sonuncu sinqldır.