Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tverdə Embraer Legacy 600 qəzası
Tverdə "Embraer Legacy 600" qəzası — 2023-cü ilin 23 avqust tarixində Rusiya Federasiyasının Tver vilayətində baş vermiş təyyarə qəzası. Moskvadan Sankt-Peterburqa uçduğu güman edilən Embraer Legacy 600 tipli şəxsi təyyarənin qəzaya uğraması nəticəsində üçü ekipaj üzvü olmaqla, on nəfər həlak olub. Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəsmi telegram kanalının verdiyi məlumata görə həlak olan sərnişinlər arasında Vaqner qrupunun rəhbəri Yevgeni Priqojin və onun əsas köməkçisi Dmitri Utkin də olub. Qəzada Vaqner qrupunun Baş Qərargah rəisi və Təhlükəsizlik Xidmətinin rəhbəri Andrey Troşev də həlak olub. Flightradar24 xidmətinin hesabatına görə qəzaya uğrayan təyyarə düşməyə başlamazdan əvvəl bir necə dəfə hündürlük itirib və yenidən yüksəlib. Flightradar24 ən son məlumatları təyyarə təxminən 6 km hündürlükdə olarkən alıb. Bütün bu dəyişikliklər 32 saniyə ərzində baş verib.
Verdon
Sent-Krua-dü-Verdon — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. La-Palü-sür-Verdon — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Sen-Jülyen-dü-Verdon — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Sen-Loran-dü-Verdon — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Esparron-de-Verdon — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir.
Averno
Averno (it. Lago d'Averno) İtaliyada, Kampaniyada göl. Təxminən 2 kilometr (1.2 mil) enində və təxminən 60 metr (200 ft) dərinliyində, demək olar ki, yuvarlaq bir vulkanik kraterdir. Neapol yaxınlığında, Pottsuolidən 4 kilometr (2.5 mil) şimal-qərbdə yerləşir. Gölün yaxınlığında eramızdan əvvəl İtaliya materikindəki ilk yunan koloniyası olan, VIII əsrdə salınmış Kumı şəhəri yerləşirdi. O vaxtdan bəri göl və onun yanındakı mağara Aidin girişlərindən biri hesab olunurdu. Böyük Pyotrun hakimiyyəti dövründə dövlət xadimi və diplomat olmuş Pyotr Tolstoy "Ölü dəniz" adlanan bir gölü təsvir etmişdir.
Tendo
Vətər (yun.tenon, lat.tendo) — əzələnin quruluş hissəsi. Əzələ liflərinin ucları nazikləşərək sərt kollagen birləşdirici toxuma ya vətər liflərinə keçirlər. Bir neçə vətər lifi toplaşaraq ilkin vətər dəstələri əmələ gətirir, bunların birləşməsindən ikinci dərəc bunlardan da üçüncü və dördüncü dərəcə dəstələr əmələ gəlir. Nəhayət son dəstələr toplaşaraq vətəri təşkil edirlər.
Tüədo
Tuado — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 457 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki tıı (tut) və do (ağac) sözlərindən ibarət olub (-a mənsub, bildirir), “tut ağacı” mənasındadır. Görünür, kəndin salındığı ərazidə və ya yaxınlığında çoxlu tut ağacı olduğu üçün belə adlanmışdır. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tuado və Köhnə Gəgir kəndləri Gəgiran kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Tuado kəndi olmaqla Tuado kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Teberdo itburnu
İverdon FK
"İverdon Sport" Futbol Klubu (fr. Yverdon-Sport FC, abr. YS) — İsveçrəın İverdon-le-Ben şəhərini təmsil edən, İsveçrə Birinci Liqasıında oynayan və 1948-ci ildə qurulmuş olan peşəkar futbol klubu. Ev stadionu tutumu 6,600 nəfər olan Bələdiyyə stadionudur. Klub, 2001-cı ildə Futbol üzrə İsveçrə Kubokunun və İsveçrənin Çellenc-liqasının 2004/05 mövsümünün çempionu olmuşdur. Futbol klubu 2011/12 mövsümündən bəri İsveçrə Birinci Liqasında oynayır.
Teberdo itburnusu
Teberdo itburnusu (lat. Rosa teberdensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Növün arealı Qərbi Elbrusdan Teberda çayının vadisinədək olan əraziləri əhatə edir. == Botaniki təsviri == Cinnamomea DC. seksiyasına daxil olub, R.sosnovskiana Tamamsch. və R.roopaei Lonaez. növlərinə yaxındır. Hündürlüyü 2–3 m-ə çatan, budaqları açıq-qəhvəyi rəngdə olan kol bitkisidir. Gövdəsində qalın iynələri vardır. Yarpaqları ellipsvari, uzunluğu 3,7 sm uzunluğunda, 2,6 sm enində, üst hissədən yaşıl, çılpaq, alt hissədən ağımtıl-yaşıldır. Çəçəkləri çəhrayıdır.
Tver
Tver (1931–1990-cı illərdə Kalinin) — Rusiya Federasiyasında şəhər, Tver vilayətininin və Kalinin rayonunun inzibati mərkəzi, Moskvadan 150 km aralıda, Tvertsa və Tmaka çaylarının Volqa çayına töküldüyü ərazizidə yerləşir.
Cüzeppe Verdi
Cüzeppe Fortunino Françesko Verdi (it. Giuseppe Fortunino Francesco Verdi; 10 oktyabr 1813[…], Le Ronkole[d], Taro departamenti[d], Birinci Fransa İmperiyası – 27 yanvar 1901[…], Milan, İtaliya krallığı) — XIX əsr italyan bəstəkarı. Əsasən opera əsərlərinin müəllifi olub. Onun bir çox əsərləri hal-hazırda dünyanın bir çox ölkələrindəki teatr səhnələrində tamaşaya qoyulur. == Həyatı == Cüzeppe Verdi kiçik otel işlədən Karlo Verdi ilə kəndli qızı Marianninin ikinci uşağı idi. 10 oktyabr 1813-cü ildə Şimali İtaliyadakı Ronkole şəhərində, hazırda muzey kimi istifadə olunan evdə dünyaya göz açıb. Ailəsindən heç kim musiqi ilə məşğul olmasa da Verdi musiqiyə çox düşkün idi. O, kilsə orqançısından ilk musiqi dərslərini alıb. 10 yaşından etibarən bazar günləri kilsədə orqan çalmağa başlayıb. Heç vaxt musiqi ilə məşğul olmayan ailəsi onun musiqi təhsili alması üçün böyük səy göstərir, köhnə piano aldıqdan sonra Busetto qəsəbəsinə göndərərək oradakı bədii mühitdən yararlanmasını təmin edib.
Giuseppe Verdi

Kabo-Verde
Kabo-Verde (port. República de Cabo Verde, kea dilində: Kabu Verdi; 1986-cı ilə qədər adı rəsmi şəkildə digər dillərə tərcümə edilirdi, azərbaycan dilində Yaşıl Burun Adaları Respublikası) — Afrikanın qərb sahillərinin 620 kilometrliyində Atlantik okeanda eyni adlı adalarda yerləşən dövlət.10 ada və 8 adacıqdan ibarət bir adalar qrupudur. Ən böyük üç adası: Santiago, Santo Antao, Boa Vista. Paytaxtı — Santiago adasındakı Praiadır. Böyük adalar 50–60 km uzunluğundadır. == Tarix == 1456-cı ildə Portuqaliyalılar adalara gəldikdə hələ məskunlaşma yox idi. Afrika ya yaxın olması səbəbi ilə əhəmiyyətli bir liman və qul ticarəti mərkəzi halına gəldi. Bugünkü xalqının kökləri bu Portuqaliyalı gəlmələrə və qulara əsaslanır. Ölkə 1975-ci ildə Portuqaliyadan müstəqillik qazanmışdır. Təbii resurs və yağış azdır.
Kabo Verde

Kaldu Verde
Caldo Verde (portuqalca kaɫduˈverd(ə) — yaşıl su)- portuqaliya mətbəxinin ən məşhur şorbadir. == Hazırlanma qaydası == Yeməyin əsas tərkibini kartof, zeytun yağı, duz və iyaşıl portuqal kələmi təşkil edir. Zövqə uyğun olaraq sarımsaq və soğanda əlavə etmək olar. Bəzi reseptlərində isə ona ət qatıllar. Xüsusilə İtaliya-Amerika mətbəxində bud əti əlavə edilir. Bu yemək Latın Amerika respublikalarında əsas toy yeməyidir. Yeməyi hazılamaq üçün əvvəlcə kartof, duz, ispanaq və zeytun yağı əlavə edilir bütün bunlar odda qaynayan zaman sosiska və ya ət tökülür. Portuqaliyada xüsusilə Braga bölgəsində toy və ziyafətlərdə xüsusilə bu yeməyi verirlər. Bu yemək xüsusilə Portuqaliyanın Minho əyalətində bişirilir. Portuqal (orijinal) versiyada həmişə chouriço var.
Karmina Verdu
Karmina Verdu (9 aprel 1983) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Karmina Verdu İspaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 10-cu pillənin sahibi olub.
Teruo Abe
Teruo Abe — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Teruo Nimura
Teruo Nimura (d. 2 may 1943) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Teruo İvamoto
Teruo İvamoto (d. 2 may 1972) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 9 oyun keçirib, 2 qol vurub.
Vərdə (Sərdəşt)
Vərdə (fars. ‎‎ورده‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 587 nəfər yaşayır (104 ailə).
Terao Tsunefumi
Terao Tsunefumi (寺尾 常史, doğum adı Yoşifumi Fukuzono 福薗 好文; 2 fevral 1963, Sumida, Tokio – 17 dekabr 2023, Tokio) – Yaponiya sumoçusu və heya ustadı. Sekivake dərəcəsinə qədər yüksələ bilmiş və Şikoroyama adını daşımışdır. == Karyerası == Sumo karyerasına 1979-cu ildə İzutsu heyasında başlamışdır. 1985-ci ilin bahar böyük turnirinin makuuçi top diviziyasının səhnəsində debüt etmişdir. Terao cəmi 110 kiloqramlıq çəkiyə malik olan yüngülçəkili sumoçu olsa da, sürətli itələmə texnikası sayəsində yüksək sumo dərəcələrinə çata bilmişdir. Terao 1989-cu ilin bahar turnirində sekivake dərəcəsini əldə etmişdir. Qardaşı Sakahoko ilə eyni vaxtda bu uğuru əldə etdiyi üçün Yaponiyanın idman dünyasında məşhurlaşmışdır. Belə ki, onlar eyni vaxtda sekivake dərəcəsi əldə etmiş ilk qardaşlar olmuşdurlar. İştirak etdiyi 13 turnirdə sanyaku kimi çıxış edən Terao həm xarici görünüşü, həm də sumo texnikalarına görə populyar sumoçulardan biri olmuşdur. 2002-ci ildəki payız böyük turnirindən sonra karyerasını bitirmiş və sumo məşqçisi olmuşdur.
Əynul-Vərdə
Əynul-Vərdə döyüşü — 685-ci il yanvarın əvvəllərində Əməvi ordusu ilə Tövbəçilər arasında döyüş. == Zəmin == Əynul-Vərdə (ərəb. عين الوردة‎) adada (Dəclə ilə Fərat arasında yerləşən bölgə) "Təvvabin" (tövbə edənlərin) qiyamının baş verdiyi bölgədir. "Təvvabin", İmam Hüseynin (ə) qanını almaq və İmama (ə) kömək edə bilməmələrinin əvəzini ödəmək üçün Süleyman ibn Sürəd Xüzainin komandanlığı ilə Əməvi hökumətinə qarşı qiyam edən bir qrup Kufə əhalisi idi. Onların çoxu həmin bölgədə şəhid oldular. Deyilənə görə, Əynul-Vərdə Kufə ilə Şam arasında yerləşən yaşayış məntəqələrindən də biridir. Bu ərazi Rəsul-Əyn kimi də tanınır. Rəsul-Əyn hazırkı Suriyanın şimal-şərqindəki əl-Həsəkə vilayətində yerləşir.
Esparron-de-Verdon
Esparron-de-Verdon (fr. Esparron-de-Verdon, oks. Esparron de Verdon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Rye kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04081. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 430 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 240 nəfər arasında (15–64 yaş) 153 nəfər iqtisadi fəal, 87 hərəkətsiz (fəaliyyət göstərici 63,8%, 1999-cu ildə 61,7%) idi. Fəal 153 nəfərdən 130 nəfər (76 kişi və 54 qadın), 23 nəfər işsiz (11 kişi və 12 qadın) idi.
Borgo di Terzo
Borgo di Terzo (it. Borgo di Terzo), İtaliyada, Lombardiya bölgəsindin Berqamo vilayətində olan kommunadır. Əhalisi 1096 nəfərdir (2008), əhalinin sıxlığı 589 nəfər / km²-dir. Sahəsi 2 km² ərazini əhatə edir. Poçt kodu — 24060. Telefon kodu — 035.
Kabo-Verde Respublikası
Kabo-Verde (port. República de Cabo Verde, kea dilində: Kabu Verdi; 1986-cı ilə qədər adı rəsmi şəkildə digər dillərə tərcümə edilirdi, azərbaycan dilində Yaşıl Burun Adaları Respublikası) — Afrikanın qərb sahillərinin 620 kilometrliyində Atlantik okeanda eyni adlı adalarda yerləşən dövlət.10 ada və 8 adacıqdan ibarət bir adalar qrupudur. Ən böyük üç adası: Santiago, Santo Antao, Boa Vista. Paytaxtı — Santiago adasındakı Praiadır. Böyük adalar 50–60 km uzunluğundadır. == Tarix == 1456-cı ildə Portuqaliyalılar adalara gəldikdə hələ məskunlaşma yox idi. Afrika ya yaxın olması səbəbi ilə əhəmiyyətli bir liman və qul ticarəti mərkəzi halına gəldi. Bugünkü xalqının kökləri bu Portuqaliyalı gəlmələrə və qulara əsaslanır. Ölkə 1975-ci ildə Portuqaliyadan müstəqillik qazanmışdır. Təbii resurs və yağış azdır.
Kabo-Verde bayrağı
Kabo-Verde bayrağı — Kabo-Verdenin dövlət bayrağı.