CHOKY
CHOLECYSTITIS
OBASTAN VİKİ
Cholecystectomy
Öd kisəsinin ləğvi ya Öd kisəsinin kəsilib götürülməsi (lat. cholecystectomy — chole — öd, cyst — kisə, ectomy — kənarlaşdırmaq) — öd kisəsinin kəsilib götürülməsi ya kənarlaşdırılması məqsədilə icra edilən cərrahi əməliyyatın adı. Öd kisəsinin kəsilib götürülməsi əməliyyatı minimal invaziv — laparoskopik ya da açıq üsulla icra olunur. Günümüzdə öd kisəsinin kəsilib götürülməsi əməliyyatlarının 90%-i laparoskopik üsulla yerinə yetirilir. == Göstərişlər == Öd kisəsinin kəsilib götürülməsi əməliyyatına göstərişlər: Öd kisəsinin iltihabı (lat. cholecystitis) Öd daşı xəstəliyi (lat. cholecystolithiasis) Öd kisəsinin iltihabı (lat. cholecystitis) və Öd daşı xəstəliyi (lat. cholecystolithiasis) zamanı öd yollarının tıxanması nəticəsində meydana çıxan öd durğunluğu xüsusilə yeməkdən sonra sağ qarınüstü yaxud qabırğaaltı nahiyədə davamlı sancılar yaxud koliklərlə özünü büruzə verir. == Cərrahi müdaxilə == === Tarixi === İlk dəfə laparatomik üsulla öd kisəsinin ləğvi — xolesistektomiya əməliyyatı 1882-ci ildə Berlinin Lazarus xəstəxanasında, laparaskopik üsulla isə 1985-ci ildə cərrah Erix Mühe tərəfindən Böblingen xəstəxanasında icra edilmişdir.
Cholecystitis
Öd kisəsinin iltihabı (yun. cholecyst, "öd kisəsi", lat. itis, "iltihab") lat. cholecystitis) — öd kisəsinin xəstəliklərindən biri. Adından məlum olduğu kimi kəskin iltihabi bir proses olub xroniki hala da keçə bilir. Hazırda kəskin öd kisəsinin iltihabı dərhal cərrahi müdaxilə ilə müalicə olunduğundan xroniki hallar kəskin azalmışdır. Çox vaxt (90–95 %) öd daşı xəstəliyi ilə müştərək meydana çıxır. Daha doğrusu öd daşı xəstəliyinin fəsadı kimi özünü büruzə verir. Bu hal tibbdə daşlı xolesistit adlanır.
Cholecystolithiasis
Öd daşı xəstəliyi (lat. Cholecystolithiasis — yun. χολή lat. chole “öd” və yun. λίθος lat. líthos “daş”) bütün dünyada və eyni zamanda Azərbaycanda çox geniş yayılmışdır. Demək olar ki, bir çox adamlarda öd daşlarının əmələ gəlməsi və xəstəliyin inkişafı üçün şərait vardır. Öd öz-özlüyündə litogen (daş əmələ gətirmə) xüsusiyyətə malikdir. Ödün bu xüsusiyyəti və bir sıra şərait yaradan faktorlar (öd yollarının daralması, iltihabi dəyişikliklər, xəstələrin qidalanma xüsusiyyətləri və s.) ödün kristallizasiya ocağını yaradır, bu isə sonradan daşların əmələ gəlməsi ilə nəticələnir. Öd kristalları bütün öd yollarında əmələ gələ bilər (qaraciyər daxili öd yolları, ümumi öd axarı və s.).