CİZYƏ

günlərdən hesab olunan həftənin beşinci günüdür. Ərəb dilində bu söz “toplantı” mənasında da işlədilir. Cümə mənəvi təmizlənmə və ibadət günüdür (Quran, 62: 9). Rəvayətlərə görə, ilk insan (Adəm) cümə günü yaradılmış, o gün cənnətə girmiş, sonra elə həmin gündə də oradan qovulmuşdur. Qiyamət gününün də cümə günü qopacağı haqqında rəvayətlər vardır. Bu günün nə üçün cümə adlanması, eləcə də ilk cümə namazının nə vaxt qılınması haqqında bir-biri ilə üst-üstə düşməyən fərqli rəvayətlər vardır. Onlardan birinə görə bu günü Məhəmməd peyğəmbərin əcdadlarından biri olmuş Kəb ibn Luqay cümə adlandırmışdır. Digər rəvayətlərdə isə bu gün müsəlmanların cümə namazlarını qıldığına eləcə də, İslamda bu namazın vacib olduğuna görə belə adlandırılmışdır.
CİZYƏ
CUDİ DAĞI
OBASTAN VİKİ
Cizyə
Cizyə — ərəbcədən götürülən sözdür. Quranda bu haqda belə deyilir: "Kitab verilənlərdən Allaha və Axirət gününə iman gətirməyən, Allahın və Onun Elçisinin haram buyurduğunu haram saymayan və həqiqi din olan İslama etiqad etməyənlərlə, zəlil günə qalıb öz əlləri ilə cizyə verməyə məcbur oluncaya qədər vuruşun." (Tövbə surəsi / 29 ) Cizyə müsəlman ölkələrində qeyri müsəlman əhalidən can və mal mülkiyyətinin qorunması qarşılığında alınan vergidir. Yəni fəth edilən ərazidə qeyri müsəlmanlardan kollektiv olaraq alınırdı. Cizyəni ağılca,bədəncə sağlam və yetişkin kişilər ödəyirdi. Qocalardan, qadınlardan, uşaqlardan, xəstələrdən müharibədə iştirak qabiliyyətləri olmadıqları üçün bu vergi alınmırdı. Korlar, şikəst olanlardan yalnız varlılar cizyə ödəyirdi. Kasıblar və dilənçilər cizyə ödəməzdi, yoxsul rahiblər də ödəməzdi.

Значение слова в других словарях