CURRICULUM

n 1. tədris kürsü, tədris planı (məktəbdə, universitetdə və s.); 2. cədvəl

CURRENT
CURRIER
OBASTAN VİKİ
Curriculum vitae
Curriculum vitae (lat.) (azərb. xülasə‎, fr. résumé — "həyatın axını", tərcümeyi-hal) qısaldılmış forması CV — bacarıqlar, iş təcrübəsi, təhsil və təqdim olunan yer üzrə digər lazımı məlumatları özündə saxlayan sənəd. Adətən, mahiyyətcə işəqəbulunma — namizədlik sənədi sayılır Tərcümeyi-hal, yəni CV, xülasəsinin həcmi bir namizədin bacarıqları ilə müəyyənləşir. == Strukturu == Xülasə adətən bir neçə bölmədən ibarətdir. Bu bölmələrin hər birində informasiya qısa və anlaşıqlı bir şəkildə yazılmalıdır. CV-ə heç bir qeyri-dəqiq informasiya daxil etmək olmaz. Xülasədə sizi maksimal xarakterizə edəcək məlumatlar yerləşdirilməlidir. CV formasında olmalıdır: Ad və soyad; Doğum tarixi; Namizəd ilə əlaqə vasitələri — əlaqə nömrəsi və elektron poçt ünvanı; Təhsil — burada təhsil səviyyəsi (məktəb, kollec, bakalaviatura, magistratura, doktorantura və s.), təhsil müəssisələrinin adları, təhsil alınan zaman aralığı və ixtisas qeyd olunmalıdır; Sertifikat və diplomlar (nailiyyətlər); İş həyatı və könüllülük fəaliyyəti; Maraq və bacarıqlar (dil, komputer və s.) Namizədi tövsiyə edə biləcək şəxslər və onların əlaqə nömrələri (referanslar). əks xronoloji sıra ilə (bir qayda olaraq, üç son iş yeri) ixtisas üzrə iş təcrübəsinin icmalı Bəzən xülasədə həmçinin peşəkar assosiasiyalara, elmi nəşrlərə və müəllif patentlərinə üzvlük haqqında informasiyanı da daxil edirlər.