Dönmə (keçid) nöqtəsi

Break-point Açıq investisiya şirkətinin səhmlərinin əldə edilməsində investora güzəşt imkanı verən investisiya məbləği.
Dönərli istiqraz
Dördüncü dərəcəli bazar
OBASTAN VİKİ
Keçid (2005)
Filmdə Azərbaycanın ucqar bölgələrinin adət-ənənələrindən, dünya və bəşəriyyətin yaranmasından söhbət açılır. Film sözsüzdür. Rejissor öz filminin yaranmasını belə xatırlamışdı: 1)2006-cı ildə Kino Günündə "Qızıl Çıraq" nominasiyası Film "Ən yaxşı qısametrajlı film", "Ən yaxşı operator işi"nə görə Mükafatlara layiq görüldü. 2)2006-cı ildə Buxarestdə(Rumıniya) UNESCO-nun keçirdiyi "Eko-Etno" beynəlxalq film festivalı Film Baş mükafata layiq görülmüşdür. 3)2007-ci ildə Amsterdamda(Niderland) keçirilən "Şadof film" festivalı Film Azərbaycanı təmsil etmişdir. 4)2007-ci ildə Qırğızıstanda "Dağ İncisi" beynəlxalq film festivalı Film festivalın baş mükafatını-"Qran-pri"sini almışdır. 5)2007-ci ildə Qazaxıstanda keçirilən "Şakin Ulduzları" beynəlxalq film festivalı Film "Ən yaxşı qısametrajlı film" mükafatına layiq görülmüşdür. 6)2007-ci ildə Kislovodskda(Rusiya) "Zolotoy vityaz" ("Qızıl Pəhləvan") festivalı Film "Xalqların mədəniyyətinin ən yaxşı bədii həlli" nominasiyası üzrə Xüsusi Mükafat almışdır. 7)2008-ci ildə "Novoye kino. XXI vek" ("Yeni kino.
Keçid dövrü
İnsan cəmiyyəti meydana gəldiyi vaxtdan etibarən tədriclə inkişaf edir. Inkişafın bir mərhələsindən, digərinə keçir, cəmiyyətin bir forması başqasını, daha mütərəqqi formasını əvəz edir. Bu zaman cəmiyyətin məhsuldar qüvvələri inkişaf etdikcə mövcud sosial-iqtisadi münasibətlər sistemi də dəyişir və yeniləri ilə əvəz olunur. Bu dəyişikliklər prosesi həm tədriclə, təkamül yolu ilə, həm də sıçrayışla, inqilabi yolla baş verir. Iqtisadi münasibətlər sisteminin əsasında xüsusi mülkiyyətin durduğu cəmiyyətlərin birinin digərini əvəz etməsi təkamül yolu ilə baş verir. Buna misal olaraq, feodalizmdən kapitalizmə keçilməsi prosesini gostərmək olar. Hər iki cəmiyyət xüsusi mülkiyyətə əsaslanır və bu da imkan verdi ki, kapitalist təsərrüfat formaları, kapitalist münasibətləri feodalizmin içərilərində yaransın və feodal təsərrüfat formaları ilə eyni vaxtda mövcud olsun. Hər iki təsərrüfat formasının eyni vaxta mövcud olduğu bir şəraitdə iqtisadiyyat, qarışıq iqtisadiyyat kimi fəaliyyət göstərsə də getdikcə feodal münasibətləri sistemi zəifləyir, kapitalist münasibətləri sistemi genişlənərək hakim uklad forması alır. Belə bir şəraitdə iqtisadiyyat keçid vəziyyətində olur və tədriclə kapitalist təsərrüfat formasına keçid baş verir və yeni iqtisadi sistem bərqərar olur. Keçid vəziyyətində olan iqtisadiyyatı iqtisadçı alimlər "Keçid iqtisadiyyatı" adlandırırlar.
Keçid komandası
Keçid komandası — Komandaların icra ardıcıllığını pozan prossesor komandası. Komanda yarı-proqramlarla əlaqəyə girmək üçün şərti bəyanatları, dövrələri təşkil edir. IF deyimi (şərt deyimi) İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Keçid metallar
Keçid metalları — Bu elementləri kimyada keçid adlandırmalarını bir çox səbəbi var. Ən əsas səbəbi isə bu elementlərin d- yarımsəviyyəsində boş orbitallar (elektronların hərəkət etdiyi trayektoriya) var. Onlar reaksiyalarda bu boş orbitalların hesabına elektron qəbul edə və öz elektronlarını itirə bilir. Yəni metallar kimi reaksiyalarda ya elektron itirir, ya da qeyri-metallar kimi elektron qəbul edir. Bu xassələrinə görə onlara ikili təbiətli elementlər və ya amfoterlər (ikili xassəli) deyilir. Keçid metalları 40 ədəddir; 21–30, 39–48, 71–80 və 103–112-ci elementlər. Keçid metalları yüksək sıxlığa, qaynama və ərimə temperaturuna malikdir. Bu xassələr d- orbitallara görə olub.
Keçid qutusu
Keçid qutusu-iki qurğunun arasına (kompüterlə modem və ya kompüterlərlə printer arasına) siqnalları yoxlamaq və lazım gələrsə, kabelin ayrı-ayrı naqilləri ilə verilən siqnalları dəyişdirmək məqsədilə qoşulan kiçik cihazdır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Keçid Şahmatı
Keçid şahmatı (həmçinin dəli, əcaib, 4 nəfərlik, mübadilə, dəyişmiş və çapraz şahmatı adlanan)- 4 nəfərlə 2 komanda şəklində 2 şahmat lövhəsində oynanan şahmat növüdür. Standart şahmat qaydaları tətbiq edilir lakin, oyunçu komanda yoldaşının qazandığı fiqurları götürərək öz lövhəsində istifadə etmək imkanına malikdir. Keçid şahmatı iki oyunda dörd oyunçu tərəfindən oynanan bir şahmat növüdür. Hər bir komanda üzvü digər komandanın bir rəqibinə üzləşir. Partnyorlar bir-birinin yanında otururlar və bir oyunçu qara, ikincisi isə ağdır. Hər bir oyunçu rəqibini standart şahmat oyununda olduğu kimi, aşağıda göstərilən qaydalar istisna olmaqla oynayır. Ehtiyat Fiqurlar Oyunçu fiquru qazandıqdan sonra komanda yoldaşına verir. Partnyoru bu fiquru öz istəyindən asılı olaraq ehtiyatda saxlaya və ya lövhəyə qoya bilər. Qazanılan fiqurlar lövhənin istənilə boş nöqtəsinə qoyula bilər lakin, piayadaların lövhənin 1-ci və sonuncu sırasına qoyulması istisnadır. Sonuncu sıraya çıxmış piyada standart şahmatda olduğu kimi vəzirə çıxmış sayılmır və ehtiyat piyada kimi istifadə olunur.
Zəif keçid
Zəif keçid — proqramlaşdırmada zəif istinad zibil toplanması və ya istinadların hesablanması ilə sistemlərdə dinamik şəkildə yaradılmış obyektlərə xüsusi istinad növüdür. Güclü istinadlardan onunla fərqlənir ki, zibil toplayıcı silinəcək obyektləri müəyyən edərkən istinadla obyektin əlaqəsini nəzərə almır. Beləliklə, zəif istinad güclü istinad kimi obyektlə işləməyə imkan verir, lakin lazım gələrsə, ona zəif istinad olsa belə, obyekt silinəcəkdir. Adi istinadlar bəzən zibil yığımı kontekstində "güclü" istinadlar adlandırılır. Zəif istinad anlayışı zibil yığılmasını dəstəkləyən sistemlərdə və proqramlaşdırma dillərində mövcuddur — istifadəsi dayandırılmış və artıq bərpa edilməyəcək obyektlərin yaddaşdan avtomatik çıxarılması. Zibilin toplanmasına məruz qalan obyektləri müəyyən etmək üçün əlçatanlıq alqoritminin bu və ya digər versiyası istifadə olunur — proqramda ən azı bir istinad olduqda obyekt əlçatan sayılır. Proqramda obyektə bir dənə də olsun istinad qalmadıqda, yəni obyektin istifadəsi dayandırıldıqda, belə obyekt növbəti uyğun anda silinə bilər. Yaddaşın boşaldılması üçün təsvir edilən mexanizm bəzi hallarda "unudulmuş" istinadlara görə yaddaş sızması yarada bilər, yaradılmış obyektlərə istinadlar bir neçə yerdə saxlandıqda və obyekt artıq istifadə edilmədikdə proqramçı onların hamısını silmir. Problemlərin qarşısını almaq üçün proqramçı bağlantıların istifadəsində kifayət qədər sərt nizam-intizama riayət etmək məcburiyyətində qalır ki, bu da həmişə əlverişli deyil. Belə problemlərin qarşısını almaq üçün proqramlaşdırma dili və ya mühiti zəif istinadlar adlandırılanları dəstəkləyə bilər.
Atəş nöqtəsi
Atəş nöqtəsi — şərti olaraq ətrafın qoruyucu xüsusiyyətlərinə istinad edərək taktiki cəhətdən sərfəli atəş mövqeyində müdafiə məqsədi ilə düşmənə ayrı bir atəş vasitəsilə qarşılıq (pulemyot, minaatan, qumbaraatan, topçu silahı və s.) ifadə edən müəyyən bir termindir. Atəş nöqtəsinin döyüşə hazır olması atəş gücü atəş mövqeyi tutduqda, hesablanmasına döyüş tapşırığı verildiyi, atəş məlumatları və döyüş sursatları hazırlandığı, kamuflyaj edildiyi və təhlükəsizlik təşkil edildiyi zaman meydana gəlir. Bütün digər atəş nöqtələrinə əlavə olaraq müasir istehkam fərqləndirir: uzunmüddətli atəş nöqtəsi - qarnizonlarının qorunması və maddi-texniki dəstəyi üşün nəzərdə tutulmuş, əlavə möhkəm materiallardan (polad, dəmir-beton) düzəldilən və döyüş sahəsini izləmək üçün xüsusi avadanlıqla (periskoplar, su boruları, havalandırma sistemləri, siqnalizasiya, rabitə, həyat dəstəyi və s.) təchiz edilmiş atəş nöqtəsi; taxtadan ibarət yeraltı atəş nöqtəsi - mühəndis-istehkam birlikləri tərəfindən qırıntı materiallarından sahə müdafiə strukturları kimi tez bir zamanda qurula bilən atəş nöqtəsi.
Ferma nöqtəsi
Ferma-Toriçelli nöqtəsi ABC üçbucağının daxilində elə F nöqtəsinin yerləşməsi haqqında məsələni tələb edirdi ki, FA+FB+FC cəmi minimal olsun. Həndəsədə çox gözəl bir teoremin adı Fermanın ilə bağlıdır. Bu üçbucaqda Ferma-Toriçelli nöqtəsinin tapılmasıdır. Bu nöqtə keçmişin ən böyük 3 riyaziyyatçısının adı ilə bağlıdır. İlk dəfə onun haqqında Pyer Fermanın işlərində danışılır. O, ABC üçbucağının daxilində elə F nöqtəsinin yerləşməsi haqqında məsələni tələb edirdi ki, FA+FB+FC cəmi minimal olsun. İsveçrə alimi Yakob Şteyner bu məsələyə daha ümumi halda baxmışdır: o, 3 məntəqəni birləşdirən ən qısa yol şəbəkəsinin tapmağa çaışırdı. Məlum olur ki, şəbəkə mütləq bir nöqtədə birləşən düzxətli yollardan ibarət olmalıdır, belə ki, yollardan biri nöqtəyə çevrilə bilər. Belə qoyuluşda məsələ sırf praktiki əhəmiyyət daşıyır, məsələn, naqil şəbəkələrinin çəkilişində belə bir məsələni həll etmək lazım gəlir. Fermanın klssik məsələsinin həlli üçün belə bir fiziki modeli bu formada qurmaq olar: Hər hansı lövhə üzərində bir üçbucaq çəkək.
Feynman nöqtəsi
Feynman nöqtəsi — pi ədədinin 762-ci rəqəm sırasındakı altı dəfə təkrarlanan doqquz rəqəmi. Amerika fiziki Riçard Feynman (d. 1918 — ö. 1988) adını daşıyır. O, pinin bu mövqedəki rəqəmlərini yadda saxlamaq istəyirdi. Mühazisəsini bitirdikdə isə "doqquz, doqquz, doqquz, doqquz, doqquz, doqquz və sair" deyirdi. Hər halda güman edirdi ki, pi ədədi rasionaldır..
G nöqtəsi
G nöqtəsi — Qadınlarda göbəyin aşağı hissəsi hesab edilən G nöqtəsi ən ehtiraslı yeridir. Alman həkim Ernst Qrefenberqin araşdırmasına görə, bu hissə beyinlə əlaqədardır. Oranı astaca sığallamaq sinirləri sakitləşdirir, beyinə siqnal göndəririr. Bu hissəyə edilən masaj ehtirası ikiqat artırır. G nöqtəsi qadınlarda klitorisdən sonra cinsi doyumun ən sıx hiss edildiyi, vaginanın 2–3 sm iç hissəsində yerləşən sinir toxumasıyla zəngin bir anatomik sahədir. İlk dəfə 1950-ci ildə Dr. Ernest Grafenberg tərəfindən tərifi verildiyi üçün onun adının baş hərfi ilə adlandırılmışdır. Cinsi xəbərdarlıq ilə birlikdə G nöqtəsində olan sıxılmalar və qadınlarda cinsi doyum və orqazm baxımından əhəmiyyətli funksiyalara malikdir. G nöqtəsi vagina girişindən 3–4 sm qabaqda, üst divarda olan və barmaqla toxunulduğunda diqqətə çarpan hala gələn erogen bir bölgədir. Bu bölgədə "skene" vəziləri dediyimiz ifrazat etmə qabiliyyətinə sahib vəzlər toplu olaraq yerləşir və buna görə burada bir qabarıqlıq meydana gəlir.
Kvant nöqtəsi
Kvant nöqtəsi (quantum dots) - çox kiçik yarımkeçirici hissəcikdir və yalnız bir neçə nanometr ölçüsündə olur.Belə kiçik olmaları onların optik və elektronik xassələrini digər daha böyük hissəciklərin xassələrindən fərqli edir.Onlar hal-hazırda nanotexnalogiyanın mərkəzində dayanır.Kvant nöqtələrinin əksər növləri özlərinə elektrik və ya işıq qəbul etdikdə xüsusi tezlikdə işıq emissiya edirlər.Bu tezliklər dəqiqliklə nöqtələrin ölçüsünü ,formasını və materialını dəyişə bilir və xassələr kvant nöqtələrinin tətbiqlərini artırır. Kvant nöqtəsi kifayət qədər kiçik olmalıdır ki, kvant effektləri özünü göstərsin.
Küri nöqtəsi
Küri nöqtəsi və ya Küri temperaturu ( T C {\displaystyle T_{C}} ) — ferromaqnit maddələrin kimyəvi xassələrinin dəyişmə nöqtəsi və ya temperaturudur. Bu temperaturdan yuxarı, ferromaqnit maddələr maqnitliyini itirir və paramaqnitli olur. "Küri nöqtəsi" anlayışı ferromaqnitlərin bu xassəsini kəşf edən fransız alimi Pyer Kürinin şərəfinə adlandırılmışdır. Maqnetit üçün Küri nöqtəsi 5800 C, pirrotin üçün 3000 C, hematit üçün 6750 C. Küri nöqtəsidə istilik tutumu, istilik keçirmə və başqa fiziki xassələr kəskin dəyişir. Sinonim: Küri temperaturu. Horst Stöcker: Taschenbuch der Physik, 4. Auflage, Verlag Harry Deutsch, Frankfurt am Main 2000, ISBN 3-8171-1628-4 Hans Fischer: Werkstoffe in der Elektrotechnik, 2. Auflage, Carl Hanser Verlag, München/Wien 1982 ISBN 3-446-13553-7 Werner Schröter, Karl-Heinz Lautenschläger, Hildegard Bibrack: Taschenbuch der Chemie, 9. Auflage, Verlag Harry Deutsch, Frankfurt am Main 1981, ISBN 3-87144-308-5 Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Kəsilmə nöqtəsi
==Kəsilmə nöqtəsi== Kəsilmə nöqtəsi-– proqramın vəziyyətinin, dəyişənlərin qiymətlərinin proqramçı tərəfindən öyrənilməsi məqsədilə proqramın çalışmasının durdurulduğu nöqtədir. Kəsilmə nöqtəsi sazlanma prosesində qoyulur və istifadə olunur: bunun üçün proqramın mətnində bir neçə yerdə hər hansı keçid, çağırış və ya tələ (HOOK) komandası qoyulur ki, idarəetməni sazlama proqramına ötürsün İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nemo nöqtəsi
Nemo nöqtəsi və ya çatılmayan nöqtə — dünya okeanı üzərində quruya ən uzaq olan yer Nemo nöqtəsinə indiyə qədər insan ayağının dəymədiyi üçün belə adlandırılmışdır. Belə ki, "Nemo" sözü latın dilində "heç kim" deməkdir. Nemo nöqtəsi uzun müddət müəyyən edilməmişdir. Yalnız 1992-ci ildə xorvat-kanadalı araşdırma mühəndisi olan Hrvoye Lukatela buna nail olmuşdur. Belə ki, o həmin il "Hipparchus" adlandırdığı geo-kosmik aparatla okeanın orta nöqtəsini müəyyən etmişdir. Bunun üçün Hrvoye Lukatela dünyanın səthinin 3 ölçülü olduğu üçün, mərkəzdəki nöqtənin də 3 ayrı quru parçasından eyni məsafədə olmalı olduğunu nəzərə alıb. Beləliklə dünyadakı fərqli nöqtələri araşdıraraq, Nemo nöqtəsini müəyyənləşdirmişdir. Nemo nöqtəsi Sakit okeanda 48°52.6′ cənub və 123°23.6′ qərb koordinatlarındadır. Bu nöqtə özünə ən yaxın olan üç quru ərazisindən 2688 kilometr uzaqda yerləşir. Ona yaxın quru əraziləri bunlardır: Şimal istiqamətində yerləşən, üstündə insan yaşamayan Pitkern adalarının daxilindəki Düsi adası; Şimal-şərq istiqamətində yerləşən Pasxa adasının Motu Nui hissəsi; Cənub istiqamətində yerləşən, Atlantik okean sahillərindəki Maher adası.
Polka nöqtəsi
Polka nöqtəsi eyni ölçülü dairələrdən ibarət bir nümunədir. Polka nöqtələri adətən uşaq geyimləri, oyuncaqlar, mebellər, keramika və Mərkəzi Avropa xalq sənətində görünür, lakin onlar geniş kontekstlərdə görünür. Naxış nadir hallarda rəsmi kontekstlərdə görünür və ümumiyyətlə çimərlik paltarları və alt paltarları kimi daha əyləncəli geyimlərlə məhdudlaşır. Bəzən daha rəsmi geyimlərdə ağ-qara kiçik nöqtələr görünür. Çox güman ki, bu termin polka rəqsinin populyarlığına görə yaranıb, eyni zamanda naxışın dəb halına gəlməsi, eyni zamanda dövrün bir çox digər məhsulları və modası da "polka" adını qəbul etdi. 1962-ci ildə DC Comics qeyri-müntəzəm ölçülü və fərqli rəngli nöqtələrlə Polka-Dot Man-ı təqdim etdi. 1975-ci ildən bəri, illik Tour de France velosiped turnirinin Dağ mərhələlərində liderə ağ-qırmızı rəngli Polka nöqtəli forma verilir. Bəzi insanlar polka nöqtələrini 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində paltarlarının əksəriyyətində, eləcə də Karolina Herrera, Herrera For Men, Aquaflore və Flore ətir qutularında polka nöqtələrindən istifadə edən venesuelalı modelyer Karolina Herrera ilə əlaqələndirirlər. Yapon rəssamı Yayoi Kusamanın işinin çoxunda polka nöqtə motivi var və kriptovalyuta Polkadot öz adını dizayndan sonra alır. Polka nöqtəsi məşhur musiqidə də görünür.
Qaynama nöqtəsi
Qaynama nöqtəsi — buxar təzyiqi xarici təzyiqə bərabər olduqda mayenin əldə etdiyi temperatur. Yüksək buxar təzyiqi olan mayelər uçucudur və aşağı qaynama nöqtələrinə malikdir. Yüksək qaynama nöqtələri olan mayelərin, vakuum prosesi ilə buxar təzyiqini artıraraq otaq temperaturunda qaynadılması mümkündür.
Yalan nöqtəsi
Yalan nöqtəsi (ing. Deception Point) — Den Braun tərəfindən yazılmış roman. Arktikada bəşəriyyətin gələcəyini dəyişməyə qadir olan nadir artefakt tapılır. Qeyri-adi tapıntının həqiqi olub-olmadıgını müəyyənləşdirmək üçün ora elmi ekspedisiya göndərilir. Ancaq ekspedisiya üzvləri tapıntı yerinə çatar-çatmaz bir-birinin ardınca həlak olurlar. Onları kim və niyə öldürür? Bəlkə onlar tapıntının sirrini açmaga çox yaxınlaşıblar? "Dan Brown Yalan nöqtəsi" (az.). qanun.az. 2016-03-06 tarixində orijinalından arxivləşdirilib.
Ərimə nöqtəsi
Xüsusi ərimə istiliyi — ərimə temperaturunda kütləsi 1 kq olan bərk kristal maddəni mayeyə çevirmək üçün lazım olan istilik miqdarına deyilir, λ=Q/m. Burada λ - xüsusi ərimə istiliyi, Q - istilik miqdarı, m - maddənin kütləsidir. BS-də ölçü vahidi 1 C\kq-dır. Xüsusi ərimə istiliyi maddənin növündən asılıdır. Ərimə nöqtəsi bərk və ya duru maddənin bəlli bir isti və ya soyuqluğa yetşəndə duru yada bərk bir maddəyə dönməsinə deyilir. Ərimə nöqtəsi ən məşhur olan maddə sudur. Xüsusi kristallaşma istiliyi - bərkimə temperaturunda 1 kq maddənin kristallaşması zamanı ayrılan istiliyə deyilir. İşarə olunması ,qiyməti və ölçü vahidi xüsusi ərimə istiliyi ilə eynidir. Maddənin bərk kristal halı daxili enerjinin minimumuna uyğundur. Kristala istilik verdikcə onun temperaturu yüksəlir.
Keçid (film, 2005)
Filmdə Azərbaycanın ucqar bölgələrinin adət-ənənələrindən, dünya və bəşəriyyətin yaranmasından söhbət açılır. Film sözsüzdür. Rejissor öz filminin yaranmasını belə xatırlamışdı: 1)2006-cı ildə Kino Günündə "Qızıl Çıraq" nominasiyası Film "Ən yaxşı qısametrajlı film", "Ən yaxşı operator işi"nə görə Mükafatlara layiq görüldü. 2)2006-cı ildə Buxarestdə(Rumıniya) UNESCO-nun keçirdiyi "Eko-Etno" beynəlxalq film festivalı Film Baş mükafata layiq görülmüşdür. 3)2007-ci ildə Amsterdamda(Niderland) keçirilən "Şadof film" festivalı Film Azərbaycanı təmsil etmişdir. 4)2007-ci ildə Qırğızıstanda "Dağ İncisi" beynəlxalq film festivalı Film festivalın baş mükafatını-"Qran-pri"sini almışdır. 5)2007-ci ildə Qazaxıstanda keçirilən "Şakin Ulduzları" beynəlxalq film festivalı Film "Ən yaxşı qısametrajlı film" mükafatına layiq görülmüşdür. 6)2007-ci ildə Kislovodskda(Rusiya) "Zolotoy vityaz" ("Qızıl Pəhləvan") festivalı Film "Xalqların mədəniyyətinin ən yaxşı bədii həlli" nominasiyası üzrə Xüsusi Mükafat almışdır. 7)2008-ci ildə "Novoye kino. XXI vek" ("Yeni kino.
Keçid piyadası (şahmat)
Keçid piyadası — Şahmat termini Qarşısında rəqibin maneə törədən piyadası olmayan piyada. Rus görüşü (şahmat): 1.e4 e5 2. Af3 Af6 3.d4 ed 4.e5 Ke4 5. V:d4 d5 (diaqrama bax) 6.ed.
Kiril qrafikasına keçid
Kiril qrafikasına keçid (rus. Кириллизация) — 1930–1940-cı illərdə SSRİ, Monqolustan və Tuva xalq Respublikasında yaşayan xalqların əlifbalarının latın qrafikasında yenidən kiril qrafikalı əlifbaya keçid prosesi.
Uzunmüddətli atəş nöqtəsi
Uzunmüddətli atəş nöqtəsi (rus. Долговременная огневая точка, DOT, bəzən "uzunmüddətli müdafiə nöqtəsi" də deyilir) — uzunmüddətli müdafiə və qorunan otaqdan (döyüş qazamatı) müxtəlif atəş silahlarını atmaq üçün davamlı materiallardan hazırlanmış ayrı bir kiçik kapital istehkam binası. DOTlar əsasən monolitik və ya yığma dəmir-beton, məhlul əsaslı daş, möhkəmlətmə və zireh örtüklü dəmir kirişlərdən tikilir. Tamamilə metaldan hazırlanmış atəş nöqtəsinə zirehli başlıq deyilir. Monolitik dəmir-beton ən çox istifadə ediləndir. Bu quruluşdan möhkəmləndirilmiş sahə sistemində tək və ya bir çox ola bilər. Digər uzunmüddətli istehkam tikililəri kimi, DOT da hərbi qulluqçuları düşmən atəşinə məruz qalmaqdan qoruyur (güllə, qəlpə, mina, mərmi və hava bombası partlayışları) və qarnizona düşmən üzərinə bu nöqtələrdən qala topları və pulemyot qurğuları vasitəsilə atəş etməyə imkan verir. Torpağa batmış tanklar (köhnəlmiş və ya müstəqil hərəkət etmək qabiliyyəti olmayan) bəzən DOT kimi, həmçinin təməllərə quraşdırılmış tank qüllələri (tank qülləsi qutuları) kimi istifadə olunurdu.
Yalan nöqtəsi (roman)
Yalan nöqtəsi (ing. Deception Point) — Den Braun tərəfindən yazılmış roman. Arktikada bəşəriyyətin gələcəyini dəyişməyə qadir olan nadir artefakt tapılır. Qeyri-adi tapıntının həqiqi olub-olmadıgını müəyyənləşdirmək üçün ora elmi ekspedisiya göndərilir. Ancaq ekspedisiya üzvləri tapıntı yerinə çatar-çatmaz bir-birinin ardınca həlak olurlar. Onları kim və niyə öldürür? Bəlkə onlar tapıntının sirrini açmaga çox yaxınlaşıblar? "Dan Brown Yalan nöqtəsi" (az.). qanun.az. 2016-03-06 tarixində orijinalından arxivləşdirilib.
İnternet mübadilə nöqtəsi
İnternet mübadilə nöqtəsi (ing. Internet exchange point; IX və ya IXP) — IP şəbəkəsinin ümumi əsasları. Bu, iştirakçı internet servis provayderlərinə (ISP) öz şəbəkələri üçün nəzərdə tutulmuş məlumatların mübadiləsinə imkan verir. IXP-lər ümumiyyətlə bir çox fərqli şəbəkələrə, yəni məlumat mərkəzlərinə əvvəlcədən mövcud əlaqələri olan yerlərdə yerləşdirilir. Burada onların iştirakçılarını birləşdirmək üçün fiziki infrastrukturdan (sviçlər) istifadə edilir. Təşkilati cəhətdən əksər IXP-lərin hər biri öz tərkib hissəsi olan iştirakçı şəbəkələrinin (yəni, həmin IXP-də iştirak edən ISP-lərin dəsti) hər biri müstəqil qeyri-kommersiya birlikləridir. IXP-lərə əsas alternativ ISP-lərin öz şəbəkələrini bir-biri ilə birbaşa birləşdirdiyi özəl peering adlanan qarşılıqlı əlaqədir. IXP-lər provayderin yuxarı axın tranzit provayderləri vasitəsilə çatdırılmalı olan trafik hissəsini azaldır. Beləliklə, onların xidmətlərinin hər bit üçün orta çatdırılma dəyərini azaldır. Bundan əlavə, IXP vasitəsilə mövcud yolların sayının artması marşrutlaşdırma səmərəliliyini (marşrutlaşdırıcılara daha qısa yollar seçməyə imkan verməklə) və xətaya dözümlülüyünü artırır.