DƏNİZ SAHİLİ DÜZƏNLİK

quru tərəfdən sahil zonasını əhatə edən düzənlik. D.s.d. özlüyündə ya dəniz dibinin sudan azad olaraq quruyan sahilyanı zolağıdır, ya da sahil prosesləri ilə formalaşmış akkumulyativ əmələ gəlmələridir / mis: Fransada Landı sahil düzənliyi, Xəzər sahili düzənliklər/. приморская равнина coast plain
DƏNİZ SAHİLİ
DƏNİZ SƏVİYYƏSİNİN DÖVRÜ TƏRƏDDÜDÜ
OBASTAN VİKİ
Düzənlik
Düzənlik — yüksəklik fərqi çox az olan geniş sahə. Düzənliklərin ayrı-ayrı hissələrini yüksəklik fərqi bəzən 100–200 metrə çatır. Lakin bu fərq tədricən və çox geniş sahədə dəyişdiyindən hiss olunmur. Məsələn, dünyanın ən geniş düzənliklərindən biri olan Qərbi Sibir düzənliyinin sahəsi 2mln.km²-ə yaxındır. Şimalda Karsk dənizi sahələrindən başlayaraq cənubda Altay dağlıq ölkəsinin ətəklərinə qədər 1500 km məsafədə uzanmış düzənlik cəmisi 150–170 m-ə qədər qalxır. Düzənliklər tam üfiqi vəziyyətdə olmayıb, hər hansı bir tərəfə meyil edir. Düzənlik çayları bu meyillikdən istifadə edərək axır. Dağlıq ölkələrdə denudasiya prosesləri hakim rol oynadığı kimi, düzənliklərdə də akkumulyasiya prosesləri hakimdir. Düzənliklər bir tərəfdən dağlara söykəndikdə akkumulyasiya prosesləri daha sürətlə gedir. Bununla yanaşı olaraq düzənliklərdə zəif də olsa denudasiya prosesləri də gedir.
Abissal düzənlik
Abissal düzənlik — çökəkliyin dibində zəif maili, akkumulyativ, horizontal səthli, dərin dəniz düzənliyi. Onun yaranması suspenzion axınlar vasitəsilə dib çöküntülərinin yerdəyişməsi prosesi ilə əlaqədardır. Abisal düzənlikləri okean dibinin sahəsinin təqribən 40%-ni əhatə edir və 2,500–5,500 metr dərinlikdə yerləşir. Onlar qitənin ətəyi ilə Orta-Okean silsiləsi arasında yerləşirlər.
Abrazion düzənlik
Abrazion düzənlik — dalğaların və ləpədöyənin abrazion fəaliyyəti nəticəsində əmələ gəlmiş düzənlik. Sahillərin qalxması, çöküntü çatışmazlığı şəraitində və abraziya zamanı çoxlu miqdarda çöküntü əmələ gətirməyən ana suxurların əlverişli litoloji tərkibə (əhəngdaşı, mergel və s.) malik olduğu halda formalaşır. Eni, adətən, bir neçə kilometr, uzunluğu onlarla kilometr olur. Səthi xırda heykələbənzər relyef formaları ilə mürəkkəbləşir. Abrazion düzənliklər Şimal Buzlu okeanı sahillərində daha geniş inkişaf etmişdir. Azərbaycan Milli Ensiklopediyası, I cild.
Allüvial düzənlik
Düzənlik (coğrafiya)
Düzənlik — yüksəklik fərqi çox az olan geniş sahə. Düzənliklərin ayrı-ayrı hissələrini yüksəklik fərqi bəzən 100–200 metrə çatır. Lakin bu fərq tədricən və çox geniş sahədə dəyişdiyindən hiss olunmur. Məsələn, dünyanın ən geniş düzənliklərindən biri olan Qərbi Sibir düzənliyinin sahəsi 2mln.km²-ə yaxındır. Şimalda Karsk dənizi sahələrindən başlayaraq cənubda Altay dağlıq ölkəsinin ətəklərinə qədər 1500 km məsafədə uzanmış düzənlik cəmisi 150–170 m-ə qədər qalxır. Düzənliklər tam üfiqi vəziyyətdə olmayıb, hər hansı bir tərəfə meyil edir. Düzənlik çayları bu meyillikdən istifadə edərək axır. Dağlıq ölkələrdə denudasiya prosesləri hakim rol oynadığı kimi, düzənliklərdə də akkumulyasiya prosesləri hakimdir. Düzənliklər bir tərəfdən dağlara söykəndikdə akkumulyasiya prosesləri daha sürətlə gedir. Bununla yanaşı olaraq düzənliklərdə zəif də olsa denudasiya prosesləri də gedir.
Düzənlik kələzi
Düzənlik kələzi (lat. Trapelus) — Kələzlər fəsiləsinə aid cins. Orta ölçülərə malik kərtənkələlərdir. Əsasən onurğasızlarla və bəzən bitkilərlə qidalanır. Əvvəllər bu cinsə daxil olan kələzlər, Kələzlər cinsinə daxil edilirdi. Düzənlik kələzi Avropanın arid cənub-şərq hissəsi, Asiya cənub-qərb hissəsi, Orta və mərkəzi Asiya, Çin, İran, Əfqanıstan, Ərəbistan yarımadası, kimi ərazilərdə yayılmışdır.
Düzənlik kələzləri
Düzənlik kələzi (lat. Trapelus) — Kələzlər fəsiləsinə aid cins. Orta ölçülərə malik kərtənkələlərdir. Əsasən onurğasızlarla və bəzən bitkilərlə qidalanır. Əvvəllər bu cinsə daxil olan kələzlər, Kələzlər cinsinə daxil edilirdi. Düzənlik kələzi Avropanın arid cənub-şərq hissəsi, Asiya cənub-qərb hissəsi, Orta və mərkəzi Asiya, Çin, İran, Əfqanıstan, Ərəbistan yarımadası, kimi ərazilərdə yayılmışdır.
Düzənlik tapiri
Düzənlik tapiri; Yəhərli tapir; Braziliya tapiri (lat. Tapirus terrestris)) — Təkdırnaqlılar dəstəsinin tapirkimilər fəsiləsinin tapir cinsinə aid məməli heyvan növü. T. t. aenigmaticus T. t. colombianus T. t. spegazzinii T. t. terrestris Düzənlik tapirinə Cənubi Amerikanın And dağlarının şərqində böyük bir ərazidə rast gəlinir. Onların arealı Kolumbiya və Venesueladan Braziliyanın cənubuna kimi, Paraqvay və Argentinanın şimal hissələrində olan əraziləri əhatə edir. Yaşayış yerləri meşələr, ilk növbədə onların həmişə su hövzələrinə yaxın yerlərdə olmağa çalışdıqları tropik meşələrdir.
Düzənlik zebri
Düzənlik zebri (lat. Equus burchelli) — at cinsinə aid heyvan növü. Kvaqqa (Equus quagga) yarımnövünün 1883-cü ildə nəsli kəsilib. Düzənlik zerbləri Cənub-Şərqi Afrikada, Həbəşistanın cənubundan CAR-ın şərqi və Anqolaya kimi yayılıb. Kip bədən quruluşuna və qısa ayaqlara malik orta ölçülü zolaqlı heyvandır. Orta hesabla bədəninin uzunluğu 2-2,4 m, quyruğu 47-57 sm, hündürlüyü 1,12-1,4 m, kütləsi isə 290-340 kq olur. Erkəkləri dişilərdən 10%-ə qədər böyük olurlar. Erkəkləri dişilərdən fərqləndirən xüsusiyyətlərindən biri də yoğun boyuna malik olmasıdır. Yalları düs və qısa olur. Quyruğunun sonunda qotaz şəklində tüklər olur.
Muğan (düzənlik)
Muğan düzü — Araz çayının və Talış dağları silsiləsinin şimal hissəsində Savalan dağının ətrafından Xəzər dənizinə kimi uzanır. Muğan adı zərdüştlükdə "atəşpərəstlər" mənasını verən "mūγàn" sözündən yaranıb. Şimal hissəsinin qədim adı Alan düzü olmuşdur. Bu ad alanlarla bağlıdır. Bu yaşıl gözəl düzənliyin bir çox görməli yerləri var: Araz çayının sahili Şahrak gölü Muğanda böyük kənd təsərrüfatı və Heyvandarlıq kompleksləri Oltan mağarası (Parsabad) Qız qalası Xudafərin körpüsü Xərmən, Nadir təpələri Aslandüzdə qədim məzarlıq Muğan düzü Kür-Araz ovalığının bir hissəsidir. Şimal-qərbdə Araz çayı vasitəsilə Mil düzündən, Kür çayı vasitəsilə Şirvan düzündən ayrılır. Cənubda və cənub-şərqdə Lənkəran ovalığına və Salyan düzünə qovuşur. Düzün cənub-qərb davamı Cənubi Azərbaycan ərazisindədir. Tarixən Araz çayı Muğan düzündən axaraq bilavasitə Xəzər dənizinə tökülürdü. 1896-cı ildə Araz öz sağ sahilini yuyub Muğan düzünün bir hissəsini basmışdır.
İlkin düzənlik
İlkin düzənlik (rus. первичная равнина, ing. primary plain) — akkumulyativ dəniz düzənliyi, qırışıq əmələgəlməyə məruz qalmamış cavan dəniz çöküntülərindən təşkil olunmuş, alçaq quru düzənlik. İ. d. epi-kontinental /materik üstü/ dəniz-lərin /adətən platforma strukturları daxilində/ reqressiyası nəticəsində əmələ gəlir / Mis: Xəzəryanı ovalıq/.
Düzənlik (Salyan)
Düzənlik — Azərbaycan Respublikasının Salyan rayonunun Qaracala inzibati ərazi vahidində kənd. Cənub-Şərqi Şirvan düzündədir. Yaşayış məntəqəsi 1 nömrəli sovxozun 6-cı Şöbəsinin malikanəsi əsasında yaranmışdır. Qəsəbə düzənlik ərazidə yerləşdiyinə görə belə adlandırılmışdır.
Eyts Sahili
Eyts Sahili, (ing. Eights Coast) Keyp burnu və Froqnır nöqtəsi arasındakı Qərbi Antarktida sahillərinin Elsuort Torpağında yterləşən bir hissəsidir. Qərbində Meri Berd Torpağında Valqrin Sahili, şərqində Brayn Sahili var. Eyts Sahili Tarston Adası, Abbot Buz sahəsi və içindəki Şermen, Karpentr, Dastin, Conson, McNamara, Farell və Dendtlr adaları ilə həmsərhəddir. Eyts Sahili, qərbindəki böyük bölgə Meri Berd Torpağı kimi, hər hansı bir ölkə tərəfindən haqq iddia edilən bir yer deyil. Eyts Sahilinin 450 km şimalında, Piter I Adası isə Norveç tərəfindən haqq iddia edilən bir bölgədir. Eyts Sahilinin uzunluğu təxminən 500 kilometrdir. Sahil fevral 1940-cı ildə ABŞ Antarktida Proqramı üzvləri tərəfindən "USS Bear" gəmisindən edilən uçuşlarda görülmüşdür. Bu araşdırmalardan və ABŞ Dəniz Qüvvələri hava fotoşəkillərindən 1960-1966-ci illərdə ABŞ Geoloji Araşdırmalar Təşkilatı tərəfindən Eyts Sahili ətraflı olaraq xəritəyə alınmışdır. Eyts Sahili adı Antarktik Adları Məsləhət Komitəsi tərəfindən 1830-cu il Kəşf yürüşünün bir üzvü olan amerikalı geoloq Ceyms Eytsə istinadən verilmişdir.
Kemp sahili
Kemp sahili (ing. Kemp Coast) — Antarktidanın şərqində, Enderbi Torpağıında, 56°25' və 59°34' şərq uzunluqları arasında yerləşir. Kemp sahilini Birlik dənizinin suları yuyur. Sahilin böyük qismini materik buzlağı örtmüşdür. Burada iri buzlaq sıldırımları əmələ gətirmişdir. Sahil ilk dəfə 1833-cü ildə ingilis dəniz zabiti, «Maqnet» gəmisinin kapitanı Piter Kemp tərəfindən kəşf edilmişdir. Bir müddət sonra onun şərəfinə adlandırılmışdır.
Kerd sahili
Kerda sahili (ing. Caird Coast) — Qərbi Avstraliyada, Kots Torpağı ərazisində, 20°00' və 27°54' qərb uzunluğunda yerləşən ərazi. Kerda sahili 1915-ci ildə Britaniya Antarktida ekspedisiyasının rəhbəri Ernest Şeklton tərəfindən kəşf edilmişdir. Sahil ekspedisiyanı maliyyələşdirən Ceyms Kerdin şərəfinə adlandırilmişdir.
Klari sahili
Klari sahili (ing. Clarie Coast) — Antarktidanın şərqində, 130°10' və 136°11' şərq uzunluğunda yerləşən ərazi. Sahikin uzunluğu 350 km təşkil edir. Materik kənarında yerləşən buzlaq bir silsilə şəklində sahil boyunca uzanır. Materiiin daxilinə doğru buzlaq qalınlaşır. 60 km məsafədə qalınlıq 1000 metr təşkil edir. Sahil ilk dəfə 1840-cı ildə Fransa antarktik ekspedisiyasının rəhbəri Dyuman Dürvil tərəfindən kəşf edilmiş və ekspedisiyada iştirak edən «Zele» gəmisinin kapitanı Jakinonun şərəfinə adlandırılmışdır.
Kozuay sahili
Kozvey-Kost (irl. Causeway Coast) və ya Nəhənglər keçidi — İrlandiyanın şimalında Antrim qraflığında, Başmills qəsəbəsindən təqribən 3 km şimalda yerləşən və İrlandiyanın şimal-şərqi sahili boyunca yayılmış olan vulkanik mənşəli bazalt geoloji quruluş. Vulkanik püskürmələr nəticəsində yaranmış olan, bir-birinə bağlı 40.000 bazalt sütununun yan-yana düzüldüyü bir yerdir. Bölgənin ən xarakteristik xüsusuyyəti olan bazalt sütunlar, 50–60 milyon il əvvəlki vulkanik fəaliyyətlərin nəticəsidir. Antrim tavası, təxminən 3800 km²-lik sahəsi ilə Avropanın ən böyük lava tavasıdır. Dənizdən yüksəkliyi orta hesabla 100 metr olan bu qayalıq bölgə, geoloji dönəmdən qalma bir neçə lava hərəkəti səbəbi ilə pilləkənli bir görünüşə sahibdir. Bazalt sütunlardan ən yüksəyi 12 metrdir. Sütunların üst hissəsi pilləkən şəklində olarkən, alt hissəsi isə dənizin altına enməkdədir. Böyük hissəsi altıbucaqlı şəklində olsa da bəzıları yeddi ya da səkkiz bucaqlıdır. Lavalar 28 metr qalınlığa çata bilməkdədir.
Lassiter sahili
Lassiter sahili (ing. Lassiter Coast) — Qərbi Antarktida ərazisində, Antarktik yarımadasının qərb sahillərində yerləşir. Bölgə şimaldan Makintoş burnu və Filhner şelf buzlağı ilə isə cənubdan əhatələnir. Sahilin uzunluğu 240 km təşkil edir. Sahənin böyük hissəsi şelf və materik buzlağı ilə örtülüdür. Bəzi hissələrdə nunataklar səthə çıxır. Bəzən onların hündürlüyü 1800 netr təşkil edir. Lassiter sahili il boyu Ueddell dənizinin dreyf edən buzlaqları ilə örtükü olur. Sahil ilk dəfə ABŞ antarktik ekspedisiyası zamanı akşarlanmış və tətqiq edilmişdir (1940 və 1947). Sahilin adı 1947-ci ildə təyyarəçi Ceyms Lassiterin şərəfinə adlandırılmışdır.
Loubye sahili
Loubye sahili — Antarktidanın Qreyam Torpağından qərbdə yerləşən sahildir. Sahil Belluye burnundan şimal-şərqdə, Bourqeois burnundan cənub-qərbdə yerləşmişdir. Sahillə burnular arasında 158 km məsafə vardır. Sahil 1905-ci ilin yanvarında Jan-Batist Şarkonun rəhbərliyi altında Fransa Antarktika Ekspedisiyası tərəfindən ərazinin tədqiqi zamanı Fransanın prezidenti olmuş Emile Loubetin adını daşıyır. Loubye sahili 67°00′ c. e. 66°00′ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Luitpold sahili
Luitpold sahili (ing. Luitpold Coast, alm. Prinzregent-Luitpold-Land‎) — Qərbi Antarktidanın Kots Torpağında, Heys buzlağı ilə Filhner şelf buzlağı arasında yerləşir. Sahil ilk dəfə 1912-ci ildə Almaniya imperiyasının antarktik ekspedisiyasının rəhbəri Vilhelm Filhner tərəfindən kəşf edilmiş və Bavariya şahzadə-qəyyumu Luitpoldun şərəfinə adlandırılmışdır (1821—1912).
Mouson sahili
Mouson sahili (ing. Mawson Coast) — Şərqi Antarktidanın Mak-Robertson Torpağı ərazisində yerləşən sahil ərazisi. Mouson sahili materik buzlağının kənar hissəsini təşkil edir. Buzlaq sahildən materikin daxilinə doğru artır. Sahildə buzlağın qalınlığı 50 metr, daxildə isə 1000-1500 metrdir. Bəzi yerlərdə təbii suxurlar səthə çıxır. Mouson sahili ilk dəfə Britaniya-Avstraliya-Yeni Zellandiya antarktik ekspedisiyası zamanı kəşf edilmişdir. 1930-cu ildə sahil ərazisi Avstraliya ekspedisiyasının rəhbəri Duqlas Mousonun şərəfinə adlandırılmışdır. 1954-cü ildən bölgədə Mouson qütb stansiyası fəaliyyət göstərir.
Ninqalu sahili
Ninqalo sahili — Avstraliyanın qərb tərəflərində mərcan qayalıqlardan ibarət sahil. Ninqalo sahilləri balina köpəkbalıqlarının dövri bəslənmə sahəsi olaraq tanınan saçaqlı mərcan qayalıqlarıdır. (Fringing Coral Reef). Avstraliyanın qərb sahillərində yerləşir və Pert şəhərinin təxminən 1200 km şimalındadır. Qayalıqlar 260 km uzunluğunda olub Avstraliyanın ən böyük saçaqlı mərcan qayalığıdır və dünyada bu böyüklükdə olan materikə ən yaxın mərcan qayalıqdır. Ninqalo Mərcan Qayalığına qonşu olan əhəngdaşından ibarət Keyp Reync, 500-dən çox mağara və digər karst formaları ilə dünya səviyyəsində önə çıxan bir quruluşdur.
Noks sahili
Noks sahili (ing. Knox Coast) — Şərqi Antarktidanın Uilks Torpağı ərazisində yerləşən ərazi. Mouson dənizi sahillərini yuyur. Hoks sahilinin demək olar ki, hamısı buzla örtülüdür. Bircə Banger vahəsi istisnadır. Buz qatı sahildən uzaqlaşdıqca qalınlaşır və 1500 netrə çatır. Qərb hissədə dənizə Şeklton şelf buzlağı olaraq daxil olur. Sahil ilk dəfə 1840-cı ildə ABŞ ekspedisiyasının rəhbəri Çarlz Uilks tərəfindən kəşf edilmiş və ekspedisiyada iştirak etmiş gəmilərdən birinin kapitanı Semyuel Noksın şərəfinə adlandırılmışdır. SSRİ tərəfindən bölgədə Oazis qütb stansiyası işə salınmışdır. Sonradan stansiya Polşaya dövr edilmişdir.
Qreyam sahili
Qreyam sahili — Antarktidanın Qreyam Torpağından qərbdə yerləşən sahildir. Sahil Belluye burnundan cənub-qərbdə, Renard burnundan şimal-şərqdə yerləşmişdir. Sahillə burnular arasında 172 km məsafə vardır. Sahil Con Bisko tərəfindən ekspedisiyaya daxil edilən, Admirallığın Birinci Lordu adını daşıyan Ser Ceyms Qreyamın adını daşıyır. Qreyam sahili 65°45′ c. e. 64°00′ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Qərb sahili
İordan çayının qərb sahili (ərəb. الضفة الغربية‎, aḍ-Ḍiffah al-Ġarbiyyah; ivr. ‏הַגָּדָה הַמַּעֲרָבִית‏‎, HaGadáh HaMaʽarávit) — Ön Asiyanın Levant bölgəsində, Aralıq dənizinin sahili yaxınlığında yerləşən, şərqdən İordaniya və Ölü dənizlə, cənubdan, qərbdən və şimaldan isə İsraillə həmsərhəd olan, dənizə çıxışı olmayan ərazi. Bölgə Fələstin Dövlətinin iddia etdiyi iki ərazidən (digəri Qəzzə zolağıdır) böyüyüdür. İordan çayının qərb sahili qismən Fələstinin idarəsi altında olan 165 Fələstin anklavına bölünür. İordan çayının qərb sahilinin qalan hissəsi, o cümlədən 200 İsrail yaşayış məntəqəsi tam İsrailin nəzarəti altındadır. Ərazinin 2 747 943 nəfər fələstinli əhalisi var və təxminən 220 000-i Şərqi Qüdsdə olmaqla 670 000-dən çox israilli köçkün burada yaşayır.