dərbənd 2021
dərbəndilər
OBASTAN VİKİ
Dərbəndi
Dərbəndi — təxəllüs.
Ağ Dərbəndi
Vitis ficifolia (lat. Vitis ficifolia) — bitkilər aləminin üzümçiçəklilər dəstəsinin üzümkimilər fəsiləsinin üzüm cinsinə aid bitki cinsi. Çox yüksək məhsuldar sortdur. Tənəyində barlı zoğların miqdarı 76,0%; salxımların sayı 28 ədəd; bar əmsalı 0,60; məhsuldarlıq əmsalı 0,8-dir. Salxımların orta kütləsi 180,6-362,0 qr, kolun məhsuldarlığı 5,0-10,0 kq, hektardan məhsuldarlıq 111,0-222,2 s/ha arasında tərəddüd edir. Giləsində şəkərlilik 17,0-19,2 q/100 sm3, titrlə-nən turşuluq 3,62-5,12 q/dm3 arasında dəyişir. == Yarpaqları == Yarpaqları iri və çox iri (uzunluğu 18-24 sm, eni 14-20 sm),oval, yumurtavari formada olub, müstəvisi dalğavarıdir. Üst səthi hamar olub, tünd-yaşıl rəngdədir. Kəsikləri dərin olub, yuxarı kəsikləri açıq, yaxud bağlı, liraşəkilli və ya ellipsvari formadadır. == Meyvəsi == Salxımları iri və çox iri ölçüdə (uzunluğu 18-27 sm, eni 12-16 sm), konusvarı, enli-konusvarı, tək–tək hallarda silindrik formada olub, seyrək, orta sıxlıqda və sıxdır.
Fazil Dərbəndi
Fazil Dərbəndi (1785–1870)— islam alimi, teoloq == Həyatı == Fazil Dərbəndi təqribən 1785-ci ildə Dərbənd şəhərində anadan olmuşdur. Mənbələrdə bu böyük şəxsiyyət Dərbəndi, Şirvani, Tehrani və Hairi nəsəbləri ilə xatırlanır. Qədim Azərbaycan şəhəri Dərbəndin yetirməsi olan Fazil Dərbəndi 19-cu əsrin ən məşhur ruhani alimlərindən və qələm sahiblərindən sayılırdı. Fazil Dərbəndinin əsl adı Axund Molla ağa ibn Abid ibn Ramazan Əli ibn Zahiddir. Yüksək elmi dərəcəsinə görə ona "Fazil Dərbəndi" (yəni Dərbəndli fəzilət sahibi) ləqəbi verilmişdi. Tarixdə bir neçə məşhur ruhani alimə ehtiram məqsədilə "Fazil" ləqəbi ilə müraciət edilmişdir. Məsələn, Fazil İrəvani, Fazil Miqdad, Fazil Bəstami, Fazil Şərabiyani və b. Onun "Şirvani" adlandırılmasının səbəbi isə Dərbəndin vaxtilə Şirvan vilayətinə aid edilməsi ilə bağlıdır. Fazil Dərbəndi uzun müddət Tehranda və Kərbəlada (Kərbəla şəhərinin başqa adı Hairdir) yaşayıb-yaratdığı üçün, ona "Tehrani" və "Hairi" nəsəbləri də verilmişdir. Fazil Dərbəndi məşhur müctəhidlər Şeyx Məhəmmədhəsən İsfahani Nəcəfi və Şeyx Mürtəza Ənsari ilə müasir olmuş, Kərbəlada Şərifu'l-uləma Mazandaranidən dərs almışdır.
Kəyumərs Dərbəndi
Şahzadə Kəyumərs — Şirvanşah I İbrahimin oğludur və Şirvanşahlar dövlətinin şahzadəsidir. == Həyatı == Atası onu Cəlairilərin qaraqoyunlulara qarşı mübarizəsində dəstək olmaq üçün Təbrizə göndərir. 1410-cu ildə, Sultan Əhmədin məğlub olduğu gün Kəyumərs Təbrizin həndəvərinə gəlib çatır. Gecə o, Qara Yusifin qoşunlarının qəfil hücumuna məruz qalaraq əsir alınır. Qara Yusifin əmri ilə Kəyumərs Ərciş qalasında saxlanılırdı. Şirvanşah oğlunun geri qaytarılması üçün böyük məbləğdə pul təklif etir. Lakin Qara Yusif Kəyumərsi təmənnasız buraxaraq, hədsiz iltifat göstərir və onunla atası Şeyx İbrahimə tabe olmaq tələbi ilə məktub göndərir. Şirvanşah Kəyumərsin xəyanət etməsindən, atasını devirərək, Qara Yusifin vassal olmaq barədə onunla saziş bağlamasından şübhələnərək oğlunu edam etdirir. == Ölümündən sonra == Ölümündən sonra 1412-ci ildə qaraqoyunlularla şirvanşah , gürcü və şəkililərin birləşmiş qüvvələri arasında döyüş olur . Məğlub olan Şirvanşah I İbrahim qaraqoyunlulardan vassal asılılığını qəbul edir .
Qəzənfər Dərbəndi
Qəzənfər Dərbəndi — Şirvanşah şahzadəsi, I İbrahimin üçüncü oğlu və Bakı valisi. 1398-ci ildə doğulmuşdur. Çalağan döyüşündə həbs olunduqdan sonra Şirvana qaytarılmışdır. I Xəlilullahın hakimiyyəti dövründə Bakı valisi olmuş, onun Qaraqoyunlularla müharibəsi dövründə isə Şirvanı onun adından idarə etmişdir. Bədrəddin Şirvaninin məlumatına görə o, Bakıda 1428-ci ildə bir bürc və çeşmə, 1431-ci ildə başqa bir bürc və 1438-ci ildə hamam tikdirmişdi. Həmin bürclərdən biri, ehtimal ki, indiki Elmlər Akademiyası Rəyasət Heyətinin binasına bitişən bürcdür.
Kavus mirzə Dərbəndi
Kavus Mirzə — Şirvanşah şahzadəsi. == Həyatı == Bürhan Əlinin bacısı oğlu idi. İlk işi Şabran şəhərini ələ keçirmək oldu. Şəhərdən 12 kilometr aralıda isə Aras xan Rumlunun ordusuna məğlub oldu və öldürülərək başı Qəzvinə göndərildi.
Qasım mirzə Dərbəndi
Qasım Mirzə — Şirvanşah şahzadəsi. Osmanlıya mühacirət etmiş Şirvan əsilzadələrindən idi. Əvvəlki şahlarla dəqiq əlaqəsi bilinməsə də Dərbəndilər sülaləsindən idi, II Xəlilullahın mümkün oğlu. 1554-cü ildə Kəffə-Dağıstan-Dərbənd yolu ilə Şirvana hücum etmişdi.Şirvan zadəganları və əhalisi vilayətin bəylərbəyliyi Abdulla xan Ustaclıdan uzaqlaşaraq Qasım Mirzəyə qoşuldular. Təngəaltı kəndində Abdulla xana qalib gəlmiş, daha sonra Qəleybuğurdu ələ keçirərək 40 gün burada qalmışdı. 12.000 əsgər toplamışdı. Gülüstan qalasına hücumu baş tutmadı və Abdulla xan ordusu tərəfindən məğlub edildi. Özü isə qaçdı.
Sultan Məhəmməd Dərbəndi
Sultan Məhəmməd Dərbəndi — Şirvanşah şahzadəsi, Dərbənd hakimi. I Keyqubadın oğlu, Kavus ibn Keyqubadın qardaşı və I İbrahimin atası. Huşəng ibn Kavusun taxta çıxmasından sonra oğulları Bəhlul və İbrahim ilə Şəkiyə qaçmış və orada vəfat etmişdir. Sara Aşurbəyli, Şirvanşahlar, 2007, səh.
Əbubəkr mirzə Dərbəndi
Əbubəkr Mirzə — şahzadə, Şirvan taxtına son iddiaçı. Bürhan Əlinin oğlu idi. Qardaşı Xələf mirzə Dərbəndi ilə Dağıstana aparılmışdı. Atasının yerini almağa hazır olmadığından, 20 il boyunca Dağıstanda yaşamışdı. Qardaşı kiçik yaşda vəfat etmişdir. 1570-ci ildə Krıma gedərək Krım xanı I Dövlət Gərayın qızı ilə evlənmişdir. Və orada yaşamışdır. 1578-ci ildə III Muradın ordusu ilə Şirvana daxil olmuşdu. Və bir neçə il hökmdarlıq etmişdir. Onun adı daha sonra 1583-cü ildə Osman paşa başçılığındakı osmanlılara xəyanət edib İmamqulu xanın başçılığındakı Səfəvilərin tərəfinə keçərkən çəkilir.
Həkim ibn İbrahim ibn Həkim əl-Xınalıqi Dərbəndi
İbn-Həkim Əl-Xinaluqi və ya Həkim ibn İbrahim ibn Həkim əl-Xınalıqi Dərbəndi — XII əsrin ən məşhur xınalıqlı tanınmış müsəlman qanunşünası, hüquqşünası, müəllimi və alimi; şafi məzhəbinə mənsub fəqih idi. Əslən indiki Quba rayonunun Xınalıq kəndindən olan alim fəziləti, abidliyi, salehliyi və nəcibliyi ilə tanınmışdı. Xınalıqlıların və bütün şahdağlıların fəxr etdiyi İbn-Həkim Əl-Xinaluqi XI əsrdə Bağdadda Nizamiyyə mədrəsəsində təhsil almış, Əbu Hamid Qəzzalinin tələbəsi olmuş, İmam Müvəffəq ibn Əbdülkərim əl-Hərəvidən də dərs almışdır. Bir çox hədisçidən hədis dinləmiş, dinlədiyi hədisləri qeyd etmişdi. Uzun müddət Buxarada yaşayıb yaratmış hüquq və fəlsəfə elmlərinin bilicisi olmuşdur. Böyük Şərq alimlərindən (X. Təbrizi, əl-Qəzali və b.) dərs almış, hüquq, hədis, dini və dünyəvi mədəniyyət bilicisi kimi şöhrət qazanmışdı. Buxarada müəllim işləmiş və yüzlərlə gəncin elmi, fikri oyanışında misilsiz rol oynamışdır. Quba qəzasının əhatəsindəki üç qədim yaşayış bölgəsinin (Qrız, Xınalıq, Dərbənd) adını təxəllüsündə birləşdirən Qubalı alimin yaradıcılığı Cənubi Dağıstan və Şimali Azərbaycanla daha çox bağlı olmuşdur. O, görkəmli alim İbrahim Qrızinin oğludur. 1144-cü ildə vəfat etmişdir.
Dərbəndilər
Dərbəndilər — Şirvanşahlar sülaləsinin üçüncü qolu (1382-1538). Şirvanşahların sülalə bölgüsü barədə müxtəlif mülahizələr mövcuddur, son tədqiqatlara görə ayrıca sülalə olmayıb, vahid Şirvanşahlar xanədanının bir mərhələsini təşkil etmişlər. Dərbəndilərin hakimiyyəti dövründə Şirvanın müstəqilliyi uğurunda Qızıl Orda, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilərlə müharibələr aparılmışdır. Şirvanda ipəkçilik, sənətkarlıq, ticarət inkişaf etmiş, Şamaxıda və Bakıda quruculuq işləri görülmüşdü. Qonşu ölkələrə, o cümlədən Böyük Moskva knyazlığı ilə ticarət əlaqələri və diplomatik münasibətlər yaranmışdı. Səfəvi hökmdarı I Təhmasibin dövründə Şirvanın Səfəvilər dövlətinə birləşdirilməsi Dərbəndilər sülaləsinin hakimiyyətinə son qoydu.
Dərbəndin işğalı
Dərbəndin işğalı — 1722-ci ildə başlayan Rusiya-Səfəvi müharibəsi zamanı Rusiya çarlığının Dərbənd şəhərini işğal etməsi nəzərdə tutulur. == Arxa plan == 1722-ci ilin avqustunda rus ordusu sürətlə Dərbəndə doğru irəliləməyə başladı. Bu yürüş boyunca rus ordusu həmçinin yerli əhali ilə də başa çıxmalı idi. Dərbəndin ələ keçirilməsi rus ordusu üçü mühüm strateji əhəmiyyət daşımaqda idi. Bu şəhərin ələ keçirilməsindən sonra Xəzər dənizi boyunca sahil şəhərləri ələ keçirilə bilərdi. Dərbənddən sonra ələ keçirilmə növbəsi Bakı şəhərində idi, lakin hava şəraitinə görə bu yürüş həyata keçməsi və növbəti ilə qədər ertələndi. == İşğal == Həştərxandan yola çıxan I Pyotr süvarilərlə birlikdə quru yolu ilə, donanma isə dəniz yolu ilə Dərbəndə doğru irəlilədi. 25 iyul 1722-ci ildə I Pyotr Səfəvi şahına məktub yazdı və bu məktubda onun torpaqlarını işğal etməyə gəlmədiyini, sadəcə onlara problem yaradan, rus tacirlərinin canına və malına qəsd edən üsyançıları cəzalandırmağa gəldiyini bildirdi. 5 avqustda yola çıxan rus sordusu Dərbəndə qədər bəzi müqavimətlə qarşılaşdı. Bu müqaviməti təşkiledən əsas qüvvə Osmanlı imperiyasına bağlı yerli bəyliklər idi.
Dərbəndin tarixi coğrafiyası (XIII-XIV əsrlər)
Dərbəndin tarixi coğrafiyası (XIII-XIV əsrlər) - XIII-XIV əsrlərdə Qafqazda cərəyan edən siyasi hadisələrdə Azərbaycanın ən mühüm strateji əhəmiyyətli mərkəzlərindən biri. Şimaldan cənuba, cənubdan şimala istiqamətlənən yürüşlərin qarşısında sipər rolu oynayan istehkam. İki monqol ulusu arasında sərhəd məntəqəsi. == Dərbəndin strateji və coğrafi mövqeyi == Azərbaycanın Dərbənd şəhərinin yerləşdiyi coğrafi ərazi, strateji mövqe-bir tərəfdən uca dağlarla, digər tərəfdən Xəzər dənizi ilə əhatələnən keçid məntəqəsi olması onun daima diqqət mərkəzində qalmasına səbəb olub. Əbəs yerə şəhər "Dərbənd", yəni "Bağlı qapı", həmçinin "Dəmir qapı", "Bab əl-əbvab" və s. adlandırılmır. Tarixən olduğu kimi, Dərbənd XIII-XIV əsrlərdə də şimaldan cənuba, cənubdan şimala istiqamətlənən yürüşlərin qarşısında sipər rolu oynayan istehkam idi. Bir çoxları şəhərin möhkəmliyini, alınmaz olduğunu bilərək, ondan yan ötməyi daha üstün tutmuşlar. Əlverişli strateji mövqeyə malik Dərbəndin XIII-XIV əsrlərdə, başqa sözlə monqol ağalığı dövründə Monqol imperiyasının hansı ulusuna - Cuçi və Tuli nəslinə, yəni qızılordalılara və ya hülakulara məxsus olduğu tarixi ədəbiyyatda müəyyən fikir ayrılığına səbəb olmuşdur. Bunun əsas səbəbi şəhərin iki monqol ulusu arasında sərhəd məntəqəsi təşkil etməsidir.

Значение слова в других словарях