152mm Sph DANA
DANA – (çexcə “dělo automobilní nabíjené automaticky” – avtomatik yükləyicili silahlı yük maşını) 1970-ci illərdə Çexoslovakiya Sosialist Respublikasında 8х8 təkər formullu “Tatra 813” yük maşınının üzərində istehsal edilmiş 152 mm-lik “SpGH Dana” haubitsası bu günədək dünya bazarında sifariş sayı ilə diqqət çəkir. İndiyədək 800-ə yaxın “Dana” istehsal edilərək Çexiya, Slovakiya, Gürcüstan, Azərbaycan, Polşa, Liviya silahlı qüvvələrində xidmətə göndərilmişdir.
“Dana” 8×8 konfiqurasiyalı “Tatra 813” şassisi üzərində yerləşir.
Artilleriya kompleksinin maksimum sürəti 80 km/saat, gediş ehtiyatı 600 km, atış uzaqlığı 28 km, heyəti 4, yaxud 5 nəfərdir. Maşının əsas silahı 5580 mm uzunluğunda 152 mm 37 kalibr top, yardımçı silahı 12.7 mm çaplı pulemyotdur. Top -4°-dən +70°-dək bucaq altında hündürlüyə, ± 220° çarpaz atəş açmaq qabiliyyətinə sahibdir. Topun atış tempi dəqiqədə yarıavtomat rejimdə 4, əllə doldurulduqda 2 mərmidir.
1970-ci illərin ortalarında Dubnitsa şəhərinin maşınqayırma zavodunda 152 mm ShKH vz77 tipli özüyeriyən artilleriya qurğusu istehsal olundu və 1979-cu ildə seriyalı istehsalına başlanan bu qurğu “Dana” adı aldı. Daşınma bazası üçün ciddi modernizə olunan, 8x8 təkər formullu, iki qabaq istiqamətverici və hərəkətdə olarkən hava ilə doldurula bilən təkərləri olan TATRA 815 yüksəkkecidli avtomobil qəbul edildi. Əsas silahlanma 152 mm-lik haubitsa-topdur ki, bu da fırlanan iki yarım qülləsi olan platformada qurulub.