daraqçı
daraqvarı
OBASTAN VİKİ
Daraqlı
Daraqlı (qaq. Taraklı) Moldovada şəhərdir. Daraqlı rayonun mərkəzi.
Daraqlı seloziya
Daraqlı timsah
Daraqlı timsah və ya Duzlu su timsahı (lat. Crocodylus porosus) — əsl timsahlar sinfinə daxil olan, çağdaş dövrdə yaşayan ən böyük sürünən. Öz dəstəsinin ən böyük nümayəndəsi, eləcə də ən böyük quru və ya sahil yırtıcısı. Bu növün erkəkləri təxminən iki ton kütləsi ilə yeddi metr uzunluğa çata bilir. 5.2 metr uzunluğa müntəzəm böyüyən yeganə müasir timsah növüdür. Digər tərəfdən, dişi daraqlı timsahlar erkəklərə nisbətən daha kiçikdir. Daraqlı timsah duzlu suda yaşaya bilən, lakin ümumiyyətlə manqrov bataqlıqlarında, deltalarda, laqunlarda və çayların aşağı axarlarında yaşaması ilə seçilirlər. Digər çağdaş timsah növlərindən daha geniş ərazidə yayılmışdır. Arealı Hindistanın şərq sahillərindən başlayaraq, Cənub-Şərqi Asiyanın əksəriyyət ərazilərindən Cənubi Avstraliyaya qədər uzanır. Keçmişdə bu nöçün nümayəndələri Afrikanın şərq sahillərində və Yaponiyanın cənub sahillərində belə yayılmışdı.
Daraqlı triton
Daraqlı triton (lat. Triturus cristatus), (Salamandridae) fəsiləsindən (Caudata) dəstəsindan suda-quruda yaşayanlar növü. Status. Azərbaycanda Triturus cristatus carelini (Strauch, 1870) yarımnövü yaşayır. Nadirdir. Yayılması. Respublikanın cənub-şərqində (Lənkəran rayonunda) və Böyük Qafqaz sıra dağlarının cənub-şərq ətəklərində (Şamaxı və İsmayıllı rayonlarında) tək-tək hallarda təsadüf edilir. Yaşayış yeri. Gündüz həyat tərzi keçirir. Adətən meşəlik, meşə-bozqır və dağ-səhra rayonlarında dəniz səviyyəsindən təxminən 500-600 metrdən 2200 metrə qədər hündürlükdə müşahidə edilir.
Daraqlılar
Tentaculata (lat. Tentaculata) — heyvanlar aləminə aid heyvan tipi. Ölçüləri 2–3 mm-lə 3 m arasında dəyişir. 100-150 növü məlumdur. Alimlər tərəfindən Mnemiopsis leidyi-nin daxili cənub dənizlərinə (Qara, Azov, sonra da Xəzərə) köçməsinin (invaziyasının) qeyd alınması onun bu dənizlərin ekosistemlərinə real daxil olma tarixindən xeyli sonra olmuşdur. Mnemiopsis daraqlısının birinci dəfə Qara dənizdə aşkar olunması 1982-ci ilə təsadüf edir (Pereladov, 1988), bir növ kimi isə o, 1986-cı ildə qeydə alınmışdır (Zaitsev et al., 1988). Xəzər dənizində daraqlılar haqqında ilk məlumatı 1996-cı ildə balıqçılar vermişlər ki, bu da onların toruna düşməsi ilə əlaqədar olmuşdur. Lakin bu növ ancaq 1999-cu ildə Xəzər ETBTİ-nin mütəxəssisləri tərəfindən Türkmənistan sahillərində aparılan ekspedisiya zamanı qeydə alınmışdır (Zaitsev, 2001). Nəticə etibarilə Qara dəniz və Azov dənizinin ekosistemi 20 ildən artıq, Xəzər dənizi isə 10 ildən artıqdır ki, Mnemiopsis leidyi-nin təsiri altındadır. Qara və Azov dənizində aparılan çoxillik tədqiqatlar nəticəsində Mnemiopsis leidyi-nin bu dənizlərin bütün ekosisteminə, ilk növbədə pelaqial və bentosa təsiri aşkar edilmişdir (Volovik, 2004).
Daraqlılar (Ctenophora)

Значение слова в других словарях