Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saziş
Pakt (lat. pactum — saziş) — beynəlxalq müqavilə, böyük siyasi əhəmiyyətli saziş. Pakt təhlükəsizlik, hücum etməmək, qarşılıqlı yardım və s. bu kimi xarici siyasət məsələlərini tənzimləyir.
Brest-Litovsk sülh müqaviləsinə əlavə məxvi saziş
Almaniya-Rusiya sazişi (1918, 27 avqust), Bakı məsələsi ilə bağlı olduğundan bəzən Bakı sazişi də adlanır. == Arxa fon == Azərbaycan Xalq Cümhuriyyəti yarandığı zaman onun ən yaxın müttəfiqi olan Osmanlı dövləti Birinci Dünya müharibəsində (1914–1918) Almaniya ilə bir cəbhədə vuruşurdu. Osmanlı ilə müttəfiq olmasına baxmayaraq, Almaniya Azərbaycana münasibətdə fərqli siyasət yeridirdi. Almaniya, türk-azərbaycan qoşunlarının Bakını ciddi ehtiyac duyduğu neftdən məhrum olacağından narahat idi. Bakını yenidənə ələ keçirməyə cəhd göstərən bolşevik Rusiyası da Almaniyanın diplomatik yardımına nail olmaq istəyirdi. Rusiya türklərin Bakıda, həmçinin bütün Azərbaycanda möhkəmlənməsinə hər vasitə ilə mane olmağa çalışırdı. Buna görə də ümumi maraqlarla bağlı olaraq, Azərbaycan məsələsində onların arasında yaxınlaşma baş verdi və bu 3 aya qədər şəkən danışıqlardan sonra, 1918-ci il avqustun 27-də Berlində Almaniya ilə sovet Rusiyası arasında Brest müqaviləsinə əlavə məxfi sazişin imzalanması ilə nəticələndi. == Sazişin mahiyyəti == 8 fəsil və 17 maddədən ibarət Almaniya-Rusiya məxfi sazişini Berlindəki rus səfiri A.İoffe və Almaniya Xarici İşlər Nazirliyinin məsul şəxsləri, gizli müşavirləri- xarici işlər idarəsinin katibi, istefada olan kontr-admiral Pavel fon Hintse və xarici işlər idarəsinin direktoru İohannes Krüge imzalamışlar. Sazişdə Ukrayna, Krım, Qara dəniz sahili, Qafqazla bağlı məsələlər və bir sıra digər məsələlər də əksini tapmışdır. Sazişin altıncı fəslinə görə, Rusiya Sovet Federativ Sosialist Respublikası Gürcüstanın müstəqil dövlət kimi Almaniya tərəfindən tanınmasına öz razılığını bildirirdi.
Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin uyğunlaşdırılması haqqında Saziş
Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin uyğunlaşdırılması haqqında Saziş (AASQHMUHS) — Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin Soyuq müharibədən sonrakı versiyası. 19 noyabr 1999-cu ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İstanbul sammitində imzalanmışdır. == Vəziyyət == === İmzalayanlar === 30 dövlət: Azərbaycan, Almaniya, Belarus, Belçika, Bolqarıstan, Çexiya, Ermənistan, Danimarka, Fransa, Gürcüstan, Kanada, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Qazaxıstan, Lüksemburq, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Slovakiya, İspaniya, Türkiyə, Ukrayna, Birləşmiş Krallıq və ABŞ. Sonradan NATO-ya daxil olan Sloveniya, Litva, Estoniya və Latviya müqaviləni imzalamamışdır. === Təsdiq edənlər === 4 ölkə: Belarus, Qazaxıstan, Rusiya (2007-ci ildə dayandırılmışdır), Ukrayna.
Amsterdam sazişi
Amsterdam müqaviləsi 1997-ci il 2 oktyabr tarixində Avropa Parlamentinin sədri Xose Mariya Gil-Roblesin iştirakı ilə Niderland Krallığının Amsterdam şəhərində imzalanıb. Müqavilə 1999-cu ildə bütün üzv dövlətlər tərəfindən ratifikasiya olunaraq qüvvəyə minib. 1999-cu ilin may ayında qüvvəyə minməsi ilə Avropa İttifaqının qərar qəbulu proseduru sadələşdirilmiş və əhatə dairəsi genişləndirilmişdir. Amsterdam müqaviləsi Maastrix müqaviləsinin maddələrini şərh etməklə yanaşı, müqavilədəki əsaslı dəyişikliklər həm də Aİ-ni gələcək genişlənmə prosesinə hazırlamaq məqsədi daşıyırdı. Müqavilədən qazanclı çıxan əsas Avropa İttifaqı orqanı Parlament oldu. Belə ki, artıq Avropa Parlamenti Avropa Komissiyasının prezidentinin təyin etmək hüququ var idi. Maastrix müqaviləsi ilə yaradılmış "3 sütün sistemi"nin (eng: three pillars system) 3-cü sütunundakı bir çox məsələlərə düzəlişlər edilmişdi. Həmçinin Avropa İttifaqı vətəndaşlığı da əsas müzakirə mövzularından biri idi. Amsterdam müqaviləsinin gətirdiyi əsas yenilik isə Ümumi Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə (eng: High Representative for CFSP) vəzifəsinin yaradılması oldu. İlk Ali Nümayəndə Xovier Solama idi.
Balkan sazişi
Balkan sazişi 1934-cü ilin 9 fevralında Afinada Türkiyə, Yunanıstan, Rumıniya, Yuqoslaviya arasında imzalanıb. 1933`dən sonra Almaniya da Nasist partiyası nın hakimiyyətə gəlməsi, İtaliya nın Ağ dəniz də və Balkanlar da ərazilərini genişləndirmək istəməsi və Avropa dövlətlərinin silahlanma yarışına girməsi sülh üçün təhlükə yaradırdı. Türkiyə təhlükəsizliyini qorumaq məqsədilə 1933-cü ildə bu 3 ölkə ilə ayrı ayrılıqda saziş bağlamışdı. Lakin 1934-cü ilin 9 fevralı İtaliya və Almaniya təhlükəsi qarşında qalan bu 4 Balkan dövləti Afina da saziş bağlayır. Bu sazişə görə Balkan ölkələri bir-birilərinin ərazi bütövlüyünə hörmət edəcəkdilər. İkinci dünya müharibəsi ndən sonra şərtlərin dəyişməsindən sonra bu saziş əhəmiyyətini itirir. == Mənbə == İsmail Soysal, Tarihçeleri ve Açıklamaları ile Birlikte Türkiye'nin Siyasal Andlaşmaları, I. Cilt (1920-1945), Basımevi, Ankara, 1989, s. 447-463.
Belovejsk sazişi
Belovej razılığı (rus. Беловежские соглашения) — 8 dekabr 1991 tarixdə Sovet Sosialist Respublikaları İttifaqının ləğv edilməsi barədə RSFSR, Belorusiya və Ukrayna tərəfindən imzalanmış saziş. Onlar burada Müstəqil Dövlətlər Birliyinin (MDB) yaranmasını elan etdilər. Hüquqi baxımdan bu müqavilə etibarsız hesab edilməlidir. Çünki SSRİ konstitusiyasının göstərişinə görə İttifaqın beynəlxalq hüququn subyektliyini itirməsinə, yəni ləğv edilməsinə yalnız ümumxalq səsverməsi (referendum) vasitəsilə birbaşa xalq qərar verməli idi (hərçənd ki, bir qədər əvvəl xalq bunu etmişdi. Referendumda sovet vətəndaşlarının 74 faizindən çoxu SSRİ-nin qalmasına səs vermişdi). Lakin B. Yeltsin, L. Kravçuk və S. Şuşkeviç Sovet İttifaqının digər subyektlərinin rəyini nəzərə almadan, bununla belə SSRİ Konstitusiyasının normalarını kobud surətdə pozmaqla səlahiyyətləri olmadıqları halda bu qeyri-hüquqi müqaviləni imzaladılar. Onu da qeyd etmək lazımdır ki, bu müqavilənin əsli "itirilmişdir". Heç bir dövlətin arxivində yoxdur. Ona görə də bu müqavilənin şərtləri haqqında detallı məlumat yoxdur.
Deyton sazişi
Deyton sazişi (Güc diplomatiyası) — keçmiş Yuqoslaviya ərazisində 1991–1995-ci illər arası Bosniyada vətəndaş müharibəsi, həmçinin Xorvatiya müharibəsinə son qoyan sazişdir. ABŞ-nin Deyton şəhərində 1995-ci ilin noyabrında razılaşdırıldıqdan sonra 14 dekabr 1995-ci ildə Parisdə bosniyalıların lideri Aliya İzzetbeqoviç, Serbiyanın prezidenti Slobodan Miloşeviç və Xorvatiyanın rəhbəri Franyo Tudcman tərəfindən imzalanmışdır. == ABŞ-nin təsiri == Sülh danışıqları ABŞ-nin aktiv iştirakı ilə keçirdi. Bəzi mənbələrin iddiasına görə ABŞ keçmiş Yuqoslaviya ərazisində olan münaqişələrdə adətən anti-serb mövqeyindən çıxış edirdi. ABŞ bosniya-xorvat federasiyasının yaradılmasını təklif edirdi. Elə ABŞ-nin təqidi ildə 1994-cü ilin martında, Vaşinqton və Vyanada Bosniya və Herseqovina Respublikasının baş naziri Haris Silaydic, Xorvatiyanın xarici işlər naziri Mate Qraniç və Herseq-Bosnanın prezidenti Kreşir Zubak tərəfindən xorvat-boşnak münaqişəsini sona bitməsi haqda saziş imzalamaşdılar. Bosniya serbləri bu razılaşmaya qoşulmaqdan imtina etmişdirlər. Deyton sazişinin imzalanması ərəfəsində avqust-sentyabr aylarında NATO aviasiyası bosniya serblərinə qarşı "Düşünülmüş güc" əməliyyatı keçirir. Bu əməliyyat haradasa serb hücumunun qarşısını alır və üstünlüyü boşnak-xorvat qoşunlarına verir. Deyton danışıqları bir sıra ölkələrin bir-başa iştirakı ilə keçirdi.
Lozanna sazişi
Lozanna müqaviləsi — 1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında imzalanan müqavilə. Türkiyənin indiki sərhədlərini, regiondakı statusunu müəyyən edən bu müqavilə tarixin sonrakı mərhələlərində baş verəcək bir çox hadisə üçün də platforma rolunu oynadı. Birinci dünya müharibəsini məğlub bitirənlər arasında olan Osmanlı Türkiyəsi faktiki olaraq suverenliyini itirmişdi. 1920-ci ildə Yunanıstanın təkidi ilə imzalanmış Sevr müqaviləsinə əsasən, Osmanlı dövlətinin qəti sərhədləri, orduya malik olmaq hüququ və Aralıq dənizindəki adalara olan iddiası ləğv edilmişdi. Amma Yunanıstandan başqa, heç bir dövlətin müqavilənin şərtlərini tanımaması "Lozanna" konfransının çağırılmasına səbəb oldu. 8 ay davam edən mübahisələrdən sonra nəhayət 1923-cü il iyulun 24-də tarixi "Lozanna" müqaviləsi bağlandı. Bununla, yüz illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapdı və iki dövlət arasındakı sərhəd dəqiqləşdirildi. Egey dənizindəki xırda adalar bölüşdürüldü. Bir milyona yaxın yunan Türkiyədən Yunanıstana, 500 min türk isə Yunanıstandan Anadoluya köç etdi. Lozanna razılaşması faktiki olaraq Türkiyəni Dardanel və Bosfor boğazlarındakı haqlarından məhrum etdi.
Maastrix sazişi
Maastrixt sazişi — Avropa Birliyinın yaranmasını şərtləndirən saziş. 7 fevral, 1992-ci ildə Hollandiyanın Maastrixt şəhərində imzalanmişdır. Saziş 1993-cü ilin 1 noyabr tarixində qüvvəyə minmişdir. Sənəd özündə Avropa ölkələrinin pul və siyası sistemlərinin tənzimlənməsini əks etdirir. Bu sazişə əsasən Avropa İttifaqının pul-kredit siyasətindən irəli gələn məsuliyyət və öhdəçiliklər Avropa Mərkəzi Bankı və Avropa Birliyinə üzv ölkələrin milli mərkəzi bankaları nəzdində yaradılmış Mərkəzi Bankların Avropa Sisteminə həvalə edilir. Maastrixt sazişi Avropa İttifaqı ölkələrinin vahid valyutaya-avroya keçidini tələb edir və birliyin üç əsas prinsipini müəyyənləşdirir; birliyin iqtisadi-sosial siyasəti, beynəlxalq münasibətlər və təhlükəsizlik, nəhayət ədliyyə və daxili işlər. Sazişin ratifikasiyası bir sıra üzv ölkələrdə müqavimətlə rastlaşmışdır. Fransada keçirilən referendumda fransızların yalnız 51.05%-i sənədin qəbulunun lehinə səs verir.Danimarka isə sənədin ilkin xülasəsinin qəbulundan imtina edir. Böyük Britaniyada isə saziş minimal səs üstünlüyü ilə təsdiqlənir. Maastrixt müqaviləsi siyasi, iqtisadi və valyuta ittifaqının mərhə- lələrlə yaradılmasını nəzərdə tuturdu.
Maastrixt sazişi
Maastrixt sazişi — Avropa Birliyinın yaranmasını şərtləndirən saziş. 7 fevral, 1992-ci ildə Hollandiyanın Maastrixt şəhərində imzalanmişdır. Saziş 1993-cü ilin 1 noyabr tarixində qüvvəyə minmişdir. Sənəd özündə Avropa ölkələrinin pul və siyası sistemlərinin tənzimlənməsini əks etdirir. Bu sazişə əsasən Avropa İttifaqının pul-kredit siyasətindən irəli gələn məsuliyyət və öhdəçiliklər Avropa Mərkəzi Bankı və Avropa Birliyinə üzv ölkələrin milli mərkəzi bankaları nəzdində yaradılmış Mərkəzi Bankların Avropa Sisteminə həvalə edilir. Maastrixt sazişi Avropa İttifaqı ölkələrinin vahid valyutaya-avroya keçidini tələb edir və birliyin üç əsas prinsipini müəyyənləşdirir; birliyin iqtisadi-sosial siyasəti, beynəlxalq münasibətlər və təhlükəsizlik, nəhayət ədliyyə və daxili işlər. Sazişin ratifikasiyası bir sıra üzv ölkələrdə müqavimətlə rastlaşmışdır. Fransada keçirilən referendumda fransızların yalnız 51.05%-i sənədin qəbulunun lehinə səs verir.Danimarka isə sənədin ilkin xülasəsinin qəbulundan imtina edir. Böyük Britaniyada isə saziş minimal səs üstünlüyü ilə təsdiqlənir. Maastrixt müqaviləsi siyasi, iqtisadi və valyuta ittifaqının mərhə- lələrlə yaradılmasını nəzərdə tuturdu.
Münhen sazişi
Münhen sazişi — İngiltərə, Fransa, İtaliya və Almaniya başçıları arasında (Hitler, Mussolini, Çemberlen və Daladye) Çexoslovakiyanın Südet bölgəsinin Almaniyaya verilməsini nəzərdə tutan 29-30 sentyabr 1938-ci il tarixli saziş. Münhen konfransı Qərbin liberal-demokrat dövlətlərinin təcavüzkarı "sakitləşdirmək", "şirnikləndirmək" və "qarışmamaq" siyasətlərinə parlaq nümunə idi. Münhen toplantısında dörd dövlət İngiltərə, Fransa, İtaliya və Almaniya təcavüzkarları "sakitləşdirmək" və Şərqə tərəf "şirnikləndirmək" mövqeyini tutdular. Onlar Çexoslovakiyanı parçalamaq qərarını qəbul etdilər, bu ölkənin rəyini soruşmadan, hətta onun nümayəndəsini belə konfransa dəvət etmədən Sudet vilayətini Almaniyaya güzəştə getmək sazişini imzaladılar. "Münhen siyasəti" nəticəsində Mərkəzi Avropada vəziyyət kökündən dəyişdi. Almaniya strateji mövqeyini xeyli möhkəmləndirdi. Fransa və Böyük Britaniya isə beynəlxalq mövqelərini zəiflətdilər.
Nankin sazişi
Nankin sazişi — 29 avqust 1842-ci ildə Böyük Britaniya ilə Birinci tiryək müharibəsində (1840-1842) məğlub olan Çin (Tsin imperiyası) arasında bağlanmış müqavilə. == Tarixi == Nankin müqaviləsi Çinin xarici ölkələrlə bağladığı ilk qeyri-bərabər hüquqlu müqavilə idi. Müqaviləyə əsasən İngiltərə Çinin Kanton şəhərindən başqa daha dörd şəhəri (Amoy, Fuşjou, Ninbo və Şanxay) şəhərləri xarici dövlətlərlə ticarəti üçün açıq elan edildi. İngiltərə həmin şəhərlərdə konsulluq yaratmaq hüququ əldə etdilər. Beləliklə, "açıq qapılar" adlı sistemin əsası qoyuldu. Honkonq adası İngiltərənin sərəncamına keçdi. Çinə gətirilən ingilis mallarından alınan gömrük rüsumu 5%-dən artıq olmamalı idi. İngiltərənin ardınca ABŞ, Fransa, Rusiya və digər dövlətlər də Çini qeyri-bərabər hüquqlu müqavilələr bağlamağa məcbur etdilər. Birinci tiryək müharibəsi Çinin yarımmüstemlekeye çevrilmesinin başlanğıcını qoydu.
Transqafqaz dəmir yolu haqqında saziş
Transqafqaz dəmir yolu haqqında saziş — Cənubi Qafqaz dəmir yolunun hərəkət vasitələrinin bölüşdürülməsi haqqında Azərbaycan, Gürcüstan, Ermənistan və Osmanlı dövlətləri arasında bağlanmış saziş. == Tarixi == 1918-ci il iyunun 4-də Batumda sülh danışıqlarında iştirak edən Azərbaycan, Gürcüstan, Ermənistan və Osmanlı dövlətlərinin səlahiyyətli nümayəndələri Cənubi Qafqaz dəmir yolu idarəsinin sərəncamında olan keçmiş Rusiya dövlətinə məxsus parovozların, yük və sərnişin vaqonlarının bölüşdürülməsi haqqında saziş imzaladılar. Sazişə görə, Cənubi Qafqaz dəmir yolunda mövcud olan hərəkət vasitələri razılığa gələn dörd tərəf arasında hər ölkənin ərazisindəki dəmir yolu xəttinin uzunluğuna uyğun surətdə bölüşdürülməli idi. Sazişi Azərbaycan Xalq Cümhuriyyəti admdan Məhəmməd Əmin Rəsulzadə və Məmməd Həsən Hacınski, Osmanlı imperiyası adından Xəlil bəy və Vehib paşa, Gürcüstan Respublikası adından N.Ramişvili və Q.Qvazava, Ermənistan Respublikası adından A.Xatisov və R.Caçaznuni imzaladılar. Azərbaycan və Osmanlı nümayəndələri arasında iyunun 4-də Batumda imzalanmış dostluq müqaviləsi ilə Cənubi Qafqazda dəmir yolu nəqliyyatının normal işinin təşkil edilməsi üçün ikitərəfli öhdəliklər də razılaşdırıldı. Müqavilənin 6-cı maddəsinə görə, tərəflər dəmir yolu ilə yük daşımalarında bir-birinə əlverişli şərait yaratmağı, aşağı tariflər müəyyən etməyi öhdələrinə götürür, dəmir yolunun istismarı və hərəkət vasitələrinin saz vəziyyətdə saxlanmasına, yeni dəmir yolu xətlərinin inşası üçün zəruri olan materialların daşınması zamanı xüsusilə aşağı tarif tətbiq edilməsinə razılıq verirdilər. Osmanlı dövləti iyunun 4-də Ermənistanla bağladığı sülh və dostluq müqaviləsinə görə, Aleksandropol (Gümrü) - Culfa dəmir yolundan da istifadə hüququ əldə etdi. Ermənistanın ixtiyarında cəmi 6 km-lik dəmir yolu xətti qaldı. Osmanlı dövlətinin həmin gün Gürcüstan Respublikası ilə bağladığı sülh və dostluq müqaviləsinə görə, Türkiyə tərəfi bu ölkənin dəmir yollarından Almaniya ilə birlikdə istifadə etmək hüququ aldı. Bu saziş və razılaşmalar hərbi əməliyyatlar zamanı ağır zərbə almış Transqafqaz dəmir yolunun bərpası və normal işləməsi üçün ilk addım oldu.
Azərbaycan-Ermənistan sazişi
Azərbaycan-Ermənistan sazişi – 23 noyabr 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan Demokratik Respublikası arasında Tiflisdə imzalanan saziş. == Əvvəli == Cənubi Qafqazda müstəqil respublikalar yarandıqdan sonra qarşıda ərazi-sərhəd məsələlərinin həll edilməsi məsələləri dururdu. Ermənistan Respublikası istər Azərbaycana, istərsə də Gürcüstana qarşı ərazi iddialarını təcavüzkarlıq və etnik təmizləmə siyasəti ilə həyata keçirməyə çalışırdı. 1919-cu ilin payızında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları daha kəskin şəkil aldı. Azərbaycan hökumətinin dövlətin ərazi bütövlüyünü qorumaq üçün həyata keçirdiyi tədbirlər ermənilərin hərbi-diplomatik fəaliyyətini puça çıxardı. == Sazişin imzalanması == ABŞ-nin və İngiltərənin Qafqazdakı nümayəndələri bölgədə hərbi vəziyyətin kəskinləşməsinin Paris Sülh Konfransının işinə maneçilik göstərəcəyi barədə narahatlıqlarını Azərbaycan və Ermənistan hökumət başçılarına bildirdilər. ABŞ nümayəndəsi C.Rey tərəflər arasındakı mübahisəli məsələləri dinc yolla həll etmək üçün Tiflisdə konfrans keçirilməsini təklif edirdi. Noyabrın 20–22-də Tiflisdə Azərbaycan və Ermənistan hökumət başçıları Nəsib bəy Yusifbəyli və Aleksandr Xatisyanın başçılığı ilə nümayəndə heyətlərinin görüşləri keçirildi. Noyabrın 23-də isə vasitəçi-təminatçılar olan müttəfiqlərin Qafqazdakı Ali komissarının müavini C.Rey və Gürcüstan xarici işlər naziri Y.Gegeçkori iştirakı ilə tərəflər arasında saziş imzalandı. Saziş beş maddədən ibarət idi: Ermənistan və Azərbaycan hökumətləri baş verən toqquşmaları dayandırmağı və yenidən silah gücünə əl atmamağı öhdələrinə götürürüdülər.
Britaniya-İtaliya sazişi
İngiltərə-İtaliya sazişi — Cənubi Qafqazda ingilis ordusu mövqelərinin İtaliya ordusuna verilməsi haqqında saziş (1919, mart). == Tarixi == İtalyanların Qafqaza cəlb edilməsi ideyası ilk dəfə 1919-cu ilin martında ingilislər tərəfindən irəli sürülmüşdü. B.Britaniya hökuməti bəyan etmişdi ki, ingilislərin Qafqazdakı missiyası müvəqqəti xarakter daşıyır; onlar Qafqaz problemlərinin Paris Sülh Konfransı tərəfindən həllinədək regionda asayişi qoruyub saxlamaq üçün gəlmişlər; ingilislər üçün aydın idi ki, Qafqazın (o cümlədən Azərbaycanın) ingilis imperiyasına qatılması mümkünsüzdür; imperiyanın hüdudlarının genişləndirilməsinə deyil, yeni işğal olunan ərazilərin əldə saxlanmasına üstünlük verilməlidir; Qafqaz xalqlarının münasibətlərindəki gərginlik onların idarəçiliyini çətinləşdirər; ABŞ ilə Fransanın regiona buraxılmalarına və orada möhkəmlənmələrinə şərait yaradılması arzuolunmaz və yolverilməzdir. Buna görə də ingilis qoşunları İtaliya hərbi hissələri ilə əvəzlənməlidirlər. Yalnız bu cür əvəzlənmə İngiltərənin maraqları və Yaxın şərqdəki qüvvələr tarazlığı baxımından ingilislər üçün sərfəlidir. İtaliyanın Qafqazda ingilisləri əvəz etməsi Yaxın Şərqdəki mövcud qüvvələr nisbətini pozmurdu. Digər tərəfdən, bununla İtaliyanın Paris Sülh Konfransından narazılığı da bir qədər aradan qaldırılırdı. İlk dövrlərdə Qafqaz barəsində ingilislərlə italyanlar arasında gizli aparılan danışıqlar İtaliya hökumətinin Qafqazla bağlı həm siyasi, həm də iqtisadi marağının olduğunu üzə çıxardı. Digər Avropa rəhbərləri kimi, İtaliyanın baş naziri Orlando da ermənipərəst siyasi xadim idi. Hətta o, dünya müharibəsi başa çatdıqda, Ermənistanın müstəqilliyini müdafiə edərək bildirmişdi: == Şərtləri == İngiltərə-İtaliya danışıqları 1919-cu il martın 24-də Baş qərargahlar səviyyəsində ilkin sazişin imzalanması ilə nəticələndi.
Paris sazişi (2015)
Paris sazişi — BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasına əsasən 2020-ci ildən atmosferdəki karbon dioksidin azaldılmasına dair tədbirləri tənzimləyən bir razılaşma. Razılaşma, Paris İqlim Konfransı zamanı Kioto protokolunun əvəzinə hazırlanmış və 12 dekabr 2015-ci ildə konsensusla qəbul edilmiş və 22 aprel 2016-cı ildə imzalanmışdır. Konfransın aparıcısı, Fransa Xarici İşlər Naziri Loran Fabius, bu "iddialı və balanslı" planın qlobal istiləşmənin yavaşlaması yolunda "tarixi bir dönüş nöqtəsi" olduğunu söylədi. Razılaşmanın məqsədi (2-ci maddəyə görə) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının “tətbiqini artırmaq”, xüsusən qlobal orta temperatur artımını 2 °C-dən “çox aşağıda” saxlamaq və məhdudlaşdırmaq üçün “səy göstərmək” temperatur 1,5 °C-yə yüksəlir. Razılığa gələn tərəflər СО2 emissiyalarının zirvəsinə “ən qısa müddətdə” çatmalı olduqlarını elan etdilər. İştirakçı ölkələr elan olunmuş ümumi hədəfə çatmaq üçün verdikləri töhfələri fərdi qaydada müəyyənləşdirir və hər beş ildən bir yenidən nəzərdən keçirirlər. Saziş, hazırda təklif olunan milli töhfələrin qeyri-adekvatlığına və yenidən işləndikcə “həvəs” və “irəliləməyə” istinad edilir. İstər milli hədəflərin elan edilməsi ilə əlaqədar, istərsə də onlara çatmaq öhdəliyini təmin etmək üçün heç bir icra mexanizmi nəzərdə tutulmayıb. == 2 °C və 1,5 °C istiləşmə sərhədlərinin mümkünlüyü == Müasir elmi konsepsiyalara görə, müəyyən bir istiləşmə həddi və onu aşmamaq ehtimalı ilə birlikdə mövcud emissiya büdcəsinin ölçüsünü, yəni gələcək ümumi СО2 emissiyalarını təyin edir. İqlim modelləşdirməsi göstərir ki, XXI əsrdə 2 °C ehtimalının ən azı 50% -i əldə edilə bilmək ərəfəsindədir və 1.5 °C-lik ehtimalın 80%-i üçün emissiya büdcəsi sıfırdır .
Says-Piko sazişi
Says-Piko sazişi — Britaniya imperiyası ilə Fransa arasında Osmanlı imperiyası tabeliyində olan Yaxın Şərq ərazisində təsir dairələrinin bölüşdürülməsinə dair müqavilə. Müharibənin başlanmasında az sonra gələcək qənimətlərin bölünməsi haqda məsələ Antanta dövlətlərinin danışıq hədəfi oldu.1914cü il sentyabrın 5-də Rusiya,İngiltərə və Fransa arasında saziş bağlandı.Tərəflər öhdələrinə götürürdülər: Müharibə gedişində separat sülh bağlamamaq. Sülh şərtlərinin müzakirə edilməsi vaxtı çatdıqda müttəfiqlərlə razılaşmadan sülh şərtlərini irəli sürməmək.1914cü il sentyabrın 14də səfirlər gələcək sülhün əsas məqamlarını müəyyən etdilər.Bu proqramda alman imperiyasının və onun müttəfiqlərinin darmadağın edilməsi nəzərdə tutulurdu.Onun məzmunu aşağıdakılardan ibarət idi. Nemanın aşağı hissəsinin,Şərqi Qalisiyanın Rusiyaya birləşdirilməsi.Ponanın,Sileziyanın və Qərbi Qalisiyanın qatılması. Elzas-Lotaringiyanın Fransaya qaytarılması,Reyn vilayətinin bir hissəsinin və Palatinatın ona keçməsi. Alman ərazisi hesabına belçikanın xeyli genişləndirilməsi Şlezviq-Qolşteynin Daniyaya qaytarılması Hannovar krallığının bərpa edilməsi Avstriya-Macarıstanın 3 müstəqil monarxiyaya-Avstriya,Çexiya və Macarıstan monarxiyalarına bölünməsi. Bosniyanın,Hersoqovinanın,Dalmasiyanın və Şimali Albaniyanın Serbiyaya verilməsi. Serb Makedoniyası hesabına Bolqarıstanın mükafatlandırılması və Cənubi Albaniyanın Yunanıstana birləşdirilməsi. Valonanın İtaliyaya verilməsi. Alman müstəmləkələrinin İngiltərə,Fransa və Yaponiya arasında bölüşdürülməsi.
Avropa İttifaqı ilə Assosiasiya Sazişi
Avropa İttifaqı ilə Assosiasiya Sazişi — Avropa İttifaqı (Aİ) ilə Aİ üzvü olmayan dövlət arasında tərəflər arasında əməkdaşlıq üçün çərçivə təmin edən sazişdir. Əməkdaşlıq sahələri adətən siyasi, ticarət, sosial, mədəni əlaqələrin inkişafına və təhlükəsizliyin möhkəmləndirilməsinə təsir göstərir. Belə bir razılaşmanın hüquqi əsası Avropa İttifaqının fəaliyyəti haqqında Müqavilənin 217-ci maddəsi ilə yaradılmışdır. Assosiasiya sazişinin təmin edilməsi Böyük Britaniya ilə gələcək İcma əməkdaşlığının təmin edilməsi vasitəsi kimi AET-də Roma Müqaviləsinə daxil edilmişdir. Avropa Birliyi ilə assosiativ sazişlər bağlayan ilk dövlətlər 1960-cı ildə Yunanıstan və Türkiyə olmuşdur. Aİ adətən siyasi, iqtisadi, ticarət və ya məhkəmə islahatları öhdəliyi müqabilində assosiasiya sazişləri bağlayır. Bunun müqabilində əlaqəli dövlət Aİ bazarlarının bir hissəsinə və ya hamısına, kənd təsərrüfatı məhsulları bazarına və s. rüsumsuz çıxış, habelə maliyyə və ya texniki yardım ala bilər. Assosiasiya sazişinə Aİ ilə üçüncü ölkə arasında azad ticarət sazişi daxil ola bilər. Assosiasiya Sazişi bütün Aİ Üzv Dövlətləri tərəfindən ratifikasiya edilməlidir.
Azərbaycan-Ermənistan sazişi (1919)
Azərbaycan-Ermənistan sazişi – 23 noyabr 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan Demokratik Respublikası arasında Tiflisdə imzalanan saziş. == Əvvəli == Cənubi Qafqazda müstəqil respublikalar yarandıqdan sonra qarşıda ərazi-sərhəd məsələlərinin həll edilməsi məsələləri dururdu. Ermənistan Respublikası istər Azərbaycana, istərsə də Gürcüstana qarşı ərazi iddialarını təcavüzkarlıq və etnik təmizləmə siyasəti ilə həyata keçirməyə çalışırdı. 1919-cu ilin payızında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları daha kəskin şəkil aldı. Azərbaycan hökumətinin dövlətin ərazi bütövlüyünü qorumaq üçün həyata keçirdiyi tədbirlər ermənilərin hərbi-diplomatik fəaliyyətini puça çıxardı. == Sazişin imzalanması == ABŞ-nin və İngiltərənin Qafqazdakı nümayəndələri bölgədə hərbi vəziyyətin kəskinləşməsinin Paris Sülh Konfransının işinə maneçilik göstərəcəyi barədə narahatlıqlarını Azərbaycan və Ermənistan hökumət başçılarına bildirdilər. ABŞ nümayəndəsi C.Rey tərəflər arasındakı mübahisəli məsələləri dinc yolla həll etmək üçün Tiflisdə konfrans keçirilməsini təklif edirdi. Noyabrın 20–22-də Tiflisdə Azərbaycan və Ermənistan hökumət başçıları Nəsib bəy Yusifbəyli və Aleksandr Xatisyanın başçılığı ilə nümayəndə heyətlərinin görüşləri keçirildi. Noyabrın 23-də isə vasitəçi-təminatçılar olan müttəfiqlərin Qafqazdakı Ali komissarının müavini C.Rey və Gürcüstan xarici işlər naziri Y.Gegeçkori iştirakı ilə tərəflər arasında saziş imzalandı. Saziş beş maddədən ibarət idi: Ermənistan və Azərbaycan hökumətləri baş verən toqquşmaları dayandırmağı və yenidən silah gücünə əl atmamağı öhdələrinə götürürüdülər.
Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişi (1919)
Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişi — Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı iki respublika arasında qarşılıqlı müdafiə haqqında 1919-cu ilin iyunun 16-da Tiflisdə imzalanmış sənəd. == Müqavilənin imzalanması və şərtləri == Sazişi Azərbaycan tərəfdən xaric işlər naziri Məmməd Yusif Cəfərov, hərbi nazir Səməd bəy Mehmandarov, Baş Qərərgah rəisi general-leytenant Süleyman bəy Sulkeviç, Gürcüstan tərəfdən xarici işlər naziri Y.P.Gegeçkori, hərbi nazir N.Ramişvili, hərbi nazirin müavini general-mayor Gedevanov və general Odişelidze 3 il müddətinə imzalamışdılar. Müqavilənin şərtləri belə idi: Tərəflər onlardan birinin və ya hər ikisinin müstəqilliynə və ərazi bütövlüyünə yönəlmiş hər hansı bir təcavüzə qarşı sərəncamlarında olan bütün qüvvələrlə birgə çıxış etməyi öhtələrinə götürürdülər. Qonşu dövlətlərdən hər hansı biri əvvəlinci bəndə uyğun olaraq başlanmış hərbi əməliyyatlar zamanı sərhəd mübahisələrini silah gücünə həll etmək üçün müqavilədə iştirak edən tərəflərin birinə yaxud hər ikisinə hücum edərsə, həmin tərəf vuruşan tərəf kimi tanınır.Sazişə görə, tərəflər bir-birindən ayrı separat sülh bağlamamalı, sərhəd münaqişələrini danışıqlar yolu ilə həll etməli idi. Tərəflər, həmçinin, qabaqcadan xəbərdarlıq etmədən digər dövlətlə hərbi saziş bağlamamağı, hər iki dövlətin suveren hüquqlarının və müstəqilliyinin qorunmasına yönəlmiş diplomatik danışıqlarda həmrəy çıxış etməyi də öz üzərlərinə götürürüdülər. Ermənistanın da bu sazişə qoşulmaq hüququna malik olması və iki həftə ərzində buna öz münasibətni açıqlaması barədə razılıq əldə olunmuşdu. Ancaq Ermənistan bu sazişə qoşulmadı. == Nəticəsi == Sənədə əlavə olaraq, hərbi-texniki sazişin də imzalanması iki respublika arasında hərbi-texniki əməkdaşlığı genişləndirdi. Qonşu respublikadan mümkün olan hərbi texnikanın, vəsaitlərin, ərzağın alınması üçün hərbi nazirin əmri ilə xüsusi komissiya yaradıldı və ona rəhbərlik general-mayor Murad Gəray bəy Tlexasa həvalə olundu. Komissiyanın fəaliyyəti nəticəsində qısa müddətdə Gürcüstandan 12 ədəd dağ topu, dağ topları üçün 10 qutu partladıcı maddə, 3000 ədəd tüfəng, toplar və tüfənglər üçün xeyli sayda ehtiyat hissələr, 8 ədəd yüngül top, həmin toplar üçün 16 qutu partladıcı maddə, 4 min pud qənd, 12885 manat dəyərində dərman və tibb ləvazimatı, topoqrafiya əşyaları alınaraq Azərbaycana gətirildi.
Azərbaycan-İtaliya sazişləri (1920)
İtaliya-Azərbaycan sazişləri — Azərbaycan və İtaliya dövlətləri arasında iqtisadi-siyasi əlaqələri genişləndirmək məqsədilə bağlanmış sazişlər. == Sazişin bağlanması == 1919-cu ilin payızından etibarən, ağqvardiyaçı rus generallarının məğlubiyyəti ilə əlaqədar beynəlxalq vəziyyət yeni yaranmış müstəqil respublikaların xeyrinə dəyişməyə başladı. Azərbaycan Hökuməti ölkənin müstəqilliyinin dünyanın böyük dövlətləri tərəfındən tanınması məsələsinin həllini sürətləndirmək məqsədilə Beşlər Şurasına, o cümlədən İtaliyaya müraciət etdi. İtaliyanın Azərbaycanda güclü iqtisadi marağı var idi. Lakin o, mandatlığa götürmək istədiyi əraziləri xarici təcavüzdən qorumaq iqtidarında deyildi. Gələcəkdə Rusiya və Türkiyə ilə qarşılaşmaq qorxusu İtaliyanı bu işdən çəkindirdi. Azərbaycan Hökuməti İtaliya ilə iqtisadi-siyasi əlaqələri gücləndirmək məqsədilə general İbrahim ağa Usubovun başçılığı ilə Romaya nümayəndə heyəti göndərdi. Heyət "hərbi missiya" adlanırdı və əsasən, hərbi, iqtisadi məsələlərlə bağlı işlər aparmalı idi. İtaliya hökuməti 1920-ci il yanvarın 17-də Azərbaycanı de-fakto tanıması haqda qərarını general İ.Usubova təqdim etdi və ölkəmizlə daimi əlaqə saxlamaq fikrində olduğunu bildirdi. == Sazişin şərtləri == General İ.Usubov Romada sənayeçi-senator S.E.Konti ilə görüşdü.
Baltalimanı sazişləri (1838-1846)
Baltalimanı sazişləri (1838-1846) - Baltalimanında (İstanbul) Avropa dövlətləri ilə Osmanlı imperiyası arasında imzalanan tisari sazişlərin ümumi adı. 1838-ci il 16 avqustda İngiltərə, 25 noyabrda Fransa, 1839-cu il 18 mayda Hanza şəhərləri, 2 sentyabrda Sardiniya krallığı, 1840-cı il 31 yanvarda İsveç və Norveç, 2 martda İspaniya, 15 martda Hollandiya, 30 apreldə Belçika, 1841-ci il 1 mayda Danimarka, 1843-cü il 20 martda Portuqaliya ilə bağlanmışdı. Baltalimanı sazişləri Avropa dövlətləri üçün əlverişli olsa da, Osmanlı imperiyasının iqtisadiyyatına mənfi təsir göstərmişdi. 1846-cı il 30 apreldə Rusiya ilə bağlanan saziş Osmanlı dövlətinin iqtisadi vəziyyətini nisbətən yüngülləşdirdi. Bu sazişin şərtlərinə görə, rus tacirlərinin Osmanlı torpaqlarında ticari birliklərinin yaradılması qadağan olunmuş, həmçinin bir sıra malların (içki, tütün, duz, barıt və s.) satışına məhdudiyyətlər və qadağalar qoyulmuşdu. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild, 2011, səh.142.
Batum müqavilələrinə əlavə sazişlər
Batum müqavilələrinin (1918, 4 iyun) konkret detalalları üzrə razılaşdırılmış sazişlər. Bakı-Batum neft kəmərinə aid saziş Osmanlı imperiyası ilə Azərbaycan və Gürcüstan arasında, dəmir yollarına aid ikinci saziş isə dörd dövlət- Cənubi Qafqaz respublikaları ilə Osmanlı imperiyası arasında imzalanmışdı. == I Saziş == Osmanlı imperiyası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında “Sülh və dostluq” müqaviləsinə əlavə olaraq, 1918-ci il, iyunun 14-də Batumda daha iki saziş imzalandı. Birinci sazişdə 4 iyun müqaviləsinin Almaniyaya və Avstriya-Macarıstana da aid olduğu bildirilir, Osmanlı öz üttəfiqləri tərəfindən Azərbaycanın müstəqilliyini tanınacağı barədə öhdəlik götürürdü. İkinci sazişə görə, Dördlər İttifaqı ilə müharibə edən ölkələrin hərbi və mülki məmurları təcili olaraq respublika ərazısındən çıxarılmalı və bu ölkələrin zabitləri hərbi xidmətə qəbul edilməməli idi. Osmanlı hərbi komendantlığı Azərbaycan dəmir yolundan hərbi məqsədlərlə istifadə hüququ alırdı. == II Saziş == Gəncədə 1918-ci il, iyulun 14-də Osmanlı dövləti hərbi dəmir yolları və limanları baş idarəsinin rəisi İsmayıl Hakkı paşa və Azərbaycan ticarət və sənaye naziri Ağa Aşurov 5 maddədən ibarət müqavilə imzalamışdılar. Müqaviləyə görə, Azərbaycan Hökuməti Osmanlı imperiyası hökuməti qarşısında dəmir yollarını və dəniz gəmiçiliyini neft və neft məhsulları ilə təmin və təchiz edilməsini öhdəsinə götürürdü, I Maddə Bakı və neft rayonu Azərbaycan hökumətinin tabeliyinə keçdiyi andan qüvvəyə minirdi, neft və neft məhsullarının qiyməti və texniki şərtlər Batum müqavilələrinə (1920) uyğun olaraq yaradılmış qarışıq komissiya tərəfindən hesablanmalı idi, Osmanlı hökumətinə verilən yanacağın əvəzində qısa müddətdə Azərbaycan hökumətinin hesabına kredit olaraq, 500 min türk lirəsi verilməli idi və s. == III Saziş == Həmin tarixdə İsmayıl Hakkı paşa, Azərbaycanın yollar naziri Məlik-Aslanov vı Xarici İşlər Naziri Məhəmməd Həsən Hacınski 7 maddədən ibarət digər bir müqavilə də imzalamışdılarş Müqaviləyə görə, Azərbaycan yolları 5 il müddətinə Osmanlı dövlətinin istifadəsinə verilirdi. Azərbaycan hökuməti respublikanın bütün yollarının daşınar və daşınmaz əmlakını, bütün materiallarını Osmanlı hökümətinə verirdi.
Kоmpyеn sülh sazişi (1918)
Birinci Kоmpyеn sülh sazişi (fr. Armistice de Rethondes, 1918-ci il Kоmpyеn sülh müqaviləsi) — I Dünya Müharibəsində hərbi əməliyyatların dayandırılması haqqında 1918-ci il noyabrın 11-də Kompyen şəhəri yaxınlığında Fransanın Pikardi bölgəsində Antanta və Almaniya İmperiyası arasında imzalanmış barışıq. Nəhəng münaqişənin son nəticələrini Versal sülh müqaviləsini qəbul edən Paris Sülh Konfransı yekunlaşdırdı. == Şərait == 1918-ci il sentyabrın 29-da Alman Ordusunun Ali Komandanlığı Spa şəhərində (Belçika) yerləşən baş qərargahında Kayzer II Vilhelmə və İmperator Kansleri Qraf Georq fon Qertlingə Almaniyanın hərbi vəziyyətinin ümidsiz olduğu bildirildi. General-kvartirmeyster Erix Ludendorff böyük fəlakətdən qorxaraq cəbhənin ən az 24 saat davam edəcəyinə zəmanət vermədiyini söylədi və Antantadan dərhal atəşkəs istənməsini tələb etdi. Bundan əlavə, o, ABŞ prezidenti Vudro Vilsonun əsas şərtlərini (Vudro Vilsonun 14 maddəsi) qəbul etməyi və daha yaxşı sülh şərtləri ümidi ilə demokratik bir əsasda Alman İmperatorluğu hökumətini yaratmağı tövsiyə etdi. Bu addım ordunun nüfuzunu qoruyacaq və təslimçi sülhün məsuliyyətini birbaşa demokratik partiyalara və parlamentin üzərinə yükləyəcəkdi. Oktyabrın 1-də o, qərargahının zabitlərinə belə söyləmişdi: "İndi onlar bizim üçün hazırladıqları yatağa getməlidirlər". Sentyabrın 30-da Qraf Georq fon Qertlingin hökuməti istefa verdi. Oktyabrın 3-də şahzadə Maksimilian Baden yeni kansler (hökumət başçısı) təyin edildi.
Kоmpyеn sülh sazişi (1940)
İkinci Kоmpyеn sülh sazişi (və yaxud 1940-cı ilin Kompyen sülh sazişi) — 1940-cı il iyunun 22-də də Fransada alman qoşunlarının müvəffəqiyyətli döyüş kampaniyasını tamlayan (may - iyun 1940) Nasist Almaniyası və Fransa arasında Kоmpyеn meşəsində bağlanmış barışıq. Sülh sazişi Fransanın Alman qoşunlarının işğal zonasına və Vişi rejimi tərəfindən idarə olunan bir marionet dövlətinə bölünməsi ilə nəticələndi. Hitler qəsdən israrla barışığın Kоmpyеn meşəsində imzalanmağını tələb etdi. Çünki, burada 1918-ci ildə Almaniya üçün əlverişsiz şərtlərlə Birinci Dünya Müharibəsinin sona çatmasını rəsmiləşdirən Almaniya ilə Antanta ölkələri arasında Kоmpyеn sülh sazişi imzalanmışdı. == İmzalanma tarixi == 1940-cı il mayın 10-da alman qoşunları Belçika, Hollandiya və Fransaya hücum edərək bir ay ərzində fransız ordusunu və qitədə yerləşən ingilis hərbi ekspedisiya birləşmələrini məğlub etdi. İyunun 14-də Paris işğal edildi və Fransa hökuməti Bordoya köçdü. Hökumət üzvləri arasında yekdil fikir yox idi. Bəziləri bunun üçün hətta Şimali Afrikaya (o dövrdə Fransa əraziləri orada da yerləşirdi) qədər çəkilmək lazım olsa belə müqavimət göstərməyi təklif edir, digərləri isə Almaniya ilə müharibədən çıxmaqda israr edirdilər. Fransanın baş naziri Paul Reyno sülh danışıqlarından imtina edərək iyunun 16-da istefa verdi. Onu bu vəzifədə Birinci Dünya müharibəsinin qəhrəmanı marşal Anri Filipp Paten əvəz etdi.
Lokarno sazişləri
Fransa Ruru işğal etdikdən sonra Avropada təhlükəsizlik üçün etibarlı təminat yaradılması məsələsi böyük dövlətlər arasında müzakirə obyektinə çevrildi. Fransanın beynəlxalq mövqeləri getdikcə zəifləyirdi. Onun mövqelərinə təsir edən məsələlərdən biri də Fransanın Suriyada yerli əhaliyə qarşı apardığı hərbi əməliyyatlar idi. 1925-ci ildə Millətlər Cəmiyyətinin Mosul rayonunu İraqa verməsi Türkiyə tərəfindən böyük narazılıqla qarşılandı. Belə bir şəraitdə təminat qərarının imzalanması məsələsi böyük zərurətə çevrildi. Təminat məsələsinə həsr edilmiş Lokarno konfransı 1925-ci il oktyabrın 5-16-da keçirildi. Konfransda Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Belçika, Polşa və Çexoslovakiya nümayəndələri iştirak edirdi. Konfransın sədri Nevill Çemberlen idi. Lokarno konfransı aşağıdakı sənədləri qəbul etdi: Konfransın yekun aktı; Almaniya, Belçika, Fransa, Böyük Britaniya və İtaliya arasında təminat müqaviləsi və ya Reyn paktı; Almaniya ilə ayrı-ayrılıqda Belçika, Fransa, Polşa və Çexoslovakiya arasında arbitraj müqaviləsi; Fransa ilə Polşa arasında saziş; Fransa ilə Çexoslovakiya arasında saziş.Reyn təminat paktını imzalayan dövlətlər Versal sülh müqaviləsi ilə müəyyən olunmuş ərazilərdə status-kvoya hörmət edəcəklərini bildirərək, bir-birlərinə qarşı müharibələrdən imtina etmək və sərhədlərinin toxunulmazlığına dair öhdəlik götürürdülər. İngiltərə və İtaliya arbitraj sazişlərinin təminatçıları oldular.
Nasizm rejiminin qurbanları üçün ikitərəfli kompensasiya sazişləri
Nasizm rejiminin qurbanları üçün ikitərəfli kompensasiya sazişləri (alm. Globalabkommen‎) — Nasizm rejiminin təqibinə məruz qalmış şəxslərə kompensasiya ödənilməsi məqsədilə 1959-1964-cü illərdə Qərbi Almaniya (indiki Almaniya Federativ Respublikası) ilə on iki Qərbi Avropa ölkəsi (Avstriya, Belçika, Danimarka, Fransa, Yunanıstan, İtaliya, Lüksemburq, Niderland, Norveç, İsveç, İsveçrə və Birləşmiş Krallıq) arasında bağlanmış sazişlər toplusu. İkitərəfli sazişlərlə Almaniya hər hansı hüquqi öhdəlik olmadan, könüllü şəkildə ümumilikdə 876 milyon alman markı ödəyəcəyini müəyyən etmişdir. Soyuq müharibə dövründə hökm sürən siyasi vəziyyətə görə, Nasizm rejiminin işğalından əziyyət çəkmiş heç bir Şərqi Avropa dövləti ilə bu cür müqavilələr bağlanmamışdır. Özünü Alman Reyxinin varisi hesab etməyən Şərqi Almaniya isə bu ikitərəfli sazişlərin heç birində iştirak etməsə də, 1980-ci illərdə Avstriya, Finlandiya və İsveçlə barışıq sazişləri bağlamışdır. == Sazişlər == Almaniya aşağıdakı dövlətlərlə müqavilələr bağlamışdır: == Sonrakı mərhələ == Bu sazişlərə görə Almaniya sonrakı məhkəmə işlərində müharibə cinayətinin qurbanları və onların ailə üzvləri tərəfindən irəli sürülən növbəti kompensasiya iddialarına münasibətdə hər hansı maddi məsuliyyətini inkar etmişdi. Bununla yanaşı, Almaniya müharibə cinayətkarlarının İtaliya kimi ölkələrə ekstradisiya edilməsi ilə bağlı qanuni öhdəliyini aradan qaldırdı. İtaliya məhkəmələrinin Almaniya hökumətinin üzərinə kompensasiya ödəmək öhdəliyini qoyan çoxsaylı təkrarlanan qərarlarından sonra, Almaniya immunitet tələbi ilə işi Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etmişdi. 2012-ci ildə Məhkəmə Almaniyanın lehinə qərar vermişdi. 1990-cı ildə birləşmiş Almaniya oxşar məzmunda sazişi ABŞ dövləti ilə də bağlamışdı.
Nitsa sazişi
Nitsa sazişi və ya Nitsa müqaviləsi — 2001-ci ildə Fransanın Nitsa şəhərində Avropa Parlamentinin sədri Nikol Fontenin iştirakı Avropa İttifaqı Şurasının görüşündə dövlət və hökumət başçıları tərəfindən imzalanıb. İrlandiyalı seçicilər ilk referendumdan sonra müqaviləni imzalamaqdan imtina etsələr, 2002-ci ildə II referendumdan sonra müqaviləyə razılıq verdilər. Nitsa müqaviləsi 2003-cü ildə üzv dövlətlər tərəfindən ratifikasiya olunaraq qüvvəyə mindi.Müqaviləyə əsasən Aİ-nin vahid valyutası olan avronu və eyni zamanda 3 sütunlu idarə sistemini yaradan Maastrix müqaviləsinə, həmçinin Avropa İqtisadi Cəmiyyətinin və Avropa Atom Birliyinin əsasını qoyan Roma müqavilələrinə dəyişikliklər edildi. Nitsa müqaviləsinin əsas məqsədi Avropa İttifaqı institutlarını genişləmə prosesinə hazırlamaq idi. Nitsa Müqaviləsi ilə Parlamentin qanunvericilik və nəzarət səlahiyyətləri artırılır və ixtisaslı səs çoxluğu Şura daxilində daha çox sahəyə şamil edilir.
Sazin (Xudabəndə)
Sazin (fars. سازين‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 222 nəfər yaşayır (45 ailə).
Xilasetmə Sazişi
Astronavtların xilasedilməsi, Astronavtların və kosmosa buraxılmış nəqliyyat vasitələrinin qaytarılması haqqında saziş və ya digər adı ilə Xilasetmə müqaviləsi olaraq da bilinən kosmosa göndərilən insanların xilası üçün ölkələrə dörd hüquq və öhdəlik gətirən beynəlxalq müqavilədir. Müqavilə 19 dekabr 1967-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında (2345 saylı qətnamə (XXII)) konsensusla yaradılmış və 3 fevral 1968-ci ildə qüvvəyə minmişdir. Razılaşmanın şərtləri 1967-ci il tarixli Xarici Kosmik Müqavilənin 5-ci maddəsində yer alan xilasetmə müddəalarının detallı versiyasıdır.
Soçi sazişi
Soçi sazişi, rəsmi olaraq "Gürcüstan–Osetiya münaqişəsinin sülh yolu ilə həlli prinsipləri haqqında saziş" (rus. Соглашение о принципах мирного урегулирования грузино-осетинского конфликта) və ya Daqomıs sazişləri (gürc. დაგომისის შეთანხმება) — 24 iyun 1992-ci ildə Rusiya Prezidenti Boris Yeltsin və Dövlət Şurasının sədri (Gürcüstanın dövlət başçısı) Eduard Şevardnadze tərəfindən Rusiyanın Soçi şəhərində imzalanmış sənəd. Müqavilənin əsas müddəaları: Qarşı tərəflər atəşi dayandırmağa və silahlı birləşmələrini təmas zonasından çıxarmağa söz verirlər; Rusiya Cənubi Osetiyadan orada yerləşən mühəndis-istehkamçı və helikopter alaylarını çıxarmağı öhdəsinə götürür; Atəşkəs rejiminə, silahlı birləşmələrin çıxarılmasına, özünümüdafiə qüvvələrinin buraxılmasına və təmas zonasında təhlükəsizliyin təmin edilməsinə nəzarəti həyata keçirməli olan Qarışıq Nəzarət Komissiyası (QCC) yaradılır; Birgə Nəzarət Komissiyası hərbi müşahidəçi qruplarına və Qarışıq Sülhməramlı Qüvvəyə tabedir; Tərəflər regionun iqtisadi dirçəlişi və məcburi köçkünlərin geri qayıtması üçün şəraitin yaradılması üzrə dərhal danışıqlara başlamağa söz verirlər. Blokadaların və iqtisadi sanksiyaların tətbiqi qəbuledilməz elan edilir.Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) atəşkəs rejiminə nəzarət etmək və danışıqları asanlaşdırmaq barədə razılığa gəlmişdi. ATƏT gərginlik mənbələrini aradan qaldırmağa, mövcud atəşkəsi dəstəkləməyə və uzunmüddətli uyğunsuzluğu aradan qaldırmaq üçün daha geniş siyasi çərçivəni asanlaşdırmağa çalışmışdır. Müqavilənin müddəaları faktiki olaraq, 2008-ci ilin avqustunda Gürcüstanda baş verən müharibədən sonra öz qüvvələrini itirmiş və bu zaman kobud şəkildə pozulmuşdur.
Farangi-Sazi
Farangi-Sazi və ya Fərəngi-Sazi — farscadan tərcümədə mənası Qərb tərzi deməkdir. Miniatür sənətinin Səfəvi imperiyasında formalaşan bir tərzini ifadə etmək üçün istifadə edilir. XVII əsrin ortalarında formalaşan bu ədəbi tərz Səfəvi şahı II Abbas tərəfindən himayə edilmiş, I Süleymanın dövründə daha da geniş yayılmışdır. Mahiyyət etibarilə, ənənəvi Səfəvi miniatür motivlərini bir qədər Avropa rəsm texnikasından istifadə etməklə rəsm etməkdən ibarətdir. == Haqqında == Səfəvi imperiyasında miniatür sənətində istifadə edilən bir tərzdir. İlk dəfə XVII əsrin ikinci yarısında, Səfəvi şahı II Abbasın dövründə formalaşmışdır. II Abbasın (1642–1666) hakimiyyəti dövründə formalaşan bu tərz ondan sonrakı hökmdar Süleymanın (1666–1694) dövründə hakim olmuşdur.Bu tərzdə çəkilmiş miniatürlərdə o dövrün hökmdarları ilə birlikdə, aristokratlar, Avropa mənzərələri, dini və mifoloji motivlər və regiona xas olan ənənəvi hadisələr rəsm edilmişdir. O dövrdə yalnız bir neçə rəssam bu tərzdə miniatürlər çəkmişdir. Onlardan ən görkəmliləri Əliqulu Cabbadar və Məhəmməd Zaman Təbrizidir. Tarixçi Bernard Luis eyni zamanda, bir çox başqa Səfəvi rəssamının da Avropa tərzində rəsm çəkmək üçün təlim gördüyünü yazmaqdadır.
Bazis
Bazis — gələcəyin əsası ; Bazis — mülkiyyətin ilkin qiyməti ; Bazis — ilkin həlqədə atomların mövqeyi ; Bazis — ABŞ-nin Arizona ştatında ibtidai məktəblərin adı ; Riyaziyyatda: Bazis — xətti fəzada vektorlar çoxluğu. Bu zaman hər bir vektor xətti kombinasiyalarda yeganə ola bilir. İqtisadiyyatda: Bazis və üstqurum — marksizmdə siyasi-iqtisadi sistemin elementləri.
Nişi-Rozen sazişi
Nişi-Rozen sazişi (西・ローゼン協定, Nişi-Rozen Kyotey) – 25 aprel 1898-ci ildə Yaponiya ilə Rusiya arasında Koreya barədə imzalanmış saziş. Saziş Rusiya naziri Roman Romanoviç Rozen və Yaponiya xarici işlər naziri Nişi Tokuciro tərəfindən imzalanmışdır. == Haqqında == Yaponiya ilə Rusiya Koreya yarımadası üçün rəqabət içərisində idilər. Bu rəqabət 1895-ci ildə başa çatan Yaponiya-Çin müharibəsindən sonra daha da kəskinləşmişdir. Üçlər müdaxiləsindən sonra Yaponiyanı sakitləşdirmək istəyən Rusiya Koreya məsələsində bir sıra güzəştlərə getmək qərarına gəlmişdir.Sazişə əsasən iki ölkə də Koreyanın daxili işlərindən uzaq qalmalı, Koreya üçün hərbi qüvvə və maddi yardım göndərərkən bir-birilərinin təsdiqini almalı idi. Rusiya Yaponiyanın Koreyadakı ticarət və sənaye fəaliyyətlərinə qarışmayacağı barədə söz vermişdir. Saziş iki tərəfi də məmnun etmişdir. Rusiya Yaponiyanın Koreyadakı təsirini, Yaponiya isə Rusiyanın Mancuriyadakı təsirini tanımışdır. == Həmçinin bax == Yamaqata-Lobanov sazişi == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild (Niju–Saka).
Says piko sazişi
Says-Piko sazişi — Britaniya imperiyası ilə Fransa arasında Osmanlı imperiyası tabeliyində olan Yaxın Şərq ərazisində təsir dairələrinin bölüşdürülməsinə dair müqavilə. Müharibənin başlanmasında az sonra gələcək qənimətlərin bölünməsi haqda məsələ Antanta dövlətlərinin danışıq hədəfi oldu.1914cü il sentyabrın 5-də Rusiya,İngiltərə və Fransa arasında saziş bağlandı.Tərəflər öhdələrinə götürürdülər: Müharibə gedişində separat sülh bağlamamaq. Sülh şərtlərinin müzakirə edilməsi vaxtı çatdıqda müttəfiqlərlə razılaşmadan sülh şərtlərini irəli sürməmək.1914cü il sentyabrın 14də səfirlər gələcək sülhün əsas məqamlarını müəyyən etdilər.Bu proqramda alman imperiyasının və onun müttəfiqlərinin darmadağın edilməsi nəzərdə tutulurdu.Onun məzmunu aşağıdakılardan ibarət idi. Nemanın aşağı hissəsinin,Şərqi Qalisiyanın Rusiyaya birləşdirilməsi.Ponanın,Sileziyanın və Qərbi Qalisiyanın qatılması. Elzas-Lotaringiyanın Fransaya qaytarılması,Reyn vilayətinin bir hissəsinin və Palatinatın ona keçməsi. Alman ərazisi hesabına belçikanın xeyli genişləndirilməsi Şlezviq-Qolşteynin Daniyaya qaytarılması Hannovar krallığının bərpa edilməsi Avstriya-Macarıstanın 3 müstəqil monarxiyaya-Avstriya,Çexiya və Macarıstan monarxiyalarına bölünməsi. Bosniyanın,Hersoqovinanın,Dalmasiyanın və Şimali Albaniyanın Serbiyaya verilməsi. Serb Makedoniyası hesabına Bolqarıstanın mükafatlandırılması və Cənubi Albaniyanın Yunanıstana birləşdirilməsi. Valonanın İtaliyaya verilməsi. Alman müstəmləkələrinin İngiltərə,Fransa və Yaponiya arasında bölüşdürülməsi.
İngiltərə-İtaliya sazişi
İngiltərə-İtaliya sazişi — Cənubi Qafqazda ingilis ordusu mövqelərinin İtaliya ordusuna verilməsi haqqında saziş (1919, mart). == Tarixi == İtalyanların Qafqaza cəlb edilməsi ideyası ilk dəfə 1919-cu ilin martında ingilislər tərəfindən irəli sürülmüşdü. B.Britaniya hökuməti bəyan etmişdi ki, ingilislərin Qafqazdakı missiyası müvəqqəti xarakter daşıyır; onlar Qafqaz problemlərinin Paris Sülh Konfransı tərəfindən həllinədək regionda asayişi qoruyub saxlamaq üçün gəlmişlər; ingilislər üçün aydın idi ki, Qafqazın (o cümlədən Azərbaycanın) ingilis imperiyasına qatılması mümkünsüzdür; imperiyanın hüdudlarının genişləndirilməsinə deyil, yeni işğal olunan ərazilərin əldə saxlanmasına üstünlük verilməlidir; Qafqaz xalqlarının münasibətlərindəki gərginlik onların idarəçiliyini çətinləşdirər; ABŞ ilə Fransanın regiona buraxılmalarına və orada möhkəmlənmələrinə şərait yaradılması arzuolunmaz və yolverilməzdir. Buna görə də ingilis qoşunları İtaliya hərbi hissələri ilə əvəzlənməlidirlər. Yalnız bu cür əvəzlənmə İngiltərənin maraqları və Yaxın şərqdəki qüvvələr tarazlığı baxımından ingilislər üçün sərfəlidir. İtaliyanın Qafqazda ingilisləri əvəz etməsi Yaxın Şərqdəki mövcud qüvvələr nisbətini pozmurdu. Digər tərəfdən, bununla İtaliyanın Paris Sülh Konfransından narazılığı da bir qədər aradan qaldırılırdı. İlk dövrlərdə Qafqaz barəsində ingilislərlə italyanlar arasında gizli aparılan danışıqlar İtaliya hökumətinin Qafqazla bağlı həm siyasi, həm də iqtisadi marağının olduğunu üzə çıxardı. Digər Avropa rəhbərləri kimi, İtaliyanın baş naziri Orlando da ermənipərəst siyasi xadim idi. Hətta o, dünya müharibəsi başa çatdıqda, Ermənistanın müstəqilliyini müdafiə edərək bildirmişdi: == Şərtləri == İngiltərə-İtaliya danışıqları 1919-cu il martın 24-də Baş qərargahlar səviyyəsində ilkin sazişin imzalanması ilə nəticələndi.
Böyük Aziş mağarası
Böyük Aziş mağarası- Krasnodar diyarının Apşeron rayonunda, Mezmaysk kəndi yaxınlığında yerləşən mağara. Mağara Adıgey Respublikası sərhəddində, Beloy və Kurdjips çayları arasında yerləşir. Mağaraya giriş yayla formalı ərazisindəndir. Giriş Maykop-Laqo-Naki avtomobil yolundan 500 metr aralıdır. Mağara Kiçik Aziş mağarası ilə birlikdə Aziş mağaralar sistemini təşkil edir. İki mağara arasında 50 metrilik məsafə var. İki mağara arasına əlaqənin olması ehtimal olunur. Çətinlik dərəcəsinə görə 2А -dır. == Ümumi məlumat == Mağara 1911-ci ildə məlum idi. 1987-ci ildən sonra isə mağaraya ekskursiyaların təşkili həyata keçirilməyə başladı.
Maşın Sazi FK
Maşın Sazi FK (fars. باشگاه فوتبال ماشین‌سازی تبریز‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının paytaxtı olan Təbriz şəhərini təmsil edən peşəkar futbol klubu. Klub hal-hazırda İranın ən yüksək liqası olan İran Pro-liqasında mübarizə aparır. Klub 2014-cü ildən Təbriz Bələdiyyəsinə məxsusdur. Klub 2016-cı ildə 19 illik fasilədən sonra yenidən İran çempionatının yüksək divizionuna qayıdıb. "Maşın Sazi" Təbriz şəhərinin bir digər təmsilçiləri olan "Traktor Sazi", "Göstəriş Polad" və "Şəhrdari Təbriz" klubları ilə daimi rəqabət içərisindədir. Klub Rusiyanın "Torpedo Moskva" komandası ilə dostluq münasibətlərinə malikdir. == Tarixi == === Qurulması === 1969-cu ildə Maşın Sazi Təbriz maşınqayırma zavodu "Maşın Sazi" adlı yeni futbol komandası yaratmaq qərarına gəlib. "Maşın Sazi" ilk rəsmi matçını 1970-ci ildə keçirib. Bir neçə ildən sonra isə klubun artıq Təbrizdə çoxlu azarkeşləri var idi.
Oazis
Vahə — səhra və yarımsəhraların torpaqlarında intensiv əkinçilik rayonları, ağac, kol və ot sahələri. Vahənin əmələ gəlməsinə səbəb sahədə qonşu rayonlara nisbətən rütubətlənmənin (təbii rütubətlənmə yeraltı suların səthə yaxın olması, bulaq sularının təbii çıxışı, çayların vaxtaşırı daşması, süni rütubətlənmə isə çay, göl, kanal və quyu sularından suvarma ilə əlaqədardır) çox olmasıdır. Vahələrin sahəsi (Afrikada Nil çayı dərəsi, Orta Asiyada Fərqanə dərəsi, Amudəryanın aşağı axını və s.) onlarca hektardan on minlərlə km2 -ə qədər olur. Vahələr səhralarda əhalinin məskunlaşdığı, kənd təsərrüfatı ilə məşğul olduğu yerlərdir. Vahələrdə ərzaq bitkiləri, qiymətli texniki bitkilər (xüsusən pambıq), üzüm və s. becərilir. Afrika və Cənubi-Qərbi Asiyadakı vahələrin xarakterik bitkisi xurma ağacıdır.
SABIS
SABIS — təhsil sahəsində keyfiyyəti ilə fərqlənən sistem.Bu təhsil sistemi fəaliyyət göstərdiyi dövrdə təkmilləşdirilmiş əhatəli tədris proqramı ilə seçilir. Hazırda dünyanın 16 ölkəsinin 60 məktəbində fəaliyyət göstərən "SABIS" sistemi üzrə 65 min şagird təhsil alır.
Şanış
Şanış (az.-əbcəd شانێش‎, fars. ده‌بهار‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 625 nəfər yaşayır (211 ailə).
Con Saris
Con Saris (ing. John Saris; 1580 – 1643) – 1613-cü ildə Yaponiyaya çatmış ilk ingilis səfərinin kapitanı. == Karyerası == Saris Yava adasının Bantam limanında yerləşən və Ost-Hind şirkətinə məxsus olan ticarət postunun başçısı idi. O, 1611-ci ildə İngiltərə kralı I Ceymsin təlimatı ilə Yaponiyaya doğru yola düşmüşdür. Sarisin vəzifəsi Yaponiyada ingilis ticarət postunun təşkil edilməsini təmin etmək idi. 1600-cü ildə Yaponiyaya gəlmiş digər ingilis olan Vilyam Adamsın köməyi ilə Sumpu şəhərində Tokuqava İeyasu, Edo şəhərində isə şoqun Tokuqava Hidetada ilə görüşmüşdür. Yaponlar ingilislərə ticarət üçün böyük imtiyazlar vəd etmişdirlər. Onlar Sarisə Uraqa limanında ticarət postu qurmağı təklif etsələr də, Saris Kyuşu adasında yerləşən Hirado limanını seçmişdir.Saris 1613-cü ilin dekabrında Yaponiyadan İngiltəyə yola düşmüş və bir daha Yaponiyaya qayıtmamışdır. Hiradoda yerləşən ticarət postunun nəzarətini Riçard Koksa həvalə etmişdir. Hirado limanı hollandların monopoliyası altında olduğu üçün ingilislər onların kölgəsində qalmış, Hiradodakı ticarət postu 1623-cü ildə bağlanmışdır.
Qısa satış
Sakis Rouvas
Anastasios 'Sakis' Rouvas (Yunanca: Αναστάσιος "Σάκης" Ρουβάς; 5 yanvar 1972, Korfu) — Yunan müğənni və atlet. == Avroviziya Mahnı Müsabiqəsində == 2004 Avroviziya Mahnı Müsabiqəsinda Shake it adlı mahnı ilə Yunanıstan'ı təmsil etdi. Bu mahnı ilə o, 3-cü oldu. 2009 Avroviziya Mahnı Müsabiqəsində təkrar Yunanıstanı təmsil etdi. Yarımfinalda 110 xal toplayaraq 4-cü oldu və finala keçdi. Finalda isə 120 xal toplayaraq 7-ci oldu. == Maraqlı faktlar == 2002-ci ildə Sakis Rouvas Vogue jurnalının yunan dilində üz kağızında şəkli çıxan ilk oğlan oldu. 2006-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilən Avroviziya Mahnı Müsabiqəsində Maria Menounos ilə bərabər aparıcı olmuşdur. 2008-ci ilin yayında sevgilisi Katia Zygoulinin hamilə olması səbəbiylə evləndilər. 1 noyabr 2008-ci ildə Afinada bir qızı dünyaya gəldi.
Sakis Ruvas
Anastasios 'Sakis' Rouvas (Yunanca: Αναστάσιος "Σάκης" Ρουβάς; 5 yanvar 1972, Korfu) — Yunan müğənni və atlet. == Avroviziya Mahnı Müsabiqəsində == 2004 Avroviziya Mahnı Müsabiqəsinda Shake it adlı mahnı ilə Yunanıstan'ı təmsil etdi. Bu mahnı ilə o, 3-cü oldu. 2009 Avroviziya Mahnı Müsabiqəsində təkrar Yunanıstanı təmsil etdi. Yarımfinalda 110 xal toplayaraq 4-cü oldu və finala keçdi. Finalda isə 120 xal toplayaraq 7-ci oldu. == Maraqlı faktlar == 2002-ci ildə Sakis Rouvas Vogue jurnalının yunan dilində üz kağızında şəkli çıxan ilk oğlan oldu. 2006-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilən Avroviziya Mahnı Müsabiqəsində Maria Menounos ilə bərabər aparıcı olmuşdur. 2008-ci ilin yayında sevgilisi Katia Zygoulinin hamilə olması səbəbiylə evləndilər. 1 noyabr 2008-ci ildə Afinada bir qızı dünyaya gəldi.
Salis Məmmədov
Salis Məmmədsani oğlu Məmmədov (1 iyul 1932, Nuxa – 29 yanvar 2009, Şəki) — "Şəkinin səsi" və "İpəkçi" qəzetlərinin həmtəsisçisi və baş redaktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti (23.10.1991). == Həyatı == Salis Məmmədov 1 iyul 1932-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olmuşdur. 1948-ci ildə Nuxa radio məlumatları redaksiyasında məlumatçı kimi əmək fəaliyyətinə başlamış və 1951-ci ilə - Nuxa radio verilişləri redaksiyası ləğv edilənədək orada işləmişdir. 1952-ci ildən "Nuxa fəhləsi" qəzeti redaksiyasında, 1962-ci ildən isə Nuxa rayonlararası "Lenin bayrağı" qəzetində ədəbi işçi olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, 1965-ci ildə oranı bitirmişdir. Tələbəlik illərində onun vasitəçiliyi ilə Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması "Nuxa fəhləsi" qəzetində nəşr edilmişdir. 1965-ci ilin aprelində Nuxa şəhər partiya komitəsi bürosunun qərarı ilə Nuxa İpək Kombinatının "İpəkçi" qəzetinə redaktor təyin edilmiş və 2009-cu ilin yanvar ayına qədər - 44 il bu qəzetin redaktoru olmuşdur. 1990-cı ilin dekabrında "İpəkçi"nin ənənəvi təsisçilərindən imtina etmiş və bu qəzeti "Şəki İpəkçilərinin Açıq Tribunası" elan edərək, qəzetin başlığı üstündəki V.İ.Lenin tərəfindən deyilmiş və Sovet mətbuatının atributu olan "Bütün ölkələrin proletarları birləşin!" şüarını yığışdırmışdır. Bu, həmin vaxta qədər Azərbaycanda analoqu olmayan, SSRİ-də isə yalnız nadir təsadüf edilən hadisə idi. Salis Məmmədov Azərbaycan Jurnalistlər İttifaqının orqanı olan "Müxbir" bülleteninin redaksiya heyətinin üzvü idi.
Siva (oazis)
Sivə (ərəb. واحة سيوة‎, bər. ⵉⵙⵉⵡⴰⵏ) — Misirin Mətruh mühafəzəsində yerləşən oazis. Məntəqə Misir-Liviya sərhədindən 50 km, Aralıq sahilindən isə 300 km uzaqlıqda, Kəttarə çökəkliyində yerləşir. Sivə Misirin ən təcrid olunmuş məntələrindən biridir və əhalisi 33,000 nəfərdir. Əhalisinin əksəriyyəti bərbər xalqındandır. Sivədə yaşayan bərbərlər xüsusi bir mədəniyyət yaratmışdır və dilləri bərbər dil ailəsindən olan Sividir.Oazis orada yerləşən Amonun məbədinə görə məşhurdur. Bu məbəd turistləri məntəqəyə cəzb edir. Qonaqlar oazisə Ammonium adını veriblər. Ərazi tarixən Qədim Liviyanın ərazisindədir.
Satış autsorsinqi
Satış autsorsinqi — biznes prosesinin autsorsinqin növlərindən biri, gedən telemarketinq, daxil olan zənglərin qəbulu və emalı, e-poçtun yayılması və digər birbaşa marketinq növləri, CRM və s. Satış autsorsinqi konsepsiyası nisbətən yaxınlarda ortaya çıxdı, baxmayaraq ki, digər fəaliyyət sahələrində autsorsinqin istifadəsi olduqca yaygındır. Satış autsorsinqinin mahiyyəti daxili satış departamentinin funksiyalarının qismən və ya tamamilə kənar şirkətə (autsorser) verilməsindən ibarətdir. == Satış autsorsinqinin əsas növləri == satış prosesinin bir hissəsinin autsorsinqi (müştərilərin axtarışı, danışıqların aparılması); müştərilərin müəyyən bir seqmentinə (coğrafi yer, mədəni xüsusiyyətlər və s.) yönəldilmiş autsorsinq. autsorsinq müəyyən bir məhsula yönəlmişdir. == İstifadənin mənfi cəhətləri == autsorserin işçilərinin peşəkarlıq səviyyəsi kifayət qədər olmaya bilər; autsorserdən əsas şirkətin bazar seqmentinin nüansları və konyunkturasının mümkün olmaması; məlumat sızması risklərinin olması; autsorser tərəfindən öz vəzifələrini vicdansız yerinə yetirdikdə əsas şirkətin imicinə mənfi təsir; fövqəladə hallarda müştəri ilə əks əlaqə vaxtının artırılması. == Satış autsorsinqinə inamsızlıq problemi == Çoxlu sayda şirkət daxili bölmələrin bir sıra funksiyalarını autsorserlərə həvalə edir. Lakin bu tendensiya həmişə satışa şamil edilmir, çünki şirkətlər çox vaxt satışı özlərinin əsas işi hesab edirlər. Erin Anderson və Bob Trinkl özlərinin “Satışda autsorsinq” kitabında menecerlərin satışları şirkətdən kənara köçürmək istəməməsinin dörd əsas səbəbini müəyyən edirlər[1]: Müvəffəqiyyətli olduqları təqdirdə əlavə ödənişə layiq olmayan "aralıq" kimi satış nümayəndələrinin kök salmış anlayışı. Daxili satış bölmələrinin olması ilə bağlı xərclərin düzgün qiymətləndirilməməsi.
Fazil Məmmədov (nazir)
Fazil Məmmədov (28 mart 1964, Şamaxı – 4 noyabr 2022, İstanbul) — Azərbaycan Respublikasının ilk vergilər naziri (2000–2017), I dərəcəli dövlət vergi xidməti müşaviri, Azərbaycan Otüstü Hokkey Federasiyasının prezidenti (2001–2015), Azərbaycan Güləş Federasiyasının prezidenti (2007–2018), Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti (2011–2021). == Həyatı == Məmmədov Fazil Əsəd oğlu 28 mart 1964-cü ildə Şamaxı rayonunda məmur ailəsində anadan olmuşdur. 1980-ci ildə Şamaxı rayonu Cəmo Cəbrayılbəyli adına 5 nömrəli orta məktəbi nümunəvi davranış və əla qiymətlərlə bitirmişdir. 1980-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Maliyyə və kredit" ixtisasına daxil olmuş, 1985-ci ildə məzun olmuşdur. 1985–1987-ci illərdə Ukraynada hərbi xidmətdə olmuşdur. Hərbi xidmət keçdiyi dövrdə "Hərbi xidmətdə fərqlənməyə görə" döş nişanı ilə təltif olunmuşdur.Çernobıl faciəsi veteranıdır. 1986-cı ildə Kiyev yaxınlığındakı Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzanın nəticələrinin aradan qaldırılmasında könüllü olaraq iştirak etmişdir. Burada vacib dövlət tapşırıqlarının yerinə yetirilməsində göstərdiyi yüksək şücaət və fədakarlığa görə Ukrayna Çernobıl Birliyi tərəfindən "Çernobıl Xaçı: Cəsarətli, Şərəfli, Humanist" ordeni ilə təltif olunmuşdur.2022-ci il noyabr ayının 4-də Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada böyrək çatışmazlığından vəfat etmişdir. 5 noyabr 2022-ci ildə Yasamal qəbiristanlığında dəfn olunmuşdur.Ailəlidir, 3 övladı var. == Fəaliyyəti == 1987–1989-cu illərdə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri və Bakı Sənaye-Tikinti Bankının Əməliyyat İdarəsində iqtisadçı vəzifələrində çalışmışdır.
Sahil Babayev (nazir)
Sahil Rafiq oğlu Babayev (1980, Bakı) — Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri. == Həyatı == 1980-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxalq münasibətlər" sahəsi üzrə 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsini fərqlənmə ilə bitirib, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb. İngilis, rus və türk dillərini əla, fransız dilini yaxşı səviyyədə bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. == Fəaliyyəti == 1999–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi, daha sonra şöbə rəisi vəzifələrində çalışıb. Həmin dövrdə Hasilatın Pay Bölgüsü, həmçinin "Şahdəniz" təbii qazının satışı üzrə sazişlərin, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəməri üzrə müqavilələrin hazırlanmasında iştirak edib. 2006–2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib və Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin və Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin əlaqələndiricisi olub. 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib. Eyni zamanda, 2009–2014-cü illərdə "Təmiz Şəhər" ASC-nin Müşahidə Şurasının sədri, Avropa İttifaqı — Azərbaycan ticarət və iqtisadiyyat alt-komitəsinin həmsədri, Avropa İttifaqı Yardım Alətləri üzrə Proqram İdarəetmə Qurumunun rəhbəri, "SOCAR Türkiyə Ege" Neft Emalı Kompleksinin (Star layihəsi) Direktorlar Şurasının üzvü kimi çalışıb.
Fazil
Fazil — Kişi adı. Fazil İrəvani — Fazil Mustafa — Fazil Mehdiyev — Fazil MəmmədovFazil Məmmədov (neftçi alim) Fazil Məmmədov (nazir)Fazil İbrahimov — Fazil Cabbarov —DigərFazıl (əvvəlki adı: Fazil) — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Gazir
Gazir (fars. گازير‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 160 nəfər yaşayır (38 ailə).
Nazim
Nazim — Azərbaycanda və Türkiyədə daha çox işlədilən kişi adı. Nazim Hikmət — türk şair, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı (1950) Nazim Mahmudov — Azərbaycanlı professor. Nazim Mədətov — Azərbaycan Respublikasının Əməkdar mühəndisi. Nazim MəmmədovNazim Məmmədov (rejissor) — Azərbaycanlı rejissor, kino rəssamı, animator. Nazim Məmmədov (alim) — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru. Nazim Məmmədov (professor) — professor. Nazim Məmmədov (iqtisadçı) — iqtisadçı. Nazim Məmmədov (general-leytenant) — general-leytenant.Nazim Qasımov — Nazim İmamverdiyev — Nazim Nağıyev — Səbail rayon polis idarəsi (1995–2003) və Binəqədi rayon polis idarəsinin (2003–2006) rəisi. Nazim Əlicanov — sərbəst güləş üzrə Avropa çempionu (2002), əməkdar idman ustası. Nazim Əliyev (general) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, hüquq üzrə fəlsəfə doktoru, polis general-mayoru.
Nazir
Nazir — Kişi adı. Nazir Əhmədli — Kimya elmləri namizədi.
Sabir
Sabir — kişi adı və təxəllüs. Sabir Abdulla — Azərbaycan şairi. Sabir Ələsgərov — Azərbaycan diktoru. Sabir Hüseynov Sabir Həbibov —Sabir Hüseynov (idmançı) — Azərbaycan çempionu, Əməkdar məşqçi, hakim. Sabir Hüseynov (əsgər) — Vətən müharibəsi şəhidiSabir Məmmədli — Sabir Məmmədov — Azərbaycanın xalq artisti, aktyor. Sabir MirzəyevSabir Mirzəyev (xanəndə) — Əməkdar artist (2007), Azərbaycanın görkəmli xanəndəsi.
Sabit
Sabit — Daimi mənasını bildirən şəxs adı.
Sadiq
Sadiq — ad.