DARAX

I
(Daşkəsən)
kotanın hissəsi. – Kotan əkəndə daşa keçdi, darax sındı, hop taxdadan aralandı
II
(Şuşa)
bəzi quşların başında yelpincə oxşar kəkil. – Şanapipiyin darağı to:uzunkuna oxşuyur
III
(Kürdəmir, Şuşa)
qəlsəmə. – Balığın darağı qaralsa, zəhərri olar (Şuşa)
IV
(Kürdəmir, Şuşa)
əl və ayaqlarda pəncə sümükləri. – Bu sümüklər əl dəyil, əyax daraxlarıdı (Kürdəmir)
V
(Biləsuvar, Füzuli, Kürdəmir, Qazax, Mingəçevir, Salyan)
açmamış pambıq çiçəyi
DARAHƏNGİ
DARAXLAMMAX