DARÇIN

I
сущ. корица (высушенная кора ветвей коричных деревьев, употребляемая в кондитерском производстве)
II
прил. коричный. Darçın turşusu коричная кислота, darçın yağı коричное масло, darçın ağacı бот. коричное дерево, коричник (род деревьев и кустарников сем. лавровых)
DARCƏRGƏLİ
DARÇINI
OBASTAN VİKİ
Darçın
Darçın — ədviyyat. Həmişəyaşıl tropik darçın ağacının cavan budaqlarının soyulub qurudulmuş qabığından alınır. == Tarixi == Darçının elmi adındakı növ adı olan "cinnamomum", yunancada "kinnamomon" sözündən yaranıb. Bəşər tarixinin ən qədim ədviyyatlarından biridir. Eramızdan əvvəl 3000 –ci ildə çinlilər tərəfindən istifadə olunurdu. Avropada XVI-XVIII əsrdə ən dəyərli və bahalı ədviyyatlardan biri hesab olunurdu. Məşhur tacir Anton Fugger 1530 –cu ildə imparator V. Karlın borc sənətlərini onun gözləri qarşısında darçın ədviyyat çubuqlarından yaranan bir odla yandırmış, beləcə öz zənginliyini sübut eləmişdir.
Darçın ağacı
Darçın ağacı (lat. Cinnamomum) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Camphorina Farw. Cecidodaphne Nees Septina Noronha Temmodaphne Kosterm.
Seylon darçın ağacı
Seylon darçın ağacı (lat. Cinnamomum zeylanicum) - darçın ağacı cinsinə aid bitki növü.
Çin darçın ağacı
Qışlaq-i Darçın (Kəleybər)
Qışlaq-i Darçın (fars. قشلاق دارچين‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (16 ailə).
Darçını
Darçını — Azərbaycanın milli rəqsi. Rəqs mübaliqəli aram tempdə səslənən rəqsdir. Onun qüvvətli hissəsində zərblər və vurğuların səsi aydın seçilir.
Kafur darçını
Camphora (lat. Camphora) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi və yayılması == Kamforanın vətəni Şərqi Asiya, Çinin cənub və cənub-qərb rayonları, Tayvan, Yapon adaları — Ryukyu, Kyu-syu, Sikoku, Xansyu və Koreyanın Çedjuda adası hesab olunur. Tayvanda dəniz səviyyəsindən 500-2000 metr, Xondo adasında isə 850 metrə qədər yüksəklikdə bitir. Cənubi Afrikada, Kanar adalarında, Madaqaskarda, Avstraliyada, Avropanın cənub rayonlarında və Şimali Amerikanın cənub şərq rayonlarında təbii şəkildə yayılmışdır. Kamfora ağacından kamfora yağı və kamfora Çində və Yaponiyada bizim eranın doqquzuncu yüzilliyində alınmışdır. Asiyada isə ondan hələ qədim zamanlardan həvəsə gətirici vasitə kimi istifadə edilirdi. Ərəblər isə artıq on birinci yüzillikdə kamforadan müxtəlif tibbi məqsədlər üçün istifadə edirdilər.Kamfora yağı birinci dəfə Avropaya 1676-cı ildə gətirilib və Hollandiyada əkilmişdir.1910-cu ildən başlayaraq Almaniya qeyri-təbii yolla kamfora istehsal etməyə başladı. 1920-ci illərdə kamfora kefləndirici vasitə kimi istifadə olunurdu. Kamforanın sənaye plantasiyaları Hindistanda, Malay arxipelaqı adalarında, cənubi - şərqi Asiya ölkələrində, Avstraliyada, Yaponiyada, cənubi və şimali Afrikada, Cənubi Avropada (Fransa, İtaliya) Cənubi Amerikada (Braziliya) Filippin, Antil və Qərbi Hind adalarında salınmışdır.
Darçınlı burma
Darçınlı rulet və ya darçınlı burma (isv. kanelbulle) — Avropa (Skandinav ölkələri, Almaniya və Avstriya) və Şimali Amerika ölkələrində yayımlamış un məmulatı. == Mənşəyi == Darçınlı burmanın ən erkən resepti Birinci Dünya Müharibəsi sonra İsveçdə qeyd olunub. Halbuki, o zaman qida qıtlığına görə, o, geniş yayılmamış. Populyarlığı 1950-ci ildə başlamışdı.
Darçınlı burmalar

Darçınlı rulet

Значение слова в других словарях