Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sarıkök
Kurkuma (lat. Curcuma) — zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi.Sarıkök yalnız plov üçün ideal ədviyyat deyil, həm də bioloji aktiv maddədir. Sarıkök diabetin müalicəsində istifadə edilir. İsti südün içərisinə 1 çimdik sarıkök əlavə edib içməklə aktiv şəkildə arıqlamaq və döşlərin ölçüsünü böyütmək mümkündür. Südlü sarıkök axşam içilərsə orqanizm üçün çox faydalı olar, həzm problemlərinin həllinə kömək edər, gecə rahat yuxunu təmin edər, immuniteti qaldırar, qanda xolesterinin miqdarını azaldar. Cəmi bir ay bu təbii ədviyatı qida rasionunuza daxil etsəniz, bədəniniz əhəmiyyətli dərəcədə dəyişəcək. Sarıköklə müalicə 1. Yeməyə sarıkık əlavə edəndə, mütləq ona bir çimdik də qara istiot da qatın. İstiot sarıkökün tamamilə mənimsənilməsinə kömək edəcək. 2.
Uzun sarıkök
Uzun kurkuma (lat. Curcuma longa) — sarıkök cinsinə aid bitki növü.
Zeodar sarıkökü
Zeodar kurkuması (lat. Curcuma zeodaria) — sarıkök cinsinə aid bitki növü.
Birmeyvəli sarıkol
== Təbii yayılması: == Aralıq dənizi sahilində, Şimali Amerikada, Cənubi Afrikada və İspaniyada yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 4 m-ə çatan, uzun sallanan budaqlara malik olan kol və ya alçaqboylu ağacdır. Çiçəklərinin ləçəkləri ağ rəngli olub, mərkəzi bənövşəyi-qırmızımtıl, incə və ətirli, gümüşü rəngli yarpaqların fonunda olduqca dekorativ görünür. Paxlaları uzunsov, hər iki tərəfi iti, toxumları açıq-darçını rəngdədir. Kök pöhrələri və toxumla çoxaldılır. == Ekologiyası: == Torpağa az tələbkar, quraqlığa davamlıdır, lakin, kütləvi çiçəkləməsi üçün vaxtaşırı suvarma tələb olunur. Şaxtaya davamsızdır, qış aylarında bitkinin kök boğazına qədər yerüstü hissəsi donur, lakin, yazda güclü pöhrə verərək bərpa olunur. == Azərbaycanda yayılması: == Dendrologiya İnstitutunun təcrübə sahəsinə introduksiya edilmişdir. == İstifadəsi: == Dekorativ bitki kimi yaşıllıqlarda istifadə oluna bilər. == Məlumat mənbələri == Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh.
Sarıgöz göyərçin
Sarıgöz göyərçin (lat. Columba eversmanni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Sarıgöz pinqvin
Sarıgöz pinqvin, və ya Möhtəşəm pinqvin, Antipodov pinqvini (lat. Megadyptes antipodes) — pinqvinlər fəsiləsinə, nəsli kəsilməyən Megadyptes cinsinə aid olan yeganə növ. Maori dilində Xoixo adlandırılır. == Xarici görünüş == Bu vcanlıların bədən quruluşu daha çox Kəkilli pinqvinlərə bənzəyir. İri fərdlərin boyu 70–75 sm, çəkisi 6–7 kq olur. Orta ömür müddəti 10–12 ildir. Bəslənmə şəraitində isə bu 20 ilə qədər uzana bilir. , Dişilərin böyük qismi artıq 2 yaşında yumurta qoyur. Xarici görünüş baxımından isə digər pinqivinlərə bənzəyirlər. Başları qızılı-sarı həm də qara tüklərlə örtülürlər.
Şirinkök
Şirinkök (lat. Polypodium) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin şirinkökkimilər fəsiləsinə aid bitki cinsi.
Adi şirinkök
Adi şirinkök (lat. Polypodium vulgare) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin şirinkökkimilər fəsiləsinin şirinkök cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 10–50 sm olan, çox vaxt yerüstü kökümsovları sürünən və qonur təbəqə ilə sıx örtülmüş bitkidir. Yarpaq ayası görünüşünə görə uzanmış-neştərşəkillidir, qalın dəriciklidir; yuxarı hissəyə doğru seqmentlər tədricən daralan, dartılmış və ya dəyirmiləşmişdir, tamkənarlıdır və yaxud qeyri-müəyyən mişarvaridir, qaidə hissəsinə doğru birləşmişdir; ikinci dərəcəli damarlar ikiqat-çəngəlvaridir, əsas damardan enli, demək olar ki, düz bucaq altında çıxır. Saplaq yarpaq ayasından qısadır. Sorusları dəyirmidir, orta damara yaxın yerləşmişlər; sporlar sarımtıldır, çox və ya az qabarıqdırlar. Çoxillikdir. İyul-avqust aylarında sporlayır. == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, Qob., Kür-Araz oval., KQ mərkəzi, KQ şimal, KQ cənub, Lənk. dağ., Lənk.
Barıkov burnu
Barıkov burnu (çuk. Ылвылю) — Berinq dənizinin Anadır körfəzi suları yuyulan burun. Uqlovaya buxtasının ucqar şimal çıxışını təkil edir. İnzibati cəhətdən Çukot Muxtar Dairəsi ərazisinə daxildir. Burun 1886-cı ildə burunda araşdırma işləri aparmış Kreyserin ekipajı olmuş miçman Fyodr Barikovun şərəfinə adlandırılmışdır. Çukot dilində Ылвылю — «Vəhşı maral» mənasınında işlədilir. 5 km cənub-qərbində Berinq limanı yereləşir. Qayalıqda dəniz quşları yuva qurur. Barıkov burnunda gələcəkdə daş kömürün hasilatı məqsədi ilə dərin bir limanın inşası planlaşdırılır.
Denis Şafikov
Denis Fuatoviç Şafikov (başq. Шафиҡов Денис Фуат улы; doğ. 3 iyun 1985, Miass) — Rusiya boksçusu. Yüngül və yarım yüngül çəki dərəcəsində. İBO versiyası üzrə qitələr arası çempion. 2003-cü ildə Ulyanovskdə keçirilən Rusiya çempionatının bürünc mükafatçısı. Milliyətcə başqırddır. Ringə başqırdı milli geyimində: xəz papaqla çıxardı. Məhs buna görə Çinqiz xan titulunu almışdır. == Ümumi məlumat == Şafikov 2003-cü ilin sonunda peşəkar rinqdə debüt etdi.
Nəcməddin Sadıkov
Nəcməddin Hüseyn oğlu Sadıkov və ya Sadıqov (24 may 1956, Dərbənd, Dağıstan MSSR) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik (2005). == Həyatı == Nəcməddin Hüseyn oğlu Sadıkov 24 may 1956-cı ildə Dərbənd şəhərində anadan olub. Birinci Qarabağ müharibəsi başlayanda ailəsi ilə birlikdə Azərbaycana gəlmişdir. Ailəlidir, 3 övladı var. == Təhsili == 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini "Qızıl medalla" bitirib; 1988-ci ildə Frunze adına Hərbi Akademiyasını bitirib; 1991-ci ildə Sovet İttifaqı Marşalı B. M. Şapoşnikov adına "Vıstrel" ("Atəş") Ali Zabit Hazırlığı kursunu bitirib; == Fəaliyyəti == 1979–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri, tabor komandiri, alay komandirinin müavini vəzifələrində xidmət edib; 1 fevral 1992-ci ildə Azərbaycan Ordusuna gəlmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini — Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib; Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib; Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb; Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib; Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası, xarici siyasət strategiyası və hərbi doktrinası ilə bağlı sənədlər hazırlayan və Milli Təhlükəsizlik Siyasəti Komissiyasının üzvü. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 858 nömrəli Sərəncamı ilə N. Sadıkov general-polkovnik rütbəsinə layiq görülmüşdür. 2020-ci ilin iyulunda Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun vəzifədən azad edilməsi və qardaşının Ermənistan ordusunda yuxarı vəzifə tutması iddiası barədə yayılan xəbərlərlə bağlı rəsmi açıqlama yayıb. 2020-ci ilin oktyabrında İkinci Qarabağ müharibəsi zamanı adı Müdafiə Nazirliyinin rəsmi saytının struktur bölməsindən çıxarılıb. 2021-ci ildə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxıldığı açıqlanıb.
Pyotr Jarikov
Pyotr Pavloviç Jarikov (rus. Пётр Павлович Жариков; 26 iyun (8 iyul) 1888, Moskva – 9 yanvar 1969, Bakı) — Azərbaycan-sovet teatr aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1941), Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatı. == Həyatı == Pyotr Jarikov 26 iyun (8 iyul) 1888-ci ildə Moskvada anadan olmuşdur. 1912-ci ildə Moskva Bədaye Teatrının studiyasını bitirmişdir. O, bu teatrda işləməyə isə hələ 1911-ci ildən başlamışdır. 1918-ci ildən Moskva Kamera Teatrında çalışmış, 1920–1927-ci illərdə Saratov, Kazan, Penza, İrkutsk, Samara, Krasnodar və digər şəhərlərin teatrlarında fəaliyyət göstərmişdir. 1928–1963-cü illərdə isə Azərbaycan Dövlət Rus Dram Teatrında çalışmışdır.Pyotr Jarikov 1921-ci ildən pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Bundan əlavə, Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatı seçilmişdir.Pyotr Jarikov 9 yanvar 1969-cu ildə Bakıda vəfat etmişdir.
Saqdat Sadıkov
Saqdat Kabiroviç Sadıkov (qaz. Сағдат Қабірұлы Садықов; 29 iyul 1973, Ust-Kamenoqorsk) — Yüngül çəki dərəcəsində Qazaxıstanı təmsil edən cüdoçu. 1990-cı illərin sonlarında Qazaxıstanın yığmasında iştirak edirdi. 2000-ci illərin ortalarına qədər bir neçə yarışda Qırğızıstanı təmsil etdi. İki Yay Olimpiya Oyunlarının iştirakçısı, Asiya Çempionatının gümüş medalının sahibi, Osakada keçirilən Şərqi Asiya Oyunlarının və Düşənbədə keçirilən Mərkəzi Asiya Oyunlarının bürünc mükafatçısı, milli və beynəlxalq turnirlərinin bir çox yarışlarının qalibidir. == Bioqrafiyası == Saqdat Sadıkov 29 iyul 1973-cü ildə Qazaxıstan SSR-in Şərqi Qazaxıstan vilayətinin Ust-Kamenoqorsk şəhərində anadan olmuşdur. Yüngül çəki dərəcəsində Kanadada keçirilən tələbələrin dünya çempionatında bürünc medalı qazanmışdır. İlk dəfə turnirlərdə 1996-cı il mövsümündə iştirak etmişdir. Bir il sonra Parisdə keçirilən Sülh Kuboku turnirində ilk dəfə çıxış etmişdir. Növbəti ildə də Moskvada keçirilən Sülh Kuboku turnirində iştirak etmişdir.
Saylau Serikov
Serikov Saylau Dosumoviç (rus. Сериков Сайлау Досумович, 24 dekabr 1940 - 20 noyabr 1991) - Qazaxıstan SSR Daxili İşlər Naziri sabiq müavini. Qarakənd faciəsində həyatını itirmişdir. 24 dekabr 1940-cı ildə Qazaxıstan SSR Qostanay vilayətinin Qarasay rayonunda anadan olmuşdur. 1964-cü ildə daxil işlər orqanlarında vəzifəyə başlamışdır. Almatı şəhərinin Frunze rayon şöbəsinin mühafizə milisi diviziyasında siravi polis işçisindən, komandir vəzifəsinə qədər yüksəlmişdir. 1970-ci ildə Almatı şəhəri Lenin rayon polis idarəsinin rəis müavini, 1974-cü ildə isə rəisi vəzifəsinə yüksəlmişdir. 1977-ci ildə "Qırmızı Əmək Bayrağı" Ordeni ilə təltif edilmişdir.1985-ci ildə, Saylau Serikov Qazaxıstan SSR Daxili İşlər Nazirinin müavini vəzifəsinə çəkilmişdir. Bu zaman o polis-polkovniki rütbəsində olmuşdur.20 noyabr 1991-ci il yerli saatla 14:42 vurulan SSRİ DİN-nin Mi-8 helikopterində həlak olmuşdur. Almatı şəhərində dəfn edilmişdir.
Varikoz genişlənmə
Vena genişlənməsi ya Varikoz genəlmə venaların genişlənərək divarının nazikləşməsi, elastikliyini itirməsi ilə əlaqəli venoz sistemində rast gəlinən patoloji prosesdir. == Növləri == Adətən varikoz genəlmə dedikdə Aşağı ətrafların varikoz genəlməsi başa düşülür. lakin əmələgəlmə nahiyəsindən asıli olaraq varikoz genəlmə bir neçə növlərə malikdir: Aşağı ətrafların varikoz genəlməsi həm müstəqil həm də yanaşı gedən xəstəlik olub, aşağı ətraflarda: topuq, baldır, bud nahiyələrində dərialtı venaların genişlənməsi, damar divarının nasikləşməsi, tromblaşmış vena düyünlərinin üzə çıxması ilə xarakterizə olunur. Varikoz genəlmə venoz təzyiqin artması nəticəsində xüsusən qapı venasında təzyiqin artması - portal hipertenziya zamanı qida borusu venalarının, qarın nahiyəsində dərialtı venaların meduza şəkilli genəlməsinə səbəb olur. Bu cür varikoz genəlmə müstəqil deyil, hər hansı bir xəstəlik: qaraciyər serrozu, şişi zamanı meydana çıxmış olur. Düz bağırsaq venalarının genəlməsi, babasil ya hemorroy xəstəliyi adlanır. Kişilərdə xaya venalarının varikoz genəlməsi, varikosel adlanır. Varikosel kişi sonsuzluğuna səbəb ola bilir.
Varikoz genəlmə
Vena genişlənməsi ya Varikoz genəlmə venaların genişlənərək divarının nazikləşməsi, elastikliyini itirməsi ilə əlaqəli venoz sistemində rast gəlinən patoloji prosesdir. == Növləri == Adətən varikoz genəlmə dedikdə Aşağı ətrafların varikoz genəlməsi başa düşülür. lakin əmələgəlmə nahiyəsindən asıli olaraq varikoz genəlmə bir neçə növlərə malikdir: Aşağı ətrafların varikoz genəlməsi həm müstəqil həm də yanaşı gedən xəstəlik olub, aşağı ətraflarda: topuq, baldır, bud nahiyələrində dərialtı venaların genişlənməsi, damar divarının nasikləşməsi, tromblaşmış vena düyünlərinin üzə çıxması ilə xarakterizə olunur. Varikoz genəlmə venoz təzyiqin artması nəticəsində xüsusən qapı venasında təzyiqin artması - portal hipertenziya zamanı qida borusu venalarının, qarın nahiyəsində dərialtı venaların meduza şəkilli genəlməsinə səbəb olur. Bu cür varikoz genəlmə müstəqil deyil, hər hansı bir xəstəlik: qaraciyər serrozu, şişi zamanı meydana çıxmış olur. Düz bağırsaq venalarının genəlməsi, babasil ya hemorroy xəstəliyi adlanır. Kişilərdə xaya venalarının varikoz genəlməsi, varikosel adlanır. Varikosel kişi sonsuzluğuna səbəb ola bilir.
Vasili Surikov
Vasili İvanoviç Surikov (rus. Василий Иванович Суриков; 24 yanvar 1848, Krasnoyarsk — 19 mart 1916, Moskva) — rus rəssamı, tarix rəssamlığının görkəmli nümayəndəsi. == Həyatı == Vasili Surikov 1848-ci ildə Krasnoyarsk şəhərində kazak ailəsində anadan olmuşdur. 1869-1875-ci illərdə Peterburq Rəssamlıq Akademiyasında oxumuşdur. Təhsil illərində tarixi boyakarlığa müraciət etmiş, akademik incəsənətin şərtiliklərindən uzaqlaşmağa səy göstərmişdir. ("Knyaz məhkəməsi", 1874, Tretyakov qalereyası, Moskva). 1877-ci ildən Moskvada yaşamışdır. Müntəzəm surətdə Sibirə səfərə çıxmışdır, Donda (1893), Volqada (1901-1903), Krımda (1913) olmuşdur. 1883-1884-cü illərdə Almaniya, Fransa, Avstriya, 1897-ci ildə İsveçrə, 1900-cü ildə İtaliya, 1910-cu ildə İspaniyaya səyahət etmişdir. Peredvijniklər cəmiyyətinin və Rus Rəssamları İttifaqının üzvü olmuşdur.
Əhməd Salikov
Əhməd Salikov (1882, Noqkau[d], Alagir rayonu və ya Terek vilayəti – 2 sentyabr 1928, Varşava) — Osetiyalı yazıçı və publisist, Rusiya dövlət və ictimai xadimi. == Bioqrafiyası == Müsəlman Osetin ailəsində anadan olmuşdur. Stavropol klassik gimnaziyasını bitirir. 1899-cu ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olur, tələbə hərəkatında, 1905-ci ilin dekabrında Vladiqafqazdakı inqilabi hadisələrdə iştirak edir. 1902–1904-cü illərdə "Şimali Qafqaz" qəzetinin əməkdaşı kimi fəaliyyət göstərir. 1910-cu ildən "Otkliki Qafqaza" qəzetində və "Na Qafqaz" jurnalında məqalələr dərc edir. 1917-ci ildə Ümumrusiya Müsəlmanları Şurasının "İzvestiya" qəzetinin redaktoru olur. 1919-cu ildə Tiflisdə nəşr olunan "Volnı Qoreç" qəzetinin redaktoru işləyir İyuldan 1920-ci ilin dekabrına qədər Tiflisdəki "Noq Sard" (Yeni Şəfəq) qəzetinin naşiri və redaktoru olur. Rusiya Sosial Demokrat Fəhlə Partiyası Menşevik fraksiyasının liderlərindən biri olur. 8 may 1917-ci ildə Əhməd Salikov Ümumrusiya Müsəlmanları Konqresinin təşkilat komitəsinin üzvü olur və orada məruzə ilə çıxış edir.
Sakiko İkeda
Sakiko İkeda (8 sentyabr 1992, Saytama) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 14 oyun keçirib.
Katalin Kariko
Katalin Kariko (17 yanvar 1955, Solnok, Macarıstan Xalq Respublikası) — macar mənşəli amerikalı biokimyaçı. Dryu Vaysman ilə "COVID-19-a qarşı effektiv mRNT peyvəndlərinin hazırlanmasına imkan verən nükleozid bazası modifikasiyaları ilə bağlı kəşflərə" görə 2023-cü il Fiziologiya və tibb üzrə Nobel mükafatının qalibi. == Həyatı == Orta məktəbdə o, bəzi fənlərdə fərqlənir və Moritz Zsigmond İslahat Gimnaziyasını bitirir. Seqed Universitetində fəlsəfə doktoru dərəcəsi aldıqdan sonra Kariko tədqiqatlarını davam etdirdi və Macarıstan Bioloji Tədqiqatlar Mərkəzinin Biokimya İnstitutunda postdoktorluq təqaüdünə başladı. 1985-ci ildə o, əri və iki yaşlı qızı ilə Macarıstandan ABŞ-a getdi.
Aşağı ətrafların varikoz genəlməsi
Aşağı ətrafların varikoz genəlməsi aşağı ətrafın səthi venalarının genişlənməsi, vena qapaqcıqlarının catmamazlığı nəticəsində qan axınının pozulması- Varikoz termini lat. varix; varicis sözündən götürülmüş, mənası "köpmüş, gərilmiş, üfürülmüş" deməkdir.
Jan-Martin Şarko
Jan-Marten Şarko (fr. Jean-Martin Charcot; 1825 — 1893) — fransız həkim-psixiatr, Ziqmund Freydin müəllimi, nevroloji xəstəliklər üzrə mütəxəssis, isteriyanın psixogen təbiəti haqda yeni təlimin yaradıcısı. Öz hipotezlərinin doğruluğunu sübut etmək üçün psixiatriya sahəsində kliniki tədqiqatlarının çoxunu hipnoz vasitəsilə etmişdir. Paris universitetində psixiatriya kafedrasının yaradıcısı olmuşdur. Paris Elmlər Akademiyasının (1883-cü ildən), Fransa Coğrafiya Cəmiyyətinin üzvü olmuşdur. Qütb tədqiqatçısı, okeanoqraf Jan-Batist Şarkonun atasıdır. == Bioqrafiya == O, 29 noyabr 1825-ci il tarixində Parisdə kasıb kareta ustasının ailəsində anadan olmuşdur. Onun atası 3 oğlundan yalnız Jan-Martinə yaxşı təhsil verə bilmişdir. Onu Kondors liseyinə qoyurlar. 1844-cü ildə o, Paris universitetinin tibb fakültəsinə daxil olur.