DEBÜROKRATİZASİYA
(latın de-ayrılma, uzaqlaşdırma və fransız bureaucratie-dəftərxana hakimiyyəti)
bürokratizmin fəsadlarının aradan qaldırılmasına yönəlmiş tədbirlər sisteminin həyata keçirilməsi, o cümlədən: idarəçilik aparatının və digər dövlət orqanlarının rəhbər və əməkdaşlarının iş mədəniyyətinin artırılması; lüzum olmayan dövlət aparatının strukturlarının və işçi personalının təxris və ixtisar edilməsi; idarəçilik və ümumi iş prosesinin sadələşdirilməsi; kompyuter və digər texniki vasitələrin istifadə edilməsi, ümumi qərarların qəbul edilmə prosesinin sadələşdirilməsi və aşkarlığı; ümumi əhəmiyyətli məlumat bazasına vətəndaşların azad müdaxilə etmə şəraitinin yaradılması və s.