DEFIANT

adj itaətsiz, itaət etməyən, tabe olmayan; boyun əyməyən; dikbaş, lovğa, qaba, ədəbsiz; a ~ manner lovğa hərəkət; a ~ look ötkəm / lovğa baxış

DEFIANCE
DEFICIENCY
OBASTAN VİKİ
Sikorsky–Boeing SB-1 Defiant
2018-ci ilin dekabr ayının sonunda ilin ən maraqlı aviasiya hadisələrindən biri baş verdi: "Sikorsky" və "Boeing" şirkətinin müştərək istehsalı olacaq çoxməqsədli SB1 "Defiant" (ingiliscədən "cəsarətli", "qüsursuz", "itaətsiz") helikopterinin konsepsiyası təqdim edildi. Bu yeni layihənin mərkəzində ABŞ hərbçilərinə bir neçə yüksək sürətli helikopter ailəsi vermək üçün nəzərdə tutulan perspektiv "Vertical Lift" proqramı dayanır. SB-1-i gördükdə "dejavü" hiss etsəniz təəccüblənməyin. ABŞ artıq uzun müddətdir ki, yeni helikopterin bənzəri olan, "Sikorsky" istehsalı S-97 "Raider" helikopterini müvəffəqiyyətlə sınaqdan keçirir. Yeni SB1 helikopterini sözün əsl mənasında bu maşının modifikasiyası adlandırmaq da olmaz. Helikopterlər təmamilə fərqli vəzifələri həll etmək üçün nəzərdə tutulub. Xatırladaq ki, S-97 nisbətən kiçik bir helikopterdir, iki nəfər heyətə malikdir və altı nəfər desant daşıya bilir. Bunun kəşfiyyat, yüngül zərbə və ya gələcək pilotsuz aparatın bazası olduğu dəqiq məlum deyil. Onu daha çox ömrünü başa vuran "Bell" istehsalı kiçik OH-58 "Kiowa" helikopterlərinin yüksək sürətli əvəzi kimi görürlər. Böyük ehtimal ki, S-97 helikopteri zərbə tipli "Apache" helikopterlərini əvəz etməyəcək.