DEİDEOLOGİZASİYA

(latın de-ayrılma, uzaqlaşdırma və yunan idea-anlayış, təsəvvür və lógos-söz, təlim, nəzəriyyə) ideologiyanın ləğvi; dövlətin, cəmiyyətin və yaxud bir qrup insanın özünə rəhbər seçdiyi, riayət etdiyi (siyasi, dini) ideologiyanı könüllü və ya məcburi surətdə (özündən) uzaqlaşdırması prosesi. Həyatın bütün sahələrinə (dövlət idarəçiliyinə, elmə, ədəbiyyata, mədəniyyətə, adətə, yaşam tərzinə) israr etmiş, öz təsiri altına salmış və, hətta onlara nəzarət və təzyiq etmiş ideologiyanın ləğvi ilə və fikir, söz, mövqe, ideyalar azadlığı ilə xarakterizə edilir. D. bir qayda olaraq, qeyri-demokratik, müəyyən ideologiyaya arxalanan və ideoloji diktat yürüdən siyasi-hüquqi rejimlərin çökməsi ilə yeni, müstəqil siyasi subyektlərin, demokratik institutların formalaşması ilə, hakim ideologiyasının demonopolizasiyası vasitəsi ilə baş verir. D.-nın əsas səbəbləri kimi, insanlarda artıq köhnə ideologiyaya inamın qalmamasını, onlardan məyus olmasını, heç bir xeyir görməməsini və, hətta köhnə ideologiyanın ümumi inkişafa mənfi təsir göstərməsi, inkişafdan geri salması təsüratının artmasını göstərmək olar. D. bir ideologiyanın başqa ideologiya ilə əvəz edilməsi deyil, o bir ideologiyanın plürarizmlə əvəz edilməsidir.
DEFİSİT
DELEGİYA QANUNVERİCİLİYİ