dentofobiya
deonim
OBASTAN VİKİ
Denudasiya
Denudasiya (lat. Denudatio - "çılpaqlaşma") — Yer səthində süxurların su, külək, buz və s. ilə dağılması, yüksək sahələrdən alçaq sahələrə aparılması proseslərinin məcmusu. Yer səthi relyefinin dəyişilməsində və yeni relyef formalarının əmələ gəlməsində denudasiyanın rolu böyükdür. O, süxurları parçalayıb dağıdaraq relyefi alçaldır, hamarlayır, dağlıq sahələri denudasion düzənliklərə (peneplenlərə) çevirir. Denudasiya prosesinə aşınma, eroziya, abraziya, korroziya, deflyasiya kimi proseslər daxildir. == Denudasion proses == Denudasion proses aşınma məhsullarının daşınmasıdır. Prosesin başlıca hərəkətverici qüvvəsi ağırlıq qüvvəsidir. Bu qüvvə birbaşa və yaxud müxtəlif mütəhərrik mühitlərin vasitəsilə yaranır. Denudasion proses dar mənada müəyyən bir səthin yuyulması və qravitasion hərəkətlər vasitəsilə aşınma materiallarının daşınması kimi başa düşülür.
Denudasiya amilləri
Denudasiya prosesi

İlkin denudasiya
İlkin denudasiya (rus. первичная денудация, ing. inital denudation) — mənaca aparma, daşıma olub, aşınma materiallarının səthi yuyulma yolu ilə uzaqlaşdırılması. İlkin denudasiyada süxurların parçalanmasında, onların daşınmasında və çökəkliklərdə toplanmasında bütün proseslər eroziya, abraziya, buzlağın dağıdıcı fəaliyyəti, küləyin rolu və s. birlikdə iştirak etmir.

Значение слова в других словарях