Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dendrit
Dendrit (yun. déndron, azərb. ağac‎) — neyronun 2 çıxıntısından biri olan qısa və çox şaxələnən çıxıntılardır. Sinir impulsları bu hüceyrələrlə daxil olur.
Detrit
Detrit (lat. detritus - ovxalanmış) — su mühitində üzvi lil və orqanizmlərin qalığı, torpaqda bitki maddələrinin qalığı – çürüntü. Detritin qalma müddəti qısa (milçəklərin təsiri ilə işlənən heyvan cəsətləri – bir neçə həftə, meşədə yarpaqlar – bir neçə ay, ağac gövdələri – bir neçə il) və olduqca çox müddətə qalır (humus, sapropel, torf, kömür, neft). Detrit bir çox bioloji varlıqlar üçün qida ehtiyatı olub onların normal fəaliyyəti üçün vacibdir. Göllərin lilindən, suvarılan tarlaların qalıqlarından üzvi gübrə kimi istifadə olunur.
Endrik
Endrik (21 iyul 2006, Taquatinqa[d], Federal dairə, Braziliya) — La Liqada çıxış edən "Real Madrid" klubunda oynayan braziliyalı futbolçu. == Klub karyerası == === Real Madrid === 15 dekabr 2022-ci ildə La Liqa klubu "Real Madrid" elan etmişdir ki, onlar "Palmeiras" klubu, Endrik və onun ailəsi ilə 2024-cü ilin iyulunda, Endrikin 18 yaşı tamam olduqda onunla müqavilə bağlanılması barədə razılığa gəliblər. Klub 19 iyul 2024-cü ildə Endrik ilə 6 illik müqavilə imzalayacaqlarını təsdiqləyib. Bir neçə gün sonra, 27 iyulda o, Santyaqo Bernabeu stadionunda yeni oyunçu kimi təqdim olunub. 25 avqust 2024-cü ildə Endrik La Liqada "Real Valyadolid"-ə qarşı 3-0 qələbə qazandıqları ev oyununda 86-cı dəqiqədə əvəzedici kimi meydana çıxmış, üçüncü qolu vuraraq "Real Madrid"dəki rəsmi debütünü etmişdir.
Anna Kendriç
Anna Kuk Kendrik (ing. Anna Cooke Kendrick; 9 avqust 1985, Portlend[d], Men ştatı) — ABŞ aktrisası. 1998-ci ildə rol aldığı "Ali cəmiyyət" Brodvey müzikalına görə "Toni" mükafatına namizəd olub. Komediya filmi "Düşərgə" və "Alatoran" film seriyası ilə tanınmağa başlayıb. "Up in the Air" və "Pitch Perfect" filmlərindəki roluna görə "Oskar" mükafatına namizəd göstərilib.
Deneris Tarqarien
Deyeneris Tarqarien (ing. Daenerys Targaryen) — amerikan yazıçısı Corc R. R. Martinin "Buzla alovun nəğməsi" romanlar seriyasının və romandan adaptasiya olunmuş "Taxt-tac oyunları" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Deneris Tarqarienin baxış bucağından verilir.
Hendrik Adamson
Hendrik Adamson- (6 oktyabr 1891- 7 mart 1946) Estoniya şairi və pedaqoqudur. == Bioqrafiya == Hendrik Adamson 6 oktyabr 1891-ci ildə Metsakuru kəndində, Patsidə, dərzi ailəsində anadan olmuşdur. Həmin ərazi Karstna regionun (hal-hazırda Veisjarve kəndi və Tarvastu) Vilyandimaa vilayətində yerləşir. 1911-ci ildən Vötikvere Torma məktəbində müəllim kimi fəaliyyət göstərmişdir. 1919-cu ildən 1927-ci ilə qədər Estoniyanın Karstna kəndinin ibtidai məktəbinin müdiri olmuşdur. Nəticədə, Hendrik Adamson peşəkar yazıçı oldu. Estoniya Yazıçılar Birliyinin üzvü seçildi. Hendrik Adamson bir müddət Valqamaal Lovel (1940) və Karstnasda (1944) müəllim kimi fəaliyyət göstərmişdir. Adamson 1929-cu ilin sonunda esperanto dilini öyrəndi. 1930-cu ildə isə bu dildə orijinal şeirlər yazmağa başladı.
Hendrik Averkamp
Hendrik Averkamp (27 yanvar 1585, Amsterdam, Hollandiya qraflığı – 15 may 1634) — əsasən yağlıboya qış mənzərəsi rəsm əsərləri və suluboya eskizləri ilə tanınmış holland rəssamı. == Həyatı == Hendrik Averkamp 27 yanvar 1585-ci ildə Amsterdamda, Nieuwe Kerkə (Yeni kilsə) yaxın yerdə anadan oldu, amma Oude Kerkdə (Qədim kilsə) xaş suyuna salındı. Ailəsi növbəti il Kampen şəhərinə yerləşdi. Atası bu şəhərdə əczaçı idi. Ana tərəfi elm adamları idi. Qardaşlarından biri həkim, biri isə həkim oldu. Avekamp lal idi və buna görə onu "Kampen lalı" adlandırırdılar. Averkamp Amsterdamda çox əhatəli "manerist" stildə tarixi hadisələrin rəsmlərini, portretlərini və eskizləri hazırlayan danimarka əsilli rəssam Pieter İsaksın (1569–1625) yanında işlədi, amm onun stilini əsərlərinə tədbiq etmədi. Holland rəsssam David Vinkbunsun (1576–1632) da yanında işləmişdir. XVII əsrlərdə portret çəkmələ məşhurlaşan holland rəssamların ilklərindən biri Hendrik Averkamp idi.
Hendrik Lorens
Hendrik Anton Lorentz (nider. Hendrik Antoon Lorentz, 18 iyul 1853[…], Arnem[…] – 4 fevral 1928[…], Harlem[d]) — görkəmli niderland fiziki, Fizika üzrə Nobel mükafatı laureatı. == Fəaliyyəti == 1902-ci ildə Piter Zimanla birgə Ziman effektinin kəşfi və nəzəri izahına görə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Lorentz həmçinin Eynşteynin fikrincə məkan və zamanın əsl təbiətini təsvir edən Lorentz transformasiyalarını da işləmişdir. Leyden universitetində təhsil almış, 1878-ci ildə isə bu universitetin riyazi fizika üzrə professoru adını almışdır. O işığın elektromaqnit nəzəriyyəsi və materiyanın elektron nəzəriyyələrini inkişaf etdirmiş, həmçinin bir-birini tamamlayan elektrik, maqnit və işıq hadisələri nəzəriyyəsini işləmişdir. Orta məktəb dərsliklərində tədris olunan Lorentz qüvvələri anlayışı da bu alimin adı ilə bağlıdır. Lorentz qüvvəsi maqnit sahəsində hərəkət edən yükə təsir edən qüvvədir. İrəliləmə hərəkətində cismin uzunluğunun azlamasını təsvir edən Lorentz –Fitsjerald azalması adlanan hadisənin nəticələrindən biri olan hərəkət edən cisimlərin vəziyyətinin çevrilmələri nəzəriyyəsini işləyib hazırlamışdır. Bu nəzəriyyə çərçivəsində alınmış Lorents çevrilmələri nisbilik nəzəriyyəsin verilmiş ən byük töhfələrdən biri sayılır.
Anna Kendrik
Anna Kuk Kendrik (ing. Anna Cooke Kendrick; 9 avqust 1985, Portlend[d], Men ştatı) — ABŞ aktrisası. 1998-ci ildə rol aldığı "Ali cəmiyyət" Brodvey müzikalına görə "Toni" mükafatına namizəd olub. Komediya filmi "Düşərgə" və "Alatoran" film seriyası ilə tanınmağa başlayıb. "Up in the Air" və "Pitch Perfect" filmlərindəki roluna görə "Oskar" mükafatına namizəd göstərilib.
Kendrik Lamar
Kendrik Lamar Dakvort (ing. Kendrick Lamar Duckworth; 17 iyun 1987, Kompton, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ) — amerikalı repçi, müğənni-mahnı yazarı. Çoxları tərəfindən repin korifeyi olaraq görülən Kendrik, musiqi üzrə təqdim edilən prestijli "Pulitzer" mükafatını qazanan yeganə rep sənətçisi kimi tarixə düşüb. Bir çox qəzet və jurnallar hesab edir ki, onun mahnılarında verdiyi mesajlar gənclərin maariflənməsinə, ictimai-siyasi məsələlərdən daha çox xəbərdar olmasına təsir edib. Kendrik Lamar on yeddi "Qremmi" mükafatı laureatıdır. Lamar orta məktəb illərində musiqi istedadını üzə çıxarmağa başlayıb. O, K.Dot təxəllüsündən istifadə edərək mahnı-yazıb buraxırdı. 2005-ci ildə Lamarın bacarıqları Top Dawg Entertainment (TDE) şirkəti tərəfindən fərq edilir və bu müqavilə ilə yekunlaşır. TDE ilə işlədiyi müddət zamanı o, şirkətin rosterində olan daha üç istedadlı hip-hop sənətçisi ilə tanış olur. 2008-ci ildə onun əsas rol oynadığı “Black Hippy” hip-hop superqrupu formalaşır.
Hendrik Doeff
Hendrik Doeff (nid. Hendrik Doeff; 2 dekabr 1777, Amsterdam, Hollandiya qraflığı – 19 oktyabr 1835, Amsterdam) – Naqasaki limanında yerləşən Decima adasındakı Holland fabrikinin 1803–1817-ci illərdəki başçısı. Yapon dilində Dofu adı ilə tanınırdı. == Yaponiyada fəaliyyəti == Hendrik Doeff 1798-ci ildə Holland Ost-Hind şirkəti tərəfindən Decimaya göndərilmiş, 1799-cu ilin iyulunda Naqasakiyə çatmışdır. 1800-cü ildə Bataviyaya səfər etdikdən sonra Decimada yerləşən Holland fabrikinin başçısının katibi kimi işləmişdir. 1803-cü ildə başçı vəzifəsinə keçmiş və bu vəzifədə olduğu müddət ərzində Edo şəhərində oturan şoqunu üç dəfə ziyarət etmişdir. Doeff 1808-ci ildə baş verən "Phateon" insidenti zamanı şoqunluğun tərəfini tutmuş və holland postunu müdafiə etmişdir. Belə ki, Birləşmiş Krallığa məxsus "Phaeton" gəmisi 1808-ci ildə şoqunluğun icazəsi olmadan Naqasaki limanına daxil olmuş və Decimadan təchizat götürmüşdür. Avropada baş verən Napoleon müharibələri zamanı Yava adasının britaniyalı leytenant-qubernatoru Tomas Raffls 1811-ci ildə Decima adasını ələ keçirməyə çalışmış, lakin Doeff adanı müdafiə etmişdir. Doeffin rəhbərliyi və Decimadakı tərcüməçilərin əməkdaşlığı ilə hollandca-yaponca lüğəti tərtib olunmuşdur.
Sofi Bodi-Qendrot
Sofi Bodi-Qendrot (30 oktyabr 1942, Verden – 21 sentyabr 2018[…], XV arondisman (Paris)) — təhlükəsizlik məsələləri, şəhər zorakılığı, sosial bərabərsizlik və Avropa və Amerika şəhərlərində gənc miqrantların məruz qaldıqları ayrı-seçkilik mövzularında ixtisaslaşmış fransız politoloqu, kriminoloq və sosioloq idi. O, Siyasi Araşdırmalar İnstitutu (Paris), Nyu Orlean Universiteti, Midlberi kolleci, Kolumbiya Universiteti, Nyu-York Universiteti, Sosial Elmlər Ali Məktəbi, Paris Nanterre Universiteti, Blez Paskal Universiteti, Paris Sorbon Universitetində mühazirələr oxuyub. Bodi-Qendrot ingilis və fransız dillərində 20-dən çox kitabın, eləcə də 150-dən çox fəsil və akademik məqalənin müəllifi və ya birgə redaktoru olub. O, 2005-ci ildə Akademik Palma ordeninə layiq görülmüş və 2012-ci ildə Fəxri Legion Ordeni ilə təltif edilmişdir. Bodi Qendrot 30 oktyabr 1942-ci ildə Verden, Mözdə anadan olub. O, həkim Moris Bodi və rəssam Jaklin Kontantın qızı idi. Bodi-Qendrot 17 yaşına qədər Verdendə böyüdü və Verdendəki Margueritte Liseyində, sonra Parisdəki Sévigné Kollecində təhsil aldı. 1963-cü ildə o, Paris Universitetində ingilis dili üzrə magistr dərəcəsi alıb, beş ildən sonra Parisdəki Siyasi Araşdırmalar İnstitutundan Amerika vətəndaş hüquqları hərəkatı üzrə diplomunu qazanıb və 1979-cu ildə Nyu-Yorkda məktəb münaqişələri sahəsində siyasi elmlər üzrə post-dövlət magistr dərəcəsini əldə etmişdir. O, İngiltərənin Uolsoll şəhərində oxucu kimi vəzifəyə başlayıb və sonra 1964–1965-ci illər arasında Romadakı Amerika Xarici Məktəbində dərs deyib. Bodi-Qendrot Kofremka Rəy Tədqiqat İnstitutunda işləyib və 1975-ci ildə Parisdə Midlberi məktəbinin direktor köməkçisi kimi işləmək üçün Parisə köçməmişdən əvvəl Nyu Orlean Universitetində tələbələrə dərs deyib.
Tomas Hendrik İlves
Tomas Hendrik İlves (est. Toomas Hendrik Ilves; 26 dekabr 1953, Stokholm) — 2006-2016-cı illərdə Estoniya Respublikasının 4-cü Prezidenti olmuşdur.
Toomas Hendrik Ilves
Tomas Hendrik İlves (est. Toomas Hendrik Ilves; 26 dekabr 1953, Stokholm) — 2006-2016-cı illərdə Estoniya Respublikasının 4-cü Prezidenti olmuşdur.
Dəndi
Dəndi- İranın Zəncan ostanının Mahnişan şəhristanının Ənquran bəxşində şəhər və bu bəxşin mərkəzidir. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.