Derivatoqrafiya
Derivatoqrafiya – temperatur rejiminin dəyişməsi şəraitində maddədə baş verən kimyəvi və fizika-kimyəvi proseslərin tədqiqi üsuludur.
== Derivatoqrafiyanın əsası ==
Derivatoqrafiyanın əsası differensial termiki analizin (DTA) başqa fiziki və ya fiziki-kimyəvi metodların , məsələn termoqravimetriya (TG), dilatometriya, kütlə spektrometriya, spektroskopiyanın birləşdirilməsilə qoyulub.
DTA – TG analizində termiki effektin təsiri altında maddənin transformasiyasının baş verməsilə yanaşı, nümunənin (maye və ya bərk) kütləsində dəyişiklik qeydə alınır.
== Derivatoqraf cihazı ==
Termik və termoqravimetrik dəyişmələri qeyd edən cihaz derivatoqraf adlanır.
== Mənbə ==
Paulik F., Paulik J., Erdey L. Derivatography A complex method in thermal analysis. Talanta, 1966. – 13. – P. 1405-30.
Уэндландт У. Термические методы анализа = Thermal Methods of Analysis/ Пер. с англ.