Determinizm
Deviz
OBASTAN VİKİ
Devalvasiya
Devalvasiya — (lat. de — enmə, lat. valeo — dəyəri) pul vahidinin qızıl məzmununun rəsmi azalması, yaxud milli valyutanın qızıla, gümüşə, xarici valyutaya görə məzənnəsinin aşağı düşməsi deməkdir. Müasir şəraitdə termin stabil valyutalara nisbətən enən milli valyutada işlənilir. Revalvasiyaya əks olaraq, devalvasiya milli banklarda milli valyutanın idarə olunması aləti kimi baxılır. İnflyasiya termini devalivasiya termininə yaxındı, amma birinci milli valyutanın yerli bazarda alıcılıq qabiliyyətinə aiddi, ikinci isə xarici valyutaya görə alıcılıq qabiliyyətinə. Mənaca ikisi də alıcılıq qabiliyyətini xarakterizə edir. Valyutanın devalvasiyası ölkə daxilindəki inflyasiya səbəbindən də ola bilər. Xarici valyutanın inflasiyaya uğramasından da milli valyuta devalvasiyaya uğramadan inflyasiyaya uğraya bilər. Əgər xarici valyuta deflyasiyaya uğrasa devolvasiya inflyasiyasız ola bilər.
Açıq devalvasiya

Значение слова в других словарях