dialoq-pamflet

dialoq-pamflet
dialoq
diamaqnetik
OBASTAN VİKİ
Pamflet
Pamflet (ing. pamphlet) — həcmcə böyük olmayan, konkret, əsasən, sosial-siyasi ifşa xarakterli publisistik əsər. Pamflet termini qədim yunan-latın sözü olub "pan" və ya "pam" sözündən olub, "vsyo" yəni "phleqo" - "yandırıram", "alovlandırıram" sözündən götürülmüşdür. Pamfletdə yaramaz ictimai quruluş, ayrı-ayrı şəxslərin, yaxud müəyyən siyasi partiyanın, qrupun, müəssisənin cinayətkar fəaliyyəti və s. kəskin satira atəşinə tutulur. Pamfletə yaxın publisistik əsərlər hələ antik dövrdən məlum olsa da, janr kimi renessans dövründə formalaşmışdır (Rotterdamlı Erazm, U. fon Hutten, Fransua Rable və başqaları). Karl Marks, Vladimir İliç Lenin siyasi pamfletin klassik nümunələrini yaratmışlar. Maksim Qorkinin, Vladimir Mayakovskinin, İlya Erenburqun faşizm və imperalizmi ifşa edən pamfletləri məşhurdur. Satirik publisistikanın bu janrı ən az öyrənilmiş olsa da, bu sahədə ilk tədqiqatlar 1920-1930 illərdə meydana çıxmışdır. Pamflet hadisələri satirik təsvir üsulları və obrazlı təsvir vasitələrinin köməyi ilə əks etdirilir.
Dialoq
Dialóq (yun. διάλογος – danışıq, söhbət) – dilçilikdə: fikir-replikaların müntəzəm mübadiləsindən ibarət nitq forması; danışanların nitqinin bilavasitə anlaşılması replikaların dil tərkibinə qarşılıqlı təsir göstərir. Dialoq üçün məzmun əlaqəsi (sual-cavab, xəbər-aydınlaşdırma, /əlavə/, etiraz, /razılıq/, dəyərləndirmə; nitq etiketi formulları) və onun stimullaşdırdığı replikaların konstruktiv (leksik-qrammatik) əlaqəsi tipikdir: “Sən harada idin?” – “İşdə ləngidim”. Bu cür əlaqələrin yoxluğu danışanın nitqə deyil, nitqin gerçəkləşdiyi vəziyyətə reaksiyası zamanı (“Harada idin?” – “Qapıdan çəkil, soyuqlayarsan”) və ya müəyyən nitq aktı ilə heç bir əlaqəsi olmayan şəraitdə mümkündür. Dialoq dil ünsiyyətinin ilkin formasıdır. Genetik olaraq şifahi ifadə vasitələrinin qənaəti prinsipi ilə səciyyələnən şifahi danışıq sahəsinə aiddir. Bədii ədəbiyyatda dialoq şəklində nitqin ifadəsi zamanı situasiya rolunu müəllif şərhləri (remarkalar) oynayır. Dialoqun dil və üslubi xüsusiyyətləri yazıçının fərdi üslubuna və janrın normalarına uyğun olur. Dialoqun köməyilə təkcə danışıq nitqi üslublaşdırılmır. Dialoqun zahiri forması (replikaların növbələşməsi), onlarda canlı Dialoq nitqinin tipoloji əlamətlərinin çox hissəsi olmasa da, fəlsəfi-publisistik janr üçün səciyyəvidir (məs., Platonun, Q.Qalileyin dialoqları və “dəyirmi masa” arxasında müasir müzakirələr, müsahibələr, söhbətlər və s.).
Dialoq qutucuğu
kompüterlərdə qrafik istifadəçi interfeysinin bir elementi olan dialoq qutucuğu elə pəncərə növüdür ki, istifadəçi və kompüter arasında ünsiyyəti asanlaşdırmağa xidmət edir. O istifadəçiyə məlumat ötürə, istifadəçidən məlumat istəyə və ya eyni zamanda hər ikisini edə bilər. Adətən dialoq qutucuqları istifadəçilərə bir neçə seçimdən birini və ya bir neçəsini seçmək üçün və ya suala cavabları daxil etmək üçün verilir. Bunlar bəzən sağda şəkildə göstərilən formada bildiriş kimi peyda olurlar.
Sokratik dialoq
Sokratik dialoq (q.yun. Σωκρατικὸς λόγος) — Sokratik metodun tətbiq olunduğu dialoqlar. Eramızdan əvvəl IV əsrin əvvəllərində Yunanıstanda inkişaf etmiş ədəbi nəsrin janrı. Bu növün ən qədim nümunələri Platon və Ksenofon tərəfindən verilmişdir və hamısında Sokrat baş qəhrəman kimi iştirak edir. Sokrat çox vaxt əsas iştirakçı olsa da, onun dialoqda olması janr üçün o qədər də vacib deyil. Bu gün istinad edilən Sokratik dialoqların əksəriyyəti Platonun dialoqlarıdır. Platonik dialoqlar sonrakı filosofların istifadə etdiyi ədəbi janrı müəyyənləşdirdi. Platon təxminən 35 dialoq yazmışdır ki, onların əksəriyyətində Sokrat baş qəhrəmandır.
Timey (dialoq)
"Timey" (yun. Τίμαιος) — Platonun kosmologiya, fizika və biologiyaya həsr olunmuş ən mühüm traktatlarından biri. Eramızdan əvvəl 360-cı ildə sokratik dialoq şəklində yazılmışdır. Bu dialoq həmçinin Atlantida haqqında məlumat verir (daha ətraflı təsviri yarımçıq “Kritiy” dialoqunda əldə etmək olar). Dialoqda iştirak edənlər: Sokrat, Lokriyalı Timey, Kritias, Hermokrat . Bu dialoq orta əsr fəlsəfəsinin, o cümlədən Şartr məktəbi adlanan ideyaların inkişafına, eləcə də İntibah fəlsəfəsinə və müvafiq olaraq sonrakı dövrlərin bütün Avropa fəlsəfəsinə əhəmiyyətli təsir göstərmişdir. == Məzmunu == Dialoqun tərkibi üç qeyri-bərabər hissədən ibarətdir. Başlanğıcda Sokrat ideal dövlət anlayışını qısaca təkrarlayır (q.yun. πολιτεία), mahiyyəti hər bir insanın öz ruhunun ləyaqətinə uyğun olaraq bir peşə seçməsidir: əkinçilər (q.yun. γεωργοί), mühafizəçilər (q.yun.
Modal dialoq boksu
Modal dialoq boksu ( ing. modal dialog box, ru. модальное диалоговое окно) - qrafik istifadəçi interfeysində (GUI): bu dialoq boksunu (pəncərəsini) qapadanadək istifadəçinin ana proqramla işini bloklayan dialoq boksu (DIALOG BOX). Modal dialoq bokslarından, adətən, aşağıdakı hallarda istifadə olunur: • İstifadəçinin hansısa informasiyanı daxil etməsi tələb olunduqda; bu, sadəcə, “hə/yox” cavabı da ola bilər, ana proqramın işini davam etdirməsi üçün çoxlu sayda verilənlər də. • İstifadəçinin diqqətini mühüm bir şeyə cəlb etdikdə; erqonomika mütəxəssisləri bu variantı tez-tez tənqid edirlər, çünki proqramın bütövlükdə işini bloklamaq üçün nadir hallarda tam əsas olur. Ancaq bu variantdan yenə də istifadə olunur, çünki proqramlaşdırma baxımından onun reallaşdırılması daha asandır. • İstifadəçiyə, onun yerinə yetirdiyi əməliyyatın ləğv edilməsinin mümkünsüzlüyünü göstərmək və həmin əməliyyatı təsdiqləmək tələb olunduqda. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tunis Milli Dialoq Dördlüyü
Tunis Milli Dialoq Dördlüyü (ərəbcə: الرباعي التونسي للحوار الوطني‎, fransızca: Quartet du dialogue national) 2011-ci il Yasəmən inqilabı iğtişaşlarından və tarixi rejim dəyişikliyindən sonra Tunisdə əldə edilmiş demokratik qazancları möhkəmləndirmək və konstitusiyanın möhkəmləndirilməsində mərkəzi vasitəçi olan dörd vətəndaş cəmiyyəti təşkilatından ibarət qrupdur. Dördlük 2013-cü ilin yayında konstitusiya prosesini dayandıran siyasi böhrandan sonra yaradılıb. Dördlüyün İntibah partiyasının başçılıq etdiyi hökumət gedən danışıqlardan uğur əldə etməsi və tarixi konstitusiyanın hazırlanmasında əldə etdiyi uğurun nəticəsi olaraq, 9 oktyabr 2015-ci ildə Nobel sülh mükafatına layiq görülmüşdür. Milli Dialoq Dördlüyü Tunis vətəndaş cəmiyyətində aşağıdakı təşkilatlardan ibarətdir: Tunis Ümumi Həmkarlar İttifaqı (UGTT, Union Générale Tunisienne du Travail) Tunis Sənaye, Ticarət və Sənətkarlıq Konfederasiyası (UTICA, Union Tunisienne de l'Industrie, du Commerce et de l'Artisanat) Tunis İnsan Hüquqları Liqası (LTDH, La Ligue Tunisienne pour la Défense des Droits de l'Homme) Tunis Vəkillər kollegiyası (Ordre National des Avocats de Tunisie) 2010-cu ilin dekabr ayının ortalarında Məhəmməd Buəzizinin Sidi Bu-Zeyddə özünü yandırmasından sonra Tunis artan etiraz hərəkatları ilə əhatə olundu. Hərəkat əvvəlcə Sidi Bu-Zeyddə bölgəsindəki kənddə orta səviyyəli işçilər və gəncləri tərəfindən sürətləndirildi, lakin əhalinin müxtəlif təbəqələrini əhatə etdi. Tunis həmkarlar ittifaqlarının etiraz səylərini gücləndirəcəyi müəyyən deyildi. Müstəqillik əldə etdikdən sonra Tunis Ümumi Həmkarlar İttifaqı (UGTT) siyasi cəhətdən fəal idi, xüsusən də Beynəlxalq Valyuta Fondunun subsidiyalarının kəsilməsinə etiraz etdi, lakin Ben Əli rejimi tərəfindən getdikcə daha çox repressiyaya məruz qaldı. İstehlak qiymətlərinin artmasına və əmək haqqının durğunluğuna cavab olaraq 1978-ci ildə "Qara cümə axşamı" etirazı kimi hadisələr və BVF-nun subsidiyalarının daha da azaldılması və yaşayış dəyərinin sürətlə artması ilə əlaqədar 1985-ci il etirazlarının Ben Əlinin daha repressiv mühitində təkrarlanacağı çətin görünürdü. Bu repressiv dövrün zirvəsində Tunis İnsan Haqları Liqası rəsmi olaraq qəbul edilən tək QHT idi. 2011-ci il Ərəb Barometri Tədqiqatına görə, etiraz edən əhalinin 10 faizinin həmkarlar ittifaqına mənsub olduğu Misirdən fərqli olaraq seçmənin yalnız üç faizinin həmkarlar ittifaqında iştirak etdiyini iddia etdi.
Tərəfdaşlıq və Dialoq üçün Qara Dəniz Forumu
Tərəfdaşlıq və Dialoq üçün Qara Dəniz Forumunun (BSF) ilk sessiyası – iyun 2006-cı il tarixlərində Buxarestdə keçirilmişdir. Forum Rumıniya təşəbbüsü ilə baş tutmuşdur və ilkin olaraq prezidentlər səviyyəsində hər il müntəzəm keçirilən sammitlər və həmin illik fasilələr ərzində tematik və ya sektorlar üzrə əməkdaşlıq görüşlərinin keçirilməsi nəzərdə tutulur. Sessiyaların keçirilmə məkanı üzv dövlətlər arasında növbəli şəkildə razılaşdırılmaqla seçilir. Forum yeni regional institutlar yaratmaq məqsədi daşımır, əksinə, geniş Qara dəniz regionu ölkələri (Cənubi Qafqazdan Xəzər dənizinə qədər daxil olmaqla) və bu qrup ölkələrlə beynəlxalq təşkilatlar arasında müntəzəm məsləhətləşmə prosesinə çevrilmək məqsədi daşıyır. İlk sammitdən sonra başqa sammitlərin keçirilməsi nəzərdə tutulmayıb. Rumıniya və Bolqarıstan Aİ-yə daxil olduqdan sonra Forum Şimali Avropa ölkələri və Baltik dənizi ölkələri üçün Şimal Ölçüsü təşəbbüsünə bənzər Qara və Xəzər dənizi dövlətləri ilə əməkdaşlıq üçün Aİ təşəbbüsü formasını aldı. Rumıniya prezidenti Trayan Besesku, Moldova prezidenti Vladimir Voronin, Ukrayna prezidenti Viktor Yuşşenko, Gürcüstan prezidenti Mixail Saakaşvili, Ermənistan prezidenti Robert Köçəryan, Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin dövlət naziri və Bolqarıstanın bir nümayəndəsi parlamentin ilk iclasında Birgə Bəyannamə imzalayıblar. Onlara ABŞ, NATO və Aİ-nin yüksək səviyyəli rəsmiləri də qoşulub.