DİAQONAL

1
I
сущ. мат. диагональ (отрезок прямой, соединяющий две несмежные вершины многоугольника). Diaqonalların kəsişmə nöqtəsi точка пересечения диагоналей, dördbucaqlının diaqonalı диагональ четырёхугольника; böyük diaqonallar большие диагонали (диагонали, соединяющие поля a1-h8 и h1-a8 шахматной доски)
II
прил. диагональный. Diaqonal birləşmələr тех. диагональные соединения, diaqonal zolaq горн. диагональная полоса, diaqonal yolu геодез. диагональный ход; мат. diaqonal kəsik диагональное сечение, diaqonal metod диагональный метод, diaqonal işıq фото. диагональный свет, diaqonal nasos гидрав. диагональный насос; спорт. diaqonal müdafiə диагональная защита, diaqonal ötürmə диагональная передача; diaqonal təbəqələşmə геол. диагональная слоистость; diaqonal xətt диагональная линия
2
I
сущ. диагональ (плотная ткань с рубчиками, идущими по косой линии)
II
прил. диагоналевый. Diaqonal kostyum диагоналевый костюм
DİAQNOZ
DİAQRAM
OBASTAN VİKİ
Diaqonal
Çoxbucaqlının bir tərəfi üzərində olmayan ixtiyari iki təpə nöqtəsini birləşdirən düz xətt parçası onun diaqonalı adlanır. Deməli, üçbucağın diaqonalı yoxdur, dördbucaqlınin isə 2 diaqonalı var. Qabarıq çoxbucaqlıların diaqonalı onun daxilində yerləşir. Qabarıq n-bucaqlının d = n 2 − 3 n 2 {\displaystyle d={\frac {n^{2}-3n}{2}}} sayda diaqonalı var.
Diaqonal (voleybol)
Diaqonal — (ing. opposite, türk. pasör çaprazı) voleybolda mövqelərdən biri, voleybolçu ampluası. Bu mövqe voleybolda şərti olaraq hücumçu ampluasına bənzəyir. Hətta ismi diaqonal hücumçu da adlandırılır. Diaqonal oynayan voleybolçu toppaylayıcı servis atarkən önə gəlir və adətən uzun pasla hücum edir, 2-ci zonada qərarlaşır. Bu oyunçu "4-2" və "6-0" taktikasında istifadə edilmir. Sadəcə "5-1" sxemində yer alır. Çünki "5-1" taktikasında sadəcə 5 hücumçu və 1 toppaylayıcı yer alır. Burada toppaylayıcının da çaprazında bir hücumçuya ehtiyac duyulduğundan diaqonal oyunçudan istifadə edilir.
Anadolu diaqonalı
Anadolu diaqonalı — Aralıq dənizinin şimal-şərq küncündən Qara dənizin cənub-şərq küncünə qədər Türkiyənin mərkəzindən və şərqindən diaqonal olaraq keçən və Türkiyə sərhədləri daxilində yuxarı Fərat çayının məcrasının bir hissəsini təxminən kəsən nəzəri ayırıcı xətdir. == Biocoğrafi sədd == Diaqonal ilk dəfə 1971-ci ildə britaniyalı botanik Piter Hedlend Devis tərəfindən təklif edilmişdir. O, diaqonalın qərbində mövcud olan bir çox bitki növlərinin şərqdə, şərqdə tapılan digər növlərinin isə qərbdə mövcud olmadığına diqqət yetirdi. Təhlil edilən 550 növdən 135-i "şərqi" və 228-i "qərbi" idi. Bununla belə, Devis hesab edirdi ki, bu fenomeni izah edə biləcək heç bir fiziki, geoloji və ya iqlim fərqləri və yaxud torpaq tipində dəyişiklik yoxdur. Anadolu diaqonalı nəinki bitki biomüxtəlifliyinə sədd yaradır, həm də 400-ə yaxın bitki növü bu diaqonala endemikdir və başqa heç bir yerdə onlara rast gəlinmir. 1989-cu ildə türk botanikləri T. Ekim və A. Günər o vaxta qədər səkkiz cildi nəşr edilmiş özlərinin "Türkiyə florası" kitabında ətraflı tədqiq edərək növlərin yayılmasını araşdırdılar. Onlar diaqonalın həqiqətən də mövcud olduğu qənaətinə gəldilər və müəyyən etdilər ki, nəzərdən keçirilən bitki növlərinin 33%-i bu və ya digər şəkildə diaqonaldan təsirlənir. Daha sonra bu fenomenin səbəblərini nəzərdən keçirdilər. Diaqonalın iki tərəfi arasında hündürlük fərqi var idi, qərbdəki ərazi daha aşağıda idi.

Значение слова в других словарях