DİFFAMASİYA

(latın diffamare-ləkələmək, pisləmək) şəxsin və ya ictimai birliyin şərəf və ləyaqətini alçaldan, adını ləkələyən, xalq arasında nüfuzdan salan, onun barəsində pis fikir formalaşdıran, o cümlədən, böhtan xarakterli məlumatların kütləvi informasiya vasitələri (KİV) ilə və internet vasitəsilə çıxışların, bəyanatların, o cümlədən şəkillərin və s. yayılması. D. mənfur, qeyri-etik mübarizə formasıdır, digər sivil mübarizə və üsul metodları tükəndikdə məhz D. vasitəsindən istifadə edilir. Qeyd etmək labüddür ki, insanların şəxsi həyatını qanunlar vasitəsilə dövlət qoruyur, böhtan məlumatın yayılması isə ağır məsuliyyətə səbəb olur. Eyni zamanda, dövlətin Ali hakimiyyət orqanlarının, Ali vəzifəli şəxslərin (o cümlədən: Prezidentin, Deputatın, Məhkəmə Hakiminin) şərəf və ləyaqəti xüsusi qanunla qorunur. D. deskriditasiyanın bir üsuludur, əgər diskriditasiya geniş dairəni əhatə edirsə, D. yalnız məlumat ötürülməsi ilə izah edilir.
DƏRKƏNAR
DİKTATOR

Значение слова в других словарях