Diktat

das; -(e)s, -e 1. imla, diktə; 2. pol. əmr, hökm, göstəriş, zorla qəbul etdirmə siyasəti
Digitaluhr
Diktator
OBASTAN VİKİ
Böyük diktator (film, 1940)
Böyük diktator (ing. The Great Dictator) — rejissor Çarli Çaplinin filmi. == Məzmun == Film Birinci dünya müharibəsi səhnəsi ilə başlanır. Çaplinin qəhrəmanı olan sıravi əsgər (sülh zamanı isə yəhudi bərbər) də bu döyüşdə iştirak edir. Ona təyyarəçi Şultsu xilas etmək nəsib olur. İş elə gətirir ki, təyyarə zərblə yerə çırpılır və əsgər yaddaşını itirərək xəstəxanaya düşür. İllər keçir. Müharibədə məğlubiyyətdən sonra Tomaniyaya (Almaniyaya işarə) Adenoid Hinkel adlı diktator gəlir (bu obraz Adolf Hitlerin prototipidir). Filmdə Hinkel və yəhudi bərbəri obrazları əkiz kimi bir-birlərinə oxşar verilir. Getdikcə yəhudi məhəlləsi gettoya çevrilir.
Diktator
Diktator — mütləq gücə sahib olan siyasi lider. Diktatura, bir diktator tərəfindən və ya kiçik bir klik tərəfindən idarə olunan bir dövlətdir. Bu söz, fövqəladə hallarda respublikanı idarə etmək üçün Senat tərəfindən təyin olunmuş Roma Respublikasında bir hakim vəzifəsi olaraq meydana gəldi (bax Roma diktatoru və justitium ). " Zalım " (əvvəlcə pejorative olmayan Qədim Yunan titulu idi) termini və daha az dərəcədə "avtokrat " kimi, "diktator" demək olar ki, müstəmləkəçiliyin titullu bir termini kimi istifadə olunmağa başladı. Müasir istifadədə "diktator" ifadəsi ümumiyyətlə qeyri-adi dərəcədə fərdi gücə sahib və ya sui-istifadə edən bir lideri izah etmək üçün istifadə olunur. Diktatura əksər hallarda aşağıdakılardan bəziləri ilə xarakterizə olunur: seçkilərin dayandırılması və vətəndaş azadlıqları ; fövqəladə vəziyyət elan edilməsi; fərmanla hökm etmək ; siyasi rəqiblərin repressiyası ; qanunun aliliyi prosedurlarına və şəxsiyyətə pərəstişə tabe olmamaq. Diktatura əksər hallarda tək partiyalı və ya hakim partiyalı dövlətlərdir. Hərbi xuntalar, tək partiyalı dövlətlər, hakim partiyalar və fərdi qaydalar altındakı mülki hökumətlər kimi müxtəlif rejimlərdə hakimiyyətə gələn çox müxtəlif liderlər diktator kimi təsvir edilmişdir. Sol və ya sağ baxışlara sahib ola bilərlər. Əvvəlcə Roma Respublikasında və Etrusk mədəniyyətində təcili bir qanuni randevu olan "Diktator" ifadəsi indi mənfi məna daşımırdı.
Diktator (Qədim Roma)
Diktator — Qədim Romada Roma Respublikası dövründə e.ə. V — I əsrin ikinci yarısına qədər ən çoxu 6 ay müddətinə, senatın qərarı ilə təyin olunmuş fövqaladə səlahiyyətli vəzifəli şəxs, magistrat. Təyinat proseduruna görə senat qərar verir: "Qoy konsullar qərara gəlsinlər ki, dövlət ziyan çəkməsin". Bundan sonra konsullar diktatorun adını elan edirlər və tabeliklərindəki liktorları azad edirlər. Beləliklə onlar diktator qarşısında azad vətəndaşlara çevrilmiş olurdular və diktator xalq tribunlardan başqa onlar eləcə də bütün vətəndaşlar üzərində mütləq hakimiyyətə malik olurdu. Konsullar adətən 12 liktora malik olduqları halda diktator 24 liktora malik olurdu. Diktator seçildikdən sonra dərhal özünə köməkçi — suvarilər rəisini — lat. magister equitum təyin edirdi. Diktator tam və mütləq dövlət hakimiyyətinə malikdir. Diktator təyin edildikdə onun tituluna mütləq seçilmə səbəbi əlavə olunurdu (məsələn: "Hərbi təhlükəyə görə seçilmiş diktator" — lat.
Diktator (film, 2012)
Diktator (ing. The Dictator) 2012-ci il istehsalı olan siyasi komediya-satira janrında uzunmetrajlı film. Film Nyu-Yorkda və İspaniyada çəkilmişdir və uyduma Şimali Afrika ölkəsi olan Vadiya Cümhuriyyətini uzun illər boyunca idarə edən uşaq ağıllı, zalım, əxlaqsız, Qərb düşməni Ələddinin ABŞ sərgüzəştlərindən bəhs edir.
Diktator Ağakərim
Diktator Ağakərim (1924, Bakı – 1976) — qanuni oğru. Kərimov Ağakərim İbrahim oğlu 1924-cü ildə Bakıda anadan olub. Kriminal aləmdə Boq Urala, Myasnik Kərim, Maqiran, Zver Kərim, Diktator Ağakərim, Diktator Bakinski ayamalarıyla tanınan məşhur kriminal avtoritet olub. İlk məhkumluğun erməni zabitin öldürdüyünə görə həbsxanaya düşüb, ömrünün əksər hissəsin həbsxanada keçirib. Məhkəmənin çıxardığı hökümlə 1976-cı ildə güllələnib. "Qanuni Oğru" adını almaq kriminal aləmdə sadə məsələ hesab edilmir. Bu qanunun ilk yeddi maddədən ibarət olan normativ sənədi Bakılı kriminal aftoritet Diktator Ağakərim tərəfindən hazırlanıb, sonradan bu qanun keçmiş sovet ittifaqında yayılıb.
Diktatur
Diktatura ( lat. dictatura dictatus sözündən - təyin edilmiş ) - kənar nəzarət və faktiki məhdudiyyətlər olmadığı halda hakimiyyətin bir şəxsin və ya bir qrup insanın əlində cəmləşdiyi, müxtəlif şiddət üsulları ilə həyata keçirilən siyasi rejim forması. Akademik politologiya nöqteyi-nəzərindən diktatura dövlət başçısının və ya hakim dairənin öz hakimiyyətini birbaşa həyata keçirmə formasıdır. Hakimiyyətin həyata keçirilməsinin bu forması Fransa İnqilabının zirvəsində mövcud olan siyasi sistemin nümunəsində göstərmək mümkündür: hakimiyyət forması respublika formasıdır, hakimiyyətə münasibət demokratiyadır, hakimiyyətin həyata keçirilməsi forması diktaturadır. Diktatura rejiminin fəaliyyəti çox vaxt siyasi müxalifətə qarşı radikal və ya repressiv tədbirlərlə,vətəndaşların bu və ya digər şəkildə bu rejimin mövqeyinə zidd olan hüquq və azadlıqlarının sərt şəkildə boğulması və ya ləğvi ilə müşayiət olunur. Hakimiyyətin bu formasının səmərəliliyi və optimallığı bir çox amillərdən, o cümlədən obyektiv vəziyyətdən, cəmiyyətin hakimiyyətin konkret bu formasına ehtiyacının dərk edilməsindən, cəmiyyətlə hakimiyyət arasında əlaqə formasından, hakimiyyətin ideoloji əsaslandırılması formasından asılıdır. Hazırda diktatura dedikdə, bir qayda olaraq, qanunvericilik normaları ilə məhdudlaşdırılmayan, heç bir ictimai və ya siyasi institutlar tərəfindən məhdudlaşdırılmayan bir şəxsin və ya bir qrup şəxsin (xalq istisna olmaqla) hakimiyyət rejimi başa düşülür. Bəzən belə bir diktatura şəraitində ayrı-ayrı demokratik institutlar qorunub saxlanılıır, lakin onların siyasətə real təsiri minimuma endirilir. Buna demokratiyanın təqlidi deyilir. Müasir dövrdə diktatura siyasi sistemlərinin özünü göstərə biləcəyi əsas formalar avtoritarizm və totalitarizmdir .
Diktatura
Diktatura ( lat. dictatura dictatus sözündən - təyin edilmiş ) - kənar nəzarət və faktiki məhdudiyyətlər olmadığı halda hakimiyyətin bir şəxsin və ya bir qrup insanın əlində cəmləşdiyi, müxtəlif şiddət üsulları ilə həyata keçirilən siyasi rejim forması. Akademik politologiya nöqteyi-nəzərindən diktatura dövlət başçısının və ya hakim dairənin öz hakimiyyətini birbaşa həyata keçirmə formasıdır. Hakimiyyətin həyata keçirilməsinin bu forması Fransa İnqilabının zirvəsində mövcud olan siyasi sistemin nümunəsində göstərmək mümkündür: hakimiyyət forması respublika formasıdır, hakimiyyətə münasibət demokratiyadır, hakimiyyətin həyata keçirilməsi forması diktaturadır. Diktatura rejiminin fəaliyyəti çox vaxt siyasi müxalifətə qarşı radikal və ya repressiv tədbirlərlə,vətəndaşların bu və ya digər şəkildə bu rejimin mövqeyinə zidd olan hüquq və azadlıqlarının sərt şəkildə boğulması və ya ləğvi ilə müşayiət olunur. Hakimiyyətin bu formasının səmərəliliyi və optimallığı bir çox amillərdən, o cümlədən obyektiv vəziyyətdən, cəmiyyətin hakimiyyətin konkret bu formasına ehtiyacının dərk edilməsindən, cəmiyyətlə hakimiyyət arasında əlaqə formasından, hakimiyyətin ideoloji əsaslandırılması formasından asılıdır. Hazırda diktatura dedikdə, bir qayda olaraq, qanunvericilik normaları ilə məhdudlaşdırılmayan, heç bir ictimai və ya siyasi institutlar tərəfindən məhdudlaşdırılmayan bir şəxsin və ya bir qrup şəxsin (xalq istisna olmaqla) hakimiyyət rejimi başa düşülür. Bəzən belə bir diktatura şəraitində ayrı-ayrı demokratik institutlar qorunub saxlanılıır, lakin onların siyasətə real təsiri minimuma endirilir. Buna demokratiyanın təqlidi deyilir. Müasir dövrdə diktatura siyasi sistemlərinin özünü göstərə biləcəyi əsas formalar avtoritarizm və totalitarizmdir .
Muğan Müvəqqəti Hərbi Diktaturası
Muğan Müvəqqəti Hərbi Diktaturası — Bakı Kommunasının devrilməsindən sonra Muğanda Sentrokaspi Diktaturası və Lionel Denstervil dəstəyi ilə yaradılan diktatura. "Muğan hökuməti" antiazərbaycan siyasəti yeridir, denikinçilərin Cənubi Qafqazda ağalığını təmin etməyə çalışırdı. Muğan hökuməti Azərbaycanın müstəqilliyini dəstəkləmirdi və ona Bakının Britaniya işğalı altında fəaliyyət göstərən rus polkovniki T. P. Suxorukov başçılıq edirdi. Muğan höküməti özünü "vahid və bölünməz Rusiya"nın muxtar hissəsi elan etmişdi. Bu qurumun rəhbərləri qurulmuş yeni hakimiyyəti “Muğan dövləti (respublikası)”, digər əks tərəf sovetlər isə “Muğan hərbi diktaturası” adlandırdılar. 1918-ci ildə Çar hakimiyyətinin yıxılması ilə onun əyalətlərdə olan sadiq ordusu da dağıldı. Lakin ordunun qalıqları ətrafına yerli əhalidən özünümüdafiə qüvvələri toplayaraq, “Muğan ordusu” formalaşdırmağa başladılar. Muğan ordusunun tərkibi müxtəlif etnik millətlərdən – rus, erməni, ukraynalı və azərbaycanlılardan ibarət idi. Ordunun başında milliyətcə rus olan İlyaşeviç və kapitan V.Dobrınin dururdu. Bunlarla yanaşı “Muğan ordusu”nun təşkilində leytenant Xoşev və digərləri də var idi.
Proletariat diktaturası
Proletariat diktaturası (rus. Диктату́ра пролетариа́та) —marksist nəzəriyyəyə görə, fəhlə sinfinin maraqlarını əks etdirən siyasi hakimiyyət forması. Marksizmə görə bir yerdə sinfi bərabərsizlik varsa, orada o sinfin diktatorluğu vardır. Lakin proletariat diktatorluğu cəmiyyətin çoxunu əhatə edən işçi və əməkçilərin ancaq özlərininn istismarçı azlığa qarşı uyğuladığı bir diktatorluqdur. Beləliklə bu yardılmış idarə forması işçi və əməkçi sinif üçün demokratiya, istismarçı azlıq üçün isə diktatorluqdur. Eynən bu gün də (sözdə kapitalist demokratiya) bir qrup sömürücü kapitalist üçün demokratiya, cəmiyyətin istismar edilən çoxluğu üçün isə diktator olması kimi. Marksizmdə diktatorluq qavramı bir siyasi idarə etmə forması deyil, sinif üstünlüyünü başa salır. Proletariat diktaturasında cəmiyyətin istismarçı çoxluğunu yaradan əməkçi siniflərə dönük bir basqı və zorbalıq ola bilməz. Onlar daha öncə heç yaşamadıqları qədər azadlığa və demokratiyaya qovuşacaqlar. Özləri istehsal edib, özləri idarə etməyə başlayacaqlar.
Sentrokaspi Diktaturası
Sentrokaspi Diktaturası (rus. Диктатура Центрокаспия) — 1 avqust 1918-ci ildə Bakı şəhərində daşnaklar və menşeviklər tərəfindən qurulmuş tanınmamış dövlət. Bakı Kommunasını devirən diktatura cəmi 45 gün hakimiyyətdə qalmışdır. Sentrokaspi Diktaturası 5 nəfər diktatordan ibarət idi. Bakı Kommunasını devirən əsas şəxslər Xəzər donanmasından H.Tuşov (diktatorlardan biri), Peçenkin, M.Tyuşkov, Buşev, Lemley (diktatorlardan biri), Yermakov (diktatorlardan biri), eserlərdən Lev Umanski, Abram Veluns (diktatorlardan biri), menşeviklərdən Qriqori Ayollo, M.Sadovski, daşnaklardan A.Arakelyan və S.Məlik-Elçiyan idi. Lionel Denstervil tərəfindən göndərilən polkovnik C.B.Stokes başçılığında ilk 44 nəfərlik hərbi hissə avqustun 4-ü Bakıya çıxdı. Həmin gün bir alman diplomatik missiyası "Kursk" gəmisində Həştərxandan Bakıya gəldi və "Türk qərargahı"nın yerini soruşdu. Lakin şəhər hələ türklərin əlində deyildi. Bundan şübhələnən diktatura missiyanı həbs etdi. Sonrakı hərbi hissə polkovnik R.Keyworth başçılığında gəlib Bakıya çatdı.
Hərbi diktatura
Hərbi diktatura – ordunun siyasi hakimiyyət üzərində tam və ya əhəmiyyətli nəzarəti həyata keçirdiyi diktatura növü. Diktator adətən xuntanın başçısı olan yüksək rütbəli zabitdir. Əksər hərbi diktaturalar çevriliş nəticəsində əvvəlki hökuməti devirdikdən sonra qurulur. Çox vaxt özlərini ölkəyə siyasi sabitlik gətirən, ölkəni təhlükəli ideologiyalardan azad edən hərbi diktaturalar və ya korrupsioner mülki siyasətçilər bazada hərbçilərin qərəzsiz arbitr kimi mövqe tutmasına haqq qazandırırlar. Hərbi diktaturalar tədricən mülki hökumətin mühüm komponentlərini bərpa edə bilsə də, ali hərbi komandir hələ də icraedici siyasi hakimiyyəti saxlaya bilər.
Böyük diktator
Böyük diktator (ing. The Great Dictator) — rejissor Çarli Çaplinin filmi. Film Birinci dünya müharibəsi səhnəsi ilə başlanır. Çaplinin qəhrəmanı olan sıravi əsgər (sülh zamanı isə yəhudi bərbər) də bu döyüşdə iştirak edir. Ona təyyarəçi Şultsu xilas etmək nəsib olur. İş elə gətirir ki, təyyarə zərblə yerə çırpılır və əsgər yaddaşını itirərək xəstəxanaya düşür. İllər keçir. Müharibədə məğlubiyyətdən sonra Tomaniyaya (Almaniyaya işarə) Adenoid Hinkel adlı diktator gəlir (bu obraz Adolf Hitlerin prototipidir). Filmdə Hinkel və yəhudi bərbəri obrazları əkiz kimi bir-birlərinə oxşar verilir. Getdikcə yəhudi məhəlləsi gettoya çevrilir.

Значение слова в других словарях