DİLİACI
DİLİGÖDƏK
OBASTAN VİKİ
Dilican
Dilican bu mənalarda gələ bilər: Dilican (nəqliyyat) — furqon tipli nəqliyyat vasitəsi. Dilican rayonu — Ermənistan SSR-də mövcud olmuş rayon. Dilican (Ermənistan) — Ermənistan Respublikasının Ağstafaçay dərəsində şəhər. Dilican (İran) — İranın Mərkəzi ostanında şəhər. Dilican (rəqs) — Azərbaycan milli rəqsi.
Dilican (nəqliyyat)
Dilican – furqon tipli nəqliyyat vasitəsi. == Ümumi məlumat == Dilican furqon tipli nəqliyyat vasitəsi olub, şərəbana nisbətən daha çox sərnişin(16–18) göturə bilirdi. Dilican da yarıyumşaq nəqliyyat növü idi. Onun "evi" nin üstü örtülü olduğu üçün ilin bütün fəsilərində sərfəli nəqliyyat vasitəsi hesab olunurdu.
Dilican (İran)
Dilican və ya Delican — İranın Mərkəzi ostanınında şəhər, Dilican şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 31,852 nəfər və 8,779 ailədən ibarət idi.Bu şəhərin əhalisi raci dilində danışırlar və şiə müsəlmandırlar.
Dilican (şəhər)
Dilican — Ermənistan Respublikası Ağstafaçay dərəsində, dəniz səviyyəsindən 1255–1510 m yüksəklikdə yerləşən şəhər. İcevan rayonuna aiddir. == Tarixi == Tarixi Azərbaycan şəhəri .1918-1920-ci ildə ADR -in tərkibində olmuşdur. 1951-ci ildən respublika tabeli şəhərdir. İrəvan şəhərindən 106 km məsafədədir. Şəhərdə dağ-iqlim və balneoloji kurortlar yerləşir. == Əhali == Burada erməni və ruslarla yanaşı 1886-cı ildə 54 nəfər, 1897-ci ildə 119 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalmışlar və deportasiya olunmuşlar. 1919 cu ildən sonra Ermənistanda sovet hakimiyyəti qurulandan sağ qalan azərbaycanlılar geri dönə bilmişdir. 1922-ci ildə 5 nəfər, 1926-cı ildə 38 nəfər, 1931-ci ildə 5 nəfər azərbaycanlı yaşamışdır.
Dilican rayonu
Dilican rayonu — Ermənistan SSR–də, 1930–1951–ci illərdə mövcud olmuş inzibati ərazi vahidi. İnzibati mərkəzi Dilican qəsəbəsi idi. == Tarixi == Çar Rusiyası dövründə rayon ərazisi Yelizavetpol quberniyasının Qazax qəzasına daxil idi. Rayon 9 sentyabr 1930–cu ildə təşkil edilmişdi. 19 mart 1951–ci ildə ləğv edilərək İcevan rayonuna birləşdirildi. Eyniadlı rayonun inzibati mərkəzi olmuş Dilican şəhər tipli qəsəbəsi 1951–ci ildə şəhər statusu almışdır. == Ərazisi == Rayon ərazisi 1 noyabr 1931–ci il vəziyyətinə görə 1.109 km², 15 iyul 1934–cü il vəziyyətinə görə 1.157 km², 1 oktyabr 1938–ci il vəziyyətinə görə 0.13 min km², 1 yanvar 1948–ci il vəziyyətinə görə isə 477 km² idi. == İnzibati bölgüsü == Rayonda 1 noyabr 1931–ci il vəziyyətinə görə 20 kənd sovetliyinə daxil olan 93 kənd, 1 oktyabr 1938–ci il vəziyyətinə görə 1 şəhər tipli qəsəbə və 6 kənd sovetliyi, 1 yanvar 1941–ci il vəziyyətinə görə 1 şəhər tipli qəsəbə və 6 kənd sovetliyi, 1 yanvar 1948–ci il vəziyyətinə görə isə 1 şəhər tipli qəsəbə və 7 kənd sovetliyinə daxil olan 14 kənd, 1 may 1949–cu il vəziyyətinə görə isə 1 şəhər tipli qəsəbə və 7 kənd sovetliyi yerləşirdi. == Əhalisi == Rayonun təşkil edildiyi 1930–cu il sərhədləri daxilində 1926–cı il siyahıyaalınması zamanı 24.858 nəfər kənd əhalisi qeydə alınmışdı. 1 yanvar 1930–cu il tarixinə olan cari hesablamalara əsasən rayonda 31.287 nəfər əhali var idi və bütün əhali kənd yerlərində yaşayırdı.
Dilican şəhristanı
Dilican şəhristanı — İranın Mərkəzi ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Dilican şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 43,388 nəfər və 12,578 ailədən ibarət idi.
Dilican şəhəri
Dilican — Ermənistan Respublikası Ağstafaçay dərəsində, dəniz səviyyəsindən 1255–1510 m yüksəklikdə yerləşən şəhər. İcevan rayonuna aiddir. == Tarixi == Tarixi Azərbaycan şəhəri .1918-1920-ci ildə ADR -in tərkibində olmuşdur. 1951-ci ildən respublika tabeli şəhərdir. İrəvan şəhərindən 106 km məsafədədir. Şəhərdə dağ-iqlim və balneoloji kurortlar yerləşir. == Əhali == Burada erməni və ruslarla yanaşı 1886-cı ildə 54 nəfər, 1897-ci ildə 119 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalmışlar və deportasiya olunmuşlar. 1919 cu ildən sonra Ermənistanda sovet hakimiyyəti qurulandan sağ qalan azərbaycanlılar geri dönə bilmişdir. 1922-ci ildə 5 nəfər, 1926-cı ildə 38 nəfər, 1931-ci ildə 5 nəfər azərbaycanlı yaşamışdır.
Dilican Beynəlxalq Məktəbi
Dilican Beynəlxalq Məktəbi (ing. UWC Dilican) — Ermənistanda açılacaq beynəlxalq məktəb Məktəbin dəyəri 150 milyon dollardır. Səhmdarları arasında Rusiyanın 30-dan artıq iri holdinqinin rəhbərləri var. 2014-cü il oktyabrın 11-də fəaliyyətə başlayacaq. İlk mövsümdə 100 nəfər tələbə təhsil alması və 2023-cü ildə isə bu rəqəmin 650-yə çatması gözlənilir.
Dilican Milli Parkı
Dilijan Milli Parkı (erm. Դիլիջան ազգային պարկ) — Ermənistanın şimal-şərqində, Tavuş mərzində yerləşən milli park. Sahəsi 240 km2-dır. Ən çox təbiəti, biomüxtəlifliyi, müalicəvi bulaq suları, tarixi abidələri ilə tanınır. Ermənistanın iki milli parkından biridir (Digəri Göyçə Milli Parkıdır). == Tarixi == Milli park 2002-ci ildə Dilijan və Kuybişev meşələrini qorumaq üçün 1958-ci ildə qurulmuş qoruğun yerində təşkil olunmuşdur. Milli parkın ərazisində hələ də dəyişiklik olmayıb. Dilijan şəhərinin yaxınlığındadır və buradan İrəvan-Karvansaray dəmiryolu keçir. Milli parkın gələcəkdə istirahət, bufer zonası, sərhəd istiqamətlərində inkişaf etdirilməsi planlaşdırılır. == Coğrafiya == Ərazi dəniz səviyyəsindən 1070-2300 metr yüksəklikdə yerləşən Pəmbək, Sətənəxaç, Miapor, Karvansaray və Hələb dağ silsilələrini əhatə edir.

Значение слова в других словарях