Dilican rayonu

Dilican rayonuErmənistan SSR–də, 1930–1951–ci illərdə mövcud olmuş inzibati ərazi vahidi. İnzibati mərkəzi Dilican qəsəbəsi idi.

Rayon
Dilican rayonu
İnzibati mərkəz Dilican
Tarixi və coğrafiyası
Yaradılıb 09.09.1930
Ləğv edilib 1951
Sahəsi 477 (1948) km²
Əhalisi
Əhalisi 14 600[1] (1939) nəfər

Çar Rusiyası dövründə rayon ərazisi Yelizavetpol quberniyasının Qazax qəzasına daxil idi.

Rayon 9 sentyabr 1930–cu ildə təşkil edilmişdi.[2] 19 mart 1951–ci ildə ləğv edilərək İcevan rayonuna birləşdirildi.

Eyniadlı rayonun inzibati mərkəzi olmuş Dilican şəhər tipli qəsəbəsi 1951–ci ildə şəhər statusu almışdır.[3]

Rayon ərazisi 1 noyabr 1931–ci il vəziyyətinə görə 1.109 km², 15 iyul 1934–cü il vəziyyətinə görə 1.157 km², 1 oktyabr 1938–ci il vəziyyətinə görə 0.13 min km², 1 yanvar 1948–ci il vəziyyətinə görə isə 477 km² idi.[2][4][5]

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

Rayonda 1 noyabr 1931–ci il vəziyyətinə görə 20 kənd sovetliyinə daxil olan 93 kənd[q 1], 1 oktyabr 1938–ci il vəziyyətinə görə 1 şəhər tipli qəsəbə və 6 kənd sovetliyi, 1 yanvar 1941–ci il vəziyyətinə görə 1 şəhər tipli qəsəbə və 6 kənd sovetliyi, 1 yanvar 1948–ci il vəziyyətinə görə isə 1 şəhər tipli qəsəbə və 7 kənd sovetliyinə daxil olan 14 kənd, 1 may 1949–cu il vəziyyətinə görə isə 1 şəhər tipli qəsəbə və 7 kənd sovetliyi yerləşirdi.[2][6][7][8][9][10]

Rayonun təşkil edildiyi 1930–cu il sərhədləri daxilində 1926–cı il siyahıyaalınması zamanı 24.858 nəfər kənd əhalisi qeydə alınmışdı.[11]

1 yanvar 1930–cu il tarixinə olan cari hesablamalara əsasən rayonda 31.287 nəfər əhali var idi və bütün əhali kənd yerlərində yaşayırdı.[6] Qeyd edilən tarixdə Ermənistan SSR əhalisi 1.032.700 nəfər, onlardan kənd əhalisi isə 812.300 nəfər idi, yəni bütün ölkə əhalisinin 3.03%–i, kənd əhalisinin isə 3.85%–i Dilican rayonunun payına düşürdü.[q 2][6]

1 yanvar 1933–cü il tarixinə olan cari hesablamalara əsasən isə rayonda 33.5 min nəfər əhali var idi, əhali 3 il öncəki müvafiq tarixə olan göstəriciyə nisbətdə 7 % və ya təqribən 2.2 min nəfər artmışdı.[5] Rayon əhalisinin təqribən 5.5 min nəfəri rayonun inzibati mərkəzi olan Dilican yaşayış məntəqəsində məskunlaşmışdı.[5] Qeyd edilən tarixə bütün ölkə əhalisi 1.109.200 nəfər təşkil etmişdi, yəni bütün ölkə əhalisinin 3.02%–i Dilican rayonunun payına düşürdü.[5]

1939–cu il siyahıyaalınmasına əsasən rayonda yaşayan 14.600 nəfərin 5.296 nəfəri və ya 36.27%–i şəhər, 9.304 nəfəri və ya 63.73%–i isə kənd əhalisi idi.[1] Azərbaycanlılar ümumi rayon əhalisinin (2.051 nəfəri) 14.05%–ni təşkil edirdilər; azərbaycanlıların 1.02%–i (21 nəfəri) Dilican (şəhər tipli) qəsəbəsində, 98.98%–i (2.030 nəfəri) isə kəndlərdə yaşayırdı.[1]

Etnik
qrup
17 – 23 yanvar, 1939–cu il sa.[1]
Sayı %
Cəmi 14 600 100.00
Ermənilər 10 995 75.31
Azərbaycanlılar 2 051 14.05
Ruslar 1 330 9.11
Ukraynalılar 132 0.90
Kürdlər 34 0.23
Belaruslar 23 0.16
Yunanlar 11 0.08
Gürcülər 9 0.06
Ləzgilər 3 0.02
Laklar 3 0.02
Almanlar 2 0.01
Yəhudilər 2 0.01
Osetinlər 2 0.01
Litvalılar 1 0.01
Polyaklar 1 0.01
Digərləri 1 0.01
  1. Yenə həmin mənbəyə (səh. 234) əsasən Ermənistan SSR–də 1.961 kənd, 21 şəhər tipli qəsəbə, 2 işçi qəsəbəsi və 2 müstəqil inzibati vahid (İrəvan və Leninakan şəhərləri) olmaqla cəmi 1.986 yaşayış məntəqəsi var idi.
  2. Faizli göstəricilər mənbədə (səh. 235) qeyd edilən məlumatlar əsasında hesablanılmışdır.
  1. 1 2 3 4 "Дилижанский район Армянской ССР (Национальный состав населения по переписи 1939 года) — Еженедельная демографическая газета Демоскоп Weekly". 2015-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2015.
  2. 1 2 3 Дилижанский район, стр. 29. // Армянская ССР: Административно–территориальная деление на 1–ое января 1948 года. Издание первое. Автор: Информационно-Статистический отдел при секретариате президиума верховного совета Армянской ССР. Ереван: Армгосиздать, 1948, 90 стр.
  3. Армянская ССР, стр. 492. // СССР: Административно-территориальное деление союзных республик на 1 января 1980 года. Arxivləşdirilib 2020-11-30 at the Wayback Machine Автор: Президиум Верховного Совета Союза Советских Социалистических Республик. Составители справочника: В. А. Дударев, Н. А. Елисеева. Москва: Издательство "Известия Советов депутатов трудящихся СССР", 1980, 701 стр.
  4. Перечень административно-территориальных единиц союза ССР (в алфавитном порядке). — Армянская ССР, стр. 234-235. // Административно-территориальное деление союза ССР: Районы и города СССР. Авторы: Центральный Исполнительный Комитет Союза ССР, Всероссийский центральный исполнительный комитет. Москва: Издательство "Власть Советов" при Президиуме ВЦИК, 1931, 311 стр.
  5. 1 2 3 4 Таблицы (по алфавиту). — Армянская ССР, стр. 242-243. // Административно-территориальное деление Союза ССР на 15 июля 1934 года. Arxivləşdirilib 2020-07-18 at the Wayback Machine Автор: Центральный Исполнительный Комитет Союза ССР. Москва: Издательство "Власть Советов" при Президиуме ВЦИК, 1934, XXXII+350 стр.
  6. 1 2 3 Перечень административно-территориальных единиц союза ССР (в алфавитном порядке). — Армянская ССР, стр. 235. // Административно-территориальное деление союза ССР: Районы и города СССР. Авторы: Центральный Исполнительный Комитет Союза ССР, Всероссийский центральный исполнительный комитет. Москва: Издательство "Власть Советов" при Президиуме ВЦИК, 1931, 311 стр.
  7. Армянская ССР, стр. 190. // Информационно-Статистический отдел при Секретариате Президиума Верховного Совета ССР. ССР: Административно-территориальная деление союзных республик на 1-ое октября 1938 года. Москва: Издательство "Власть Советов", 1938, 327 стр.
  8. Армянская ССР, стр. 246. // Административно-территориальное деление союзных республик СССР на 1 января 1941 года. Издание третье, дополненное. Автор: Информационно-Статистический отдел при Секретариате Президиума Верховного Совета ССР. Москва: Издательство "Ведомостей Верховного совета СССР", 1941, 488 стр.
  9. Армянская ССР, стр. 272. // ССР: Административно-территориальное деление союзных республик СССР на 1 января 1947 года Arxivləşdirilib 2021-11-27 at the Wayback Machine. Издание пятое, дополненное. Автор: Информационно-Статистический отдел при Секретариате Президиума Верховного Совета ССР. Москва: Издательство "Известия Советов депутатов трудящихся СССР", 1947, 488 стр.
  10. Армянская ССР, стр. 333. // СССР: Административно-территориальное деление союзных республик на 1 мая 1949 года Arxivləşdirilib 2016-12-04 at the Wayback Machine. Издание шестое. Автор: Информационно-Статистический отдел при Секретариате Президиума Верховного Совета ССР. Москва: Издательство "Известия Советов депутатов трудящихся СССР", 1949, XVI+484 стр.
  11. стр. 52. // Административно-территориальное деление Союза ССР по данным на 15 ноября 1930