Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qırmızı ayaqlı sümsük quşu
Qırmızı ayaqlı sümsük quşu (lat. Sula sula) — Sümsük quşları cinsinə daxil olan quş növü. == Təsviri == Lələklərinin rəngi ağ, açıq-boz və açıq qəhvəyi, ayaqları qırmızımtıl, dimdiyi mavi rəngdə olur. Qanadlarının sonucları qara rəngdədir. Bədənlərinin uzunluğu 70 sm çatır. Qanadları arasında məsafə 1.5 km-dir. Cavan Qırmızı ayaqlı sümsük quşları Qonur sümsük quşlarına bənzəyirlər. == Yayılması və həyat tərzi == Adətən növ Sakit okean suları çevrəsində yayılmışdır. Ancaq onlara Tobaqo adası çevrəsində də rastlamaq mümkündür. Sakit okeanın tropik adalarında yuva qururlar.
Samsung
"Samsung" sənaye qrupu (kor. 삼성 그룹 — Samseong Georup) — Cənubi Koreyanın ən inkişaf etmiş, beynəlxalq iqtisadiyyatın ən ciddi fiqurlarından biri kimi dünyada tanınan korporasiya. Samsung dünyada elektronika satışı ilə məşğul olan nəhəng Koreya şirkətidir. 1969-cu ildən fəaliyyət göstərir. Şirkətin mərkəzi Cənubi Koreyanın Seul şəhəridir. Əsası Li Ben Çxol tərəfindən, 1938-ci ildə qurulmuşdur. İdarə heyəti Başçısı Lee Kun-Hee'dir. Samsung müxtəlif şirkətlərdən ibarət olan bir qrup olub, bunlardan ən əhəmiyyətlisi, Samsung Elektroniks'dir. == Şirkətinin Li Ben Çxoldan sonrakı taleyi == "Samsung" 1991–1992-ci illərdə mobil qurğuların və mobil telefoniyanın ilk istehsalını yekunlaşdırdı. Şirkət məhsulları inkişaf etdirməklə yanaşı marketinq dəyişiklikləri etməyə, şirkətin missiyası və onun simvolunu dəyişikdirmək qərarına gəlir.
Samsun
Samsun — Türkiyənin Samsun ilinin inzibati mərkəzi.
Şumşu
Şumşu adası (yap. 占守島) — Kuril arxipelaqının şimal qrupuna daxil olan adalardan biri Kamçatka yarımadasından (Lopatka burnu) Birinci Kuril boğazı ilə ayrılır. Boğazın eni 11 km təşkil edir. Cənubdan idə Paramuşir adasından eni 2 km təşkil edən İkinci Kuril boğazı ilə ayrılır. İnzibati cəhətdən isə Saxalin vilayəti Şimali Kuril şəhər dairəsinə daxildir. XXI əsrdən adada daimi yaşayış məntəqəsi yixdur. Bununla belə sərhəd zastavası və mayak fəaliyyət göstərir. Əvvəllər adada Baykov, Şutov, Şumnıy, Babuşkin, Kurbatov, Kozırevsk adlı yaşayış məntəqələri olmuşdur. Baykovda yaponların tərk edilmiş keçmiş hərbi hava limanı var. Hələ XX əsrin 90-cı illərində burada L-410 təyyarələri Elizovdan uçuşlar həyata keçirirdi.
Şüşün
Şüşün — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Şüşün oyk. Kürdəmir r-nunun Köhünlü i.ə.v.-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir. Yerli məlumata görə, Kür çayının əmələ gətirdiyi lil üzərində bitən və dik qalxan söyüd va qovaq ağacları şüş, belə ağaclıq İsa şüşliik adlanır. Yaşayış məntəqəsi söyüdlük ərazisində Şüşün adlı yerdə salındığı üçün belə adlanmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1245 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Samsung Electronics
Samsung Electronics (kor. 삼성전자; Hanca: 三星電子) — Cənubi Koreyanın elektronika istehsalçı şirkətidir. Baş ofisi Suvon şəhərində yerləşir. Samsung şirkətlər qrupunun əsas rol oynayan şirkətidir. Gəlir həcminə görə dünyanın ən iri informasiya texnologiyaları şirkətidir. Samsung Electronics Apple, Sony, HTC, Nokia və s. kimi şirkətlərə müxtəlif elektronika hissələri - LCD displeylər, lithium-ion batareyaları, yarımkeçiricilər, çiplər, fləş yaddaş çipləri, sərt disk qurğuları və s. istehsal edir. 2019-cu ilə olan məlumata görə, Samsung Electronics gəlirlərinə görə dünyanın ikinci ən böyük texnologiya şirkətidir və onun bazar dəyəri 520,65 milyard ABŞ dolları təşkil edərək dünyada 12-ci ən böyük şirkətdir. Dünyanın ən iri smartfon istehsalçısıdır.
Samsung Group
"Samsung" sənaye qrupu (kor. 삼성 그룹 — Samseong Georup) — Cənubi Koreyanın ən inkişaf etmiş, beynəlxalq iqtisadiyyatın ən ciddi fiqurlarından biri kimi dünyada tanınan korporasiya. Samsung dünyada elektronika satışı ilə məşğul olan nəhəng Koreya şirkətidir. 1969-cu ildən fəaliyyət göstərir. Şirkətin mərkəzi Cənubi Koreyanın Seul şəhəridir. Əsası Li Ben Çxol tərəfindən, 1938-ci ildə qurulmuşdur. İdarə heyəti Başçısı Lee Kun-Hee'dir. Samsung müxtəlif şirkətlərdən ibarət olan bir qrup olub, bunlardan ən əhəmiyyətlisi, Samsung Elektroniks'dir. == Şirkətinin Li Ben Çxoldan sonrakı taleyi == "Samsung" 1991–1992-ci illərdə mobil qurğuların və mobil telefoniyanın ilk istehsalını yekunlaşdırdı. Şirkət məhsulları inkişaf etdirməklə yanaşı marketinq dəyişiklikləri etməyə, şirkətin missiyası və onun simvolunu dəyişikdirmək qərarına gəlir.
Samsung Internet
Samsung Internet — Android əməliyyat sistemi üçün mobil veb brauzer. İlkin versiyaları Samsung mobil telefonları və tabletləri üçün nəzərdə tutulsa da hazırda bir çox Android qurğularını dəstəkləyir. Render aparatı açıq-kodlu Chromium əsasında hazırlanıb və Samsung şirkətinin Web Service Group-u tərəfindən bir çox təkmilləşdirmələr edilib. 2016-cı ildə 400 milyondan çox aktiv istifadəçisi olmuşdur. 2018-ci il May ayındakı hesablamalara görə dünya brauzer payında 4.98%-lik yer tutur. == İmkanları == Məzmun bloklama genişlənməsi Gear VR və DeX inteqrasiyası. KNOX İmkanı Open Tabs və Bookmark Sinxronizasiyası Oxucu rejimi Səhifələrin yadda saxlanması “Məxfi rejim” və biometrik autentikasiya.
Şunsuke Nakamura
Şunsuke Nakamura (24 iyun 1978, Yokohama) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 98 oyun keçirib, 24 qol vurub.
Samsung Pay
Samsung Pay-(SΛMSUNG Pay kimi stilizə edilib) dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Cənubi Koreyanın Samsung Electronics şirkəti tərəfindən idarə olunan mobil ödəniş və rəqəmsal pul kisəsi xidmətidir.Xidmət ilk dəfə Cənubi Koreyada 20 avqust 2015-ci ildə istifadəyə verilib. Bu xidmət, istifadəçilərə smartfonları və smart saatları vasitəsilə alış-veriş etmək, ödəniş etmək, bank kartları və loyallıq kartları ilə əlaqə qurmaq və bir çox əməliyyatıları aparmağa imkan verir. Samsung Pay, Samsung-un 2015-ci ilin fevralında təxminən 300 milyon dollara aldığı startap şirkəti LoopPay-in əqli mülkiyyətindən hazırlanmışdır ki, bu da şirkətin ən böyük alışlarından biridir..
Mahmudabad Nümunə
Mahmudabad Nümunə - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19,669 nəfər və 4,842 ailədən ibarət idi. Əhalinin əsasını yerli Azərbaycanlılar təşkil edir.
Samsun Babayev
Babayev Samsun Şəmsəddin oğlu ( ) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samsun Babayev 3 aprel 2001-ci ildə Qax rayonunun Qapıçay kəndində anadan olmuşdur. Qapıçay tam orta məktəbini bitirmişdir. Onun atası "pars" adlanan Azərbaycan qaraçı icmasının nümayəndəsi, anası isə Gürcüstan azərbaycanlısı idi. == Hərbi xidməti == 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmışdır. Vətən müharibəsində Tərtər rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunmşdur.
Samsun ili
Samsun - Türkiyədə il. Samsun Qaradəniz bölgəsinin Orta Qaradəniz hissəsində yerləşir. Qaradənizin ən böyük və ən önəmli limani buradadır.
Şusuke Vatanabe
Şusuke Vatanabe (渡邉修介, Vatanabe Şusuke, Hokkaydo) — Yaponiya diplomatı. 2010–2013-cü illərdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olmuşdur.
Samsun bombardmanı
Samsun bombardmanı — 7 iyun 1922-ci ildə ABŞ hərbi dəniz qüvvələri və Yunan hərbi dəniz qüvvələrinin Samsuna hücumu. == Arxa plan == Qurtuluş savaşı illərində Qara dənizdə bir neçə kiçik gəmi ilə Sovet İttifaqından silah və sursat gətirməyə çalışan türk dənizçiləri Yunan ovçu qayıqları və döyüş gəmilərinin öhdəsindən gəlməkdə çətinlik çəkirdilər. Daha böyük gəmilərə ehtiyacı olan dənizçilər üçün Trabzon Nəqliyyat Dəniz Qüvvələrinin komandanı Fəxri bəyin planına uyğun olaraq Qara dənizdəki böyük Yunan ticarət gəmilərindən birinin tutulmasına qərar verildi. Plana görə, Rusiyanın Novorossiysk limanında yüklənən “Enosis” yük gəmisi yola çıxdıqdan sonra iki kanoner qayığı tərəfindən dayandırılmalı, ələ keçirilməli və gizli şəkildə Trabzona gətirilməli idi. Plan 1922-ci il aprelin 26-da axşam həyata keçirildi. Bir neçə saatlıq təqibdən sonra 500 min lirəlik material və qızılla ələ keçirilən Enosis Trabzon adı ilə Türk gəmiçilik donanmasına qatıldı. O günə qədər Qara dənizdə yalnız daşınma ilə məşğul olan Qüvayi-milliyənin dənizçiləri bu əməliyyatla ticarət gəmiləri vasitəsilə Yunanıstan qüvvələrinə zərbə endirməyə başladılar. Yunanlar isə Samsun bombardmanını cavab tədbiri kimi planlaşdırmışdılar. == Bombardman == 7 iyun 1922-ci il səhər saatlarında Yunan donanması Georgios Averof və Kilkis döyüş gəmiləri, Panter sinif iki destroyer, iki köməkçi kreyser və dörd kiçik minaaxtaran gəmi ilə Samsuna gəldi. Müdafiə tədbirləri görən Samsun Dəniz Mühafizə dəstəsi və 10-cu diviziya səngərlərə sursat yığmağa başlayır, sahilə artilleriya batareyaları yerləşdirir.
Samsung Galaxy R
Samsung Galaxy R — Samsung şirkəti tərəfindən istehsal olunan mobil telefon. == Xarakteristikası == Smartfon Android 2.3 əməliyyat sistemi ilə işləyir və NVIDIA Tegra 2 aparat platformasına əsaslanır. Samsung Galaxy R 4,2 800x480 piksel kəskinlikli Super Clear LCD ekranı, 2 kamera – 5 meqapikselli əsas və 2 meqapikselli ön kamera ilə təchiz edilib. Smartfon HSPA, Bluetooth 3.0, Wi-Fi və GPS modulları ilə təchiz edilib. Daxili yaddaş həcmi 8 QB təşkil edir, microSD formatı yaddaş kartları üçün slot nəzərdə tutulub. Telefonun ölçüləri 126x67x9,5 millimetr, çəkisi isə 131 qramdır.
Samsung Galaxy S5
Samsung Galaxy S5 Samsung şirkəti tərəfindən hazırlanan, inkişaf etdirilən və satışa çıxarılan Android əməliyyat sistemli bir smartfondur. Samsung Galaxy S4-ün xələfidir. Galaxy S5 24 fevral 2014 tarixində WMC texnologiya sərgisində təşkil edilən Unpacked adlı mətbuat konfransında tanıdılmışdır. IPX6 / 7 lisenziyasına malikdir. Yəni (1 metrə qədər, 30 dəqiqə boyunca) suya qarşı davamlıdır və toz keçirmir. Ancaq Samsung etdiyi şərhdə Galaxy S5 ilə duş alına biləcəyini, ancaq suya atılması lazım olduğunu ifadə etmişdir. Qara , Ağ , Qızıl və Mavi rəng variantları mövcuddur . Galaxy S5-də Galaxy S4-dən fərqli olaraq səhiyyə proqramlarında təkmilləşdirmələr edilmişdir. Cüt LED flaşa (sarı və ağ) malikdir. Barmaq izi oxuyucusu əlavə olunmuşdur.
Samsung Galaxy S6
Samsung Galaxy S6 (SM-G920, SM-G925, SM-G928) — Samsung Electronics tərəfindən 1 mart 2015-ci ildə MWC Barcelona S6-da elan olunan altıncı nəsil Galaxy S seriyası smartfonu. 15 avqust 2015 tarixində Galaxy Unpacked 2015-in təqdimatında Samsung Galaxy S6 Edge+ təqdim olunmuşdur. Arxa panelin dizaynı hamar metaldan hazırlanmış korpusdan, 16 meqapiksellik əsas kameradan, barmaq izi skanerindən və ürək döyüntüsü sensorundan hazırlanmışdır. == İnkişaf == Galaxy S5-in varisi barədə şayiələr 2015-ci ilin yanvarında görünməyə başladı, bildirildi ki, Samsung, son dərəcə ısınma problemi səbəbiylə Qualcomm Snapdragon 810 deyil, özünün Exynos 7420 prosessorunu istifadə edəcək. Bu ayın sonunda Qualcomm qazanc hesabatında məhsullarının "böyük müştəri flaqman qurğusuna" daxil olmayacağını təsdiqlədi. LG Electronics-in bir rəqibi Snapdragon 810 ilə bağlı iddiaları mübahisə etdi, baxmayaraq ki, bu prosessor ilə təchiz edilmiş LG G Flex 2 nümayiş modelləri Consumer Electronics Show-da mümkün həddindən artıq istiləşmə əlamətlərini göstərdi, lakin şirkət onların ilkin versiyalar olduğunu vurğuladı. 2015-ci ilin fevral ayının əvvəlində Bloomberg News, S6'nın metal bir gövdəyə sahib olacağını və normal bir versiyada buraxılacağını, eyni zamanda Samsung Galaxy Note Edge kimi cihazın sol və sağ tərəflərində əyri olan bir versiyanın çıxacağını bildirdi. S6 dizaynı rəsmi olaraq T-Mobile US tərəfindən 22 fevral 2015-ci ildə yayımlanmış və əyri halda nümayiş olunan və "Altı müraciət" şüarını daşıyan bir reklam səhifəsində təqdim edildi. Samsung, 1 mart 2015-ci il tarixində Mobil Dünya Konqresində ilk Samsung Unpacked 2015 tədbiri zamanı rəsmi olaraq Galaxy S6 və S6 Edge-ni təqdim etdi, buraxılışın 20 ölkədə 2015-ci il aprelin 10-na təyin olundu. Yaponiyada S6 və S6 Edge yalnız Galaxy markası adı altında satılır; Samsung ilə əlaqələrin əksəriyyəti silindi; Samsung telefon satışları Yaponiya və Cənubi Koreya arasındakı tarixi əlaqələrə təsir etdi və bir Samsung sözçüsü, Galaxy markasının ölkədə yaxşı qurulduğunu söylədi.
Samsung Galaxy A01
Samsung Galaxy A01, Samsung Electronics tərəfindən A seriyasının bir hissəsi olaraq istehsal edilmiş büdcəli Android smartfonudur . Telefon 2019-cu ilin dekabrında elan edildi və 2020-ci ilin yanvarında buraxıldı. Telefon qara, mavi və qırmızı rənglərdə mövcuddur. Telefon 5,7 düymlük 720p sensor ekranı, ikili kamera quraşdırması və Android 10 üzərindən One UI 2 ilə təhciz edilmişdir. Oxşar cihaz, Galaxy M01 ilk dəfə 2020-ci ilin iyun ayında buraxıldı, bəzi xüsusiyyətləri Galaxy A01 ilə oxşadır (lakin 3 GB RAM-a,16 GB yaddaş seçiminə və daha böyük 4000 mAh batareyaya malikdir). == Spesifikasiyalar == === Aparat === Samsung Galaxy A01 720 x 1520 (təxminən 294 ppi) təsvir ölçüsünə və 19:9 Zusiphe nisbətinə malik 5,7 inç PLS TFT kapasitiv sensor ekranla təchiz edilib. Telefonun ölçüsü 146.3 by 70.86 by 8.34 millimetr (5.760 düym × 2.790 düym × 0.328 düym) və çəkisi 151 qram (5.3 oz) . A01 şüşə ön və plastik arxa və çərçivəyə malikdir. O, səkkiz nüvəli (4x1,95 ) Qualcomm Snapdragon 439 (12 nm) ilə təchiz edilmişdir. GHz Cortex-A53 & 4x1.45 GHz Cortex A53) CPU və Adreno 505 GPU .
Şişyarpaq şümşə
Şişyarpaq şümşə == Sinonim == Aquifolium croceum Raf. Aquifolium ferox Mill. ex Rafin. Aquifolium heterophyllum Raf. Aquifolium ilex Scop. Aquifolium lanceolatum Raf. Aquifolium planifolium Raf. Aquifolium spinosum Lam. Aquifolium undulatum Raf. Aquifolium vulgare St.-Lag.
Şumşu döyüşü
Şumşu döyüşü (Şumşu adasına desant çıxarılması) - Kuril desant çıxarılması əməliyyatı tarixinin mühüm mərhələsisir. Ancaq Yaponiya danışıqsız olmanı əməliyyat başlamazdan dörd gün öncə qəbul etmişdir. Əməliyyat beş gün davam etmiş və 1945-ci ilin 23 avqust]] tarixində bitmişdir. Ancaq bu döyüş sovet-yapon müharibəsi tarixində sovetlərin daha çox itki və yaralı verdiyi döyüş olmuşdur. 24 avqust tarixindən etibarən Sovet ordusu cənubda yerləşən adaların işğalına başlamışdır. == Öncəki vəziyyət == Peterburq anlaşması (1875) Kuril adalarının Yaponiya İmperiyasına verilməsini nəzərdə tuturdu. Bu anlaşma istər Rusiya imperiyası, istərsə də SSRİ üçün zamanın o dövrki şərtlərinə görə əlverişli olmuşdur. Müqavilə sayəsində Yaponiya 1200 km məsafədə yeni ərazilər edir, Rusiya isə faktiki olaraq Sakit okeana çıxışını itirmişdir. Rus-yapon müharibəsi zamanı yaponlar Şumşudan Kamçatkaya desant çıxartmışdılar. Öz sərhədlərinin lap yaxınlığında bu cür təhlükənin olması SSRİ rəhbərliyini daim gərginlikdə saxlayırdı.
Ankara Nümunə Xəstəxanası
Ankara Nümunə Xəstəxanası — 1881-ci ildən fəaliyyət göstərir. 1998-ci ildə təhsil və araşdırma xəstəxanası adını almışdır. 1100 çarpayılıq xəstəxanada 25 ixtisas üzrə təhsil və tibbi xidmət verilir.
Samsun Şəhər Muzeyi
Samsun Şəhər Muzeyi — Türkiyənin Samsun şəhərində yerləşən muzey. Muzeydə Samsunun sosial, tarixi, mədəni, coğrafi və iqtisadi quruluşu ilə bağlı məlumat və materiallar nümayiş etdirilir. Muzey Tarixi Şəhərlər Assosiasiyasının münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb. == Binası == Muzeyin yerləşdiyi bina Samsun dəmiryolları tarixində mühüm yer tutur. Cümhuriyyətin ilk illərində dəmiryollarına və işçilərinə əhəmiyyət verilir və burada çalışanlara yaşayış yerləri ayrılırdı. Muzeyin əsasını təşkil edən iki taxta bina 1928-ci ildə Samsun-Sivas Dəmir Yolu İnşaat və İstismar İdarəsi və Dövlət Dəmiryolu yataqxanası olaraq inşa edilmişdir. Bu iki mərtəbəli binaların birinci mərtəbələri ofislər, ikinci mərtəbələri isə yaşayış üçün istifadə olunurdu. Cümhuriyyət küçəsində yerləşən əlavə bina 1936-cı ildə tikilib və uzun illər Samsun Dəmirsporun yeməkxanası kimi istifadə olunurdu. A və B blokları adlanan yaşayış binaları daş bünövrələr üzərində kərpic hörgü və yuxarı mərtəbələrdə taxta karkas-kərpiç dolgu sistemi ilə tikilmişdir. Bərpa prosesində bu tikililərin orijinal materialları qorunub saxlanılmış, dəyişdirilmiş ərazilər orijinal materiallar və texnika ilə təmir edilmişdir.
Samsung Galaxy Note 3
Samsung Galaxy Note 3 — Samsung şirkətinin istehsal etdiyi telefon. == Xüsusiyyətləri == Samsung Galaxy Note 3 "ağıllı" telefonu 5,7 düymlü ekran və 8 nüvəli Samsung Exynos 5 prosessorla təchiz edilib.
Samsung Galaxy Note III
Samsung Galaxy Note 3 — Samsung şirkətinin istehsal etdiyi telefon. == Xüsusiyyətləri == Samsung Galaxy Note 3 "ağıllı" telefonu 5,7 düymlü ekran və 8 nüvəli Samsung Exynos 5 prosessorla təchiz edilib.
Samsung Galaxy S II
Samsung Galaxy S II — Samsung şirkəti tərəfindən istehsal olunan mobil telefon. == Xarakteristikası == Samsung Galaxy S II smartfonu LTE şəbəkələrdə işləyə bilər. Müvafiq qurğunun prototipi Cənubi Koreyada çıxıb. Aparat Celox adlanır. Qurğu Qualcomm Snapdragon APQ8060 prosessoru, WVGA kəskinlikli 4.5 düym AMOLED Plus ekranı, 16 Qb daxili yaddaş və 8 meqapiksel kamera ilə təchiz edilib. Qurğu LTE 800 MHz şəbəkələrində işləyir.