Məlumatların Mühafizəsinə dair Direktiv
Məlumatların Mühafizəsinə dair Direktiv (ing. General Data Protection Regulation; GDPR) — Avropa İttifaqı (Aİ) və Avropa İqtisadi Bölgəsində (AİB) məlumatların məxfiliyinə dair Avropa İttifaqının direktivi. GDPR Aİ məxfilik və insan hüquqları qanununun, xüsusən də Avropa İttifaqının Əsas Hüquqlar Xartiyasının 8(1)-ci maddəsinin mühüm tərkib hissəsidir. Direktiv həmçinin Aİ və AİB-dən kənarda şəxsi məlumatların ötürülməsini tənzimləyir. GDPR-nin məqsədləri fərdlərin şəxsi məlumatları üzərində nəzarətini və hüquqlarını artırmaq və beynəlxalq biznes üçün qaydaları sadələşdirməkdir. Bu direktiv 95/46/EC Məlumatların Mühafizəsi Direktivini əvəz edir və digər şeylərlə yanaşı terminologiyanı sadələşdirir.
Avropa Parlamenti və Avropa İttifaqı Şurası 25 may 2018-ci il tarixində qüvvəyə minəcək direktivi 14 aprel 2016-cı ildə qəbul etdi. Aİ qaydası olaraq (direktiv əvəzinə) GDPR transpozisiyaya ehtiyac olmadan birbaşa olaraq qanun qüvvəsi ilə tətbiq edilir. Bununla belə, o həm də üzv dövlətlərə onun bəzi müddəalarını dəyişdirmək (deroqasiya etmək) üçün asan yol təmin edir.
Direktiv Türkiyə, Mavriki, Çili, Yaponiya, Braziliya, Cənubi Koreya, CAR, Argentina və Keniya da daxil olmaqla dünyanın bir çox ölkəsinin qanunları üçün nümunə oldu.