DİRƏDÖYMƏ

сущ. этногр. название детской игры с использованием ремней
DİRƏ
DİRƏXŞ
OBASTAN VİKİ
Dirədöymə
Dirədöymə — Azərbaycanda əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış qədim oyun növüdür. == Ümumi məlumat == Bu oyunu uşaqlarla yanaşı cavanlar da oynayırlar. "Dirədöymə" oyunu Naxçıvanda "Cızıq tutması", Muğan bölgəsində "Cızıqdançıxma", Bakıda "Qayışçapdı" ("Qayışaldı"), Göyçayda "Turaoynu" ("Tuladöydü") və s. adlarla məlumdur. == Oyunun quruluşu == Uşaqlar iki dəstəyə ayrılıb, bir dairəvi cizgi çəkir və qürrə atırlar. Qürrə hansı dəstəyə düşsə o dəstə mərəyə (dairəyə) girir. Uşaqlar hərəsi ayağının altına bir toqqa qoyur. Dairədən kənarda qalanlar toqqanı götürməyə çalışırlar. Dairədəkilər isə ayaqla vurur, toqqaları götürməyə yol vermirlər. Dairənin içərisində olanlar kənardakılardan birini ayaqla vursa, dairədəki uşaqlar kənara çıxır, kənardakılar dairəyə girirlər.

Значение слова в других словарях