DİSKREDİTASİYA

(fransız discrédite-etibarını, nüfüzunu sarsıtmaq) cəmiyyət, xalq qarşısında etibarın, inamın düşməsinə, şərəf və ləyaqətin alçaldılmasına, hörmət və nüfuzun sarsıldılmasına yönəlmiş fəaliyyət. Subyekt baxımından D., qarşı rəqib tərəfindən aparıla bilər, eyni zamanda D.- ya məruz qalmış subyektin özü tərəfindən özü-özünü rüsvay edici fəaliyyət, hərəkət (hərəkətsizlik) və nitqi ilə aparıla bilər. Çərçivə baxımından D. müəyyən sosial-mədəni, etik, hüquqi, diplomatik sərhədləri qorumaqla və ya həmin sərhədləri pozmaqla aparılır. Vasitə baxımından D. kütləvi informasiya vasitələri (KİV), kütləvi yığıncaqlarda istifadə edilən məruzələr, bəyanatlar, stendlərdə, divarlarda və s. çəkilmiş karikaturalar, qeyri-qanuni həbslər, azadlıqdan məhrum etmələr vasitəsilə aparıla bilər. D. fəaliyyəti, adətinə görə tale yüklü hadisələr öncəsi (misal: seçkilər, referendum, vacib qərarın qəbulu) qarşı, rəqib tərəfi xalq arasında gözdən salmaq və öz siyasi məqsədlərinə nail olmaqdan ötrü bir növ siyasi üsuldur. D.-ya konkret şəxs məruz qala bilər, lakin bəzi hallarda, D.-ya ictimai birliklər (siyasi partiyalar), Hökumət və onun orqanları, beynəlxalq təşkilatlar və nadir hallarda hüquqi aktlar (Konstitusiya, qanunlar, qərarlar və s.) məruz qala bilər. D. son nəticədə, müəyyən hüquqi məsuliyyətə səbəb ola bilər.
DİREKTİV(A)
DİSKRESİON HAKİMİYYƏT

Значение слова в других словарях