diyircəkli kollektor

ру роликовый коллектор en roll-bond collector de Roll-bond-Kollektor fr collecteur soudé par laminage es colector soldado por laminación it collettore "roll-bond"
divar kollektoru
dolayısı ilə istifadə
OBASTAN VİKİ
Kollektor
Diyircəkli Yastıq
Diyircəkli Yastıq (digər adı Diyirlənmə yastığı) — əsas elementi diyirlənmə cisimi (halqalar arasında qoyulan və bir-birindən separatorla ayrılaraq müəyyən məsafədə yerləşən kürəciklər və ya diyircəklər) olan düyünə deyilir. İş zamanı diyirlənmə cisimləri, əksər hallarda tərpənməz olan halqaların üzərindəki qaçış yolu üzrə diyirlənir. Aparan diyirlənmə cisimləri arasında yük bərabər paylanmayıb, yastıqda olan radial araboşluğundan və onun detallarının həndəsi dəqiqliyindən asılı olur. Diyirlənmə yastıqları maşınqayırmada geniş yayılmışdır. Onlar standartlaşdırılmışdır və kütləvi istehsalda hazırlanır. Bu yastıqların aşağıdakı üstünlükləri vardır: 1. Kütləvi istehsal nəticəsində ucuzdur; 2. Sürtünməyə az itkilər sərf edilir və işlədikdə az qızır; 3. Yüksək dərəcədə qarşılıqlı əvəzolunmaya malikdir ki, bu da maşınların quraşdırılmasını və təmirini asanlaşdırır; 4. Az yağlama tələb edir; 5.
Diyircəkli qələm
Diyircəkli qələm - Dəftərxana ləvazimatı. 1938-ci il də Macar ixtiraçı Lazlo Biro, biro da deyilən, gündəlik həyatımızın imtina edilməz parçası olan diyircəkli qələmin həyata keçməsini təmin etdi. Diricəkli qələmi ilk dəfə Böyük Britaniya hərbi aviasiyası üçün hazırlamışdılar (yüksəklikdə digər qələmlərdən mürəkkəb çıxmırdı). 1945-ci ildə, Nyu-Yorkda ilk diyircəkli qələmlərin bir partiyası satışa çıxarılan zaman, elə bir sayda insan toplaşıb ki, şəhərin bütün polis işçiləri işə cəlb olunub. Bir günün içində 10 min qələm satılıb, halbuki, o zaman bir qələm elədə ucuz başa gəlməyib. Bir qələmin qiyməti bir amerikalı zavod işçisinin 8 saatlıq əmək haqqının dəyərində olub.
Wi-Fi-li diyircəkli qələm
Wi-Fi-li diyircəkli qələm — mexaniki yazını şifrələyərək Wi-Fi şəbəkəsi vasitəsilə Evernote servizində rəqəmli formaya salan xüsusi konstruksiyalı diyircəkli qələm. Livescribe şirkəti tərəfindən hazırlanıb və Sky WiFi Smartpen şərti adını alıb. Qələm kağız üzərində yazılan və şəkilən istəhilən şəkli qeydə alır, rəqəmli formaya çevirir və telsiz şəbəkə vasitəsilə Evernote servizində saxlanılmağa göndərilir. Qələm Wi-Fi şəbəkəsinə qoşularaq Evernote servizinə inteqrasiya olunur. Qələm istifadəçisi Evernote servizindəki səhifəsinə daxil olaraq etdiyi qeydlərə baxa və səs yazılarına qulaq asa bilər. Smartpen qələmi səsi qələmə qurqşdırılmış mikromikrofon vasitəsilə yazır. Yazıların rəqəmli formaya salınması üçün o xüsusi kağızda yazılmalıdır. Kağız üzərinə xüsusi marker nöqtələr yerləşdirilib. Onlara toxunaraq qələm infraqırmızı kamera vasitəsilə fəaliyyət göstərir. Qələmin özünün klaviaturası yoxdur.
Neft və qaz üçün kollektor olan süxurlar
Neft və qaz üçün kollektor olan süxurlar - Neftin və qazın Yer qabığında hər hansı bir məsaməli mühitdəki (süxurdakı) təbii yığımına neft və qaz yatağı deyilir. Bu tərifdən göründüyü kimi, neft və qaz yatağının yaranması üçün süxurların məsaməli olması mühüm şərtlərdən biridir. Bütün dünyada indiyə kimi müəyyən edilmiş neft yataqlarının 99,99%-i çökmə süxurlarda yerləşir. Məlum olduğu kimi, öz mənşəyinə görə süxurlar çökmə, maqmatik və metamorfik olur. Çökmə süxurlar Yer qabığının üst hissəsi üçün səciyyəvi olan termodinamik şəraitdəki süxurlardır. Belə süxurlar çöküntünün sudan kimyəvi, yaxud mexaniki çökməsi, orqanizmlərin suda və quruda həyat fəaliyyəti, müxtəlif süxurların fiziki və kimyəvi aşınma məhsullarının yenidən çökdürülməsi və s. nəticəsində əmələ gəlir. Çökmə süxurlar ən çox dənizlərdə yaranır. Belə ki, dağları, təpələri əmələ gətirən süxurlar külək, su və digər amillərin təsiri nəticəsində dağılıb, müxtəlif ölçülü parçalar və qırpıntılar əmələ gəlir. Çaylar bu süxur parçalarını və qırıntılarını gətirib dənizlərə tökür.