DOLAYI VOTUM

proporsional seçki sistemi zamanı səslərin nəticələrinin müəyyən edilməsi; bu zaman müəyyən namizədə verilmiş səslərin seçki kvotasını aşan bir hissəsi həmin partiya siyahısında olan, növbəti namizədə verilir.
DOLAYI SEÇKİLƏR
DOTASİYA
OBASTAN VİKİ
Votum
Votum (lat. votum, voturn — istək, iradə) — səsvermə ilə ifadə edilən fikirdir. Bir sıra ölkələrin parlament təcrübəsində hökumətin və ya nazirin fəaliyyətinin təsdiqlənməsi və ya rədd edilməsi bu şəkildə ifadə edilir (etimad votumu və etimadsızlıq votumu). Etimadsızlıq votumunda hökumət və ya nazir istefaya gedir. Votumdan həmçinin Konstitusiyaya dəyişikliklərdə istifadə olunur. Bu halda, ikiqat votumdan istifadə edilə bilər, yəni cəhdlər etməklə zaman aralığında eyni məsələ barədə iki dəfə səs vermək.
Dolayı vergi
Dolayı vergi — özündə satılan məhsulların dəyərinə əlavə edilən məbləğlərdən gizli şəkildə vergi tutulmasını əks etdirir. Bu vergi növünə isə əlavə dəyər vergisi, aksizlər, gömrük rüsumları, alış və satış vergiləri daxildir. Formalaşma mexanizmindəki fərqlərə görə vergilər iki növə ayrılır: birbaşa və dolayı vergilər. Dolayı vergilərin üstün cəhəti onların gizli, yəni belə desək qapalı olmasındadır. Bir çox insanlar dolayı vergi ödədiyinin fərqində olmadan belə vergi ödəyir. Belə ki, çox vaxt məhsulun dəyərinə dolayı verginin əlavə edildiyi qeyd edilmir. Bu sosial-iqtisadi nöqteyi-nəzərdən çox vacibdir. Dolayı vergi növünün sayəsində aşağı dəyərli məhsulları iqtisadi rasional səviyyədə dəstəkləmək mümkündür. Bu adətən spirtli içki və tütün məhsulları ilə baş verir. Gömrük rüsumları formasında olan dolayı vergilər dövlətə yerli məhsul istehsalçılarına təsir etməyə, əcnəbi rəqiblərdən qorumağa və onların dünya baazrına çıxmasına kömək edir.