DOQQAZ

I
(Qafan, Oğuz)
çəpər
II
(Borçalı, Gəncə, Gədəbəy, Göyçay, Qazax, Qax, Şəki, Tovuz, Ucar)
kənd küçəsi, əsas yoldan məhəllələrə ayrılan yol. – Aravanı doqqaza çəkdim (Ucar); – Bizim doqqaza diyillər Qolxoz küçəsi (Şəki); – Ne incinesin, doqqaza çıxsana (Qax); – Camahat doqqazda səni gözdüyür, sən də öydə laqqırtı vurursaη (Gəncə); – Doqqaz yoldan ayrıler (Gədəbəy)
III
(Bərdə, Bolnisi, Gədəbəy, Göyçay, Qazax, Kəlbəcər, Kürdəmir, Salyan, Tərtər, Tovuz)
küçə qapısı, həyət qapısı. – Doqqaz niyə bağlıdı, tez ol ged aç, indi bu sa:t mallar gələsidi (Bərdə); – Doqqaz iki deşikli ağacdı, basırıllar yerə, deşiyinə köndələn pərdi keçirdillər (Kürdəmir); – Doqqaz qayırıb, üç qoşa keçirərdilər (Göyçay)
DOQQAR
DOQQUZDON
OBASTAN VİKİ
Doqqaz
Doqqaz - ağacdan düzəlmiş indiki qapı (darvaza) əvəzi işlənən keçid yeri. Əvvəllər kənd yerlərində sakinlərin əraziləri böyük olduğundan həyət qapısından əvvəl, ona aid olan ərazinin girişində qoyulurmuş. Hal-hazırda da bir neçə rayonlarımızda, həmçinin Şəkidə kiçik məhlələrə doqqaz deyirlər.

Значение слова в других словарях