DOSE

dose1

n doza (müəyyən miqdar dərman); daily ~ gündəlik doza; maximum ~ maksimum doza; to give the correct ~ düzgün doza vermək; fatal / lethal ~ öldürücü doza

dose2

v 1. dozalara / hissələrə bölmək; 2. müəyyən dozalarla vermək; 3. dərman qəbul etmək; He dosed himself up with aspirin and went to bed O, aspirin qəbul edib yatdı

DOSAGE
DOSS-HOUSE
OBASTAN VİKİ
Dosent
Dosent (lat. docere – öyrətmək) — ali təhsil müəssisəsində müəllimlərə verilən elmi ad və seçkili vəzifə. == Haqqında == Dosent vəzifəsi ali məktəblərdə ən azı 5 il çalışmış, elmi təcrübəsi olan şəxslərə verilir. O həm də elmi-tədqiqat müəssisələrində (məsələn Akademiya sistemində) elmi ad kimi verilə bilər. Dosent elmi adı ali məktəbin Elmi Şurası tərəfindən verilir və Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilir. Böyük pedaqoji təcrübəyə malik mütəxəssislərə elmi dərəcə olmadan da dosent adı verilə bilər.
Doseyid (Soyuqbulaq)
Doseyid (fars. دوسيد‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (8 ailə).
Elçin Əliyev (dosent)
Elçin Rəşid oğlu Əliyev (25 dekabr 1962, Bakı) – Azərbaycan Triatlon Federasiyasının sabiq prezidenti, AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, SİNAM şirkətinin rəhbəri, dosent. == Haqqında == Elçin Əliyev Bakı Dövlət Universitetinin İnformasiya Texnologiyaları və proqramlaşdırma kafedrasının professor əvəzi vəzifəsində çalışmışdır. Elçin Əliyev 2004–2008-ci illərdə Amerika Ticarət Palatasının İKT komitəsinin sədri, 2005–2007-ci illərdə Xəzər İnteqrasiya Biznes Klubunda İT və rabitə ilə bağlı məsələlər üzrə prezident, 2009–2010-cu illərdə NATO-nun elmi proqramında həmdirektor vəzifələrində çalışmışdır. O, 2004-cü ildən SINAM şirkətinin prezidenti, 2002-ci ildən isə Azərbaycanın İnternet Cəmiyyətinin sədr müavini vəzifəsini daşıyır. == Əsərləri == О безопасности передачи данных в распределенных информационных сетях // Известия НАНА сер. Физ.техн. и мат. наук, т.ХХI, "Информатика и проблемы управления", 2001, № 2, с.21–25. Стратегия информатизации в Азербайджане // Известия НАНА сер. Физ.техн.
Şahin İsmayılov (dosent)
Şahin İsmayılov (azərb. Şahin Zirədddin oğlu İsmayılov‎) - Azərbaycanlı dosent, texnika elmləri namizədi. Şahin İsmayılov 1958-ci ilin 7 sentyabr tarixində Qazax rayonunun Saloğlu qəsəbəsində anadan olub. 1965-ci ildə Qazax rayonunun Saloğlu kənd orta məktəbinin birinci sinfinə getmiş və 1975-ci ildə həmin orta məktəbi bitirib. 1976-1981-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun (hazırkı ADNSU) Neft-Mədən fakültəsinin bakalavr dərəcəsini alıb. 1999-cu ildə texnika elmləri namizədidir. Neft quyularının işlənməsi üzrə bir çox ixtiraları mövcuddur. 1981-1996-cı illərdə ümumi ittifaq tabelikli, Xəzərdəniz neft-qaz İstehsalat Birliyinin Neft Daşları NQÇİ-də müxtəlif vəzifələrdə neftqazçıxarma operatoru, ustası, böyük mühəndis-texnoloq, quyuların cari və əsaslı təmir sexlərinin rəis müavini və rəisi, idarənin neftqaz hasilatı və nəqli üzrə istehsalat şöbəsinin rəis müavini və rəisi, o cümlədən, NQÇİ-nin Baş mühəndisinin istehsalat üzrə müavini işləyib. 1996-cı ildən 2003-cü ilə qədər Neft Daşları NQÇİ-nin Baş mühəndisi. 2003-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti-nin Azneft İstehsalat Birliyinin Baş mühəndisi işləyib.
Elşad Əhmədov (dosent)
Elşad İlyas oğlu Əhmədov — AMEA Zoologiya İnstitutu, Elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, dosent. == Həyatı == Elşad İlyas oğlu Əhmədov 10 fevral 1969-cu ildə Azərbaycan Respublikası Sabirabad rayonu Qaratuğay kəndində anadan olmuşdur. 1987-ci ildə ildə Sabirabad rayon Qaratoğay kənd orta məktəbi, 1995-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin biologiya fakültəsinin tələbəsi olarakən, son iki ildə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun protozoologiya şöbəsinin parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyasında, baş laborant, sonra isə kiçik elmi işçi vəzifəsində çalışmış, 1995–1998-ci illərdə parazitologiya ixtisası üzrə AMEA Zoologiya İnstitutunun əyani aspiranturasında təhsil almışdır. 2000-ci ildə "Ev toyuqlarının eymeriozu (E.tenella) və müalicəsində bəzi parazitoloji və zülal mübadiləsi göstəricilərinin öyrənilməsi" mövzusunda namizədlik, 2014-cü ildə 2429.01 parazitologiya ixtisası üzrə "Ev toyuqlarının eymeriozunun (Apicomplexa, Coccidia, Eimeriidae) əsas törədiciləri, onlara qarşı koksidiostatik preparatla birlikdə yerli dərman bitkilərinin tətbiqi və təsir mexanizmi" mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 2003-cü ildə dosent elmi adı almışdır. 2008-ci ildən hal-hazıra qədər AMEA Zoologiya institutunda "Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları" laboratoriyasının müdiridir. O zamanda AMEA Zoologiya institutunda fəaliyyət göstərən D.01.071 dissertasiya şurasını elmi katibi, "AMEA Zoologiya institutunun əsərləri"nin və "Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri"nin redaksiya heyətinin üzvüdür. == Elmi fəaliyyəti == Elmi fəaliyyətə 1995-ci ildən baş laborant vəzifəsindən başlayan Elşad İlyas oğlu Əhmədov 2008-ci ildən hal hazıra qədər AMEA Zoologiya institutunda Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyasının müdiridir. Onun tədqiqatları parazitologiyanın aktual məsələlərindən biri, parazit-sahib münasibətlərinin öyrənilməsinə həsr edilmişdir.

Значение слова в других словарях